Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Mikə 2
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Mikənin məzmunu

      • Zülmkarların vay halına! (1—11)

      • Allah İsraili toplayacaq (12, 13)

        • İsrail səsli-küylü olacaq (12)

Mikə 2:1

Çarpaz istinadlar

  • +1Pd 21:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2003 s. 9—10

Mikə 2:2

Çarpaz istinadlar

  • +Çx 20:17; 1Pd 21:2; Əş 5:8
  • +Ər 22:17; Hz 22:12, 29

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2003 s. 9—10

Mikə 2:3

Çarpaz istinadlar

  • +Ər 18:11
  • +Am 2:14
  • +Əş 2:11
  • +Am 5:13

Mikə 2:4

Çarpaz istinadlar

  • +Ər 9:10; Mrs 1:1
  • +Əş 6:11; Ər 25:9; Sf 1:2
  • +2Pd 17:23

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2003 s. 10

Mikə 2:8

Haşiyələr

  • *

    Digər variant: paltarlarından gözəl əşyaları dartıb qoparırsınız.

Mikə 2:10

Çarpaz istinadlar

  • +Zb 106:38, 39
  • +Ər 9:19; 10:18

Mikə 2:11

Çarpaz istinadlar

  • +1Pd 22:6, 8; Əş 9:15, 16; Ər 6:13, 14; Hz 13:2, 3

Mikə 2:12

Çarpaz istinadlar

  • +Əş 11:11; Ər 23:3; 31:7, 8; Mi 4:6
  • +Hz 34:11
  • +Hz 36:38; Zk 8:22

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2007 s. 17

    1/11/2003 s. 10—11

Mikə 2:13

Çarpaz istinadlar

  • +Əş 62:10
  • +Əş 49:10; 52:12

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2003 s. 11

Digər

Mik. 2:11Pd 21:7
Mik. 2:2Çx 20:17; 1Pd 21:2; Əş 5:8
Mik. 2:2Ər 22:17; Hz 22:12, 29
Mik. 2:3Ər 18:11
Mik. 2:3Am 2:14
Mik. 2:3Əş 2:11
Mik. 2:3Am 5:13
Mik. 2:4Ər 9:10; Mrs 1:1
Mik. 2:4Əş 6:11; Ər 25:9; Sf 1:2
Mik. 2:42Pd 17:23
Mik. 2:10Zb 106:38, 39
Mik. 2:10Ər 9:19; 10:18
Mik. 2:111Pd 22:6, 8; Əş 9:15, 16; Ər 6:13, 14; Hz 13:2, 3
Mik. 2:12Əş 11:11; Ər 23:3; 31:7, 8; Mi 4:6
Mik. 2:12Hz 34:11
Mik. 2:12Hz 36:38; Zk 8:22
Mik. 2:13Əş 62:10
Mik. 2:13Əş 49:10; 52:12
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
Müqəddəs Kitab
Mikə 2:1—13

Mikə

2 Yatağında fitnə-fəsad quranların,

Yamanlıq üçün qəsd quranların vay halına!

Səhər açılan kimi niyyətlərini icra edirlər,

Çünki güc əllərindədir.+

 2 Tarla istəyirlər, gedib tuturlar,+

Ev istəyirlər, gedib ələ keçirirlər.

Kişini aldadıb evini əlindən alırlar,+

Mirasına yiyələnirlər.

 3 Buna görə Yehova deyir:

“Bu nəslin başına elə fəlakət gətirəcəyəm ki,+ yaxanızı qurtara bilməyəcəksiniz,+

Daha dikbaş-dikbaş gəzməyəcəksiniz,+ çünki fəlakət vaxtı yetişdi.+

 4 O gün dillərdə zərb-məsəl olacaqsınız,

Barənizdə yanıqlı mərsiyə oxuyacaqlar.+

Deyəcəklər: “Bizi soyub-taladılar!+

O, xalqımın payını başqalarına verdi, gör onu əlimizdən necə aldı!+

Tarlalarımızı xainə verir”.

 5 Buna görə Yehovanın icmasında bir adam tapılmayacaq ki,

Püşklə bölünmüş torpağı iplə ölçsün.

 6 “Vəz etməyin!” deyərək vəz edirlər,

“Bunlar barədə vəz etməyin;

Rüsvayçılıq bizi haqlamaz”.

 7 Ey Yaqub evi, eşitmisən camaat deyir:

“Məgər Yehovanın ruhu narazıdır ki?

Heç O, belə şey edər?”

Məgər Mənim sözlərim doğru yolla gedənlərin xeyrinə deyil?

 8 Dünən xalqım idiniz, bu gün düşmən kimi əleyhimə qalxdınız.

Siz açıq-aşkar soyğunçuluq edirsiniz:

Döyüşdən dönənlər kimi arxayınlıqla yoldan keçənlərin paltarını, gözəl əşyalarını soyursunuz*.

 9 Siz xalqımın qadınlarını isti yuvalarından qovursunuz.

Övladlarını gözəl nemətlərimdən həmişəlik məhrum edirsiniz.

10 Çıxın gedin, artıq bura sizin yurdunuz deyil.

Bu yer murdar olduğundan+ viran qalacaq, ürək ağrıdan bir viranəlik olacaq.+

11 Saxta və boş şeylər dalınca düşüb yalandan:

“Gəl sənə meydən, şərabdan vəz edim”, — deyən kəs,

Bu xalqın xoşladığı vaiz olacaq!+

12 Ey Yaqub, hamınızı toplayacağam,

İsrailin sağ qalanlarını mütləq toplayacağam.+

Ağıldakı qoyun-quzu kimi,

Örüşdəki sürü kimi bir yerə yığacağam.+

Ora səsli-küylü olacaq”.+

13 Onların önündə bir nəfər gedəcək, o keçid açacaq,

Onlar oradan keçəcəklər, qapıdan keçib çıxacaqlar.+

Padşahları öndə gedəcək,

Başda Yehova olacaq».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş