Zəbur
Dirijora. Maskil*. Davudun məzmuru. Ədumi Duəq Talutun yanına gedib Davudun Əximəlikin evinə gəldiyini deyəndə.+
52 Nə üçün pisliyinlə öyünürsən, ey qoluzorlu insan?+
Bil ki, Allahın məhəbbəti heç vaxt tükənməz.+
3 Yaxşılıqdan çox yamanı,
Həqiqətdən çox yalanı sevdin. (Selah)
4 Ey hiyləgər dil,
Zəhərli sözləri sevdin.
5 Allah səni əbədilik yıxacaq,+
Səni yerə vuracaq, çadırından dartıb çıxaracaq,+
İşıqlı dünyadan kökünü qoparacaq.+ (Selah)