Huşə
3 Halbuki Əfraimə yeriməyi Mən öyrətdim,+ onu qucağıma aldım.+
O başa düşmədi ki, ona şəfa verən Mən idim.
4 Mən onu xeyirxahlıqla, məhəbbətlə* yönəltdim.+
Mən onun boynundan* boyunduruğu çıxartdım,
Hər birinə şəfqətlə yemək gətirdim.
6 Fitnələrinə görə şəhərlərinə qarşı qılınc oynadacaqlar,+
Qapı rəzələrini sındıracaqlar, onları yeyib-aşıracaqlar.+
7 Mənim xalqım Mənə xəyanət etməyə meyillidir.+
Onu ali olana* çağırdılar, amma ayağa qalxan yoxdur.
8 Ey Əfraim, sənə necə qıyım?+
Ey İsrail, səni necə əldən verim?
Admaya etdiyimi sənə rəva görərəmmi?
Səbuyimə etdiyimi sənə edərəmmi?+
Qəlbimdə duyğular dəyişib,
Ürəyimdə şəfqət oyanıb.+
9 Kükrəyən qəzəbimi tökməyəcəyəm.
Yenidən Əfraimi yıxmayacağam.+
Axı Mən Allaham, insan deyiləm,
Aranızda olan Müqəddəs Allaham.
Üzərinizə qəzəblə gəlməyəcəyəm.
10 Onlar Yehovanın ardınca gedəcəklər və O, aslantək nərə çəkəcək.+
O nərə çəkəndə oğulları qərbdən titrəyə-titrəyə gələcək.+
11 Misirdən quştək,
Aşşur diyarından göyərçintək əsə-əsə gələcəklər.+
Mən onları yurd-yuvalarında məskunlaşdıracağam», — bəyan edir Yehova.+
12 «Əfraim Məni yalanla,
İsrail evi hiylə ilə əhatə edib.+