Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hakimlər 16
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hakimlərin məzmunu

      • Şimşon Qəzzədə (1—3)

      • Şimşon və Dilalə (4—22)

      • Şimşonun intiqamı və ölümü (23—31)

Hakimlər 16:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/1/2005 s. 24—25

Hakimlər 16:4

Çarpaz istinadlar

  • +Hk 16:18

Hakimlər 16:5

Çarpaz istinadlar

  • +Hk 14:15

Hakimlər 16:9

Çarpaz istinadlar

  • +Hk 15:14

Hakimlər 16:12

Çarpaz istinadlar

  • +Hk 16:9

Hakimlər 16:13

Çarpaz istinadlar

  • +Hk 16:7, 11

Hakimlər 16:15

Çarpaz istinadlar

  • +Hk 14:16
  • +Hk 16:7, 11, 13

Hakimlər 16:16

Çarpaz istinadlar

  • +Hk 14:17

Hakimlər 16:17

Çarpaz istinadlar

  • +Sy 6:5; Hk 13:5, 7

Hakimlər 16:18

Çarpaz istinadlar

  • +Hk 16:5

Hakimlər 16:20

Çarpaz istinadlar

  • +Hk 16:9, 12, 14

Hakimlər 16:22

Çarpaz istinadlar

  • +Hk 13:5

Hakimlər 16:23

Çarpaz istinadlar

  • +1İş 5:4

Hakimlər 16:24

Çarpaz istinadlar

  • +Hk 15:4, 5
  • +Hk 15:7, 8, 15, 16

Hakimlər 16:28

Çarpaz istinadlar

  • +İb 11:32
  • +Hk 14:5, 6, 19; 15:14
  • +Hk 16:21

Hakimlər 16:30

Çarpaz istinadlar

  • +Hk 16:27
  • +Hk 14:19; 15:7, 8, 15, 16

Hakimlər 16:31

Çarpaz istinadlar

  • +Hk 13:2
  • +Hk 13:8
  • +Hk 2:16; 15:20

Digər

Hak. 16:4Hk 16:18
Hak. 16:5Hk 14:15
Hak. 16:9Hk 15:14
Hak. 16:12Hk 16:9
Hak. 16:13Hk 16:7, 11
Hak. 16:15Hk 14:16
Hak. 16:15Hk 16:7, 11, 13
Hak. 16:16Hk 14:17
Hak. 16:17Sy 6:5; Hk 13:5, 7
Hak. 16:18Hk 16:5
Hak. 16:20Hk 16:9, 12, 14
Hak. 16:22Hk 13:5
Hak. 16:231İş 5:4
Hak. 16:24Hk 15:4, 5
Hak. 16:24Hk 15:7, 8, 15, 16
Hak. 16:28İb 11:32
Hak. 16:28Hk 14:5, 6, 19; 15:14
Hak. 16:28Hk 16:21
Hak. 16:30Hk 16:27
Hak. 16:30Hk 14:19; 15:7, 8, 15, 16
Hak. 16:31Hk 13:2
Hak. 16:31Hk 13:8
Hak. 16:31Hk 2:16; 15:20
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
Müqəddəs Kitab
Hakimlər 16:1—31

Hakimlər

16 Bir gün Şimşon Qəzzəyə getdi. Orada bir fahişə görüb onun evinə girdi. 2 Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buradadır. Onlar mühasirə qurub bütün gecəni şəhər darvazasında onun üçün pusquda durdular. «Dan yeri söküləndə onu öldürərik» deyib bütün gecəni səssiz-səmirsiz gözlədilər.

3 Şimşon gecə yarısınacan yatdı. Sonra durdu, şəhər darvazasının qapılarından yapışıb darvazanı yan dirəklər və cəftə qarışıq çıxartdı, çiyninə qoyub Həbruna baxan dağın başına apardı.

4 Bir müddət sonra Şimşon Soreq vadisində yaşayan Dilalə adlı bir qıza aşiq oldu.+ 5 Filişt hakimləri qızın yanına gəlib dedilər: «Şimşonun qılığına gir, öyrən gör onda bu güc haradandır.+ Biz onu necə üstələyə bilərik, nə ilə sarıyıb tuta bilərik. Bunun müqabilində hərəmiz sənə 1100 gümüş verəcəyik».

6 Dilalə Şimşona dedi: «Səndəki bu böyük güc haradandır? Səni nə ilə sarıyıb tutmaq olar?» 7 Şimşon ona dedi: «Məni kaman yayı düzəldilən yeddi təzə, yaş iplə sarısalar, gücdən düşüb adi adam kimi olaram». 8 Filişt hakimləri kaman yayı düzəldilən yeddi təzə, yaş ip gətirdilər. Qız onlarla Şimşonu sarıdı. 9 Onlar içəri otaqda pusquda durmuşdular. Qız Şimşonu hayladı: «Şimşon, filiştlilər üstünə gəlir!» Şimşon qollarındakı ipləri alov qarsamış kətan saptək asanlıqla qırdı.+ Onun gücünün sirri bilinmədi.

10 Dilalə Şimşona dedi: «Sən məni aldatdın, yalan söylədin. Nə olar, de, səni nə ilə sarımaq olar?» 11 Şimşon qıza dedi: «Əgər məni heç vaxt işlənməmiş, təzə kəndirlə sarısalar, gücdən düşüb adi adam kimi olaram». 12 Dilalə təzə kəndir götürüb onu sarıdı, sonra çağırdı: «Filiştlilər üstünə gəlir, Şimşon!» (İçəri otaqda adamlar pusquda durmuşdu.) Şimşon qollarındakı kəndiri saptək qırdı.+

13 Dilalə yenə Şimşona dedi: «Sən elə hey məni aldadırsan, mənə düzünü demirsən.+ De, səni nə ilə sarımaq olar?» Şimşon ona dedi: «Yeddi hörüyümü toxucu dəzgahının əriş ipi ilə hörsən, gücümü itirərəm». 14 Qız onun hörüklərini toxucu dəzgahının darağı ilə yığıb qışqırdı: «Şimşon, filiştlilər üstünə gəlir!» Şimşon yuxudan durub darağı və əriş ipini saçından açdı.

15 Qız Şimşona dedi: «Ürəyini mənə açmaya-açmaya necə deyə bilərsən ki, məni sevirsən?+ Üçüncü dəfədir ki, mənə yalan danışırsan, gücünün haradan olduğunu mənə demirsən».+ 16 O, hər gün o qədər zır-zır edib onun baş-beynini apardı ki, axırda Şimşonun canı boğazına yığıldı+ 17 və sirrini ona açdı: «Mən anadangəlmə Allahın nəzirisiyəm. İndiyə qədər başıma ülgüc dəyməyib.+ Əgər saçlarımı qırxsalar, qüvvəmi itirərəm, gücdən düşüb adi adam kimi olaram».

18 Dilalə görəndə ki, Şimşon ürəyini ona açdı, dərhal Filişt hakimlərini çağırtdırıb+ dedi: «Gəlin, bu dəfə o, ürəyini mənə açdı». Filişt hakimləri pulu götürüb onun yanına gəldilər. 19 Qız Şimşonu dizinin üstündə yatırtdı, sonra adamını çağırıb onun yeddi hörüyünü kəsdirdi. Bundan sonra qız Şimşona üstün gəlməyə başladı, çünki o, get-gedə gücünü itirirdi. 20 Qız: «Filiştlilər üstünə gəlir, Şimşon!» — deyə onu səslədi. Şimşon yuxudan oyanıb: «Yenə əvvəlkitək sıçrayıb çıxaram!»+ — deyə fikirləşdi. Amma o bilmirdi ki, Yehova artıq onu tərk edib. 21 Filiştlilər onu tutub gözlərini çıxartdılar, Qəzzəyə gətirdilər və mis qandallarla qandalladılar. Şimşon zindanda dəyirman daşı hərlədirdi. 22 Onun qırxılmış saçı isə uzanırdı.+

23 Filişt hakimləri allahları Daqona+ qurbanlar kəsib bayram etmək üçün bir yerə toplaşdılar. Onlar deyirdilər: «Allahımız düşmənimizi, Şimşonu bizə təslim etdi!» 24 Camaat onu görəndə özlərinin allahını mədh edib dedi: «Allahımız ölkəmizi talan edən,+ bizi qırıb-çatan düşmənimizi bizə təslim etdi».+

25 Hamının kefi kök idi. Onlar dedilər: «Şimşonu gətirin bizi əyləndirsin». Şimşonu zindandan çıxarıb gətirdilər. Onu sütunların arasında dayandırdılar. 26 Şimşon onun əlindən tutan uşağa dedi: «Qoy evi saxlayan sütunlara toxunum, onlara söykənim». 27 Ev kişilərlə, qadınlarla dolu idi. Bütün Filişt hakimləri ora toplaşmışdı. Damdan üç minə yaxın adam Şimşona tamaşa edib əylənirdi.

28 Şimşon+ Yehovaya yalvarıb dedi: «Ey Külli-İxtiyar Yehova, məni yadına sal. Pərvərdigara, mənə ancaq bu dəfəlik qüvvət ver,+ qoy filiştlilərdən heç olmasa bir gözümün heyfini çıxım».+

29 Sonra Şimşon əllərini evi saxlayan iki orta sütuna dirədi, sağ əlini birinə, sol əlini o birinə söykədi. 30 Şimşon: «Qoy mən də filiştlilərlə bir yerdə ölüm!» — deyib var gücü ilə sütunları itələdi. Ev orada olan hakimlərin və camaatın üstünə uçdu.+ Beləliklə, Şimşon öləndə sağlığında öldürdüyündən daha çox adam məhv etdi.+

31 Şimşonun qardaşları və atasının bütün ev əhli gəlib onun meyitini apardı. Onu gətirib Sorahla+ Əştul arasında, atası Mənuhun+ qəbrində dəfn etdilər. Şimşon İsraildə iyirmi il hakimlik etdi.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş