Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əstər 6
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əstərin məzmunu

      • Şah Mərdəhaya hörmət göstərir (1—14)

Əstər 6:1

Çarpaz istinadlar

  • +Əs 10:2

Əstər 6:2

Çarpaz istinadlar

  • +Əs 2:21, 23

Əstər 6:4

Çarpaz istinadlar

  • +Əs 4:11
  • +Əs 5:14

Əstər 6:5

Çarpaz istinadlar

  • +Əs 3:1

Əstər 6:6

Çarpaz istinadlar

  • +Əs 3:2; 5:11

Əstər 6:8

Çarpaz istinadlar

  • +Əs 8:15

Əstər 6:9

Çarpaz istinadlar

  • +Yr 41:42, 43

Əstər 6:11

Çarpaz istinadlar

  • +Əs 2:5, 6

Əstər 6:13

Çarpaz istinadlar

  • +Əs 5:10, 14

Əstər 6:14

Çarpaz istinadlar

  • +Əs 5:8

Digər

Əst. 6:1Əs 10:2
Əst. 6:2Əs 2:21, 23
Əst. 6:4Əs 4:11
Əst. 6:4Əs 5:14
Əst. 6:5Əs 3:1
Əst. 6:6Əs 3:2; 5:11
Əst. 6:8Əs 8:15
Əst. 6:9Yr 41:42, 43
Əst. 6:11Əs 2:5, 6
Əst. 6:13Əs 5:10, 14
Əst. 6:14Əs 5:8
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
Müqəddəs Kitab
Əstər 6:1—14

Əstər

6 Həmin gecə şahın yuxusu qaçmışdı. Şah əmr etdi ki, salnamələr kitabı+ gətirilsin. Kitab onun hüzurunda oxundu. 2 Orada şahın iki məmuru, qapı keşikçiləri Biqtan və Tərəşin şahı öldürmək qəsdləri barədə Mərdəhayın xəbər verdiyi yazılmışdı.+ 3 Şah soruşdu: «Bu işinə görə Mərdəhay hansı şərəfə və şana layiq görülüb?» Şahın vəzir-vəkili cavab verdi: «Ona heç nə verilməyib».

4 Daha sonra şah dedi: «Həyətdə kim var?» Bu vaxt Həman həyətdə idi.+ O gəlmişdi ki, şahla danışıb hazırladığı dirəkdən Mərdəhayı asdırsın.+ 5 Şahın qulluqçuları dedilər: «Həyətdə Həman+ durub». Şah buyurdu: «Qoy içəri gəlsin!»

6 Həman içəri girəndə şah ondan soruşdu: «Şahın hörmət göstərmək istədiyi adam üçün nə edilməlidir?» Həman ürəyində düşündü: «Şah məndən savayı kimə hörmət göstərmək istəyəcək ki?»+ 7 və belə cavab verdi: «Şahın hörmət göstərmək istədiyi kəs üçün 8 qoy şahın geyindiyi şah libasını+ və başına şah çələngi qoyulmuş, şahın mindiyi atı gətirsinlər. 9 Libas və at şahın nəcabətli əyanlarından birinə həvalə edilsin. Libası şahın hörmət göstərmək istədiyi adama geyindirsinlər, onu atın belində şəhər meydanında gəzdirsinlər və önündə car çəksinlər: “Şah hörmət göstərmək istədiyi adama bu cür hörmət göstərir”».+ 10 Şah Həmana buyurdu: «Onda tez libası və atı götür və dediyini şah darvazasında oturan yəhudi Mərdəhay üçün et. Heç nəyi unutma!»

11 Həman libası və atı götürdü, Mərdəhayı+ geyindirdi. Onu atın belində şəhər meydanında gəzdirib önündə car çəkdi: «Şah hörmət göstərmək istədiyi adama bu cür hörmət göstərir». 12 Bundan sonra Mərdəhay şah darvazasına qayıtdı. Həman isə başını örtüb dilxor halda evinə tələsdi. 13 O, başına gələnləri arvadı Zərəşlə+ dostlarına danışdı. Başbilənləri və arvadı Zərəş ona dedilər: «Səndən yüksəyə qalxmış bu Mərdəhay yəhudidirsə, ona gücün çatmayacaq. Onun qarşısında mütləq məğlub olacaqsan».

14 Onlar hələ danışarkən şahın məmurları gəldilər və Həmanı tələsik Əstərin verdiyi ziyafətə apardılar.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş