Amus
2 Yehova bəyan edir:
“Muab+ üç kərə, dörd kərə üsyan etdiyi üçün* qolumu geri çəkməyəcəyəm.
Çünki o, Ədum padşahının sümüklərini yandırıb əhəngə çevirdi.
2 Muabın üzərinə od yağdıracağam, alov Kiryutun+ qalalarını yandırıb külə döndərəcək.
Muab hay-küy içində,
Döyüş nərəsi və şeypur səsi altında məhv olacaq.+
3 Onun içindən hakimi götürüb atacağam,
Oranın bütün başçılarını onunla bərabər öldürəcəyəm”,+ — Yehova belə deyir.
4 Yehova bəyan edir:
“Yəhuda+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.
Çünki o, Yehovanın qanununu rədd etdi,
Onun qayda-qanunlarına əməl etmədi.+
Ata-babalarının uyduğu yalanlar onu azdırdı.+
6 Yehova bəyan edir:
“İsrail+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.
Çünki o, salehi gümüşə,
Kasıbı bir cüt səndələ satır.+
Ata ilə oğul bir qadının yanına gedir,
Müqəddəs adımı ləkələyirlər.
8 Hər qurbangahın+ yanında, girov götürdükləri paltarın üstündə uzanıb yayxanırlar.+
Cərimə etdikləri adamlardan şərab götürüb allahlarının evində içirlər”.
9 “Amma sidr ağacıtək ucaboylu,
Palıd kimi möhkəm amoriləri onların önündə Mən məhv etdim.+
Yuxarıda meyvəsini, aşağıda kökünü məhv etdim.+
10 Mən sizi Misir torpağından çıxarıb,+
Qırx il+ səhrada gəzdirdim ki,
Amorilərin diyarına sahib olasınız.
Məgər belə deyil, ey İsrail xalqı?” — deyə Yehova bəyan edir.
13 Buna görə də biçilmiş taxılla dolu araba torpağı necə əzirsə,
Mən də sizi yerinizdə elə əzəcəyəm.
14 Çevik adamın qaçmağa yeri olmayacaq,+
Qüvvətli gücünü qoruya bilməyəcək,
Cəngavər canını qurtara bilməyəcək.
15 Oxçu yerində dura bilməyəcək,
Ayaqdan iti adam qaça bilməyəcək,
Atlı canını qurtara bilməyəcək.
16 Cəngavərlərin ən ürəklisi belə,
Həmin gün çılpaq qaçacaq”,+ — Yehova bəyan edir.