Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Qanunun təkrarı 21
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Qanunun təkrarının məzmunu

      • Ölünün qatili tapılmayanda (1—9)

      • Əsir götürülmüş qadınla evlənmə (10—14)

      • İlkinlik haqqı (15—17)

      • Dikbaş oğul (18—21)

      • Dirəkdən asılmış lənətli adam (22, 23)

Qanunun təkrarı 21:1

Haşiyələr

  • *

    Hərfən: çöldə.

Qanunun təkrarı 21:2

Çarpaz istinadlar

  • +Qn 16:18

Qanunun təkrarı 21:4

Çarpaz istinadlar

  • +Sy 35:33

Qanunun təkrarı 21:5

Çarpaz istinadlar

  • +Çx 28:1
  • +Sy 6:23—27; 1Sm 23:13
  • +Qn 17:8, 9

Qanunun təkrarı 21:6

Çarpaz istinadlar

  • +Zb 26:6; Mt 27:24

Qanunun təkrarı 21:8

Çarpaz istinadlar

  • +2İş 7:23
  • +Əş 26:21; Ər 26:15

Qanunun təkrarı 21:10

Çarpaz istinadlar

  • +Sy 31:9; Qn 20:13, 14

Qanunun təkrarı 21:13

Çarpaz istinadlar

  • +Sy 20:29; Qn 34:8

Qanunun təkrarı 21:14

Çarpaz istinadlar

  • +Qn 24:1

Qanunun təkrarı 21:15

Çarpaz istinadlar

  • +Yr 29:30, 33

Qanunun təkrarı 21:17

Çarpaz istinadlar

  • +Yr 25:31; 2Sm 21:3

Qanunun təkrarı 21:18

Çarpaz istinadlar

  • +Çx 20:12; Qn 27:16; Ms 1:8; Ef 6:1
  • +Qn 8:5; Ms 13:24; 19:18; 23:13; İb 12:9

Qanunun təkrarı 21:20

Çarpaz istinadlar

  • +Ms 28:7
  • +Rm 13:13; 1Kr 6:10; Ef 5:18

Qanunun təkrarı 21:21

Çarpaz istinadlar

  • +Qn 13:10, 11

Qanunun təkrarı 21:22

Çarpaz istinadlar

  • +Sy 25:5
  • +Yş 10:26; Hv 10:39

Qanunun təkrarı 21:23

Çarpaz istinadlar

  • +Yş 8:29; Yh 19:31
  • +Qt 3:13
  • +Sy 35:34

Digər

Qan. 21:2Qn 16:18
Qan. 21:4Sy 35:33
Qan. 21:5Çx 28:1
Qan. 21:5Sy 6:23—27; 1Sm 23:13
Qan. 21:5Qn 17:8, 9
Qan. 21:6Zb 26:6; Mt 27:24
Qan. 21:82İş 7:23
Qan. 21:8Əş 26:21; Ər 26:15
Qan. 21:10Sy 31:9; Qn 20:13, 14
Qan. 21:13Sy 20:29; Qn 34:8
Qan. 21:14Qn 24:1
Qan. 21:15Yr 29:30, 33
Qan. 21:17Yr 25:31; 2Sm 21:3
Qan. 21:18Çx 20:12; Qn 27:16; Ms 1:8; Ef 6:1
Qan. 21:18Qn 8:5; Ms 13:24; 19:18; 23:13; İb 12:9
Qan. 21:20Ms 28:7
Qan. 21:20Rm 13:13; 1Kr 6:10; Ef 5:18
Qan. 21:21Qn 13:10, 11
Qan. 21:22Sy 25:5
Qan. 21:22Yş 10:26; Hv 10:39
Qan. 21:23Yş 8:29; Yh 19:31
Qan. 21:23Qt 3:13
Qan. 21:23Sy 35:34
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
Müqəddəs Kitab
Qanunun təkrarı 21:1—23

Qanunun təkrarı

21 Əgər Allahınız Yehovanın sizə verdiyi ölkədə şəhərdən kənarda* meyit tapılsa, amma onu kimin öldürdüyü bilinməsə, 2 onda qoy ağsaqqallarla hakimlər+ meyitin tapıldığı yerə gedib həmin yerlə ətraf şəhərlərin arasındakı məsafəni ölçsünlər. 3 Həmin yerə yaxın olan şəhərin ağsaqqalları hələ işə qoşulmamış, boyunduruq altına salınmamış bir cavan inək seçsinlər 4 və aparıb şumlanmamış, toxum səpilməmiş axar sulu dərədə boynunu sındırsınlar.+

5 Sonra lavili kahinlər gəlsinlər. Allahınız Yehova məhz onları seçib ki, Ona xidmət edib+ Yehovanın adı ilə xeyir-dua oxusunlar+. Onlar zorakılıq hallarına necə baxılmasına dair göstəriş verəcəklər.+ 6 Ölünün tapıldığı yerə yaxın olan şəhərin ağsaqqalları dərədə boynu sındırılmış inəyin üstündə əllərini yusunlar+ 7 və belə desinlər: “Bizim əlimiz bu adamın qanına batmayıb, gözlərimiz onun qanının tökülməsinin şahidi olmayıb. 8 Ey Yehova Allah, bu günahı fidyə verib qurtardığın xalqın+ ayağına yazma. Qoyma ki, günahsız qanın babalı xalqın İsrailin boynunda qalsın”.+ Onda tökülən qanın günahı xalqın ayağına yazılmayacaq. 9 Beləcə, Yehovanın dediyini edib günahsız qanın babalından azad olacaqsınız.

10 Müharibə vaxtı Allahınız Yehovanın köməyilə düşmənlərinizi məğlub edib əsir götürəndə+ 11 əsirlərin arasında gözəl qız görüb ona vurulsanız və onu almaq istəsəniz, 12 həmin qızı evinizə gətirə bilərsiniz. Qız başını qırxıb dırnaqlarını kəsməli, 13 əsirlik paltarını çıxarıb evinizdə qalmalıdır. Qoy o, bir ay ata-anası üçün yas tutsun.+ Bundan sonra onunla yaxınlıq edə bilərsiniz. Siz onun əri, o isə sizin arvadınız olacaq. 14 Ancaq işdir, qız sonradan xoşunuza gəlməsə, buraxın istədiyi yerə getsin.+ Onu satmaq, onunla qəddar davranmaq olmaz, çünki onun ləyaqətinə təcavüz etmisiniz.

15 Əgər bir kişinin iki arvadı olarsa və o, arvadlarından birini digərindən çox sevərsə, qadınların hər ikisi ona oğul doğarsa, lakin ilk oğlu istəmədiyi arvaddan olarsa,+ 16 mirası oğullar arasında bölüşdürmək vaxtı gələndə kişi sevmədiyi qadının oğluna, ilkininə xor baxıb ilk oğulluq haqqını sevdiyi qadının oğluna verməməlidir. 17 O, sevmədiyi qadının oğlunu ilk oğul kimi tanımalı, hər şeydən ona iki pay verməlidir, çünki bu oğul onun kişilik gücünün nübarıdır. İlk oğulluq haqqı ona məxsusdur.+

18 Əgər kiminsə oğlu tərs, dikbaşdırsa, ata-anasının sözünü saymırsa,+ ona verdikləri öyüd-nəsihəti vecinə almırsa,+ 19 qoy valideynləri onu şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirib desinlər: 20 “Bizim bu oğlumuz tərs və dikbaşdır, sözümüzü saya salmır. Gününü qarınqululuqla+, əyyaşlıqla+ keçirir”. 21 Onda şəhər camaatı onu daşqalaq edib öldürməlidirlər. Bəli, aranızdan pisliyi yox edin ki, bütün İsrail eşidib qorxsun.+

22 Ölümə layiq günah işləyən adam öldürülüb+ dirəkdən asılarsa,+ 23 onun cəsədi gecəni dirəkdə qalmamalıdır.+ O, həmin gün basdırılmalıdır, çünki dirəkdən asılan adam Allahın lənətinə düçar olub.+ Allahınız Yehovanın sizə irs olaraq verdiyi ölkəni murdarlamayın.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş