Zəbur
Asəfin məzmuru.+
2 Allah Siondan, gözəllik zirvəsindən+ parlayır.
3 Allahımız gələcək, susub durmayacaq.+
5 «Qurban gətirib Mənimlə əhd bağlayan kəsləri,+
Sadiq bəndələrimi yanıma toplayın».
6 Göylər Onun ədalətini bəyan edir,
Çünki Allah Hakimdir.+ (Selah)
7 «Dinlə, ey xalqım, Mən danışacağam,
Ey İsrail, sənə qarşı şəhadət verəcəyəm.+
Mənəm Allah, sənin Allahın.+
8 Sizi nə təqdim etdiyiniz qurbanlara görə,
Nə də daim hüzuruma gətirdiyiniz yandırma qurbanlarına görə tənbeh etmirəm.+
9 Nə tövlənizdən bir buğaya,
Nə ağıllarınızdan bir təkəyə ehtiyacım var.+
10 Çünki bütün meşə heyvanları,
Min dağda yaşayan heyvanlar Mənimdir.+
11 Dağlardakı bütün quşları bir-bir tanıyıram,+
Çöllərdəki sürü-sürü heyvanlar Mənimdir.
12 Ac olsaydım da, sizə deməzdim,
Çünki torpaq, torpağın üstündəki hər şey Mənimdir.+
13 Məgər Mən buğa əti yeyirəm?
Məgər Mən təkə qanı içirəm?+
14 Qoy Allaha gətirdiyiniz qurban şükranlar olsun,+
Haqq-Taalaya etdiyiniz nəzirləri yerinə yetirin.+
16 Şər adamlara isə Allah deyəcək:
17 Siz ki öyüd-nəsihətə xor baxırsınız,
Sözlərimi qulaqardına vurursunuz.+
19 Dil-dodağınız ancaq şər yayır,
Dilinizdən hiylə əskik olmur.+
21 Siz belə edəndə dinmədim,
Elə bildiniz ki, Mən də sizin kimiyəm.
Xeyr! Sizi tənbeh edəcəyəm,
Əməllərinizi qabağınıza düzəcəyəm.+
22 Ey Allahı unudanlar,+ bunu nəzərə alın,
Yoxsa sizi tikə-tikə edərəm, qurtaran olmaz.
23 Şükranlardan qurban gətirən, Məni ucaldır.+
Haqq yolda möhkəm duran
Allahdan nicat görər».+