Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hakimlər 15
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hakimlərin məzmunu

      • Şimşon filiştlilərdən intiqam alır (1—20)

Hakimlər 15:2

Çarpaz istinadlar

  • +Hk 14:17
  • +Hk 14:11, 20

Hakimlər 15:6

Çarpaz istinadlar

  • +Hk 14:11, 20
  • +Hk 14:15

Hakimlər 15:7

Çarpaz istinadlar

  • +Hk 14:4

Hakimlər 15:9

Çarpaz istinadlar

  • +2İş 23:11, 12

Hakimlər 15:11

Çarpaz istinadlar

  • +Hk 13:1

Hakimlər 15:14

Çarpaz istinadlar

  • +Hk 13:24, 25; 14:5, 6
  • +Hk 16:9, 12

Hakimlər 15:15

Çarpaz istinadlar

  • +Hk 3:31

Hakimlər 15:16

Çarpaz istinadlar

  • +Hk 16:30

Hakimlər 15:17

Haşiyələr

  • *

    Mənası: çənə sümüyü təpəsi.

Çarpaz istinadlar

  • +Hk 15:9

Hakimlər 15:19

Haşiyələr

  • *

    Mənası: fəryad edənin çeşməsi.

Çarpaz istinadlar

  • +Çx 17:6

Hakimlər 15:20

Çarpaz istinadlar

  • +Yr 49:16; Hk 2:16; 13:1, 5; 16:31; İb 11:32

Digər

Hak. 15:2Hk 14:17
Hak. 15:2Hk 14:11, 20
Hak. 15:6Hk 14:11, 20
Hak. 15:6Hk 14:15
Hak. 15:7Hk 14:4
Hak. 15:92İş 23:11, 12
Hak. 15:11Hk 13:1
Hak. 15:14Hk 13:24, 25; 14:5, 6
Hak. 15:14Hk 16:9, 12
Hak. 15:15Hk 3:31
Hak. 15:16Hk 16:30
Hak. 15:17Hk 15:9
Hak. 15:19Çx 17:6
Hak. 15:20Yr 49:16; Hk 2:16; 13:1, 5; 16:31; İb 11:32
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
Müqəddəs Kitab
Hakimlər 15:1—20

Hakimlər

15 Bir müddət sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadını görməyə getdi. O dedi: «Arvadımın yanına, gərdəyə girmək istəyirəm». Lakin qayınatası onu içəri buraxmayıb 2 dedi: «Elə bildim, qızdan zəhlən gedir,+ buna görə onu sənin sağdışına verdim.+ Bax, kiçik bacısı ondan da qəşəngdir. Onun yerinə bunu al». 3 Onda Şimşon dedi: «İndi filiştlilərin başına bir oyun açım ki! Daha məni heç kim günahlandıra bilməz!»

4 Şimşon gedib 300 tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağlayıb quyruqların arasına məşəl qoydu. 5 Sonra məşəlləri odlayıb tülküləri filiştlilərin zəmilərinə buraxdı. Beləcə, dərzləri, zəmiləri, üzümlükləri və zeytun bağlarını yandırdı.

6 Filiştlilər: «Bunu kim eləyib?» — deyə soruşdular. Dedilər: «Bunu timnahlının kürəkəni Şimşon edib, çünki o, Şimşonun arvadını götürüb sağdışına verib».+ Filiştlilər gedib qızı və atasını yandırdılar.+ 7 Şimşon onlara dedi: «İndi ki belə elədiniz, sizdən intiqam almamış ürəyim sakitləşməyəcək».+ 8 O aman vermədən onları qırıb bir-bir yerə sərdi. Sonra enib Etam qayasındakı oyuqda qaldı.

9 Bundan sonra filiştlilər gəlib Yəhudada düşərgə saldılar və Lehidə+ soyğunçuluq eləməyə başladılar. 10 Yəhudalılar dedilər: «Bizdən nə istəyirsiniz?» Onlar: «Biz gəlmişik ki, Şimşonu tutaq və bizə etdiyini ona edək», — dedilər. 11 Onda 3000 yəhudalı Etam qayasındakı oyuğa gedib Şimşona dedi: «Məgər bilmirsən ki, filiştlilər üstümüzdə ağalıq eləyir?+ Bu nə işdir başımıza gətirmisən?» Şimşon onlara dedi: «Onların mənə etdiklərini öz başlarına gətirdim». 12 Yəhudalılar ona dedilər: «Biz gəlmişik səni tutub filiştlilərə verək». Onda Şimşon dedi: «And için ki, mənə heç nə etməyəcəksiniz». 13 Onlar dedilər: «Yox, sənə heç nə etməyəcəyik, təkcə əl-qolunu bağlayıb filiştlilərə verəcəyik».

Onlar iki təzə kəndir götürüb onu sarıdılar və qayadan çıxartdılar. 14 Şimşonu Lehiyə gətirəndə filiştlilər onu görüb şadlıqlarından qıy çəkdilər. Onda Yehovanın ruhu Şimşona güc verdi+ və qollarındakı kəndirlər yanmış kətan ip kimi oldu, əllərinin buxovu açıldı.+ 15 O, təzə ölmüş bir eşşəyin çənə sümüyünü tapdı. Sümüyü əlinə alıb min nəfəri qırdı.+ 16 Sonra Şimşon dedi:

«Eşşəyin çənə sümüyü ilə bir qalaq, iki qalaq!

Eşşəyin çənə sümüyü ilə min nəfəri qırdım».+

17 Şimşon bunu deyib qurtarandan sonra sümüyü tulladı və həmin yeri Ramat-Lehi*+ adlandırdı. 18 Sonra o, bərk susadı və Yehovanı çağırıb dedi: «Sən quluna möhtəşəm bir qələbə verdin. İndi susuzluqdan ölüb sünnətsizlərin əlinə düşəcəyəm?» 19 Allah Lehidə oyuq yardı və oradan su çıxdı.+ Şimşon içdi, özünə gəlib canlandı. Buna görə də o yerin adını Eyn-Haqqur* qoydu. O, bu günədək Lehidədir.

20 Şimşon filiştlilərin dövründə iyirmi il İsrailin hakimi oldu.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş