-
Mətta 14:14—17Müqəddəs Kitab
-
-
14 İsa qayıqdan çıxanda böyük bir izdiham gördü. İsanın onlara yazığı gəldi+ və aralarındakı xəstələri sağaltdı.+ 15 Axşam düşəndə şagirdlər ona yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb. Camaatı burax, qoy kəndlərə gedib özlərinə yeməyə bir şey alsınlar».+ 16 İsa onlara dedi: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin». 17 Şagirdlər dedilər: «Burada cəmi beş çörək və iki balıq var».
-
-
Mark 6:35—38Müqəddəs Kitab
-
-
35 Gün batana yaxın şagirdləri İsaya yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb.+ 36 Camaatı burax, ətraf kəndlərə, obalara gedib özləri üçün yeməyə bir şey alsınlar».+ 37 İsa dedi: «Siz onlara yemək verin». Şagirdlər dedilər: «İndi deyirsən gedib camaat üçün iki yüz dinarlıq* çörək alaq?»+ 38 İsa onlara dedi: «Gedin görün neçə çörəyiniz var». Onlar öyrənib dedilər: «Beş çörək var, ikicə dənə də balıq».+
-
-
Luka 9:12, 13Müqəddəs Kitab
-
-
12 Yavaş-yavaş qaş qaralırdı. Bu vaxt on iki həvarisi onun yanına gəlib dedi: «Bura çöllükdür, camaatı burax ətrafdakı kəndlərə, obalara gedib gecələməyə bir yer tapsınlar, bir şey yesinlər».+ 13 Lakin İsa onlara dedi: «Siz onlara yemək verin».+ Şagirdlər dedilər: «Onda gərək gedib bu qədər camaata yemək alaq. Çünki beş çörəkdən və iki balıqdan savayı heç nəyimiz yoxdur».
-