Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Çıxış 2
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Çıxışın məzmunu

      • Musa doğulur (1—4)

      • Fironun qızı Musanı oğulluğa götürür (5—10)

      • Musa Mədyənə qaçır və Səfurəni alır (11—22)

      • Allah israillilərin fəryadını eşidir (23—25)

Çıxış 2:1

Çarpaz istinadlar

  • +Çx 6:20; Sy 26:59

Çıxış 2:2

Çarpaz istinadlar

  • +Hv 7:20; İb 11:23

Çıxış 2:3

Haşiyələr

  • *

    Hərfən: papirus.

  • *

    Yaxud asfalt və qatran. Burada təbii asfalt növləri nəzərdə tutulur.

Çarpaz istinadlar

  • +Hv 7:18, 19

Çıxış 2:4

Çarpaz istinadlar

  • +Çx 15:20; 1Sm 6:3; Mi 6:4

Çıxış 2:5

Çarpaz istinadlar

  • +Hv 7:21

Çıxış 2:8

Çarpaz istinadlar

  • +Çx 6:20

Çıxış 2:10

Haşiyələr

  • *

    Mənası: sudan çıxarılmış, sudan xilas edilmiş.

Çarpaz istinadlar

  • +İb 11:24, 25
  • +Hv 7:21

Çıxış 2:11

Haşiyələr

  • *

    Hərfən: qardaşlarının.

Çarpaz istinadlar

  • +Çx 1:11; 3:7; Hv 7:23

Çıxış 2:12

Çarpaz istinadlar

  • +Hv 7:24

Çıxış 2:13

Çarpaz istinadlar

  • +Hv 7:26

Çıxış 2:14

Çarpaz istinadlar

  • +Hv 7:27, 28

Çıxış 2:15

Çarpaz istinadlar

  • +Yr 25:1, 2; Çx 3:1; 4:19

Çıxış 2:16

Çarpaz istinadlar

  • +Çx 18:12

Çıxış 2:18

Haşiyələr

  • *

    Digər adı Yətra.

Çarpaz istinadlar

  • +Çx 4:18; 18:1; Sy 10:29

Çıxış 2:19

Çarpaz istinadlar

  • +Hv 7:22

Çıxış 2:21

Çarpaz istinadlar

  • +Çx 18:2—4; Sy 12:1

Çıxış 2:22

Haşiyələr

  • *

    Mənası: orada qərib.

Çarpaz istinadlar

  • +Hv 7:29
  • +1Sm 23:15

Çıxış 2:23

Çarpaz istinadlar

  • +Çx 7:7; Hv 7:30
  • +Çx 3:7; 1Pd 8:51

Çıxış 2:24

Çarpaz istinadlar

  • +Hv 7:34
  • +Yr 15:13, 14; Çx 6:5; Sy 20:15, 16

Digər

Çıx. 2:1Çx 6:20; Sy 26:59
Çıx. 2:2Hv 7:20; İb 11:23
Çıx. 2:3Hv 7:18, 19
Çıx. 2:4Çx 15:20; 1Sm 6:3; Mi 6:4
Çıx. 2:5Hv 7:21
Çıx. 2:8Çx 6:20
Çıx. 2:10İb 11:24, 25
Çıx. 2:10Hv 7:21
Çıx. 2:11Çx 1:11; 3:7; Hv 7:23
Çıx. 2:12Hv 7:24
Çıx. 2:13Hv 7:26
Çıx. 2:14Hv 7:27, 28
Çıx. 2:15Yr 25:1, 2; Çx 3:1; 4:19
Çıx. 2:16Çx 18:12
Çıx. 2:18Çx 4:18; 18:1; Sy 10:29
Çıx. 2:19Hv 7:22
Çıx. 2:21Çx 18:2—4; Sy 12:1
Çıx. 2:22Hv 7:29
Çıx. 2:221Sm 23:15
Çıx. 2:23Çx 7:7; Hv 7:30
Çıx. 2:23Çx 3:7; 1Pd 8:51
Çıx. 2:24Hv 7:34
Çıx. 2:24Yr 15:13, 14; Çx 6:5; Sy 20:15, 16
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
Müqəddəs Kitab
Çıxış 2:1—25

Çıxış

2 Lavi nəslindən bir nəfər lavili bir qızla evləndi.+ 2 Qadın hamilə qalıb bir oğlan doğdu. Uşağın çox gözəl olduğunu görüb onu üç ay gizlətdi.+ 3 Lakin uşağı artıq gizlətmək+ mümkün olmayanda bir qamış* səbət götürüb ona qatran* çəkdi, uşağı səbətə qoydu və səbəti aparıb Nil çayının qırağındakı qamışlığa buraxdı. 4 Körpənin bacısı+ isə onun başına nə gələcəyini bilmək üçün uzaqdan durub baxırdı.

5 Fironun qızı Nil çayına çimməyə gəldi. Onun kənizləri çayın kənarında gəzişirdilər. Firon qızının gözü qamışlıqdakı səbətə sataşdı və cəld kənizini göndərib səbəti gətirtdi.+ 6 Səbəti açanda uşağı gördü. Körpə ağlayırdı. Firon qızı: «Bu, ibrani uşağıdır», — desə də, ona yazığı gəldi. 7 Bu zaman uşağın bacısı firon qızına dedi: «İstəyirsən, gedim bir əmzikli ibrani qadın çağırım körpəyə dayəlik etsin?» 8 Firon qızı: «Get çağır», — dedi. Qızcığaz gedib körpənin anasını çağırdı.+ 9 Firon qızı qadına dedi: «Bu uşağı götür, ona dayəlik et. Haqqını verəcəyəm». Beləliklə, qadın uşağı aparıb ona dayəlik etdi. 10 Uşaq böyüyəndə qadın gətirib onu fironun qızına verdi. O da uşağı oğulluğa götürdü+ və: «Onu sudan çıxardım», — deyərək adını Musa* qoydu.+

11 İllər keçdi, Musa böyüdü. Bir gün o, soydaşlarının* yanına gedib onların necə zülm çəkdiyini gördü.+ Orada baxıb gördü ki, bir misirli onun ibrani qardaşlarından birini döyür. 12 Musa ətrafa göz gəzdirdi. Görəndə ki, heç kəs yoxdur, vurub misirlini öldürdü, meyitini isə qumda gizlətdi.+

13 Ertəsi gün gələndə iki ibraninin bir-birilə dalaşdığını gördü və haqsız olana dedi: «Yoldaşını niyə döyürsən?»+ 14 Həmin adam dedi: «Səni bizim üzərimizə ağa qoyublar, yoxsa hakim? Bəlkə, misirlini öldürdüyün kimi, məni də öldürmək istəyirsən?»+ Musa: «İşin üstü açılıb!» — deyərək qorxuya düşdü.

15 Firon bu hadisədən xəbər tutanda Musanı öldürmək istədi. Ancaq Musa firondan qaçıb yaşamaq üçün Mədyən+ torpağına getdi. Ora çatanda bir quyunun başında oturdu. 16 Mədyən kahininin+ yeddi qızı var idi. Onlar quyunun başına gəldilər ki, su çəkib suvatı doldursunlar və atalarının sürüsünü sulasınlar. 17 Çobanlar isə həmişəki kimi, gəlib onları qovdular. Onda Musa qalxıb qızların köməyinə çatdı və sürülərini suladı. 18 Qızlar evə qayıdanda ataları Ruil*+ soruşdu: «Nə yaxşı bu gün belə tez gəldiniz?» 19 Qızlar cavab verdilər: «Bir misirli+ bizi çobanların əlindən qurtardı, hətta bizim üçün quyudan su çəkib sürünü də suladı». 20 «Bəs o, haradadır? Niyə onu qoyub gəldiniz? — deyə o soruşdu. — Gedin onu çağırın, gəlsin bizimlə çörək yesin». 21 Musa Ruilin evində qalmağa razı oldu. Ruil qızı Səfurəni+ Musaya verdi. 22 Bir müddət sonra Səfurənin bir oğlu oldu. Musa: «Yad eldə qərib oldum»,+ — deyərək uşağın adını Hirsəm*+ qoydu.

23 İllər keçdi. Misir padşahı öldü.+ Lakin İsrail oğulları əvvəlki kimi, köləlik boyunduruğu altında nalə çəkib inildəyirdilər. Zülm əlindən dad edib Allahdan imdad diləyirdilər.+ 24 Allah onların ah-naləsini eşitdi+ və İbrahimlə, İshaqla, Yaqubla bağladığı əhdi xatırladı.+ 25 Beləcə, Allah İsrail oğullarına nəzər salıb çəkdikləri əzab-əziyyəti gördü.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş