Yuşə
16 Yusif övladlarına+ püşklə düşən+ torpağın sərhədi İordanın Əriha tərəfindən Ərihadan şərqdəki sulara uzanır, Ərihanın qarşısındakı səhranı keçib Beytelin+ dağlıq bölgəsinə qalxırdı. 2 Sonra Luz yaxınlığındakı Beyteldən arklıların sərhədinə, Atarota uzanırdı. 3 Oradan qərbə, yafletlilərin sərhədinə enir, Aşağı Beyt-Hurunu+ və Cəzəri+ keçib dənizdə bitirdi.
4 Beləcə, Yusif övladları+ — Mənəssə və Əfraim öz torpaq paylarını aldılar.+ 5 Nəsillərinə görə Əfraim övladlarının sərhədi belə idi: onların irsinin sərhədi şərqdə Atarot-Adar+ idi. Sərhəd Yuxarı Beyt-Huruna+ qədər uzanırdı və 6 dənizdə bitirdi. Şimalda yerləşən Mikmətdən+ şərqə, Tanat-Şiloya dönür və şərqə, Yənuha gedirdi. 7 Yənuhdan Atarota və Naraya enir, sonra Ərihadan+ keçib İordana uzanırdı. 8 Təffuadan+ qərbə, Kənah vadisinə doğru uzanıb dənizdə+ bitirdi. Nəsillərinə görə Əfraim qəbiləsinin irsi bu idi. 9 Əfraim övladlarının Mənəssənin irsində də şəhərləri var idi.+ Kəndləri ilə birgə bütün şəhərlər bunlar idi.
10 Ancaq onlar Cəzərdə yaşayan kənaniləri torpaqlarından qovmadılar,+ onlar indi də əfraimlilərin arasında yaşayırlar+ və köləlik edirlər+.