-
Mətta 16:21Müqəddəs Kitab
-
-
21 O vaxtdan etibarən, İsa Yerusəlimə gedəcəyini, ağsaqqallar, böyük kahinlər və mirzələr tərəfindən əzab çəkəcəyini, öldürüləcəyini və üçüncü gündə diriləcəyini şagirdlərinə başa salmağa başladı.+
-
-
Mətta 20:17—19Müqəddəs Kitab
-
-
17 İsa Yerusəlimə qalxarkən on iki şagirdini kənara çəkib dedi:+ 18 «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək və onlar insan Oğlunu ölümə məhkum edəcəklər.+ 19 Onu başqa xalqlardan olan adamlara təslim edəcəklər, onlar da insan Oğlunu lağa qoyacaq, qamçılayıb dirəkdə edam edəcəklər.+ Amma o, üçüncü gündə diriləcək».+
-
-
Mark 10:32—34Müqəddəs Kitab
-
-
32 Onlar Yerusəlimə qalxırdılar. İsa qabaqda gedirdi. Şagirdlər təəccüb içində idilər, arxadan gələnləri isə qorxu bürümüşdü. O, bir daha on iki həvarisini kənara çəkib başına gələcək şeylər haqqında onlara danışmağa başladı:+ 33 «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək, onlar insan Oğlunu ölümə məhkum edəcək və başqa xalqlardan olan adamlara təslim edəcəklər. 34 Onlar da insan Oğlunu lağa qoyacaq, üzünə tüpürəcək, qamçılayacaq və öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».+
-