Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Lavililər 14
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Lavililərin məzmunu

      • Cüzamdan paklanma qaydası (1—32)

      • Evi cüzamdan paklama qaydası (33—57)

Lavililər 14:2

Çarpaz istinadlar

  • +Lav 13:2; Mt 8:4; Mr 1:44; Lk 5:14; 17:14

Lavililər 14:4

Çarpaz istinadlar

  • +Lav 14:49—53; Sy 19:6, 9; Zb 51:7

Lavililər 14:7

Çarpaz istinadlar

  • +Lav 16:22

Lavililər 14:10

Haşiyələr

  • *

    Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

  • *

    Loq 0,31 l-ə bərabərdir. B14 əlavəsinə bax.

Çarpaz istinadlar

  • +Lav 4:32
  • +Lav 2:1
  • +Mr 1:44

Lavililər 14:12

Çarpaz istinadlar

  • +Lav 6:6
  • +Lav 14:21, 24

Lavililər 14:13

Çarpaz istinadlar

  • +Lav 1:10, 11; 4:3, 4
  • +Lav 2:3; 7:7; 1Kr 9:13; 10:18
  • +Lav 6:25

Lavililər 14:15

Çarpaz istinadlar

  • +Lav 14:10

Lavililər 14:18

Çarpaz istinadlar

  • +Lav 6:7; 1Yh 1:7; 2:1, 2

Lavililər 14:19

Çarpaz istinadlar

  • +Lav 5:6

Lavililər 14:20

Çarpaz istinadlar

  • +Lav 2:1; 14:10; Sy 15:4
  • +Mt 8:4
  • +Lav 14:9; Mr 1:44; Lk 5:14; 17:14

Lavililər 14:22

Çarpaz istinadlar

  • +Lav 1:14; 5:7; 12:8

Lavililər 14:23

Çarpaz istinadlar

  • +Lav 15:13, 14
  • +Lav 14:10, 11

Lavililər 14:24

Çarpaz istinadlar

  • +Lav 6:6
  • +Lav 14:12

Lavililər 14:25

Çarpaz istinadlar

  • +Lav 14:14

Lavililər 14:26

Çarpaz istinadlar

  • +Lav 14:15—18

Lavililər 14:30

Çarpaz istinadlar

  • +Lav 12:8; 14:22

Lavililər 14:31

Çarpaz istinadlar

  • +Lav 5:7
  • +Lav 14:20

Lavililər 14:34

Çarpaz istinadlar

  • +Yr 17:8
  • +Sy 35:10
  • +Qn 7:12, 15

Lavililər 14:38

Çarpaz istinadlar

  • +Lav 13:4, 50; Sy 12:15

Lavililər 14:44

Çarpaz istinadlar

  • +Lav 13:51

Lavililər 14:45

Çarpaz istinadlar

  • +Lav 14:41

Lavililər 14:46

Çarpaz istinadlar

  • +Lav 11:23—25; 14:38; 15:8; 17:15; 22:4—6

Lavililər 14:49

Çarpaz istinadlar

  • +Lav 14:3, 4; Sy 19:6, 7

Lavililər 14:51

Çarpaz istinadlar

  • +Lav 14:6, 7

Lavililər 14:54

Çarpaz istinadlar

  • +Lav 13:30

Lavililər 14:55

Çarpaz istinadlar

  • +Lav 13:47
  • +Lav 14:34

Lavililər 14:56

Çarpaz istinadlar

  • +Lav 13:2

Lavililər 14:57

Çarpaz istinadlar

  • +Lav 10:10; Hz 44:23
  • +Qn 24:8

Digər

Lav. 14:2Lav 13:2; Mt 8:4; Mr 1:44; Lk 5:14; 17:14
Lav. 14:4Lav 14:49—53; Sy 19:6, 9; Zb 51:7
Lav. 14:7Lav 16:22
Lav. 14:10Lav 4:32
Lav. 14:10Lav 2:1
Lav. 14:10Mr 1:44
Lav. 14:12Lav 6:6
Lav. 14:12Lav 14:21, 24
Lav. 14:13Lav 1:10, 11; 4:3, 4
Lav. 14:13Lav 2:3; 7:7; 1Kr 9:13; 10:18
Lav. 14:13Lav 6:25
Lav. 14:15Lav 14:10
Lav. 14:18Lav 6:7; 1Yh 1:7; 2:1, 2
Lav. 14:19Lav 5:6
Lav. 14:20Lav 2:1; 14:10; Sy 15:4
Lav. 14:20Mt 8:4
Lav. 14:20Lav 14:9; Mr 1:44; Lk 5:14; 17:14
Lav. 14:22Lav 1:14; 5:7; 12:8
Lav. 14:23Lav 15:13, 14
Lav. 14:23Lav 14:10, 11
Lav. 14:24Lav 6:6
Lav. 14:24Lav 14:12
Lav. 14:25Lav 14:14
Lav. 14:26Lav 14:15—18
Lav. 14:30Lav 12:8; 14:22
Lav. 14:31Lav 5:7
Lav. 14:31Lav 14:20
Lav. 14:34Yr 17:8
Lav. 14:34Sy 35:10
Lav. 14:34Qn 7:12, 15
Lav. 14:38Lav 13:4, 50; Sy 12:15
Lav. 14:44Lav 13:51
Lav. 14:45Lav 14:41
Lav. 14:46Lav 11:23—25; 14:38; 15:8; 17:15; 22:4—6
Lav. 14:49Lav 14:3, 4; Sy 19:6, 7
Lav. 14:51Lav 14:6, 7
Lav. 14:54Lav 13:30
Lav. 14:55Lav 13:47
Lav. 14:55Lav 14:34
Lav. 14:56Lav 13:2
Lav. 14:57Lav 10:10; Hz 44:23
Lav. 14:57Qn 24:8
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
Müqəddəs Kitab
Lavililər 14:1—57

Lavililər

14 Yehova sözünə davam edib Musaya dedi: 2 «Cüzamlının kahinin yanına gətirilib pak elan olunduğu gün bu qaydaya riayət etmək lazımdır.+ 3 Kahin düşərgədən çıxıb ona baxmalıdır. Əgər cüzamlı cüzamdan sağalıbsa, 4 kahin ona paklanması üçün 2 pak quş, sidr ağacının budağını, al-qırmızı iplik və qaraqınıq gətirməyi tapşırmalıdır.+ 5 Kahinin buyruğu ilə quşun biri saxsı qaba yığılan bulaq suyunun üstündə kəsilməlidir. 6 Sonra isə kahin diri quşu, sidr budağını, al-qırmızı ipliyi və qaraqınığı götürüb hamısını birlikdə bulaq suyunun üstündə kəsilən quşun qanına batırmalı 7 və cüzamdan paklanan adamın üstünə yeddi dəfə çiləyib onu pak elan etməli, sonra diri quşu çölə buraxmalıdır.+

8 Paklanan adam pal-paltarını yumalı, bütün bədənini qırxmalı və çimməlidir. Beləliklə, o pak olacaq. Sonra düşərgəyə girə bilər, amma yeddi gün çadırında yox, kənarda qalmalıdır. 9 Yeddinci gün saçını, saqqalını və qaşlarını qırxmalıdır. Bütün tüklərini qırxandan sonra pal-paltarını yumalı və çimməlidir. Beləliklə, o pak olacaq.

10 Səkkizinci gün o, 2 sağlam, cavan qoç, 1 sağlam dişi toğlu,+ efanın* onda üçü qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi+ və 1 loq* yağ götürüb gəlsin.+ 11 Onu pak elan edən kahin onu, eləcə də təqdimələri Yehovanın önünə, Hüzur çadırının girişinə gətirsin. 12 Kahin qoçlardan birini 1 loq yağla birlikdə təqsir qurbanı olaraq təqdim etsin+ və Yehovanın önündə yellətmə təqdiməsi kimi yellətsin.+ 13 Qoçu müqəddəs yerdə — günah qurbanı və yandırma qurbanı kəsilən yerdə kəsməlidir,+ çünki təqsir qurbanı da günah qurbanı kimi kahinə məxsusdur.+ O, son dərəcə müqəddəsdir.+

14 Sonra kahin təqsir qurbanının qanından götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına sürtsün. 15 Yağdan+ bir qədər sol ovcuna töküb 16 sağ əlinin bir barmağını ovcundakı yağa batıraraq Yehovanın önündə yeddi dəfə damcılatsın. 17 Sonra kahin ovcundakı yağdan həmin adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, təqsir qurbanının qanının üstündən çəksin. 18 Ovcundakı qalan yağı isə onun başına çəkib Yehovanın önündə kəffarəsini versin.+

19 Kahin günah qurbanını təqdim edib+ murdarlıqdan paklanan adam üçün kəffarə verməli, ardınca isə yandırma qurbanı üçün olan heyvanı kəsməlidir. 20 Yandırma qurbanını və taxıl təqdiməsini+ qurbangahda təqdim edib o adam üçün kəffarə verməlidir.+ Beləliklə, o adam pak olacaq.+

21 Ancaq kasıb olduğuna görə buna gücü çatmırsa, onda paklanan adam kəffarəsi üçün yellədilən təqsir qurbanı olaraq bir cavan qoç, həmçinin efanın onda biri qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi, bir loq yağ 22 və gücü çatandan, iki qumru quşu, yaxud iki bala göyərçin gətirməlidir, birini günah qurbanı kimi, o birini yandırma qurbanı kimi.+ 23 Pak elan olunmaq üçün səkkizinci gün+ bunları Yehovanın önünə, Hüzur çadırının girişinə gətirib kahinə verməlidir.+

24 Kahin təqsir qurbanı+ üçün olan qoçu və bir loq yağı götürüb yellətmə təqdiməsi kimi Yehovanın önündə yellətsin.+ 25 Sonra qoçu təqsir qurbanı olaraq kəssin, qanından götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin.+ 26 Kahin yağdan bir qədər sol ovcuna+ töküb 27 sağ əlinin bir barmağını ovcundakı yağa batıraraq Yehovanın önündə yeddi dəfə damcılatsın. 28 Ovcundakı yağdan paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, təqsir qurbanının qanının üstündən çəksin. 29 Ovcundakı qalan yağı isə paklanan adamın başına çəkib Yehovanın önündə kəffarəsini versin.

30 Kahin paklanan adamın gücü çatıb gətirdiyi iki qumru quşunu, yaxud iki bala göyərçini götürüb,+ 31 birini günah qurbanı kimi, digərini isə taxıl təqdiməsi ilə birlikdə yandırma qurbanı+ kimi təqdim etsin. Beləliklə, kahin Yehovanın önündə paklanan adamın kəffarəsini verəcək.+

32 Bu, cüzam xəstəliyindən sağalan və pak elan edilmək üçün tələb olunanları gətirməyə gücü çatmayan adam üçün olan qanundur».

33 Sonra Yehova Musaya və Haruna dedi: 34 «Sizə mülk olaraq+ verəcəyim Kənan diyarına+ gələndə ölkənizdə hansısa bir evi cüzama düçar etsəm,+ 35 evin sahibi gedib kahinə deməlidir ki, evinin divarında cüzama oxşar ləkə əmələ gəlib. 36 Kahin evə baxmağa gəlməzdən əvvəl evi boşaltmağı tapşırmalıdır ki, gələndə evdəki hər şeyi murdar elan etməli olmasın. Sonra gəlib evə baxmalıdır. 37 O, ləkə düşən yerlərə baxmalıdır. Əgər evin divarlarındakı ləkələr sarıya çalan yaşıl rəngdə və ya qırmızımtıldırsa və divara işləyibsə, 38 kahin evdən çıxsın və evi yeddi günlüyə bağlasın.+

39 Yeddinci gün kahin qayıdıb evi təzədən yoxlamalıdır. Əgər ləkə divara yayılıbsa, 40 kahin göstəriş verib ləkəli daşları çıxartdırmalı və şəhərdən kənara, murdar yerə atdırmalıdır. 41 Sonra içəridən evin bütün malasını qaşıtdırıb şəhərdən kənarda murdar yerə tökdürməlidir. 42 Çıxarılan daşların yerinə isə başqaları qoyulmalıdır. Kahin evə təzə mala vurdursun.

43 Daşları çıxarandan, evin malasını qaşıyıb tökəndən və yenidən suvayandan sonra da ləkə peyda olsa, 44 kahin yenə evə baxmalıdır. Əgər ləkə evə yayılıbsa, deməli, bu, yayılan cüzamdır.+ Ev murdardır. 45 Kahin evi sökdürməli, daşlarını, taxtalarını, malasını şəhərdən kənara, murdar yerə apartdırmalıdır.+ 46 Ev bağlı olan vaxt evə girən adam axşamadək murdar olacaq.+ 47 Kim o evdə yatsa və ya çörək yesə, paltarlarını yumalıdır.

48 Əgər kahin gəlib görsə ki, mala qaşınandan sonra ləkə yayılmayıb, onda evi pak elan etməlidir, çünki cüzam keçib gedib. 49 Evi murdarlıqdan paklamaq üçün o, 2 quş, sidr ağacının budağını, al-qırmızı iplik və qaraqınıq götürməlidir.+ 50 Quşlardan birini saxsı qaba yığılmış bulaq suyunun üstündə kəsməlidir. 51 Sonra sidr ağacının budağını, qaraqınığı, al-qırmızı ipliyi və diri quşu götürüb kəsdiyi quşun qanı ilə bulaq suyuna batırmalı və yeddi dəfə evə tərəf çiləməlidir.+ 52 O, quşun qanı, bulaq suyu, diri quş, sidr ağacının budağı, qaraqınıq və al-qırmızı iplik ilə evi pak etməlidir. 53 Sonra diri quşu şəhərdən kənara, çölə buraxmalı və ev üçün kəffarə verməlidir. Beləliklə, ev pak olacaq.

54 Bu, başın dərisinə və ya saqqala,+ 55 pal-paltara+ və ya evə+ düşən cüzama, 56 şişlərə, qaysaqlara və ləkələrə dair qanundur.+ 57 Bunun sayəsində hər hansı bir şeyin nə vaxt murdar, nə vaxt pak olduğunu biləcəksiniz.+ Bu, cüzama dair qanundur».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş