Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Ərəmya 1:1—52:34
  • Ərəmya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ərəmya
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Ərəmya

ƏRƏMYA

1 Bunlar Binyamin torpağındakı Ənatutda+ yaşayan kahinlərdən biri olan Xilqiyyənin oğlu Ərəmyanın* sözləridir. 2 Yəhuda padşahı Amun+ oğlu Yuşiyyənin dövründə,+ onun hakimiyyətinin on üçüncü ilində mənə Yehovanın sözü nazil oldu. 3 Həmçinin Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründən Yəhuda padşahı Yuşiyyə oğlu Sidqiyyənin hakimiyyətinin on birinci ilinin sonuna qədər,+ beşinci ayda Yerusəlim əhli sürgünə aparılana qədər+ mənə Allahın sözü nazil oldu.

4 Mənə Yehovanın sözü nazil oldu:

 5 «Ananın bətnində sənə surət verməzdən əvvəl səni tanımışam.+

Sən dünyaya gəlməzdən əvvəl səni müqəddəs iş üçün seçmişəm.+

Səni xalqlara peyğəmbər etmişəm».

 6 Mən dedim: «Ah, Külli-İxtiyar Yehova!

Mən gəncəm,+ danışmağı bacarmıram».+

 7 Onda Yehova mənə dedi:

«Demə “gəncəm”.

Kimin yanına göndərsəm, gedəcəksən,

Nə əmr etsəm, deyəcəksən.+

 8 Onların görkəmindən qorxma.+

Mən səninləyəm, səni xilas edəcəyəm.+ Bunu Mən Yehova deyirəm».

9 Sonra Yehova əlini uzatdı və dodaqlarıma toxundu.+ Yehova mənə dedi: «Budur, sözlərimi sənin dilinə qoydum.+ 10 Bu gündən səni qoparmaq, uçurmaq, dağıtmaq, yerlə yeksan etmək, tikmək və əkmək üçün xalqların, səltənətlərin üzərinə təyin etdim».+

11 Mənə yenə Yehovanın sözü nazil oldu: «Ərəmya, nə görürsən?» Mən dedim: «Badam ağacının budağını görürəm».

12 Yehova mənə dedi: «Düzdür. Mən də sayığam*, sözümü yerinə yetirəcəyəm».

13 Mənə ikinci dəfə Yehovanın sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Qaynayan qazan görürəm, ağzı şimaldan cənub tərəfə əyilib». 14 Onda Yehova mənə dedi:

«Ölkə sakinlərinin üstünə

Şimaldan bəla gələcək.+

15 Mən şimal səltənətlərinin qəbilələrini çağırıram, — bəyan edir Yehova.+

Onlar gələcək.

Hər biri taxtını Yerusəlim darvazalarının ağzında,+

Onun divarlarının yanında,

Bütün Yəhuda şəhərlərində quracaq.+

16 Bütün şər əməllərinə görə hökmümü onlara bildirəcəyəm,

Çünki Məni tərk ediblər.+

Başqa allahlara qurban tüstüsü təqdim edirlər,+

Öz əllərinin işinə səcdə qılırlar.+

17 Sən isə ətəyini belinə dola*,

Qalx, əmr etdiyim hər şeyi onlara söylə.

Onlardan qorxma,+

Yoxsa səni onların önündə qorxuya salaram.

18 Bu gündən səni qala-şəhər,

Dəmir dirək, mis divar edirəm ki,+

Bütün ölkə, Yəhuda padşahları, əmirləri,

Kahinləri və ölkə əhli qarşısında davam gətirəsən.+

19 Onlar səninlə vuruşacaqlar,

Amma üstün gələ bilməyəcəklər.

Çünki Mən səninləyəm,+ səni xilas edəcəyəm, — bəyan edir Yehova».

2 Mənə Yehovanın sözü nazil oldu: 2 «Get, Yerusəlimdə car çək ki, Yehova belə deyir:

“Gəncliyində göstərdiyin vəfanı,+

Nişanlı vaxtındakı məhəbbətini,+

Səhrada, ot bitməyən torpaqda+

Ardımca gəldiyin vaxtı yaxşı xatırlayıram.

 3 İsrail Yehova üçün müqəddəs idi,+ məhsulunun ilk nübarı idi”.

Ona toxunan günahkar sayılardı.

Müsibət onu haqlayardı, — bəyan edir Yehova».+

 4 Yehovanın sözünü eşit, ey Yaqub evi,

Siz, ey İsrail evinin nəsilləri.

 5 Yehova belə deyir:

«Ata-babalarınız Məndə nə səhv tapdı ki,+

Məndən bu qədər uzaqlaşdı,

Dəyərsiz bütlərin dalınca gedib+ özləri də dəyərdən düşdü?+

 6 Onlar soruşmadılar: “Hanı Yehova?

Bizi Misir diyarından çıxaran,+

Səhralıqdan,

Çöl-biyabandan,+ çala-çuxurdan,

Quraq torpaqlardan,+ qatı zülmətlərdən,

İnsan ayağı dəyməyən,

Kimsənin yaşamadığı yerlərdən keçirən hanı?”

 7 Mən sizi bağlı-bağatlı diyara gətirdim ki,

Onun barından, nemətlərindən yeyəsiniz.+

Amma siz gəlib Mənim torpağımı murdarladınız,

Mənim irsimi iyrənc bir yerə döndərdiniz.+

 8 Kahinlər soruşmadılar: “Hanı Yehova?”+

Əllərində Qanunu tutanlar Məni tanımadılar,

Çobanlar* Mənə asi çıxdılar,+

Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər,+

Kara gəlməyən allahların ardınca getdilər.

 9 “Odur ki, sizinlə çəkişməm var,+ — bəyan edir Yehova.

Övladlarınızın övladları ilə də çəkişəcəyəm”.

10 “Kittim+ sahillərinə keçib baxın.

Qədara+ qasid göndərib öyrənin,

Görün heç belə şey baş verib?

11 Heç hansısa xalq öz allahlarını başqalarına dəyişib?

Halbuki öz allahları da allah deyil.

Mənim xalqım isə calalımı boş şeylərə dəyişib.+

12 Ey göylər, heyrətlə baxın,

Dəhşətdən titrəyin, — bəyan edir Yehova.

13 Çünki xalqım iki pis iş tutub:

Onlar Məni, dirilik suyu mənbəyini atıb,+

Özləri üçün hovuzlar,

Su saxlamayan çatlaq hovuzlar oyublar.

14 Məgər İsrail nökərdir? Yoxsa o, kölə doğulub?

Bəs onda niyə onu qarət edirlər?

15 Onun üstünə cavan aslanlar nərə çəkir,+

Bağırıb nərildəyir.

Ölkəni dəhşətli hala salıblar.

Şəhərlərinə od vurublar, bir ins-cins qalmayıb.

16 Nof*+ və Təfnis+ əhli səni çapıb-talayır.

17 Məgər bunları özün öz başına gətirmədin?

Allahın Yehovanı tərk etdin,+

Halbuki O, sənə bələdçilik edirdi.

18 Misirə gedən yolda nə işin var?+

Könlündən Sihor suyundan içmək keçir?

Bəs Aşşura gedən yolda nə işin var?+

Fəratın suyundan içmək istəyirsən?

19 Bəd əməllərindən ibrət al,

Xəyanətkarlığın səni töhmətləndirsin.

Allahın Yehovanı tərk etməyin

Necə pis, necə acı olduğunu bil və anla.+

Sən Məndən heç qorxmursan,+ — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova*.

20 Qədimdə sənin boyunduruğunu parçaladım,+

Buxovlarını qırıb atdım.

Amma sən dedin: “Sənə xidmət etməyəcəyəm”.

Hər hündür təpənin, hər gur yarpaqlı ağacın altında+

Sərələnib fahişəlik etdin.+

21 Səni saf toxum kimi, əla qırmızı üzüm gətirən meynə kimi əkmişdim,+

Necə oldu ki, önümdə yabanı meynənin vəhşi budaqlarına çevrildin?+

22 Qələvi ilə, çoxlu gilabı ilə yuyunsan da,

Günahın önümdə ləkə kimi qalacaq+” — Külli-İxtiyar Yehova bəyan edir.

23 Sən necə deyirsən: “Özümü ləkələməmişəm,

Baalların ardınca getməmişəm”?

Vadidəki yoluna bax,

Elədiklərini gör.

Sən çılğın, gənc dişi dəvəyə,

Ora-bura vurnuxan dəvəyə bənzəyirsən.

24 Qızışanda havanı iyləyən,

Çöllüyə öyrəşmiş vəhşi eşşək kimisən.

Həmin vaxt kim onun qabağını ala bilər?

Onu axtaranlar özlərini yormaz,

Cütləşmə dövrü gələndə onu taparlar.

25 Ayağın yalın qalmasın,

Boğazın susuzluqdan qurumasın.

Amma sən dedin: “Mümkün deyil! Xeyr!+

Mən yadellilərə vurulmuşam,+

Onların ardınca gedəcəyəm”.+

26 Oğurluq üstündə tutulan necə biabır olursa,

İsrail evi də elə biabır olub,

Padşahları, əmirləri,

Kahinləri, peyğəmbərləri — hamısı.+

27 Onlar ağaca “atamsan”,+

Daşa “məni sən dünyaya gətirmisən” deyirlər.

Mənə isə üzlərini yox, arxalarını çevirirlər.+

Amma dara düşəndə deyəcəklər:

“Qalx, bizi qurtar!”+

28 Bəs hanı sənin düzəltdiyin allahlar?+

Bacarırlarsa, qoy dar günündə qalxıb səni qurtarsınlar.

Çünki, ey Yəhuda, allahlarının sayı şəhərlərinin sayına çatıb.+

29 “Niyə Mənimlə çəkişirsiniz?

Niyə Mənə qarşı qalxmısınız?”+ — bəyan edir Yehova.

30 Mən hədər yerə oğullarını cəzalandırdım,+

Onlara heç nə kar eləmir.+

Öz qılıncınız öz peyğəmbərlərinizi parçaladı,+

Yırtıcı aslan kimi.

31 Ey nəsil, Yehovanın sözünə diqqət et!

Məgər Mən İsrail üçün səhralığa çevrilmişəm?

Yoxsa qatı zülmət diyarına dönmüşəm?

Nə üçün xalqım, bu camaat: “Hara istəsək gedəcəyik.

Artıq Sənə dönməyəcəyik” deyir?+

32 Qız öz bəzəyini,

Gəlin öz kəmərini unudarmı?

Amma xalqım xeyli vaxtdır Məni unudub.+

33 Məşuq tapmaqda mahirsən, ey qadın!

Bəd əməllərdə pərgarsan.+

34 Ətəyin günahsızların, fəqirlərin qanına bulaşıb.

Qanları sənin ətəyindədir,+

Halbuki Mən onları ev yaranda yaxalamamışam.+

35 Sən isə deyirsən: “Mən məsumam.

Onun mənə olan qəzəbi soyuyub”.

O ki deyirsən “mən günahsızam”,

Sənə qarşı hökmü icra edəcəyəm.

36 Necə də asanlıqla yollarını dəyişirsən!

Aşşura görə utandığın kimi,+

Misirə görə də utanacaqsan.+

37 Buna görə də əlinlə başını tutub gedəcəksən,+

Çünki ümid bağladığın kəsləri Yehova rədd etdi.

Onlardan sənə fayda gəlməyəcək».

3 Camaat soruşur: «Kişi arvadını boşasa, arvad da çıxıb başqasına ərə getsə, kişi onu bir də qəbul edər?»

Bu ölkə tamamilə murdarlanıb.+

«Sən çoxlu oynaşınla fahişəlik etdin,+

İndi Mənə geri qayıdacaqsan?» — bəyan edir Yehova.

 2 «Başını qaldır, çılpaq təpələrə bax.

Zorlanmadığın yer qalıb?

Səhradakı bədəvi kimi,

Yollarda durub oynaşlarını gözlədin.

Fahişəliyinlə, mənfurluğunla

Ölkəni murdarladın.+

 3 Buna görə yağışlar kəsilib,+

Baharda yağış yağmır.

Sən fahişəlik edən həyasız arvada oxşayırsan.

Utanıb-qızarmırsan.+

 4 İndi də Məni çağırırsan:

“Atam, cavanlıq həmdəmim!+

 5 Heç əbədilik incik qalarlar?

Həmişəlik kin saxlayarlar?”

Bir tərəfdən belə deyirsən,

Bir tərəfdən də elədiyini eləyirsən, pisliyindən əl çəkmirsən».+

6 Yuşiyyə padşahın+ dövründə mənə Yehovanın sözü nazil oldu: «“Xəyanətkar İsrailin hərəkətini görürsən? O, hər hündür dağın təpəsində, hər gur yarpaqlı ağacın altında fahişəlik etdi.+ 7 Bundan sonra da Mən onu dönə-dönə geri çağırdım,+ o isə qayıtmadı. Yəhuda da xəyanətkar bacısına baxdı.+ 8 Mən bunu görəndə zina etdiyinə görə+ xəyanətkar İsrailə talaq kağızını verib onu boşadım.+ Vəfasız bacısı Yəhuda bunu görüb qorxmadı, o da gedib fahişəlik etdi.+ 9 Arsız-arsız fahişəlik etdi. Daşlarla, ağaclarla zina edib fahişəliyilə ölkəni murdarladı.+ 10 Bütün bunlara baxmayaraq, onun vəfasız bacısı Yəhuda sidqi-ürəkdən Mənə dönmədi, yalandan özünü elə göstərdi”, — bəyan edir Yehova».

11 Sonra Yehova mənə dedi: «Xəyanətkar İsrail vəfasız Yəhudadan saleh çıxdı.+ 12 Get, şimala bu sözləri car çək:+

“Yehova bəyan edir: “Geri dön, ey asi İsrail,+ Mən sizə qəzəblə baxmayacağam,+ çünki Mən vəfalıyam, — bəyan edir Yehova, — həmişəlik acıqlı qalmayacağam. 13 Bircə günahınızı boynunuza alın, çünki Allahınız Yehovaya asilik etdiniz. Hər gur yarpaqlı ağacın altında özünüzü yadlara verdiniz, Mənə qulaq asmadınız”. Yehova belə bəyan edir».

14 «Geri dönün, ey asi övladlar, — Yehova bəyan edir, — Mən sizin sahibinizəm*, sizi şəhərlərdən bir-bir, qəbilələrdən iki-iki götürüb Siona gətirəcəyəm.+ 15 Sizə ürəyimcə olan çobanlar verəcəyəm,+ onlar sizi biliklə, dərrakə ilə bəsləyəcək. 16 O vaxt ölkədə artıb-çoxalacaq, bar verəcəksiniz, — Yehova bəyan edir.+ — Artıq heç kim “Yehovanın Əhd sandığı” sözünü dilinə gətirməyəcək. Heç kim onu xatırlamayacaq, yada salmayacaq, xiffətini çəkməyəcək, yenisini düzəltməyəcək. 17 O vaxt Yerusəlimə Yehovanın taxtı deyiləcək.+ Bütün xalqlar Yehovanın adını ucaltmaq üçün Yerusəlimə toplaşacaq.+ Daha inadla öz qara ürəklərinə görə hərəkət etməyəcəklər».

18 «O günlərdə Yəhuda evi ilə İsrail evi birləşib+ şimal ölkəsindən ata-babalarınıza irs verdiyim ölkəyə gələcəklər.+ 19 Dedim: “Sizi oğullarım arasına qoydum, sizə dünyanın dilbər guşəsini, xalqların heyran qaldığı irsi verdim”.+ Fikirləşirdim Mənə “Ata” deyəcəksiniz, yolumdan sapmayacaqsınız. 20 Siz isə, ey İsrail evi, ərini atan xəyanətkar qadın kimi, Mənimlə xəyanətkarcasına davrandınız,+ — bəyan edir Yehova».

21 Çılpaq təpələrdən səs eşidilir,

İsrail xalqı ağlayır, yalvar-yaxar edir.

Onlar əyri yolla gediblər,

Allahları Yehovanı unudublar.+

22 «Qayıdın, ey asi övladlar,

Sizin asi ürəyinizə şəfa verim».+

«Budur, Sənin yanına gəlmişik.

Çünki Sənsən bizim Allahımız, ey Yehova.+

23 Təpələrdəki, dağlardakı hay-küy yalandır.+

İsrailə qurtuluş gətirən Allahımız Yehovadır.+

24 O iyrənc şey isə gəncliyimizdən bəri ata-babalarımızın qanını sovurur,+

Onların qoyun-quzularını, mal-qarasını,

Oğul-qızlarını əlindən alıb.

25 Gəlin rüsvayçılıq içində uzanaq,

Rəzillik üstümüzü örtsün,

Çünki gəncliyimizdən bu günə kimi

Biz də, atalarımız da Allahımız Yehovaya qarşı günah edirik,+

Allahımız Yehovaya tabe olmuruq».

4 Yehova bəyan edir: «Ey İsrail, Mənə dönsən,

Mənə dönsən,

İyrənc bütlərini önümdən rədd eləsən,

Didərgin düşməzsən.+

 2 Əgər dürüstlüklə, haqq-ədalətlə

“Yehovaya and olsun” deyib and içsən,

Xalqlar Ondan* nemət alar,

Onunla öyünər».+

3 Yehova Yəhuda və Yerusəlim əhlinə belə deyir:

«Şumluq torpağı şumlayın,

Tikanlar arasına toxum səpməyin.+

 4 Siz, ey Yəhuda kişiləri, Yerusəlim əhli!

Yehovaya görə özünüzü sünnət edin,

Ürəyinizin sünnət ətini kəsin,+

Yoxsa pis əməllərinizə görə

Qəzəbim od tutub yanacaq,

Yanacaq, onu söndürən olmayacaq».+

 5 Yəhudada car çəkin, Yerusəlimdə bəyan edin.

Bağırın, bütün ölkədə şeypur çalın.+

Haray çəkib deyin: «Toplaşın,

Qala-şəhərlərə qaçaq.+

 6 Siona gedən yolu göstərən nişan qoyun.

Sığınacaq axtarın, boş durmayın».

Şimaldan bəla, böyük qırğın göndərirəm.+

 7 Düşmən kolluqdan çıxan aslan kimi peyda oldu,+

Xalqların qənimi yola düşdü.+

Öz yerindən çıxdı ki, gəlib yurdunuzu kor günə qoysun.

Şəhərləriniz viran olacaq, kimsəsiz qalacaq.+

 8 Buna görə çul geyinin,+

Sinə döyüb şivən qoparın,

Çünki Yehovanın qızğın qəzəbi bizdən dönmədi.

 9 Yehova bəyan edir: «Həmin gün padşah da,

Əyanlar da ürəyini yeyəcək.+

Kahinləri dəhşət bürüyəcək, peyğəmbərlər donub qalacaq».+

10 Onda mən dedim: «Ah, Külli-İxtiyar Yehova! Sən “sülh olacaq” deyib bu xalqı, Yerusəlimi əməlli-başlı aldatdın,+ amma bax, qılınc boğazımıza dirənib».

11 O vaxt bu xalqa, Yerusəlimə deyəcəklər:

«Səhradakı çılpaq təpələrdən əsən səmum yeli

Xalqımın üstünə əsəcək.

Amma sovurub təmizləmək üçün yox.

12 Güclü külək Mənim əmrimlə əsəcək.

İndi isə onlara qarşı hökmümü elan edəcəyəm.

13 Düşmən qara buludlar kimi,

Cəng arabaları qasırğa kimi gələcək,+

Atları qartaldan iti gedir.+

Vay halımıza, məhv olduq!

14 Ey Yerusəlim, ürəyini yuyub pislikdən təmizlə ki, xilas olasan.+

Nə vaxta qədər beynində pis fikirlər dolaşacaq?

15 Dandan səs gəlir,+

Əfraim dağlarından fəlakət xəbəri yayılır.

16 Xalqlara xəbər verin,

Yerusəlim əleyhinə car çəkin».

«Uzaq diyardan gözətçilər gəlir,

Onlar Yəhuda şəhərlərində nərə çəkəcəklər.

17 Çöllükdəki keşikçilər kimi hər tərəfdən Yerusəlimə hücum çəkəcəklər,+

Çünki o, Mənə asi çıxdı»,+ — bəyan edir Yehova.

18 «Əməllərinə, hərəkətlərinə görə cavab verəcəksən,+

Başına böyük fəlakət gələcək,

Acısı ürəyinə çatacaq».

19 Əzabdan qıvrılıram,

Köksüm qan ağlayır,

Ürəyim partlayır.

Sakitləşə bilmirəm,

Çünki şeypur səsi eşitdim,

Müharibə çağırışı* duydum.+

20 Fəlakət xəbəri dalınca fəlakət xəbəri gəlir,

Bütün ölkə viran qalıb.

Çadırlarım bir göz qırpımında uçdu,

Parçaları bir anda yerə çökdü.+

21 O nişanı nə vaxta qədər görəcəyəm?

Nə vaxtacan şeypur səsi eşidəcəyəm?+

22 «Xalqım ağılsızdır,+

Məni saymır.

Axmaq övladlardır, cahildirlər.

Pislik etməyə gələndə başları yaxşı işləyir,

Yaxşılığa gəlincə, heç nə qanmırlar».

23 Yerə baxdım. Boş və kimsəsiz idi.+

Göyə baxdım. Zülmət idi.+

24 Dağlara baxdım. Sarsılırdı,

Təpələr titrəyirdi.+

25 Baxdım, baxdım. Bir ins-cins görmədim.

Göydəki quşlar uçub getmişdi.+

26 Baxdım, baxdım. Bağ səhraya dönmüşdü.

Şəhərləri darmadağın olmuşdu.+

Bunu Yehova etdi,

Kükrəyən qəzəbi etdi.

27 Budur, Yehova deyir: «Bütün ölkə viran olacaq,+

Amma oranı tamamilə məhv etməyəcəyəm.

28 Bu səbəbdən ölkə nalə çəkəcək,+

Göylər zülmətə qərq olacaq.+

Bunu Mən dedim, hökmü Mən verdim.

Fikrimi dəyişməyəcəyəm, niyyətimdən dönməyəcəyəm.+

29 Süvarilərin, oxatanların səsindən

Şəhər əhli qaçır.+

Meşəlikdə gizlənir,

Qayalara dırmaşır.+

Şəhərlər boş qalıb,

Orada kimsə yaşamır».

30 Bu viran halınla indi nə edəcəksən?

Bir vaxtlar al-qırmızı libas geyərdin,

Qızıl bəzəklər taxardın,

Gözlərinə sürmə çəkib cazibəli edərdin,

Amma özünü əbəs yerə gözəlləşdirdin,+

Çünki səndən ötrü alışıb-yananlar səni atdılar,

İndi də canının qəsdinə durublar.+

31 Sancıdan qıvrılan qadının zarıltısını eşidirəm,

İlk övladını dünyaya gətirən qadının iniltisini,

Nəfəsi çatmayan Sion qızının səsini duyuram.

O, əllərini açıb fəryad edir:+

«Vay halıma! Qatillər məndə can qoymadı!»

5 Yerusəlim küçələrini dolaşın,

Yan-yörəyə baxın, fikir verin,

Meydanları gəzin, görün,

Bir nəfər haqq iş görən,+

Sədaqətə can atan varmı?

Varsa, şəhəri əfv edərəm.

 2 Onlar «Yehovaya and olsun!» desələr də,

Yenə yalandan and içirlər.+

 3 Ey Yehova, Sənin gözlərin sədaqət arayır.+

Sən onları cəzalandırdın, amma kar eləmədi,

Onları darmadağın etdin, ibrət almadılar,+

Üzlərini qayadan da sərt etdilər,+

Yollarından dönmədilər.+

 4 Fikirləşdim: «Bunlar avamdırlar,

Ağılsızlıq edirlər, Yehovanın yollarını tanımırlar,

Allahlarının hökmlərini bilmirlər.

 5 Gedim böyüklərin yanına, onlarla danışım,

Onlar Yehovanın yollarını,

Allahlarının hökmlərini mütləq biləcəklər.+

Ancaq onlar da boyunduruğu sındırıb,

Bağlarını qoparıblar».

 6 Buna görə meşədən çıxan aslan onlara hücum çəkir,

Çöllükdə gəzən qurd onları çapıb-talayır,

Bəbir şəhərlərdə pusquya yatır,

Şəhərlərdən çıxanları didib-parçalayır.

Çünki onların təqsiri çox,

Xəyanəti hədsizdir.+

 7 Bunu sənə necə bağışlayım?

Oğulların Məni atıb,

Allah olmayan bütlərə and içirlər.+

Mən onları korluq çəkməyə qoymadım,

Onlar isə zinadan əl çəkmədilər,

Fahişələrin evinə axışdılar.

 8 At kimi, azğınlaşıblar, qızıblar,

Hər biri qonşusunun arvadına kişnəyir.+

 9 «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim?

Belə bir xalqdan intiqamımı almayımmı?» — bəyan edir Yehova.+

10 «Gedin, onun üzüm bağını dağıdın,

Amma büsbütün dağıtmayın,+

Tənəklərini yolun,

Onlar Yehovanın deyil.

11 Çünki İsrail evi, Yəhuda evi

Mənə qarşı böyük xəyanət edib», — bəyan edir Yehova.+

12 «Onlar Yehovanı danırlar, deyirlər:

“Bizə heç nə etməyəcək*,+

Üstümüzə bəla gəlməyəcək,

Qılınc, aclıq görməyəcəyik”.+

13 Peyğəmbərlər boş sözlər danışırlar,

Onlarda Allahın sözü yoxdur,

Sözləri kimi özləri də puç olacaqlar».

14 Bu səbəbdən ordular Allahı Yehova deyir:

«Belə danışdıqları üçün

Sözlərimi dilində od edəcəyəm.+

Xalq odundur.

Bu od onu yandırıb kül edəcək».+

15 Yehova bəyan edir: «Ey İsrail evi,

Üstünüzə uzaq diyardan bir xalq gətirirəm,+

Dilini bilmədiyin,

Sözlərini anlamadığın

Qədim, ulu xalq.+

16 Oxdanları açıq qəbir kimidir,

Hamısı igid döyüşçüdür.

17 Onlar sənin məhsulunu, çörəyini yeyəcək,+

Oğullarını, qızlarını yeyəcək,

Sürülərini, naxırlarını yeyəcək,

Meynələrini, əncirlərini yeyəcək.

Arxalandığın qala-şəhərlərini yerlə yeksan edəcək».

18 «Amma o gün də sizi büsbütün məhv etməyəcəyəm, — bəyan edir Yehova.+ — 19 Onlar soruşsa ki, “nə üçün Allahımız Yehova bizim başımıza bunları gətirdi”, onlara deyərsən: “Necə ki Məndən üz döndərib öz ölkənizdə yad allaha qulluq etdiniz, indi də özgə ölkədə yadlara qulluq edəcəksiniz”».+

20 Yaqub evində bəyan edin,

Yəhudada car çəkin:

21 «Eşit, ey ağılsız, axmaq xalq:+

Gözünüz ola-ola görmürsünüz,+

Qulağınız ola-ola eşitmirsiniz.+

22 Yehova bəyan edir: “Siz Məndən qorxmursunuz?

Mənim hüzurumda titrəmirsiniz?

Mənəm dənizə qumdan sərhəd çəkən,

Keçilməz, əbədi nizam qoyan.

Dalğalar şahə qalxsa da, zəfər çala bilməz,

Uğuldasa da, bu səddi aşa bilməz.+

23 Ancaq bu xalqın ürəyi inadkar və asidir,

Onlar Mənim yolumdan çıxıb öz yolları ilə getdilər.+

24 Heç kim demir:

“Gəlin mövsümündə yağış yağdıran,

Payız yağışı, yaz yağışı göndərən,

Təyin etdiyi biçin həftələrini bizim üçün qoruyan

Allahımız Yehovadan qorxaq”.+

25 Təqsirləriniz bunlara əngəl oldu,

Günahlarınız sizi nemətlərdən məhrum etdi.+

26 Xalqımın arasında zalımlar var.

Onlar quş ovçusu kimi, çömbəlib pusquda gözləyirlər,

Ölüm tələsi qururlar.

Şikarları insandır.

27 Quşla dolu qəfəs kimi,

Evləri fitnə-fəsadla doludur.+

Bu yolla gücləniblər, varlanıblar.

28 Piyləniblər, dəriləri şümal olub.

Şər əməlləri başdan aşır,

Öz mənfəətlərinə görə

Yetimin işinə ədalətlə baxmırlar,+

Yoxsulun haqqını tapdalayırlar”».+

29 «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim?

Belə bir xalqdan intiqamımı almayımmı? — bəyan edir Yehova.

30 Ölkədə dəhşətli, qorxunc şey baş verir:

31 Peyğəmbərlər yalandan peyğəmbərlik edir,+

Kahinlər xalqın üzərində istədikləri kimi ağalıq edir,

Xalqıma isə bu xoşdur.+

Görək son gələndə siz nə edəcəksiniz?»

6 Ey Binyamin oğulları, sığınacaq tapın, Yerusəlimdən qaçın.

Təquhda+ şeypur çalın.+

Beyt-Həkarimdə odla işarə verin!

Çünki şimaldan bəla, müsibət gəlir.+

 2 Sion qızı gözəl, incə qadına oxşayır.+

 3 Çobanlar sürülərlə gələcək.

Hər tərəfində çadırlarını quracaq,+

Hər biri öz sürüsünü otaracaq.+

 4 «Şəhərlə döyüşə hazırlaşın!

Qalxın, günün günorta çağı ona hücum edək!»

«Vay halımıza, gün qüruba enir,

Axşam kölgələri uzanır!»

 5 «Qalxın, gecə vaxtı hücuma keçək,

İstehkamlı bürcləri dağıdaq».+

 6 Çünki ordular Allahı Yehova deyir:

«Ağac kəsin, Yerusəlimin ətrafında mühasirə bəndi qurun.+

Bu şəhərdən haqq-hesab tələb etmək lazımdır,

Ora zülmlə, zillətlə doludur.+

 7 Quyudan sərin su çıxdığı kimi,

Şəhərdən də pislik çıxır.

Oradan zorakılıq, məhv səsləri gəlir,+

Gözüm ancaq xəstəlik, bəla görür.

 8 Düzəl, ey Yerusəlim, yoxsa səndən iyrənib üz döndərərəm,+

Səni ins-cins olmayan xarabaya çevirərəm».+

 9 Ordular Allahı Yehova deyir:

«İsraildə sağ qalanlar tənəkdə qalan salxımlar kimi, yığılacaq.

Sən üzümyığan kimi əlini tənəyə uzat».

10 «Kiminlə danışım, kimə xəbərdarlıq edim?

Kim qulaq asacaq?

Qulaqları tıxanıb, eşitmirlər.+

Yehovanın sözünü saymırlar,+

Onu bəyənmirlər.

11 Odur ki, içim Yehovanın qəzəbilə doludur,

Onu saxlamaqdan yorulmuşam».+

«Onu küçədəki uşaqların,

Bir yerə toplaşmış cavan-cahılın üstünə tök.+

Ər də, arvad da, yaşlı da, qoca da,

Hər kəs ələ keçəcək.+

12 Evləri, tarlaları, arvadları

Başqasının olacaq.+

Çünki əlimi bu ölkənin sakinlərinə qarşı qaldırıram», — bəyan edir Yehova.

13 «Rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür,+

Peyğəmbərdən kahinə kimi hər kəs fırıldaqçılıq edir.+

14 Xalqımın yarasını üzdən müalicə edirlər,

Sülh olmaya-olmaya

“Sülh! Sülh!” deyirlər.+

15 Gör heç iyrənc əməllərinə görə utanırlar?

Onlar utanmazdır,

Utanmaq nədir bilmirlər.+

Buna görə onlar da yıxılanlar arasında olacaqlar.

Mən onları cəzalandıranda büdrəyəcəklər», — deyir Yehova.

16 Yehovanın sözü budur:

«Yolayrıcında durub baxın,

Qədim yolları soruşun,

Öyrənin görün düz yol hansıdır, o yolla gedin,+

Dinclik tapın».

Onlarsa deyirlər: «O yolla getməyəcəyik».+

17 «Gözətçilər qoydum.+

Gözətçilər: “Şeypur səsinə qulaq asın!” dedilər».+

Xalq isə: «Qulaq asmayacağıq» dedi.+

18 «Odur ki, dinləyin, ey xalqlar!

Bil, ey qövm,

Onların başına nə gələcək.

19 Eşit, ey dünya!

Bu xalqın başına fəlakət gətirəcəyəm,+

Fitnələrinin bəhrəsini biçəcəklər.

Çünki sözlərimə məhəl qoymadılar,

Qanunumu rədd etdilər».

20 «Səbadan gətirdiyiniz kündür,

Uzaq diyardan gətirdiyiniz ətirli qamış nəyimə lazımdır?

Yandırma qurbanlarınızı qəbul etmirəm,

Qurbanlarınız Mənə xoş deyil».+

21 Buna görə Yehova belə deyir:

«Bu xalqın yoluna daş-kəsək qoyuram,

Ata, oğul,

Qonum-qonşu,

Hər kəs büdrəyəcək,

Həlak olacaq».+

22 Yehova belə deyir:

«Budur, şimal torpağından bir xalq gəlir.

Dünyanın ən ucqar yerlərindən böyük bir xalq ayağa qalxır.+

23 Əllərində yay-kaman, mizraq var,

Qəddardırlar, rəhmsizdirlər.

Dəniz kimi uğuldayırlar,

Atlara süvar olublar.+

Ey Sion qızı, bir nəfər kimi qarşında səf qurublar».

24 Bu xəbəri eşitdik,

Əlimiz yanımıza düşdü,+

Doğan qadın kimi bizi sancı tutdu,

Əzab içindəyik.+

25 Tarlaya getmə,

Küçədə gəzmə,

Çünki düşmən qılınc tutub,

Hər tərəfi dəhşət bürüyüb.

26 Ey mənim xalqım,

Çul geyin,+ kül içində qıvrıl,

Yeganə oğluna yas tuturmuş kimi acı-acı ağla,+

Çünki qatil üstümüzə qəfil gələcək.+

27 «Səni* xalqımın arasına qoydum ki, onları gümüştək yoxlayasan,

Yaxşı-yaxşı sınaqdan keçirəsən.

Sən onlara nəzər salıb əməllərini sına.

28 Onlar tərsdir, inadkardır.+

Orada-burada gəzib şayiə yayırlar,+

Misə, dəmirə bənzəyirlər.

Hamısı pozğundur.

29 Körüklər yanıb,

Oddan yalnız qurğuşun çıxır.

Usta ha əlləşib-vuruşur, onları saflaşdıra bilmir,+

Pis adamlar ayrılmır.+

30 Onlara “atılmış gümüş” deyəcəklər,

Çünki Yehova onları rədd edib».+

7 Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Yehovanın evinin darvazasında dur və bu xəbəri bəyan et: “Ey Yəhuda xalqı, Yehovaya səcdə etmək üçün bu darvazalardan keçənlər, Yehovanın sözünü dinləyin. 3 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Dəyişin, əməllərinizi düzəldin, onda sizi bu torpaqda saxlayaram.+ 4 Yalan sözlərə aldanmayın. “Bu, Yehovanın məbədidir, Yehovanın məbədidir, Yehovanın məbədidir!” deməyin.+ 5 Əgər özünüzü islah edib düzəlsəniz, iki qonşu arasında ədaləti bərqərar etsəniz,+ 6 yadellini, yetimi, dul qadını sıxışdırmasanız,+ bu torpaqda günahsız qan tökməsəniz, öz ziyanınıza başqa allahların ardınca getməsəniz,+ 7 sizi bu torpaqda, həmişəlik ata-babalarınıza verdiyim diyarda saxlayacağam”».

8 «Amma yox, siz yalana bel bağlayırsınız,+ bu sizə ziyandan başqa heç nə gətirməyəcək. 9 Siz oğurluq edir,+ qətl törədir, zina edirsiniz, yalandan and içirsiniz,+ Baala qurban gətirirsiniz,+ tanımadığınız allahların ardınca gedirsiniz. 10 Bütün bu mənfur əməllərdən sonra da gəlib adımı daşıyan bu evdə, önümdə durub deyirsiniz “biz xilas olacağıq!” 11 Adımı daşıyan bu ev sizin üçün nədir, quldur yuvasıdır?+ Mən hər şeyi görürəm», — bəyan edir Yehova.

12 «“İndi Şiloya, orada ilk dəfə adım üçün məskən seçdiyim yerə+ gedin.+ İsrail xalqının mənfur əməllərinə görə o yerə nə etdiyimi görün.+ 13 Amma siz yenə də bütün bunları elədiniz, — bəyan edir Yehova. — Mən sizə dəfələrlə dedim, amma qulaq asmadınız.+ Sizi çağırdım, hay vermədiniz.+ 14 Buna görə Şiloya etdiyimi güvəndiyiniz və adımı daşıyan bu evə,+ sizə və ata-babalarınıza verdiyim bu yerə də edəcəyəm.+ 15 Qardaşlarınızı, bütün Əfraim övladlarını önümdən rədd etdiyim kimi, sizi də rədd edəcəyəm”.+

16 Sən isə bu xalqdan ötrü dua etmə. Onlardan ötrü Mənə üz tutma, yalvar-yaxar etmə,+ onsuz da qulaq asmayacağam.+ 17 Görmürsən, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində nələr edirlər?! 18 Oğulları odun yığır, ataları ocaq qalayır, arvadları Səma məlikəsinə qurban kökələri bişirmək üçün xəmir yoğurur.+ Onlar başqa allahlara şərab təqdiməsi gətirib Məni qəzəbləndirirlər.+ 19 “Onlar elə bilirlər ki, Mənə ziyan edirlər? — bəyan edir Yehova. — Məgər özlərinə ziyan etmirlər, özlərini biabır etmirlər?”+ 20 Ona görə də Külli-İxtiyar Yehova deyir: “Qeyz-qəzəbimi bu yerin, insanın, heyvanın, ağacların, yerin məhsulunun üstünə tökəcəyəm.+ Qəzəbim alov kimi yandırıb-yaxacaq, onu söndürən olmayacaq”.+

21 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Gedin, başqa qurbanlarla bərabər yandırma qurbanı da gətirin, ətini də özünüz yeyin.+ 22 Ata-babalarınızı Misirdən çıxardığım gün onlara yandırma qurbanları və başqa qurbanlarla bağlı heç nə deməmişdim, heç nə əmr etməmişdim.+ 23 Onlara bu əmri vermişdim: “Mənə itaət edin, onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım.+ Dediyim yolla gedin ki, xeyir tapasınız”.+ 24 Amma onlar Məni eşitmədilər,+ Mənə qulaq asmadılar, inadla istəklərinə görə, qara ürəklərinə görə hərəkət etdilər.+ Onlar irəli yox, geri getdilər. 25 Ata-babalarınız Misirdən çıxan gündən bəri bu, belədir.+ Buna görə Mən hər gün, dönə-dönə peyğəmbər qullarımı onların yanına göndərdim.+ 26 Amma heç kim Məni eşitmədi, Mənə qulaq asmadı.+ Onlar tərslik etdilər, ata-babalarından da betər oldular.

27 Bu sözləri onlara deyəcəksən,+ amma sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, amma hay verməyəcəklər. 28 Onlara belə deyərsən: “Bu xalq, Allahı Yehovaya itaət etməyən, Onun tərbiyəsini rədd edən xalqdır. Sədaqət deyilən şey qalmayıb, adı belə, çəkilmir”.+

29 Uzun saçını kəs at, çılpaq təpələrdə mərsiyə oxu. Yehova Onu qəzəbləndirən bu nəsli rədd edib. O, onları tərk edəcək. 30 “Çünki Yəhuda xalqı Mənim bəyənmədiyim pis işlər görür, — bəyan edir Yehova, — onlar adımı daşıyan evdə iyrənc bütlər qoyub oranı murdarlayırlar. + 31 Oğul-qızlarını odda yandırmaq üçün Bəni-Hinnom vadisindəki* Tofetdə+ səcdəgahlar* düzəldiblər.+ Mən belə bir şeyi buyurmamışam, heç ağlımdan da keçirməmişəm”.+

32 “Ona görə də gün gələcək, oraya nə Tofet, nə də Bəni-Hinnom vadisi deyiləcək, ora Qırğın vadisi adlanacaq. Tofetdə o qədər meyit basdıracaqlar ki, yer qalmayacaq,+ — bəyan edir Yehova. — 33 Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, heç kim onları hürküdüb qovmayacaq.+ 34 Yəhuda şəhərlərindən, Yerusəlim küçələrindən sevinc, şadlıq harayını, bəy-gəlin səsini kəsəcəyəm.+ Ölkə xaraba qalacaq”».+

8 Yehova bəyan edir: «Həmin vaxt Yəhuda padşahlarının, əmirlərinin, kahinlərinin, peyğəmbərlərinin və Yerusəlim sakinlərinin sümüklərini qəbirlərindən çıxaracaqlar. 2 Sümüklərini mehr salıb qulluğunda durduqları, ibadət etdikləri, üz tutub səcdə qıldıqları günəşin, ayın, səma ordusunun önündə sərəcəklər.+ Onları yığıb basdıran olmayacaq. Torpağın üstündə peyin kimi olacaqlar».+

3 «Bu mənfur nəsildən sağ qalanlar pərən-pərən saldığım yerlərdə həyatı yox, ölümü seçəcəklər», — bəyan edir ordular Allahı Yehova.

4 «Onlara de ki, Yehovanın sözü budur:

“Doğrudanmı, onlar yıxılıb bir də qalxmayacaqlar?

Kimsə niyyətindən dönsə, o biri də öz niyyətindən dönməzmi?

 5 Nə üçün bu xalq, Yerusəlim əhli xəyanətində batıb qalıb?

Onlar yalandan bərk yapışıblar,

Geri dönmürlər ki, dönmürlər.+

 6 Mən diqqət verdim, qulaq asdım, nahaq sözlər danışırdılar.

Heç kim öz pis əməlindən tövbə etmir, “bu nə işdir mən tutdum?” demir.+

Hamı döyüşə atılan at kimi, kütlənin ardınca düşür.

 7 Hətta göydəki hacıleylək köç vaxtını bilir,

Qumru, uzunqanad, qaratoyuq* öz vaxtında qayıdır.

Xalqım isə Mən Yehovanın hökmlərini anlamır”.+

 8 Necə deyirsiniz ki, “biz ağıllıyıq, Yehovanın qanunu bizdədir”?

Axı mirzələrin hiyləgər qələmi+ ancaq yalan yazır.

 9 Aqillər rüsvay olub.+

Vahiməyə düşüb. Onlar ələ keçəcəklər.

Yehovanın sözünü rədd ediblər,

Hanı onların hikməti?

10 Ona görə də arvadlarını başqalarına verəcəyəm,

Tarlalarına yadlar sahib olacaq.+

Çünki rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür,+

Peyğəmbərdən kahinə kimi hər kəs fırıldaqçılıq edir.+

11 Xalqımın yarasını üzdən müalicə edirlər,

Sülh olmaya-olmaya

“Sülh! Sülh!” deyirlər.+

12 Gör heç iyrənc əməllərinə görə utanırlar?

Onlar utanmazdır,

Utanmaq nədir bilmirlər.+

Buna görə onlar da yıxılanlar arasında olacaqlar.

Mən onları cəzalandıranda büdrəyəcəklər,+ — deyir Yehova.

13 Onları toplayıb məhv edəcəyəm, — bəyan edir Yehova.

Meynədə üzüm, əncir ağacında əncir qalmayacaq, yarpaqlar quruyacaq.

Nə vermişəmsə, əllərindən alınacaq».

14 «Nə üçün yerimizdə oturmuşuq?

Gəlin bir yerdə qala-şəhərlərə gedək,+ orada məhv olaq.

Allahımız Yehova bizi məhv edəcək.

Yehova bizə zəhərli su içirir,+

Çünki Ona qarşı günah etmişik.

15 Sülh gözləyirdik, qabağımıza xeyir çıxmadı,

Şəfa gözləyirdik, dəhşət gördük.+

16 Dandan atlarının fınxırtısı eşidilir.

Ayğırlarının kişnərtisindən

Bütün ölkə lərzəyə gəlir.

Düşmən gəlib ölkəni, oradakı hər şeyi,

Şəhəri, sakinlərini tar-mar edir».

17 «Aranıza ilanlar göndərirəm,

Ovsunla ram olmayan zəhərli ilanlar.

Onlar sizi sancacaq», — bəyan edir Yehova.

18 Dərdimə əlac yoxdur,

Ürəyim sızlayır.

19 Uzaq diyardan

Xalqımın fəryad səsi gəlir:

«Məgər Yehova Sionda deyil?

Padşah orada deyil?»

«Nə üçün bütləri ilə,

Puç, yad allahları ilə Məni qəzəbləndirirlər?»

20 «Biçin sona çatdı, yay qurtardı,

Amma biz xilas olmadıq!»

21 Xalqımın yarasını görüb ürəyim parçalanır,+

Bağrım qan olub,

Məni dəhşət bürüyüb.

22 Məgər Giladda məlhəm yoxdur?+

Təbib yoxdur orada?+

Nə üçün xalqıma şəfa vermirlər?+

9 Kaş başım bulaq olaydı,

Gözlərim çeşmə!+

Gecə-gündüz xalqımın ölüləri üçün

Göz yaşı tökərdim.

 2 Kaş səyyahlar kimi səhrada sığınacağım olaydı.

Onda xalqımdan ayrılardım, çıxıb gedərdim.

Çünki hamı zinakardır,+

Xəyanətkarlar dəstəsidir.

 3 Dillərini kaman kimi gərirlər.

Ölkədə sədaqət yox, yalan hökm sürür.+

«Get-gedə lap pozulurlar,

Mənə məhəl qoymurlar»,+ — bəyan edir Yehova.

 4 «Qoy hər kəs qonşusundan ehtiyat etsin,

Heç qardaşına da etibar etməsin.

Çünki qardaş qardaşa badalaq gəlir,+

Qonşu qonşuya böhtan atır.+

 5 Hər kəs qonşusuna kələk gəlir,

Düz danışan yoxdur.

Dilləri yalana öyrəşib.+

Pis iş görməkdən heyləri qalmayıb.

 6 Sən xainlər içində yaşayırsan.

Onlar xainlik etdi, Məni tanımadı», — bəyan edir Yehova.

 7 Odur ki, ordular Allahı Yehova belə deyir:

«Onları əridib sınayacağam.+

Xalqımla başqa cür necə davranım?

 8 Dilləri öldürücü oxdur, yalan saçır.

Qonşu ilə dildə şirin-şirin danışırlar,

Ürəklərində isə tələ qururlar».

 9 «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim?

Belə bir xalqdan intiqamımı almayımmı? — bəyan edir Yehova.+

10 Dağlardan ötrü ağlayıb nalə çəkəcəyəm,

Çöldəki örüşlər üçün ağı oxuyacağam.

O yerlərə od vurublar, oradan heç kim keçmir,

Mal-heyvan səsi eşidilmir.

Quşlar uçub, heyvanlar qaçıb, hər yan bomboşdur.+

11 Yerusəlimi daş qalaqlarına,+ çaqqal yuvasına döndərəcəyəm,+

Yəhuda şəhərlərini kimsəsiz, xaraba qoyacağam.+

12 Bunu anlamağa kimin hikməti çatar?

Yehova bunu kimə deyib ki, o da car çəksin?

Nə üçün ölkə viran qalıb?

Nə üçün yanıb çöllüyə dönüb?

Oradan keçib-gedən yoxdur».

13 Yehova cavab verdi: «Ona görə ki, xalq onlara verdiyim qanunu rədd edib, ona əməl etmir, sözümü eşitmir. 14 Onlar inad edib ürəkləri istəyən kimi hərəkət edir,+ atalarının öyrətdiyi kimi, Baal bütlərinə sitayiş edirlər.+ 15 Odur ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu xalqa acı yovşan yedirəcəyəm, zəhərli su içirəcəyəm.+ 16 Onları özlərinin, atalarının tanımadığı xalqların arasına səpələyəcəyəm.+ Arxalarınca qılınc göndərib hamısını qıracağam”.+

17 Ordular Allahı Yehova belə deyir:

“Ağılla hərəkət edin.

Qadın mərsiyəxanları çağırın,+

Adam göndərin, ağı deyən qadınlar gəlsin.

18 Qoy tələssinlər, bizə mərsiyə oxusunlar.

Gözlərimizdən yaşlar axsın,

Kirpiyimizdən su süzülsün.+

19 Siondan mərsiyə eşidilir:+

“Nə günlərə qaldıq!

Necə rüsvay olduq!

Yurdumuzdan didərgin düşdük, ev-eşiyimizi xaraba qoydular”.+

20 Ey qadınlar, Yehovanın sözünü dinləyin.

Onun sözlərinə qulaq verin.

Bir-birinizə bu ağını öyrədin,

Qızlarınıza bu mərsiyəni öyrədin.+

21 Ölüm dırmaşıb pəncərədən girdi,

Qalalarımıza soxuldu,

Küçələrdən uşaqları,

Meydanlardan cavanları aparmağa gəldi”.+

22 De ki, Yehova belə bəyan edir:

“Cəsədlər torpağın üstündə peyin olacaq,

Biçinçinin biçib qoyduğu taxıl kimi olacaqlar,

Onları yığıb toplayan olmayacaq”».+

23 Yehova belə deyir:

«Qoy hikmətli hikməti ilə öyünməsin,+

Qüdrətli qüdrəti ilə lovğalanmasın,

Dövlətli dövləti ilə qürrələnməsin».+

24 «Qoy öyünən bununla öyünsün ki,

Məni tanıyıb bilir.+

Bilir ki, Mən Yehovayam, məhəbbətlə davranıram, dünyada adil, haqq işlər görürəm.+

Çünki Mənə bunlar xoşdur»,+ — bəyan edir Yehova.

25 «Elə günlər gəlir ki, — bəyan edir Yehova, — sünnətli olduğu halda, sünnətsiz olan hər kəsdən,+ 26 Misirdən+, Yəhudadan+, Ədumdan+, Muabdan+, əmunilərdən+, gicgahlarını qırxan səhra sakinlərindən haqq-hesab tələb edəcəyəm.+ Çünki bütün bu xalqlar sünnətsizdir, bütün İsrail evinin ürəyi sünnətsizdir».+

10 Ey İsrail evi, Yehovanın əleyhinizə dediyi sözü eşidin. 2 Yehova belə deyir:

«Xalqların yolu ilə getməyin,+

Başqa xalqlar kimi,

Göydəki əlamətlərdən dəhşətə gəlməyin.+

 3 Xalqların adətləri puçdur.

Bir nəfər meşədə ağac kəsir,

Sonra sənətkar öz aləti ilə onu yonub-düzəldir.+

 4 Qızıl-gümüşlə onu bəzəyirlər,+

Çəkiclə, mıxla bərkidirlər ki, yıxılmasın.+

 5 Bu bütlər xiyar bostanındakı müqəvva kimi danışa bilmir,+

Onları daşıyırlar, çünki özləri yeriyə bilmir.+

Onlardan qorxmayın, çünki nə pislik edə bilirlər,

Nə də yaxşılıq».+

 6 Ey Yehova, Sənin mislin yoxdur.+

Sən ulusan, adın ucadır, əzəmətlidir.

 7 Ey xalqların Hökmdarı,+ kim Səndən qorxmaz? Başqa cür ola bilməz.

Bütün dünya səltənətlərinin müdrikləri arasında

Sənə tay yoxdur.+

 8 Onların hamısı ağılsızdır, axmaqdır.+

Ağac parçasının verdiyi nəsihət boşdur.+

 9 Tarşişdən+ gümüş lövhələr, Üfəzdən qızıl gətirilir,

Sənətkar, zərgər onları taxtanın üstünə çəkir.

Bu bütlərə göy iplikdən, bənövşəyi yundan paltar geyindirilir.

Onların hamısı sənətkarın əl işidir.

10 Amma Yehova tək bir Allahdır.

O, var olan Allahdır,+ əbədi hökmdardır.+

Onun qəzəbindən yer üzü titrəyəcək,+

Hiddəti qarşısında heç bir xalq dura bilməyəcək.

11 * Onlara belə de:

«Yeri-göyü yaratmayan allahlar

Yer üzündən, göylər altından yox olacaq».+

12 Odur yeri qüdrətilə xəlq edən,

Torpağı hikmətilə yaradan,+

Göyləri zəkası ilə yayan.+

13 Səsini çıxaranda

Göylərdəki sular çağlayır.+

O, yerin ucqarlarından bulud qaldırır,+

Yağış üçün şimşək çaxdırır*,

Anbarlarından külək çıxarır.+

14 Hər kəs axmaqlıq, cahillik edir.

Sənətkar düzəltdiyi bütə görə utanacaq.+

Çünki tökdüyü büt yalandır,

Onda nəfəs yoxdur.+

15 Bütlər puçdur, gülünc şeydir.+

Haqq-hesab günündə hamısı məhv olacaq.

16 Yaqubun Nəsibi isə onlara bənzəməz,

Çünki hər şeyə O surət verib,

İsrail Onun irsinin əsasıdır.+

Adı ordular Allahı Yehovadır.+

17 Ey mühasirədə olan qadın,

Yerdən boğçanı götür.

18 Yehova belə deyir:

«Bu dəfə ölkənin sakinlərini kənara tullayacağam,+

Onlara əzab çəkdirəcəyəm».

19 Vay halıma, dərdim böyükdür,+

Yaram sağalmazdır.

Dedim: «Bu dərd mənimdir, özüm çəkməliyəm.

20 Çadırım uçub, ipləri qırılıb.+

Övladlarım məni tərk edib, artıq yoxdurlar.+

Çadırımı quran, parçalarını qaldıran kimsə qalmayıb.

21 Çünki çobanlar axmaqlıq etdi,+

Yehovaya üz tutmadı.+

Beləcə ağılsız davrandılar,

Sürüləri pərən-pərən oldu».+

22 Dinləyin, xəbər var!

Şimal ölkəsindən güclü gurultu gəlir,+

Yəhuda şəhərlərini xaraba qoyacaq, onları çaqqal yuvasına döndərəcək.+

23 Yehova, bilirəm ki, insanın yolu öz əlində deyil,

Addımlarını yönəltmək insanın ixtiyarında deyil.+

24 Ey Yehova, məni ədalətinlə tərbiyə et,

Qəzəbinlə yox,+ yoxsa heç olaram.+

25 Qəzəbini Səni tanımayan xalqların,+

Adını çağırmayan tayfaların üzərinə yağdır.

Onlar Yaqub nəslinin axırına çıxdılar,+

Onu məhv etdilər, kökünü kəsdilər,+

Onun yurdunu viranə qoydular.+

11 Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Qoy hər kəs bu əhdin sözlərini eşitsin!

Bunları Yəhuda camaatına, Yerusəlim əhlinə söylə. 3 Söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Bu əhdin sözlərinə tabe olmayana lənət olsun.+ 4 Mən bu sözləri atalarınıza onları Misirdən, dəmirəridən sobadan çıxardığım gün+ buyurmuşdum.+ Onlara demişdim: “Mənə qulaq asın, bütün əmrlərimi yerinə yetirin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olaram.+ 5 Ata-babalarınıza süd-bal axan diyarı vermək üçün içdiyim andı yerinə yetirərəm”.+ Budur, indiyə kimi siz bu diyarda yaşayırsınız”».

Onda mən dedim: «Amin, Yehova!»

6 Sonra Yehova mənə dedi: «Yəhuda şəhərlərində, Yerusəlim küçələrində bu sözləri car çək: “Bu əhdin sözlərini eşidin, onlara əməl edin. 7 Mən ata-babalarınıza onları Misirdən çıxardığım gündən bu günə qədər dönə-dönə xəbərdarlıq edib demişəm: “Mənə qulaq asın”.+ 8 Amma onlar Məni eşitmədilər, Mənə qulaq asmadılar. İnadla qara ürəklərinə görə hərəkət etdilər.+ Əməl etməyi buyurduğum bu əhdin sözlərinə tabe olmadılar. Buna görə Mən əhddə yazılanları onların başına gətirdim”».

9 Sonra Yehova mənə dedi: «Yəhuda camaatı ilə Yerusəlim əhli əlbir olub. 10 Onlar sözlərimi eşitməyən əcdadlarının günahlarına qayıdıblar.+ Başqa allahlara ibadət edirlər, onlara qulluq edirlər.+ İsrail evi ilə Yəhuda evi ata-babaları ilə bağladığım əhdi pozub.+ 11 Odur ki, Yehova belə deyir: “Başlarına elə bəla gətirəcəyəm ki,+ ondan yaxa qurtara bilməyəcəklər. Məndən imdad diləyəndə onlara qulaq asmayacağam.+ 12 O zaman Yəhuda şəhərləri və Yerusəlim əhli gedib qurban gətirdikləri allahlardan imdad diləyəcəklər,+ amma bu allahlar heç cür onları bəladan qurtarmayacaqlar. 13 Ey Yəhuda, allahlarının sayı şəhərlərinin sayına çatıb. O iyrənc şeyə, Baala qurban gətirmək üçün Yerusəlimin küçələri qədər qurbangah düzəltmisən”.+

14 Sən isə, bu xalqdan ötrü dua etmə. Onlardan ötrü Mənə üz tutma, yalvar-yaxar etmə.+ Başlarına bəla gələndə Mənə fəryad edəcəklər, amma Mən onlara qulaq asmayacağam.

15 Əziz xalqımın Mənim evimdə nə işi var?

Gör onun arasında nə qədər insan fitnə-fəsad qurur.

Gətirdikləri qurbanlarla sənin üstünə gələn bəlanı sovuşdura biləcəklər?

Həmin vaxt öyünə biləcəksən?

16 Bir vaxtlar Yehova sənə qollu-budaqlı,

Meyvəsi dadlı, gözəl zeytun ağacı deyirdi.

Amma qulaqbatıran səs gəldi, Allah ağaca od vurdu,

Düşmənlər budaqlarını qırıb-tökdü.

17 Səni torpağa əkən+ ordular Allahı Yehova başına bəla gətirməyi qət edib. Çünki İsrail evi və Yəhuda evi mənfur işlər görüb, Baala qurban gətirərək Məni qəzəbləndirib».+

18 Ey Yehova, həmin vaxt onların nə etdiyini mənə göstərdin,

Bunlardan məni agah etdin.

19 Mən isə kəsilməyə aparılan fağır quzu kimi idim.

Mənə qəsd qurduqlarından bixəbər idim,+

Deyirdilər: «Gəlin ağacı meyvələri ilə birgə məhv edək,

Onu işıqlı dünyadan* yox edək,

Adı bir də anılmasın».

20 Amma ordular Allahı Yehova ədalətlə hökm edir.

İnsanın ən gizli fikirlərini*, ürəyini yoxlayır.+

Qoy onlardan alacağın intiqamı görüm,

Çünki işimi Sənə tapşırmışam.

21 Buna görə də Yehova canımı almaq istəyənlərə, «Yehovanın adı ilə peyğəmbərlik etmə,+ yoxsa əlimizdə ölərsən» deyən ənatutluların+ əleyhinə belə deyir: 22 «Onlarla haqq-hesab çəkəcəyəm, — ordular Allahı Yehova bəyan edir, — cavanları qılıncdan keçiriləcək,+ oğulları, qızları acından öləcək.+ 23 Heç kim sağ qalmayacaq. Ənatutlularla+ haqq-hesab çəkəcəyim il onların başına bəla gətirəcəyəm».

12 Ey Yehova, Sən haqsan.+ Sənə şikayətimi ərz edəndə,

Səninlə hökmlərin barədə danışanda adil davranırsan.

Amma niyə pis adamların işi yaxşı gedir,+

Xainlər arxayın yaşayır?

 2 Sən onları torpağa əkdin, kök atdılar.

Böyüyüb bar verdilər.

Sən onların dilindəsən, amma ürəklərindən* uzaqsan.+

 3 Məni isə, ey Yehova, yaxşı tanıyırsan,+ görürsən.

Ürəyimi yoxladın, gördün ki, Sənə bağlıdır.+

Onları kəsilməyə aparılan qoyun kimi seç,

Qətl günü üçün ayır.

 4 Nə vaxta qədər torpaq qupquru olacaq,

Çöl-çəmən saralıb-solacaq?+

Sakinlərin murdarlığı ucbatından

Heyvanlar, quşlar yox olub.

Çünki onlar deyirdilər: «O, aqibətimizi görmür».

 5 Sən piyadalarla qaçanda yoruldunsa,

Atlarla necə yarışacaqsan?+

Əmin-amanlıq olan ölkədə arxayın yaşayırsan.

Bəs İordan sahillərindəki sıx meşəlikdə nə edəcəksən?

 6 Qardaşların, atanın ev əhli

Sənə xainlik edir+.

Sənə qarğış eləyir.

Səninlə şirin-şirin danışsalar da,

Onlara inanma.

 7 «Evimi tərk etdim,+ irsimi atdım.+

İstəklimi düşmən əlinə verdim.+

 8 İrsim meşədəki aslan kimi olub,

Üstümə nərə çəkir.

Buna görə ona nifrət edirəm.

 9 İrsim Mənim gözümdə alabəzək yırtıcı quş kimidir,

Yırtıcı quşlar hər tərəfdən ona hücum edir.+

Ey vəhşi heyvanlar, yığışın gəlin,

Gəlin onu parçalayın.+

10 Çobanlar üzümlüyümü viran etdi,+

Torpağımı tapdaladı.+

Səfalı torpağımı boş səhralığa çevirdi.

11 O, xaraba qalıb,

Qupquru quruyub*,

Önümdə viranəliyə çevrilib.+

Ölkədə daş-daş üstə qalmayıb,

Amma bunu vecinə alan yoxdur.+

12 Çöllükdəki bütün cığırlardan basqınçılar gəlir.

Ölkənin bir ucundan o biri ucuna kimi Yehovanın qılıncı xalqı qırıb-çatır.+

Heç kimin dincliyi yoxdur.

13 Onlar buğda əkirlər, tikan biçirlər.+

Əlləşib-vuruşurlar, xeyrini görmürlər.

Öz məhsullarına görə utanacaqlar,

Çünki Yehovanın qəzəbi kükrəyib».

14 Yehova belə deyir: «Xalqım İsrailə verdiyim irsə əl uzadan bədxah qonşularımı+ ölkələrindən qoparacağam,+ Yəhuda evini də onların arasından qoparacağam. 15 Amma onları qopardıqdan sonra yenə də onlara rəhm edəcəyəm, hər birini öz irsinə, öz ölkəsinə qaytaracağam».

16 «Xalqıma Baala and içməyi öyrətdikləri kimi, indi də xalqımın yolunu öyrənsələr, “Yehovaya and olsun” deyib adımla and içsələr, xalqımın arasında məskunlaşacaqlar. 17 Yox əgər hansısa xalq itaət etməsə, o xalqı çıxarıb atacağam, məhv edəcəyəm», — bəyan edir Yehova.+

13 Yehova mənə dedi: «Get özünə kətan qurşaq al, belinə dola. Amma onu suya vurma». 2 Yehovanın dediyi kimi, gedib qurşaq aldım və belimə doladım. 3 Mənə ikinci dəfə Yehovanın sözü nazil oldu: 4 «Alıb belinə doladığın qurşağı götür, Fərat çayına get. Qurşağı orada qaya oyuğunda gizlət». 5 Yehovanın əmr etdiyi kimi, gedib qurşağı Fərat çayının yanında gizlətdim.

6 Üstündən xeyli keçdi. Yehova mənə dedi: «Dur Fərat çayına get, gizlətməyi buyurduğum qurşağı götür». 7 Mən də Fərat çayına getdim. Yeri qazıb qurşağı gizlətdiyim yerdən çıxartdım. Gördüm ki, qurşaq çürüyüb, tamamilə yararsız olub.

8 Onda mənə Yehovanın sözü nazil oldu: 9 «Yehova belə deyir: “Mən Yəhudanın qürurunu, Yerusəlimin yerə-göyə sığmayan təkəbbürünü beləcə məhv edəcəyəm.+ 10 Sözlərimə qulaq asmayan,+ inad edib ürəkləri istəyəni edən,+ başqa allahlara ibadət edən, səcdə qılıb qulluq edən bu mənfur xalq da tamamilə yararsız olan bu qurşaq kimi olacaq”. 11 “Mən bütün İsrail və Yəhuda evini belə bağlanan qurşaq kimi, Özümə yaxınlaşdırdım ki, Mənim xalqım,+ şərəfim-şanım,+ iftixarım olsunlar. Amma onlar Mənə itaət etmədilər”,+ — bəyan edir Yehova.

12 Onlara söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Böyük küpə şərab doldururlar”. Onlar deyəcəklər: “Məgər biz bilmirik, böyük küpə şərab doldururlar?” 13 Onda onlara deyərsən ki, Yehova belə söyləyir: “Mən bu ölkənin bütün sakinlərinə, Davudun taxtında oturan padşahlara, kahinlərə, peyğəmbərlərə, bütün Yerusəlim sakinlərinə sərxoş olanadək şərab içirəcəyəm.+ 14 Hamını — ataları, oğulları bir-birinə çırpacağam”.+ Yehova belə bəyan edir: “Heç kimə rəhm etməyəcəyəm, yazığım gəlməyəcək, acımadan hamını məhv edəcəyəm, heç nə Məni saxlamayacaq”.+

15 Eşidin, qulaq verin. Qürurlu olmayın.

Çünki Yehova danışır.

16 Nə qədər ki O, zülmət çökdürməyib,

Ala-toranlıqda dağlarda ayaqlarınız büdrəməyib

Allahınız Yehovanı şərəfləndirin.

Siz işıq gözləyəcəksiniz,

Amma O, zülmət gətirəcək,

İşığı qatı zülmətə çevirəcək.+

17 Qulaq asmasanız,

Mən qürurunuz ucbatından gizlincə ağlayacağam,

Göz yaşı tökəcəyəm, gözümün yaşı sel kimi axacaq,+

Çünki Yehovanın sürüsü+ əsir gedir.

18 Padşaha, məlikə anaya+ deyin: “Taxtdan enin,

Çünki möhtəşəm tacınız başınızdan düşəcək”.

19 Cənub şəhərlərinin darvazaları bağlıdır, açan yoxdur.

Bütün Yəhuda sürgünə gedib, hamı sürgünə aparılıb.+

20 Başını qaldırıb şimaldan gələnlərə bax.+

Hanı sənə verilən sürü? O gözəl sürü hanı?+

21 Cəzanı əzəldən ülfət bağladığın dost-aşnalardan

Alanda nə deyəcəksən?+

Məgər doğan qadıntək səni sancı tutmayacaq?+

22 Ürəyində: “Nə üçün bunlar başıma gəldi?” desən,+

Bil ki, günahlarının çoxluğundan paltarını çıxartdılar,+

Dabanların ağrıdan göynədi.

23 Kuşlu* dərisini, bəbir xallarını dəyişə bilər?+

Bunu bacarsa, onda siz, pislik etməyə alışmış xalq da

Yaxşı iş görə bilərsiniz.

24 Buna görə Mən sizi səhra küləyinin sovurduğu saman çöpü kimi səpələyəcəyəm.+

25 Budur sənə düşən püşk, sənə ayırdığım pay, — bəyan edir Yehova.

Sən Məni unutdun,+ yalana bel bağladın.+

26 Buna görə ətəyini üzünə qaldıracağam,

Eyib yerin görünəcək.+

27 Zinaların,+ şəhvətli kişnərtin,

Murdar fahişəliyin üzə çıxacaq.

Təpələrdə, çöllərdə

Sənin iyrənc hərəkətlərini gördüm.+

Vay olsun sənə, Yerusəlim!

Nə vaxta qədər çirkabdan təmizlənməyəcəksən?»+

14 Quraqlıq barədə+ Ərəmyaya nazil olan Yehovanın sözü budur:

 2 Yəhuda yas tutur,+ darvazaları çürüyüb,

Qəmgin-qəmgin yerə çöküb.

Yerusəlimin fəryadı ərşə qalxır.

 3 Ağalar nökərləri su dalınca göndərir.

Onlar quyu başına gedir, amma su tapmırlar.

Boş küplərlə qayıdırlar,

Utanırlar, pərişandırlar,

Başlarını örtürlər.

 4 Torpaq cadar-cadardır,

Çünki ölkədə yağış kəsilib,+

Əkinçilər çaşqınlıq içindədir, başlarını örtüblər.

 5 Çöldəki maral da balasını doğub atır,

Çünki ot yoxdur.

 6 Çöl eşşəyi çılpaq təpələrdə durub.

Çaqqal kimi tövşüyür,

Gözləri tutqunlaşıb, çünki ot yoxdur.+

 7 Hərçənd öz təqsirlərimiz əleyhimizə şəhadət edir,

Ey Yehova, adın naminə hərəkətə keç.+

Dəfələrlə xəyanət etmişik,+

Sənə qarşı günah eləmişik.

 8 Ey İsrailin ümidgahı, dar günündə nicatı!+

Niyə bu ölkədə yad kimisən?

Niyə ancaq gecələmək üçün ayaq saxlayan yolçu kimisən?

 9 Nə üçün karıxmış adam kimisən?

Sanki, xalqını qurtara bilməyən igidsən.

Sən, ey Yehova, bizim aramızdasan,+

Adını daşıyırıq.+

Tərk etmə bizi.

10 Yehova bu xalq barədə belə deyir: «Onlar dərbədər gəzməyi sevirlər,+ ayaqları bir yerə yığılmır.+ Yehova onlardan narazıdır.+ İndi təqsirlərini yada salıb, günahlarına görə onlardan haqq-hesab istəyəcək».+

11 Yehova mənə dedi: «Bu xalqın rifahı üçün dua etmə.+ 12 Onlar oruc tutsalar da, yalvarışlarını eşitmirəm,+ gətirdikləri yandırma qurbanlarını, taxıl təqdimələrini qəbul etmirəm.+ Mən onları qılıncla, aclıqla, azarla qıracağam».+

13 Onda mən dedim: «Ah, Külli-İxtiyar Yehova! Gör peyğəmbərlər xalqa nə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Mən, Allah sizə bu yerdə əmin-amanlıq verəcəyəm”».+

14 Yehova mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalandan peyğəmbərlik edir.+ Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam, onlarla danışmamışam.+ Sizə söylədikləri şeylər yalan vəhylərdir, falçılıqdır, cəfəngiyatdır, öz uydurmalarıdır.+ 15 Ona görə də Yehova deyir: “Göndərmədiyim halda, Mənim adımdan danışan, ölkədə qılınc, aclıq olmayacaq deyən peyğəmbərlər qılınc və aclıqdan məhv olacaqlar.+ 16 Onların peyğəmbərlik etdiyi insanların da cəsədi aclıq və qılınc üzündən Yerusəlim küçələrinə atılacaq, nə onların özlərini, nə arvadlarını, nə oğullarını, nə də qızlarını basdıran olmayacaq.+ Layiq olduqları bəlanı başlarına gətirəcəyəm”.+

17 Onlara belə de:

“Gecə-gündüz göz yaşım sel olub axsın, dayanmasın,+

Xalqım, o bakirə qız ağır zərbə aldı,+

Yaralandı, darmadağın oldu.

18 Çölə gedirəm,

Qılınc qurbanlarını görürəm!+

Şəhərə girirəm,

Aclıqdan üzülənləri görürəm!+

Peyğəmbər də, kahin də yad ölkədə dolaşır”».+

19 Sən Yəhudanı birdəfəlik rədd etmisən? Siona nifrət edirsən?+

Niyə bizi cəzalandırdın?

Dərdimizə çarə yoxdur.+

Sülh gözləyirdik, qabağımıza xeyir çıxmadı,

Şəfa gözləyirdik, dəhşət gördük.+

20 Ey Yehova, şər əməllərimizi,

Ata-babalarımızın təqsirlərini etiraf edirik,

Sənə qarşı günah etmişik.+

21 Öz adın naminə bizi rədd etmə,+

Əzəmətli taxtından üz çevirmə.

Bizimlə kəsdiyin əhdi yada sal, onu pozma.+

22 Xalqların puç bütlərindən hansı biri yağış yağdıra bilər?

Göylər özbaşına leysan tökə bilərmi?

Buna təkcə Sən qadirsən, ey Allahımız Yehova!+

Ümidimiz Sənədir,

Çünki bunları edən Sənsən.

15 Sonra Yehova mənə dedi: «Hətta Musa ilə İşmuil də qarşımda dursaydı,+ bu xalqa lütf göstərməzdim. Onları önümdən rədd elə. Qoy getsinlər. 2 Soruşsalar: “Hara gedək?” Söylə ki, Yehova belə deyir:

“Azar üçün ayrılanlar azara!

Qılınc üçün ayrılanlar qılınca!+

Aclıq üçün ayrılanlar aclığa!

Əsarət üçün ayrılanlar əsarətə!”+

3 “Onların üstünə dörd bəla* göndərəcəyəm,+ — Yehova bəyan edir, — öldürmək üçün qılınc, sürüyüb-aparmaq üçün itlər, yeyib-parçalamaq üçün quşlar və heyvanlar.+ 4 Yəhuda padşahı Hizqiyyə oğlu Mənəssənin Yerusəlimdə törətdiyi əməllərə görə+ onları dünyanın bütün səltənətləri önündə dəhşətli hala salacağam.+

 5 Onda halına kim yanacaq, ey Yerusəlim?

Kim sənə acıyacaq?

Kim ayaq saxlayıb səndən hal-əhval tutacaq?”

 6 “Sən Məni tərk etmisən,+

Mənə arxa çevirirsən*,+ — Yehova bəyan edir.

Əlimi uzadıb səni məhv edəcəyəm.+

Nə qədər rəhm etmək olar?

Artıq usanmışam.

 7 Onları ölkənin şəhərlərində* yaba ilə sovuracağam.

Onları övladsız qoyacağam.+

Xalqımı məhv edəcəyəm,

Çünki yollarından dönmürlər.+

 8 Önümdə dulların sayı dəniz qumundan çox olacaq.

Günün günorta çağı anaların, cavanların üstünə basqınçı göndərəcəyəm.

Bir an içində onları vahiməyə, dəhşətə salacağam.

 9 Yeddi övlad anası taqətdən düşüb.

Nəfəs almağa gücü çatmır.

Onun günəşi gündüz vaxtı batıb,

Rüsvayçılıq, rəzillik gətirib*.

Onlardan tək-tük qalanları

Düşmən qılıncına yem edəcəyəm”, — bəyan edir Yehova».+

10 Vay mənim halıma! Ay ana, məni niyə doğdun,+

Bütün ölkənin dalaşdığı, çəkişdiyi bir adamı niyə dünyaya gətirdin?

Nə bir kəsdən borc almışam, nə bir kəsə borc vermişəm,

Amma hamı mənə lənət oxuyur.

11 Yehova dedi: «Sənin əlindən tutacağam,

Fəlakət günündə, dar günündə

Düşmənlə üz-üzə gələndə sənə yar olacağam.

12 Kimsə misi, dəmiri,

Şimaldan gələn dəmiri qırıb parça-parça edə bilər?

13 Sizin sərvətinizi, xəzinələrinizi talan malı edəcəyəm,+

Ölkənin hər tərəfində etdiyiniz günahlara görə onları havayı verəcəyəm.

14 Onları düşmənlərinizə verəcəyəm,

Tanımadığınız ölkəyə aparacaqlar.+

Qəzəbim od tutub yanır,

Sizə qarşı alovlanır».+

15 Sən dərdimi bilirsən, ey Yehova.

Məni yada sal, mənə nəzər yetir.

Düşmənlərimdən intiqam al.+

Qəzəbini saxlama, qoyma ölüm.

Axı Sənin uğrunda rüsvayçılıq çəkirəm.+

16 Sözlərini tapıb yedim.+

Sözün mənə sevinc verdi, ürəyimə şadlıq gətirdi.

Çünki mən Sənin adını daşıyıram, ey ordular Allahı Yehova.

17 Kef əhli ilə oturub şənlənmirəm,+

Sənin ixtiyarında olduğum üçün tək-tənha otururam.

Çünki içimi qəzəblə doldurmusan.+

18 Nə üçün acılarım bitmir, yaram şəfa tapmır?

Sağalmır ki sağalmır.

Sən mənim üçün aldadıcı, etibarsız

Çeşmə olacaqsan?

19 Onda Yehova dedi:

«Əgər Mənə dönsən, sənə yenə lütf göstərərəm.

Yenə hüzurumda durarsan.

Əgər dəyərsiz şeyi dəyərli şeydən ayırsan,

Mənim elçim olarsan.

Onlar sənin tərəfinə keçəcəklər,

Amma sən onların tərəfinə keçməyəcəksən».

20 «Səni bu xalqın içində möhkəm mis divar edirəm.+

Onlar səninlə vuruşacaqlar,

Amma üstün gələ bilməyəcəklər.+

Çünki Mən səninləyəm, səni xilas edəcəyəm», — bəyan edir Yehova.

21 «Səni şər adamların əlindən qurtaracağam.

Zalımların pəncəsindən xilas edəcəyəm».

16 Mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Arvad alma, bu yerdə oğlun, qızın olmasın. 3 Yehova burada doğulan oğul və qızlar barədə, bu diyarda onları doğan analar, əkən atalar barədə belə deyir: 4 “Onlar ölümcül xəstəlikdən öləcəklər,+ amma heç kim yas tutub onları ağlamayacaq. Onlar torpağın üstündə peyin kimi olacaqlar.+ Qılıncdan, aclıqdan həlak olacaqlar.+ Meyitləri quşlara, heyvanlara yem olacaq”.

 5 Yehova belə deyir:

“Yas məclisinə getmə.

Ağlamaq, başsağlığı vermək üçün o evə girmə.+

Bu xalqdan sülhümü götürmüşəm,

Lütfümü, mərhəmətimi kəsmişəm”.+ Yehova belə bəyan edir.

 6 “Bu ölkədə böyüklü-kiçikli hamı öləcək.

Onları basdırmayacaqlar.

Heç kim onlar üçün sinə döyüb ağlamayacaq,

Bədəninə yara vurmayacaq, başını keçəl etməyəcək*.

 7 Bir kimsə ölünü ağlayanları ovundurmayacaq,

Onlara çörək verməyəcək.

Heç kim atasını, anasını itirənlərə

Təsəlli camını içirməyəcək.

 8 Şadlıqlara da getmə,

Orada yeyib-içmə”.

9 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Sizin günlərinizdə, gözləriniz önündə bu yerdən sevinc, şadlıq harayını, bəy-gəlin səsini kəsəcəyəm”.+

10 Xalqa bu sözləri deyəndə onlar soruşacaqlar: “Nə üçün Yehova başımıza bu böyük fəlakəti gətirəcəyini deyir? Allahımız Yehovanın qarşısında təqsirimiz nədir? Axı nə günahın yiyəsiyik?”+ 11 Onlara deyərsən: “Çünki ata-babalarınız Məni tərk etdi,+ — bəyan edir Yehova. — Onlar başqa allahlara ibadət etdi, onlara qulluq edib səcdə qıldı.+ Məndən isə üz döndərdilər, qanunuma əməl etmədilər.+ 12 Siz isə ata-babalarınızdan da beşbetər oldunuz.+ Mənə itaət etmək əvəzinə, inadla öz qara ürəyinizə görə hərəkət etdiniz.+ 13 Sizi bu diyardan götürüb nə özünüzün, nə də ata-babalarınız tanımadığı torpağa atacağam.+ Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz,+ çünki Mən sizə lütf göstərməyəcəyəm”.

14 Yehova bəyan edir: “Lakin gün gələcək, artıq heç kim: “İsrail xalqını Misirdən çıxaran Yehovaya and olsun” deməyəcək,+ 15 “İsrail xalqını şimal diyarından və səpələdiyi bütün ölkələrdən çıxaran Yehovaya and olsun” deyəcək. Mən onları ata-babalarına verdiyim torpağa geri qaytaracağam”.+

16 Yehova bəyan edir: “Çoxlu balıqçı çağıracağam,

Onları tutacaqlar.

Sonra çoxlu ovçu çağıracağam,

Hər dağda, hər təpədə,

Qaya oyuqlarında onları ovlayacaqlar.

17 Çünki bütün əməllərini görürəm.

Onlar Məndən gizlənə bilmədilər,

Təqsirləri gözlərimdən yayınmadı.

18 İlk olaraq, təqsirlərinin, günahlarının əvəzini bütünlüklə qabaqlarına çıxaracağam,+

Çünki iyrənc bütlərinin cansız surətləri ilə ölkəmi murdarlayıblar.

İrsimi mənfur bütlərlə doldurublar”».+

19 Ey mənim qüdrətim, ey mənim qalam Yehova,

Dar gündə sığındığım pənahgahım.+

Dünyanın hər guşəsindən xalqlar Sənin hüzuruna gələcək.

Deyəcəklər: «Ata-babalarımız yalanı,

Puçluğu, yararsız, boş şeyləri miras alıblar».+

20 İnsan da allahlar düzəldə bilər?

Axı düzəltdiyi əslində allah deyil.+

21 «Ona görə də Özümü onlara tanıdacağam,

Bu dəfə onlara gücümü, qüdrətimi göstərəcəyəm.

Biləcəklər ki, Mənim adım Yehovadır».

17 «Yəhudanın günahı dəmir qələmlə yazılıb.

Ürəklərinin lövhəsinə, qurbangahlarının buynuzlarına

Almaz uclu alətlə həkk olunub.

 2 Oğulları gur yarpaqlı ağacların yanında, hündür təpələrdə,+

Ölkədəki dağlarda düzəltdikləri qurbangahları, Aşera bütlərini* xatırlayır.+

 3 Ölkənin hər tərəfində etdiyin günahlara görə sənin sərvətini, xəzinələrini, bəli, bütün səcdəgahlarını talan malı edəcəyəm.+

 4 Sənə verdiyim irsdən özün imtina edəcəksən.+

Səni tanımadığın diyarda düşmənlərinə qul edəcəyəm.+

Siz qəzəbimi alovtək alışdırdınız*,+

Atəşi heç vaxt sönməyəcək».

 5 Yehova belə deyir:

«Lənət olsun o kəsə ki, insana bel bağlayır,+

İnsan gücünə arxalanır,+

Ürəyi Yehovadan uzaqlaşıb.

 6 O, səhrada bitən tənha ağaca bənzər,

Xoş gün görməz.

Səhrada, quraq yerlərdə,

İns-cins olmayan şoran torpaqda yaşar.

 7 Xoş o kəsin halına ki, Yehovaya bel bağlayır,

Yehovaya arxalanır.+

 8 O, sular kənarında əkilmiş ağactək olar,

Kökü axar sulara çatar,

İsti necə gəldi-getdi bilməz,

Həmişə yarpaq açar,+

Quraqlıq olan il qayğı çəkməz,

Bar verməkdən qalmaz.

 9 Ürək ən böyük xaindir, xatakardır*,+

Kim onu anlaya bilər?

10 Mən Yehova ürəyi araşdırıram,+

Ən gizli fikirləri* yoxlayıram.

Belə ki, hər kəsə yollarına,

Əməllərinə görə əvəz verim.+

11 Haram yolla sərvət yığan+

Yumurtlamadığı yumurtaları yığan kəkliyə bənzər.

Sərvəti ömrünün yarısında onu atıb gedər,

Axırda o adam axmaq çıxar».

12 Allahın əzəmətli taxtı əzəldən ucadır,

Müqəddəs məkanımızdır.+

13 Ey İsrailin ümidgahı Yehova,

Səni tərk edənlər biabır olacaqlar.

Sənə dönük çıxanların adı torpağa yazılacaq,+

Çünki onlar Yehovanı, dirilik suyu mənbəyini tərk ediblər.+

14 Ey Yehova, mənə şəfa ver sağalım,

Xilas et qurtulum.+

Çünki Sənə tərif ucaldıram.

15 Bax, mənə deyirlər:

«Hanı Yehovanın dediyi söz?+

Qoy yerinə yetsin!»

16 Çoban olmaqdan boyun qaçırmadım, Sənin yollarınla getdim,

Fəlakət gününü arzulamadım.

Ağzımdan çıxan sözləri bilirsən,

Onlar Sənin önündədir.

17 Məni dəhşətə salma,

Fəlakət günündə Sənsən sığınacağım.

18 Qoy məni təqib edənlər utansın,+

Mən yox.

Qoy onlar dəhşətə düşsün,

Mən yox.

Fəlakət gününü onların başına gətir,+

Onları qır, məhv et.

19 Yehova mənə dedi: «Get, Yəhuda padşahlarının girib-çıxdığı əsas darvazanın* ağzında dur. Sonra Yerusəlimin başqa darvazalarının yanına get.+ 20 Onlara belə de: “Ey Yəhuda padşahları, Yəhuda xalqı, Yerusəlim əhli, bu darvazalardan girənlər, Yehovanın sözünü eşidin. 21 Yehova belə deyir: “Baxın, şənbə günündə yük daşımayın, Yerusəlim darvazalarından yük keçirməyin.+ 22 Şənbə günü evinizdən yük çıxarmayın, heç bir iş görməyin,+ şənbə gününü müqəddəs tutun. Ata-babalarınıza da bunu buyurmuşdum. + 23 Ancaq onlar eşitmədilər, qulaq asmadılar, inadla itaət etmədilər, tərbiyəni rədd etdilər”.+

24 “Amma siz Mənə tabe olsanız, — bəyan edir Yehova, — şənbə günü bu şəhərin darvazalarından yük keçirməsəniz, şənbə gününü müqəddəs tutub o gün heç bir iş görməsəniz, + 25 onda Davudun taxtında oturan+ padşahlarla əyanlar arabalarda, at belində bu şəhərin darvazalarından girər, onlar da, Yəhuda camaatı da, Yerusəlim əhli də.+ Bu şəhər heç vaxt sakinsiz qalmaz. 26 Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından,+ düzənlikdən,+ dağlıq bölgədən, Negevdən insanlar gələr. Onlar Yehovanın evinə yandırma qurbanları,+ başqa qurbanlar,+ taxıl təqdimələri,+ kündür və şükran qurbanları gətirər.+

27 Yox əgər Mənə tabe olmasanız, şənbə gününü müqəddəs tutmayıb o gün yük daşısanız, Yerusəlim darvazalarından yük keçirsəniz, onun darvazalarına od vuracağam. Od Yerusəlimin qalalarını yandırıb-kül edəcək.+ Onu söndürən olmayacaq”».+

18 Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Qalx, dulusçunun evinə get.+ Orada səninlə danışacağam».

3 Mən də dulusçunun evinə getdim. O, çarxda işləyirdi. 4 Gildən düzəltdiyi qab əlində xarab oldu. Onda o, həmin gildən istədiyi kimi, başqa bir qab düzəltdi.

5 Bu vaxt mənə Yehovanın sözü nazil oldu: 6 «Ey İsrail evi, Mən sizinlə dulusçu kimi rəftar edə bilmərəm? — bəyan edir Yehova. — Gil dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə beləsiniz, ey İsrail evi.+ 7 Mən hansısa xalqı, səltənəti kökündən qoparacağımı, yıxıb məhv edəcəyimi deyəndə+ 8 həmin xalq dediyim mənfur əməldən əl çəkərsə, onun üstünə gətirmək istədiyim fəlakətdən vaz keçərəm.+ 9 Amma hansısa xalqı, səltənəti qurub tikəcəyimi deyəndə 10 həmin xalq bəyənmədiyim pis işlər görsə, Mənə qulaq asmasa, ona etmək istədiyim yaxşılıqdan vaz keçərəm.

11 İndi Yəhuda camaatına, Yerusəlim əhlinə söylə ki, Yehova belə deyir: “Üstünüzə fəlakət gətirmək niyyətindəyəm, əleyhinizə tədbir tökürəm. Dönün pis yolunuzdan, dəyişin, əməllərinizi düzəldin”».+

12 Amma onlar dedilər: «Yox, xeyri yoxdur!+ İstədiyimizi edəcəyik, inadla qara ürəyimizə görə hərəkət edəcəyik».+

13 Buna görə də Yehova deyir:

«Xalqlardan soruşun,

Görün belə bir şey eşidiblər?

Bakirə İsrail çox dəhşətli iş tutub.+

14 Heç Livanın dağ yamaclarından qar əskik olar?

Uzaqlardan axan soyuq sular quruyar?

15 Amma xalqım Məni unudub.+

Puç şeylərə qurban gətirir.+

İnsanları öz yollarından, qədim yollardan sapdırıb,+

Nahamar, kələ-kötür cığırlara çıxarır.

16 Odur ki, onların ölkəsi dəhşətli hala düşəcək,+

Həmişə ona baxıb fit çalacaqlar.+

Yoldan keçən hər kəs bu mənzərədən sarsılacaq, başını bulayacaq.+

17 Səmum yelinin sovurduğu saman kimi, onları düşmən qarşısında səpələyəcəyəm.

Fəlakət günündə onlara üzümü yox, kürəyimi çevirəcəyəm».+

18 Onlar dedi: «Gəlin Ərəmyaya qəsd quraq.+ Onsuz da kahinlərimizdə qanun, müdriklərimizdə məsləhət, peyğəmbərlərimizdə söz heç vaxt əskik olmayacaq. Gəlin onun əleyhinə danışaq, heç bir sözünə fikir verməyək».

19 Mənə nəzər sal, ey Yehova,

Müxaliflərimin sözlərini eşit.

20 Yaxşılığa yamanlıqla cavab verilərmi?

Onlar mənə quyu qazırlar.+

Yada sal, Sənin onlara qarşı qəzəbini yatırmaqçün

Dəfələrlə hüzurunda durub onların xeyrinə danışmışam.

21 Buna görə oğullarını aclığa məhkum et,

Qılıncın ağzına ver.+

Qoy arvadları övladsız qalsın, dul qalsın.+

Kişiləri mərəzdən qırılsın,

Cavanları döyüş meydanında qılıncdan keçirilsin.+

22 Üstlərinə qəfildən quldur göndər,

Qoy evlərindən fəryad eşidilsin,

Çünki məni ələ keçirmək üçün quyu qazıblar,

Yolumda tələlər qurublar.+

23 Sən, ey Yehova,

Məni öldürməkçün qurduqları qəsdlərdən agahsan.+

Onların təqsirini bağışlama,

Günahlarını önündən silmə.

Qəzəblə onlara qarşı ölçü götürəndə

Qoy qarşında büdrəsinlər.+

19 Yehova belə deyir: «Get, dulusçudan gil kuzə al.+ Xalqın ağsaqqallarından, kahinlərin böyüklərindən bir neçəsini özünlə götür və 2 Dulusçu darvazasının girişindəki Bəni-Hinnom vadisinə get.+ Orada sənə dediyim sözləri bəyan et. 3 Onlara de: “Ey Yəhuda padşahları, Yerusəlim əhli, Yehovanın sözünü eşidin! İsrailin Allahı, ordular Allahı Yehova belə deyir:

“Bu yerə elə fəlakət gətirirəm ki, eşidənlərin qulağı cingildəyəcək. 4 Çünki onlar Məni tərk ediblər,+ bu yeri tanınmaz hala salıblar.+ Burada özlərinin, ata-babalarının, Yəhuda padşahlarının tanımadıqları yad allahlara qurban gətirirlər. Bu yeri günahsız qana qərq ediblər.+ 5 Baal üçün səcdəgahlar düzəldiblər ki, oğullarını odda yandırıb yandırma qurbanı olaraq Baala təqdim etsinlər.+ Mən belə bir şeyi nə buyurmuşam, nə də demişəm. Heç ağlımdan belə, keçirməmişəm!”+

6 “Ona görə də gün gələcək, buraya nə Tofet, nə də Bəni-Hinnom vadisi deyiləcək, bura Qırğın vadisi adlanacaq,+ — bəyan edir Yehova. — 7 Burada Yəhuda və Yerusəlimin niyyətlərini boşa çıxaracağam. Onları düşmənlərinin qılıncı ilə, canlarının qəsdinə duranların əlilə qıracağam. Cəsədlərini göydəki quşlara, yerdəki heyvanlara yem edəcəyəm.+ 8 Bu şəhəri dəhşətli günə salacağam, ona baxanlar fit çalacaq. Yoldan keçənlər bu mənzərədən sarsılacaq, onun bəlalarına görə fit çalacaq.+ 9 Onlara oğullarının, qızlarının ətini yedirəcəyəm. Mühasirədə olanda, düşmənlərinin, canlarının qəsdinə duranların məngənəsində sıxılanda çarəsizlikdən bir-birilərinin ətini yeyəcəklər”.+

10 Sonra kuzəni səninlə gələnlərin önündə sındırıb 11 de ki, ordular Allahı Yehova belə deyir: “Necə ki dulusçu qabı sınanda bir də düzəlmir, Mən də bu xalqı, bu şəhəri belə sındıracağam. Tofetdə o qədər meyit basdıracaqlar ki, yer qalmayacaq”.+

12 Yehova bəyan edir: “Bu yerlə, sakinləri ilə belə rəftar edəcəyəm. Bu şəhəri Tofet kimi edəcəyəm. 13 Yerusəlimdəki evlər, Yəhuda padşahlarının evləri — damında səma ordusuna qurban gətirilən,+ başqa allahlara şərab təqdiməsi gətirilən bütün evlər bu yer kimi, Tofet kimi murdar olacaq”».+

14 Ərəmya Yehovanın peyğəmbərlik etmək üçün göndərdiyi yerdən, Tofetdən qayıtdı. Yehovanın evinin həyətində durub xalqa söylədi: 15 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu şəhərə, onun bütün kəndlərinə dediyim fəlakəti gətirirəm. Çünki onlar tərslik edib sözümə qulaq asmadılar”».+

20 Yehovanın evində baş nəzarətçi olan kahin İmmir oğlu Fəşhur da Ərəmyanın peyğəmbərlik etdiyi sözlərə qulaq asırdı. 2 O, Ərəmya peyğəmbəri döyüb Yehovanın evinin Yuxarı Binyamin darvazasında kündəyə saldı.+ 3 Amma səhəri gün Fəşhur Ərəmyanı kündədən çıxartdı. Ərəmya ona dedi:

«Yehova sənin adını Fəşhur* yox, Məcurmüssəbib* qoydu.+ 4 Çünki Yehova belə deyir: “Səni də, dostlarını da dəhşətə salacağam. Gözün görə-görə onlar düşmən qılıncına qurban gedəcəklər.+ Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, bəzilərini Babilə sürgün edəcək, bəzilərini qılıncdan keçirəcək.+ 5 Bu şəhərin var-dövlətini, sərvətini, qiymətli şeylərini, Yəhuda padşahlarının xəzinələrini düşmən əlinə verəcəyəm.+ Onları talan edəcəklər, götürüb Babilə aparacaqlar.+ 6 Sən isə, ey Fəşhur, ev əhlinlə birgə əsir gedəcəksən. Babilə gedib orada öləcəksən. Dostlarınla bərabər orada basdırılacaqsan. Çünki onlara yalan peyğəmbərliklər söyləyirsən”».+

 7 Ey Yehova, Sən məni aldatdın, mən də aldandım.

Sən məndən güclü oldun, mənə üstün gəldin.+

Bütün günü gülüş hədəfiyəm,

Hamı məni ələ salır.+

 8 Hər dəfə danışanda nalə çəkirəm,

«Zorakılıq, məhv!» deyib qışqırıram.

Yehovanın sözünə görə məni bütün günü

təhqir edirlər, ələ salırlar.+

 9 Mən dedim: «Bir də Onun adını çəkməyəcəyəm,

Onun adından danışmayacağam».+

Amma Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə alovlanan atəş oldu,

Onu saxlamaqdan yoruldum.

Dözümüm qalmadı.+

10 Çoxlu söz-söhbət eşitdim.

Hər tərəfi dəhşət bürümüşdü.+

«Onu ittiham edin, gəlin onu ittiham edək!» deyirdilər.

Mənə salamatlıq arzulayan hər kəs yıxılmağımı gözləyirdi.+

«Yəqin bir axmaqlıq edər,

Onda biz ona üstün gəlib, ondan intiqam alarıq».

11 Amma Yehova zəhmli bir cəngavər kimi mənimlə idi.+

Məni təqib edənlər büdrəyəcək, üstün gələ bilməyəcək.+

Onlar uğur qazanmayıb biabır olacaq,

Onların əbədi rüsvayçılığı heç vaxt unudulmayacaq.+

12 Sən, ey ordular Allahı Yehova, salehi yoxlayırsan,

İnsanın ən gizli fikirlərini*, ürəyini görürsən.+

Qoy onlardan alacağın intiqamı görüm,+

Çünki işimi Sənə tapşırmışam.+

13 Yehovanı nəğmədə tərənnüm edin! Yehovanı mədh edin!

O, məzlumu şər adamların əlindən qurtardı.

14 Kaş doğulduğum günə lənət olaydı!

Anam məni dünyaya gətirən gün qara gələydi!+

15 Atama «Oğlun oldu, oğlun!» deyə muştuluq gətirənə,

Onu sevindirənə

Lənət olsun!

16 Həmin adamı görüm Yehovanın heyifsilənmədən dağıtdığı şəhərlər kimi olsun!

Qoy o, səhər fəryad səsi, günorta döyüş çağırışı eşitsin.

17 Nə üçün məni anamın bətnində öldürmədi?

Onda anamın bətni mənə qəbir olardı,

Anam həmişəlik hamilə qalardı.+

18 Nə üçün anamın bətnindən çıxdım?

Əzab-əziyyət, qüssə-kədər görməyəmi?

Rüsvayçılıq içində ömrümü başa vurmağamı?+

21 Padşah Sidqiyyə+ Məlkiyyə oğlu Fəşhuru+ və kahin Məseyyə oğlu Səfənyanı+ Ərəmyanın yanına göndərəndə Ərəmyaya Yehovanın sözü nazil oldu. Fəşhurla Səfənya ondan xahiş etmişdi: 2 «Bizim üçün Yehovaya müraciət et, çünki Babil padşahı Navuxodonosor bizimlə müharibə edir.+ Bəlkə, Yehova qədimdə olduğu kimi, bizdən ötrü bir möcüzə göstərər, o da bizdən əl çəkər».+

3 Ərəmya onlara dedi: «Sidqiyyəyə söyləyin ki, 4 İsrailin Allahı Yehova belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan kəldanilərlə və Babil padşahı ilə müharibədə işlətdiyiniz silahları özünüzə qarşı döndərəcəyəm.+ Onları bu şəhərin ortasına toplayacağam. 5 Güclü əlimlə, qüvvətli qolumla, qeyz-qəzəblə, böyük hiddətlə+ Özüm sizinlə döyüşəcəyəm.+ 6 Bu şəhərdəki canlıları, insanları da, heyvanları da məhv edəcəyəm. Hamısı şiddətli xəstəlikdən qırılacaq”.+

7 Yehova bəyan edir: “Bundan sonra azardan, qılıncdan və aclıqdan qurtulanları — Yəhuda padşahı Sidqiyyəni, əyanlarını, şəhər əhlini Babil padşahı Navuxodonosorun, düşmənlərinin, canlarının qəsdinə duranların əlinə verəcəyəm.+ O, onları qılıncdan keçirəcək. Heç kimə rəhm etməyəcək, acımayacaq, mərhəmət göstərməyəcək”.+

8 “Bu xalqa isə de ki, Yehova belə deyir: “Qarşınıza həyata aparan yolu və ölümə aparan yolu qoyuram. 9 Bu şəhərdə qalanlar qılıncdan, aclıqdan və azardan öləcək. Lakin kim çıxıb sizi mühasirəyə alan kəldanilərə təslim olsa, sağ qalacaq, canı onun üçün qənimət olacaq”.+

10 “Çünki bu şəhərdən üzüm dönüb, onlara xeyir yox, bəla gətirməyi niyyət etmişəm,+ — bəyan edir Yehova, — şəhər Babil padşahının əlinə veriləcək,+ o, şəhərə od vuracaq”.+

11 Yəhuda padşahının ev əhlinə de: Yehovanın sözünü eşidin. 12 Ey Davud evi, Yehova belə deyir:

“Həmişə adil hökmlər verin,

Qəsb qurbanını soyğunçunun əlindən qurtarın.+

Yoxsa mənfur əməllərinizə görə+

Qəzəbim kükrəyər,

Elə alovlanar ki, onu söndürən olmaz”.+

13 “Budur, sənə qarşıyam, ey dərədə yaşayan!

Ey düzənlikdəki qaya! — bəyan edir Yehova.

“Üstümüzə kim gələr?

Yurdumuza kim basqın edər?” deyən sizlər bilin ki,

14 Mən əməllərinizə görə

Sizdən haqq-hesab tələb edəcəyəm,+ — bəyan edir Yehova.

Onun meşəsinə od vuracağam,

Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”».+

22 Yehova belə deyir: «Yəhuda padşahının sarayına get və bu xəbəri ona çatdır. 2 Ona de: “Ey Davudun taxtında oturan Yəhuda padşahı! Sən də, bu darvazalardan girən əyanların da, xalqın da Yehovanın sözünü dinləyin. 3 Yehova belə deyir: “Haqq-ədalətlə, salehliklə davranın. Qəsb olunanı soyğunçunun əlindən qurtarın. Qəribə haqsızlıq etməyin, yetimə, dula xələl yetirməyin.+ Bu yerdə günahsız qan tökməyin.+ 4 Əgər bu əmrə cidd-cəhdlə əməl etsəniz, onda Davudun taxtında oturan+ padşahlar arabalarda, at belində bu evin darvazalarından içəri girəcək, padşahlar da, əyanlar da, xalq da”.+

5 Yehova bəyan edir: “Yox əgər siz bu sözlərə tabe olmasanız, varlığıma and olsun, bu ev xaraba qalacaq”.+

6 Yehova Yəhuda padşahının evi barədə belə deyir:

“Sən Mənim üçün Gilad kimisən,

Livandakı dağın zirvəsinə bənzəyirsən.

Amma səni səhralığa çevirəcəyəm,

Bütün şəhərlərin sakinsiz qalacaq.+

 7 Sənə qarşı basqınçılar qaldıracağam,

Hamısının əlində silah olacaq.+

Onlar sənin ən gözəl sidrlərini kəsəcək,

Onları oda atacaq.+

8 Çoxlu xalqlar bu şəhərin yanından keçəcək, bir-birindən soruşacaqlar: “Nə üçün Yehova bu böyük şəhərin başına bunları gətirdi?”+ 9 Sonra cavab verəcəklər: “Çünki Allahları Yehovanın əhdini pozdular, başqa allahlara səcdə qılıb qulluq etdilər”.+

10 Ölü üçün ağlamayın,

Onun üçün yas tutmayın.

Sürgünə gedən üçün acı-acı ağlayın,

Çünki o, bir də geri qayıtmayacaq, doğulduğu yeri görməyəcək.

11 Çünki atasının yerinə taxta oturan+ və bu yerdən gedən Yəhuda padşahı Yuşiyyə oğlu Səllum*+ barədə Yehova belə deyir: “O, bir daha geri qayıtmayacaq. 12 Əsir aparıldığı ölkədə öləcək, bir də bu diyarı görməyəcək”.+

13 Vay o adamın halına ki,

Evini haqsızlıqla, yuxarı otaqlarını ədalətsizliklə tikir,

Soydaşını müftə işlədir,

Ona haqqını vermir.+

14 “Özüm üçün imarət tikəcəyəm,

Yuxarı otaqları geniş olacaq,

Pəncərələr qoyacağam,

Evi sidrlə örtəcəyəm, üstünü qırmızı rənglə rəngləyəcəyəm”, — deyir.

15 Hamıdan çox sidr ağacları işlədirsən deyə, bundan sonra da səltənət sürəcəksən?

Atan da yeyirdi, içirdi,

Amma haqq-ədalətlə davranırdı,+

İşləri də yaxşı gedirdi.

16 O, məzlumun, kasıbın haqqını müdafiə edirdi,

Buna görə işləri uğurlu olurdu.

“Məgər Məni tanımaq bu deyil?” — bəyan edir Yehova.

17 “Amma sənin ürəyin, gözün haram qazancda,

Günahsız qan tökməkdə,

Soyğunçuluqda, qəsbkarlıqdadır”.

18 Yehova Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakim+ barədə belə deyir:

“Onu “vay qardaşım, vay bacım”,

Deyib ağlamayacaqlar.

“Vay hökmdar, vay əlahəzrət”,

Deyib yas tutmayacaqlar.

19 Onu sürüyüb

Yerusəlim darvazalarından kənara atacaqlar,+

Eşşək kimi basdıracaqlar”.+

20 Ey Yəhuda, Livana qalxıb ah-nalə et,

Başanda nalə çək,

Abarimdən fəryad qopar.+

Çünki aşiqlərin məhv oldu.+

21 Əmin-amanlıqda olanda səninlə danışdım.

Amma dedin: “İtaət etməyəcəyəm”.+

Sən gəncliyindən beləsən,

Mənə qulaq asmırsan.+

22 Yel çobanlarını qabağına qatıb aparacaq,+

Aşiqlərin əsir gedəcək.

Başına gələn fəlakətə görə xəcalət çəkəcəksən, rəzil olacaqsan.

23 Ey Livanda məskən salan,+

Sidr ağacları arasında yuva quran,+

Hamilə qadıntək səni sancı tutanda,

Doğuş ağrısı çəkəndə ah-zar edəcəksən.+

24 Yehova bəyan edir: “Ey Yəhuda padşahı Yəhyakim+ oğlu Künyah*+, varlığıma and olsun ki, sən Mənim sağ əlimdə möhür üzüyü olsaydın belə, səni çıxarıb atardım. 25 Səni canının qəsdinə duranlara, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və kəldanilərə təslim edəcəyəm.+ 26 Səni də, səni doğan qadını da doğulmadığınız ölkəyə atacağam, orada öləcəksiniz. 27 Həsrətini çəkdiyiniz ölkəni bir də görməyəcəksiniz.+

28 Məgər Künyah adlanan bu adam heç kimə lazım olmayan sınıq küpdür?

Heç kimin bəyənmədiyi qabdır?

Axı niyə onu, övladlarını götürüb

Tanımadıqları ölkəyə atırlar?”+

29 Ey dünya, Yehovanın sözünü eşit, ey dünya, ey dünya, eşit!

30 Yehova deyir:

“Bu adamı övladsız,

Ömrü boyu uğur qazanmayan adam kimi qeydə alın.

Çünki onun nəslindən heç kim Davudun taxtında oturmayacaq,

Bir də Yəhudada səltənət sürməyəcək”».+

23 Yehova bəyan edir: «Otlağımdakı sürünü məhv edən, onu pərən-pərən salan çobanların vay halına!»+

2 Ona görə də İsrailin Allahı Yehova xalqını otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim qoyunlarımı pərən-pərən etdiniz, onları didərgin saldınız, onların qeydinə qalmadınız».+

«Odur ki, bəd əməllərinizə görə sizi cəzalandıracağam», — bəyan edir Yehova.

3 «Sonra qoyunlarımdan qalanları onları səpələdiyim ölkələrdən yığıb+ öz otlaqlarına qaytaracağam.+ Onlar törəyib çoxalacaqlar.+ 4 Başlarına onları otarmaq üçün əsl çobanlar qoyacağam.+ Onlar daha qorxmayacaqlar, dəhşətə gəlməyəcəklər. Biri də itməyəcək», — bəyan edir Yehova.

5 «Gün gələcək, Davudun nəslindən saleh pöhrə* çıxaracağam.+ O, padşah olacaq.+ Bəsirətlə davranacaq, bütün ölkədə haqq-ədalətin, salehliyin keşiyində duracaq,+ — bəyan edir Yehova. — 6 Onun dövründə Yəhuda xilas olacaq,+ İsrail əmin-amanlıq içində yaşayacaq.+ Onu: “Salehliyimiz Yehovadandır”+ deyib çağıracaqlar».

7 Yehova bəyan edir: «Lakin gün gələcək, artıq heç kim: “İsrail xalqını Misirdən çıxaran Yehovaya and olsun” deməyəcək,+ 8 “İsrail nəslindən törəyənləri şimal diyarından və səpələdiyi bütün ölkələrdən çıxarıb geri qaytaran Yehovaya and olsun” deyəcək. Onlar öz ölkələrində yaşayacaqlar».+

9 Peyğəmbərlərə gəlincə:

Ürəyim parçalanır,

Vücudum* əsir.

Yehovaya görə, Yehovanın müqəddəs sözlərinə görə,

Sanki, sərxoşam,

Şərab içib keflənmişəm.

10 Ölkə zinakarlarla doludur,+

Lənət ucbatından ölkə yasa batıb,+

Çöllükdəki örüşlər quruyub.+

Əməlləri bəddir, əllərindəki ixtiyarla haqsızlıq törədirlər.

11 «Peyğəmbər də, kahin də pozulub.+

Öz evimdə də onların şər işlərini görürəm»,+ — bəyan edir Yehova.

12 «Ona görə də yolları sürüşkən, zülmət olacaq.+

Onları itələyib yıxacaqlar.

Haqq-hesab ilində

Üstlərinə bəla gətirəcəyəm, — bəyan edir Yehova.

13 Səməriyyə+ peyğəmbərlərində murdarlıq görürəm.

Baaldan ilham alıb peyğəmbərlik edirlər,

Xalqımı, İsraili yoldan azdırırlar.

14 Yerusəlim peyğəmbərlərində də dəhşətli şeylər görürəm.

Onlar əxlaqsızlıq edir,+ yalanla yeriyir,+

Zalımların qoluna qüvvət verirlər,

Pis yollarından dönmürlər.

Mənim gözümdə hamısı Sədum kimidir,+

Şəhər sakinləri Əmurə kimidir».+

15 Ona görə ordular Allahı Yehova bu peyğəmbərlərin əleyhinə deyir:

«Onlara acı yovşan yedirəcəyəm,

Zəhərli su içirəcəyəm.+

Çünki Yerusəlim peyğəmbərləri bütün ölkəni küfrlə doldurub».

16 Ordular Allahı Yehova belə deyir:

«Sizə peyğəmbərlik edən peyğəmbərlərə qulaq asmayın.+

Onlar sizi aldadırlar.

Söylədikləri vəhyləri özlərindən uydururlar,+

Onlar Yehovadan deyil.+

17 Mənə hörmət qoymayanlara dönə-dönə deyirlər:

“Yehova belə söyləyir: “Əmin-amanlıqda yaşayacaqsınız”.+

İnad edib ürəyi istəyəni edənlərə deyirlər:

“Bəla görməyəcəksiniz”.+

18 Kim Yehovaya yaxın olanlar arasında olub?

Onun sözünü eşidib anlayıb?

Kim Onun sözünü eşitmək üçün diqqət kəsilib?

19 Yehovanın qəzəbi güclü fırtınatək qopacaq,

Pislərin başında qasırğatək dövr edəcək.+

20 Niyyəti yerinə yetməyincə, həyata keçməyincə,

Yehovanın qəzəbi səngiməyəcək.

Zamanın sonunda bunu anlayacaqsınız.

21 Peyğəmbərləri Mən göndərməmişəm, özləri qaçıb gəliblər.

Mən onlarla danışmamışam, amma peyğəmbərlik edirlər.+

22 Mənə yaxın olanlar arasında olsaydılar,

Xalqıma Mənim sözlərimi çatdırardılar.

Onları pis yollarından, şər əməllərindən çəkindirərdilər».+

23 «Məgər Mən yalnız yaxında olan şeyləri görürəm? Uzaqda olan şeyləri də görmürəm?» — bəyan edir Yehova.

24 «Mənim görmədiyim elə xəlvəti yer varmı ki, insan orada gizlənsin?+ — bəyan edir Yehova.

Yerdə də, göydə də heç bir şey gözümdən yayına bilməz,+ — bəyan edir Yehova.

25 Mənim adımla yalan peyğəmbərlik edən peyğəmbərlərin “yuxu gördüm, yuxu gördüm!” dediyini eşidirəm.+ 26 Nə vaxtadək onların ürəyindən yalan peyğəmbərlik etmək keçəcək? Onlar ürəklərində qurduqları hiylələri peyğəmbərlik edirlər.+ 27 Bir-birilərinə yuxu danışıb xalqıma adımı unutdurmaq istəyirlər, necə ki ataları Baala görə adımı unutmuşdular.+ 28 Qoy yuxu görən peyğəmbər yuxusunu danışsın, sözümü nazil etdiyim adam isə sözümü dəqiqliklə söyləsin».

«Buğdanın yanında saman nədir ki?» — bəyan edir Yehova.

29 «Məgər sözüm oda,+ qayaları yaran gürzə bənzəmir?»+ — bəyan edir Yehova.

30 «Buna görə Mən sözümü təhrif edib xalqa öz bildiyini deyən peyğəmbərlərə qarşıyam»,+ — bəyan edir Yehova.

31 «Dilləri ilə “O bəyan edir!” deyən peyğəmbərlərə qarşıyam»,+ — bəyan edir Yehova.

32 «Yalan yuxular görən, xalqıma yuxularını danışan, yalanları, lovğalıqları ilə onları yoldan azdıran peyğəmbərlərə qarşıyam,+ — bəyan edir Yehova.

Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam. Bu adamların xalqa heç bir xeyri dəyməyəcək»,+ — bəyan edir Yehova.

33 «Ya bu xalqdan kimsə, ya bir peyğəmbər, ya bir kahin deyəndə ki, “Yehovanın bu xəbəri yükdür” onlara deyərsən: “Ey xalq, yük siz özünüzsünüz! Sizi atacağam”,+ — Yehova bəyan edir. 34 “Yehovanın xəbəri yükdür!” deyən peyğəmbərə, kahinə, adi adama gəlincə, Mən o adamı da, onun külfətini də cəzalandıracağam. 35 Hər kəs soydaşından və qardaşından soruşur: “Yehova nə cavab verdi? Yehova nə söylədi?” 36 Bir də Yehovanın xəbərinin yük olduğunu dilinizə gətirməyin. Yük sizin öz sözünüzdür, çünki siz Allahımızın, ordular Allahı Yehovanın, var olan Allahın sözlərini təhrif edirsiniz.

37 Peyğəmbərdən soruş: “Yehova sənə nə cavab verdi? Yehova nə dedi? 38 Əgər hələ də “Yehovanın xəbəri yükdür” deyirsinizsə, onda Yehovanın sizə sözü budur: “Mən sizə “Yehovanın xəbəri yükdür” deməyin söyləyəndən sonra da siz “Yehovanın xəbəri yükdür” dediyiniz üçün 39 sizi də, sizə və ata-babalarınıza verdiyim şəhəri də götürüb hüzurumdan atacağam. 40 Sizi əbədilik rüsvay edəcəyəm, heç vaxt unudulmayacaq əbədi rəzilliyə düçar edəcəyəm”».+

24 Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yəhyakim+ oğlu Yəkunyanı*+, Yəhuda əmirlərini, sənətkarları, dəmirçiləri* Yerusəlimdən Babilə sürgün etdi.+ Bundan sonra Yehova mənə iki səbət əncir göstərdi. Səbətlər Yehovanın məbədinin qarşısında idi. 2 Səbətin birində olan əncirlər ilk məhsul kimi çox yaxşı idi. O biri səbətdəki əncirlər isə elə xarab idi ki, yeməyə yaramırdı.

3 Yehova məndən soruşdu: «Ərəmya, nə görürsən?» Mən dedim: «Əncir görürəm. Yaxşı əncir çox yaxşıdır, xarab əncir isə elə xarabdır ki, yeməyə yaramır».+

4 Onda mənə Yehovanın sözü nazil oldu: 5 «İsrailin Allahı Yehova belə deyir: “Bu yerdən Kəldan ölkəsinə sürgün etdiyim adamlar nəzərimdə yaxşı əncir kimi olacaq. 6 Onların rifahı naminə gözüm həmişə üstlərində olacaq. Onları bu ölkəyə qaytaracağam.+ Onları dirçəldəcəyəm, yıxmayacağam, əkəcəyəm, qoparmayacağam.+ 7 Onlara elə ürək verəcəyəm ki, Mənim Yehova olduğumu bilsinlər.+ Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı.+ Çünki onlar bütün qəlblərilə Mənə dönəcəklər.+

8 Yeməyə yaramayan xarab əncirlər+ barədə isə Yehova deyir: “Yəhuda padşahı Sidqiyyəyə+, onun əyanlarına, Yerusəlim əhlindən sağ qalıb bu ölkədə və Misir diyarında yaşayanlara+ bu əncirlər kimi baxacağam. 9 Onların başına elə müsibət gətirəcəyəm ki, dünyanın bütün səltənətləri dəhşətə gələcək.+ Səpələdiyim hər yerdə onları rüsvay edəcəyəm, zərbi-məsələ çevirəcəyəm. Onları məsxərəyə qoyacaqlar, lənətləyəcəklər.+ 10 Üstlərinə qılınc,+ aclıq, azar+ göndərib onları ata-babalarına və onlara verdiyim torpaqdan yox edəcəyəm”».

25 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində,+ Babil padşahı Navuxodonosorun hakimiyyətinin birinci ilində Ərəmyaya Yəhuda xalqı barədə Allahın sözü nazil oldu. 2 Ərəmya peyğəmbər Yəhuda xalqı və Yerusəlim əhli barədə belə dedi:

3 «Yəhuda padşahı Amun oğlu Yuşiyyənin hakimiyyətinin on üçüncü ilindən+ bu günə kimi, artıq iyirmi üç ildir ki, mənə Yehovanın sözü nazil olur. Mən bu sözləri dönə-dönə sizə bildirmişəm, amma siz qulaq asmamısınız.+ 4 Yehova dönə-dönə peyğəmbər qullarını sizin yanınıza göndərib, lakin siz dinləməmisiniz, qulaq asmamısınız.+ 5 Onlar deyirdilər: “Pis yolunuzdan dönün, bəd əməllərinizdən əl çəkin.+ Onda Yehovanın qədimdə ata-babalarınıza və sizə verdiyi diyarda çox yaşayarsınız. 6 Başqa allahların ardınca getməyin, onlara qulluq edib səcdə qılmayın, bütlər düzəldib Məni qəzəbləndirməyin. Yoxsa üstünüzə bəla göndərərəm”.

7 “Amma siz qulaq asmadınız, — bəyan edir Yehova, — bütlər düzəldib Məni qəzəbləndirdiniz, başınıza bəla açdınız”.+

8 Buna görə ordular Allahı Yehova deyir: “Siz sözlərimə qulaq asmadınız. 9 Buna görə şimal tayfalarını,+ Babil padşahı Navuxodonosoru, qulumu çağırıram,+ — bəyan edir Yehova. — Onları bu diyarın, onun sakinlərinin və ətraf xalqların üstünə göndərirəm.+ Mən sizi və bu xalqları yox edəcəyəm, dəhşətli hala salacağam, sizə baxıb fit çalacaqlar, həmişəlik viran qalacaqsınız. 10 Sevinc, şadlıq harayını,+ bəy-gəlin səsini,+ dəyirman taqqıltısını kəsəcəyəm, çıraq işığını söndürəcəyəm. 11 Bütün bu diyar xarabalığa, dəhşətli bir yerə çevriləcək, bu xalqlar yetmiş il Babil padşahına qulluq edəcək”.+

12 “Lakin yetmiş il tamam olanda+ təqsirlərinə görə Mən Babil padşahı ilə, o xalqla haqq-hesab çəkəcəyəm,+ — bəyan edir Yehova, — Kəldan ölkəsini həmişəlik viranə qoyacağam.+ 13 O ölkə barədə dediyim bütün sözləri, Ərəmyanın bu kitabda bütün xalqların əleyhinə yazdığı peyğəmbərlikləri oranın başına gətirəcəyəm. 14 Çünki çoxlu xalqlar və qüdrətli padşahlar+ xalqımı kölə edəcək.+ Mən də bu xalqlara əməllərinə, əllərinin işlərinə görə əvəzini verəcəyəm”».+

15 İsrailin Allahı Yehova mənə dedi: «Qəzəb şərabı ilə dolu bu camı əlimdən götür və səni yanlarına göndərəcəyim bütün xalqlara içirt. 16 Onlar içib səndələyəcək. Üstlərinə göndərdiyim qılınca görə ağıllarını itirəcəklər».+

17 Mən Yehovanın əlindən camı götürdüm, Yehovanın məni yanlarına göndərdiyi bütün xalqlara içirtdim.+ 18 Əvvəlcə Yerusəlimə, Yəhuda şəhərlərinə,+ onun padşahlarına və əyanlarına içirtdim ki, onlar bərbad olsun, dəhşətli hala düşsün, insanlar baxıb fit çalsın, onları lənətləsin.+ Onlar bu gün də belə vəziyyətdədirlər. 19 Sonra Misir hökmdarı firona, qulluqçularına, əyanlarına, bütün xalqına,+ 20 orada yaşayan çoxsaylı xalqlara içirtdim. Həmçinin Uz diyarının padşahlarına, Filişt ölkəsinin padşahlarına,+ Aşkelona,+ Qəzzəyə, Ekrona, Aşdodda sağ qalanlara, 21 Əduma+, Muaba+ və əmunilərə+, 22 bütün Sur və Sidon padşahlarına,+ dəniz adasındakı padşahlara, 23 Didana+, Təmaya, Buza, gicgahlarını qırxanlara,+ 24 Ərəb padşahlarına,+ səhrada yaşayan çoxsaylı xalqların padşahlarına, 25 Zümri padşahlarına, Elam+ padşahlarına, Mada* şahlarına,+ 26 bir-bir yaxın və uzaq şimal padşahlarına, dünyanın digər səltənətlərinə içirtdim. Lap axırda Sisaq*+ padşahı da bu camdan içəcək.

27 «Onlara deyərsən ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “İçib sərxoş olun, qusun, yıxılın, elə yıxılın ki, bir də qalxa bilməyəsiniz,+ çünki aranıza qılınc göndərirəm”. 28 Əgər əlindən camı götürüb içməsələr, onlara de ki, ordular Allahı Yehova belə deyir: “Hökmən içəcəksiniz! 29 Budur, Mən əvvəlcə adımı daşıyan şəhərin üstünə bəla göndərirəm,+ sizmi cəzasız qalacaqsınız?”+

“Xeyr, cəzasız qalmayacaqsınız. Mən bütün dünya sakinlərinə qarşı qılınc göndərirəm”, — bəyan edir ordular Allahı Yehova.

30 Peyğəmbərlik edib onlara söylə:

“Yehova ucalardan nərə çəkəcək,

Müqəddəs məskənindən səsini ucaldacaq,

Öz məkanına qarşı ucadan nərə çəkəcək.

Üzümsıxanda üzüm tapdalayanlar kimi hayqıracaq,

Bütün dünya sakinlərinə qarşı zəfər nəğməsi oxuyacaq”.

31 “Gurultu səsi dünyanın ucqarlarına çatacaq,

Çünki Yehovanın xalqlarla davası var.

Bütün insanlara Özü hökm çıxaracaq.+

Şər insanları qılınca yem edəcək”, — bəyan edir Yehova.

32 Ordular Allahı Yehova belə deyir:

“Budur, fəlakət bir-bir xalqların üstünə gəlir,+

Dünyanın qurtaracağından güclü qasırğa qopur.+

33 Həmin gün Yehovanın qırdığı adamların meyitləri yerin bir ucundan o biri ucuna kimi hər yerə səriləcək. Onları ağlamayacaqlar, yığıb basdırmayacaqlar, onlar torpağın üstündə peyin olacaq”.

34 Ey çobanlar, ağlayın, fəryad edin!

Ey sürü başçıları, kül içində eşələnin,

Çünki ölümünüz yetişib, pərən-pərən düşəcəyiniz vaxt çatıb.

Bahalı qab kimi düşüb sınacaqsınız.

35 Çobanların qaçmağa yeri yoxdur,

Sürü başçıları üçün qurtuluş yoxdur.

36 Dinləyin! Çobanlar fəryad edir,

Sürü başçıları nalə çəkir,

Çünki Yehova onların otlaqlarını bərbad günə qoyur!

37 Yehovanın kükrəyən qəzəbindən

Dinc məskənlərdə ins-cins qalmayıb.

38 O, cavan aslan kimi məskənindən çıxıb,+

Onun kükrəyən qəzəbi üzündən,

Qəddar qılınc üzündən

El-obaları dəhşətli hala düşüb».

26 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ hakimiyyətinin başlanğıcında Yehovadan bu söz nazil oldu: 2 «Yehova belə deyir: “Yehovanın evinin həyətində dur və Yəhuda şəhərlərindən Yehovanın evinə ibadətə gələn camaat barədə sənə əmr etdiyim şeyləri onlara bildir. Bir sözü də əskiltmə. 3 Bəlkə, qulaq asıb bəd əməllərindən əl çəkərlər. Mən də bəd əməllərinə görə başlarına gətirmək istədiyim bəladan vaz keçərəm.+ 4 Onlara de ki, Yehova belə deyir: “Əgər Mənə qulaq asmasanız, sizə verdiyim qanunu icra etməsəniz, 5 dönə-dönə yanınıza göndərdiyim, sözlərinə qulaq asmadığınız peyğəmbər qullarıma yenə qulaq asmasanız,+ 6 onda Şiloya etdiyimi bu evə də edəcəyəm.+ Bu şəhər dünyanın bütün xalqları arasında lənətli olacaq”».+

7 Kahinlər, peyğəmbərlər və bütün camaat Ərəmyanın Yehovanın evində söylədiyi bu sözləri eşitdi.+ 8 Ərəmya Yehovanın ona buyurduğu sözləri xalqa söyləyib qurtarandan sonra kahinlər, peyğəmbərlər və bütün camaat onu tutub dedi: «Sən ölməlisən. 9 Nə üçün Yehovanın adı ilə peyğəmbərlik edib deyirsən: “Bu ev Şilo kimi olacaq, şəhər xaraba, kimsəsiz qalacaq”?» Beləliklə, bütün camaat Yehovanın evində Ərəmyanı dövrəyə aldı.

10 Bu sözlər Yəhuda əmirlərinin qulağına çatdı. Onlar padşah sarayından çıxıb Yehovanın evinə gəldilər və Yehovanın evindəki yeni darvazanın girişində oturdular.+ 11 Kahinlər və peyğəmbərlər əmirlərə və xalqa dedilər: «Bu adam ölümə layiqdir.+ Siz özünüz də eşitdiniz ki, o, şəhərin əleyhinə peyğəmbərlik edir».+

12 Onda Ərəmya əmirlərə və xalqa dedi: «Bu ev və şəhər barədə eşitdiyiniz peyğəmbərliyi söyləmək üçün məni Yehova göndərib.+ 13 Əməllərinizi düzəldin, dəyişin, Allahınız Yehovaya itaət edin. Onda Yehova başınıza gətirmək istədiyi bəladan vaz keçər.+ 14 Mən isə sizin ixtiyarınızdayam. Sizə necə xoşdursa, necə lazım bilirsinizsə, mənimlə elə rəftar edin. 15 Ancaq bunu bilin ki, məni öldürsəniz, özünüz də, bu şəhər də, sakinləri də günahsız qan tökdüyünüzə görə təqsirkar olacaqsınız. Çünki bu sözləri sizə çatdırmaq üçün məni, doğrudan da, Yehova göndərib».

16 Onda əmirlər və bütün xalq kahinlərlə peyğəmbərlərə dedilər: «Bu adam ölümə layiq deyil, çünki bizimlə Allahımız Yehovanın adından danışdı».

17 Ölkə ağsaqqallarından da bir neçəsi ayağa durub camaata dedi: 18 «Yəhuda padşahı Hizqiyyənin+ dövründə mührəstli Mikə+ peyğəmbərlik edib Yəhuda camaatına demişdi: “Ordular Allahı Yehova belə deyir:

“Sion tarla kimi şumlanacaq,

Yerusəlim daş qalağına çevriləcək,+

Allahın evinin durduğu dağ meşəliyə dönəcək”.+

19 Məgər o vaxt Yəhuda padşahı Hizqiyyə və Yəhuda xalqı onu öldürdü? Məgər Hizqiyyə Yehovadan qorxub Yehovadan lütf diləmədi? Onda Yehova onların başına gətirmək istədiyi bəladan vaz keçdi.+ Bizsə indi başımıza bəla açmaq istəyirik.

20 Kiryat-Yarimli+ Şəmay oğlu Uryah adlı bir adam da Yehovanın adından peyğəmbərlik edirdi. O da eynilə Ərəmya kimi danışır, bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi. 21 Yəhyakim padşah,+ onun igidləri və əmirlər Uryahın sözlərini eşitdi. Padşah onu öldürmək üçün axtarmağa başladı.+ Uryah bundan xəbər tutanda qorxub Misirə qaçdı. 22 Yəhyakim padşah Ahbur oğlu Əlnətanı+ bir neçə adamla Misirə göndərdi. 23 Onlar Misirdə Uryahı tutub Yəhyakim padşahın yanına gətirdilər. Padşah onu qılıncla öldürüb+ meyitini xalq qəbiristanlığına atdı».

24 Şafan+ oğlu Əxiqəm+ Ərəmyaya qahmar çıxdı. Beləcə, Ərəmyanı xalqın əlinə verib öldürmədilər.+

27 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin başlanğıcında Ərəmyaya Yehovanın bu sözü nazil oldu: 2 «Yehova mənə dedi: “Özünə boyunduruq və bağlar düzəldib boynuna tax. 3 Sonra bunları Yəhuda padşahı Sidqiyyənin yanına gəlmiş elçilər vasitəsilə Ədum+, Muab+ padşahlarına, əmunilərin+ padşahına, Sur+ və Sidon+ padşahlarına göndər. 4 Onlara hökmdarları ilə bağlı bu əmri ver:

“İsrailin Allahı, ordular Allahı Yehova deyir ki, hökmdarlarınıza söyləyin: 5 “Dünyanı, bəşəri, yer üzündəki heyvanları böyük qüdrətimlə, qüvvətli qolumla Mən yaratmışam. Onu kimə istəsəm, verirəm.+ 6 İndi də bütün ölkələri Babil padşahı Navuxodonosora, quluma təslim edirəm.+ Hətta vəhşi heyvanları da onun ixtiyarına verirəm. 7 Növbə onun ölkəsinə çatana qədər bütün xalqlar ona, oğluna və nəvəsinə qulluq edəcək.+ Vaxt yetişdikdə çoxlu xalqlar və qüdrətli padşahlar onu özlərinə kölə edəcək”.+

8 “Əgər hansısa xalq, səltənət Babil padşahı Navuxodonosora qulluq etmək istəməsə, Babil padşahının boyunduruğunu boynuna taxmasa, Mən həmin xalqı qılıncla, aclıqla, azarla cəzalandıracağam, Babil padşahının əlilə qırıb-çatacağam”,+ — bəyan edir Yehova.

9 “Buna görə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərinizə, falçılarınıza, yuxu görənlərinizə, sehrbazlarınıza, cadugərlərinizə qulaq asmayın. 10 Onlar sizə yalan peyğəmbərlik edir. Onlara qulaq assanız, yurdunuzdan didərgin düşəcəksiniz, Mən sizi pərən-pərən salacağam, məhv olacaqsınız.

11 Ancaq o xalq ki Babil padşahının boyunduruğu altına girib ona qulluq edəcək, həmin xalqı öz torpağında saxlayacağam, torpağı becərib orada yaşayacaqlar”, — bəyan edir Yehova”».

12 Eyni şeyi Yəhuda padşahı Sidqiyyəyə+ də söylədim. Ona dedim: «Babil padşahının boyunduruğu altına girib ona və xalqına qulluq edin ki, yaşayasınız.+ 13 Axı niyə xalqınla birgə qılıncdan+, aclıqdan+, azardan öləsən?+ Niyə Yehovanın Babil padşahına qulluq etmək istəməyən xalqlar barədə dediyi sözlər sizin başınıza gəlsin? 14 “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın.+ Çünki onlar yalan peyğəmbərlik edirlər.+

15 “Onları Mən göndərməmişəm, — bəyan edir Yehova, — amma onlar Mənim adımla yalan peyğəmbərlik edirlər. Onlara qulaq assanız, sizi pərən-pərən salacağam, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də məhv olacaqsınız”».+

16 Mən kahinlərə və bu xalqa dedim: «Yehova belə deyir: “Sizə “çox tezliklə Yehovanın evinin əşyaları Babildən geri qaytarılacaq!” deyən peyğəmbərlərə qulaq asmayın.+ Onlar yalan peyğəmbərlik edirlər.+ 17 Onların sözünü dinləməyin. Babil padşahına qulluq edin, onda sağ qalarsınız.+ Niyə bu şəhər xarabalığa dönsün? 18 Əgər onlar peyğəmbərdirsə və Yehovanın sözü onlardadırsa, onda qoy ordular Allahı Yehovaya yalvarsınlar ki, Yehovanın evində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”.

19 Ordular Allahı Yehova çən+, sütunlar+, arabalar+ və bu şəhərdə qalan əşyalar barədə, 20 Yəhuda padşahı Yəhyakim oğlu Yəkunyanı, Yəhudanın və Yerusəlimin əsilzadələrini Yerusəlimdən Babilə əsir aparanda Babil padşahı Navuxodonosorun götürmədiyi əşyalar barədə belə deyir.+ 21 Bəli, İsrailin Allahı, ordular Allahı Yehova Yehovanın evində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə deyir: 22 “Onlar Babilə aparılacaq+ və onları yada salacağım vaxtadək orada qalacaq, — bəyan edir Yehova. — Sonra onları geri qaytaracağam və yenidən bu yerə qoyacağam”».+

28 Həmin il, Yəhuda padşahı Sidqiyyənin+ hakimiyyətinin başlanğıcında, dördüncü ilin beşinci ayında gibyonlu+ Azzur oğlu Hənaniyyə peyğəmbər Yehovanın evində kahinlərin və xalqın önündə mənə dedi: 2 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mən Babil padşahının boyunduruğunu qıracağam.+ 3 Babil padşahı Navuxodonosorun bu yerdən Babilə apardığı Yehovanın evinin əşyalarını iki ilin içində geri gətirəcəyəm.+ 4 Yəhuda padşahı Yəhyakim+ oğlu Yəkunyanı, Babilə sürgün edilən əsirləri+ bura geri qaytaracağam,+ — bəyan edir Yehova, — Mən Babil padşahının boyunduruğunu qıracağam”».

5 Ərəmya peyğəmbər Yehovanın evində duran bütün camaatın və kahinlərin önündə Hənaniyyə peyğəmbərə cavab verdi. 6 Ərəmya peyğəmbər ona dedi: «Amin! Təki Yehova belə eləsin. Təki Yehova peyğəmbərlik etdiyin sözləri həyata keçirsin, əsirliyə aparılmış xalqı, Yehovanın evinin əşyalarını Babildən geri gətirsin! 7 Amma indi qulaq as, gör sənə və xalqa nə deyirəm. 8 Səndən, məndən çox-çox əvvəl yaşamış peyğəmbərlər də çoxlu ölkələrin, böyük səltənətlərin üzərinə müharibə, fəlakət və mərəz gələcəyini peyğəmbərlik etmişlər. 9 Əgər bir peyğəmbər əmin-amanlıq olacağını deyirsə və sözü düz çıxırsa, onda məlum olur ki, bu peyğəmbəri, doğrudan da, Yehova göndərib».

10 Onda Hənaniyyə peyğəmbər Ərəmya peyğəmbərin boynundan boyunduruğu çıxarıb qırdı.+ 11 Sonra camaatın önündə dedi: «Yehova belə deyir: “Babil padşahı Navuxodonosorun xalqların boynuna taxdığı boyunduruğu iki ilin içində bax beləcə çıxarıb qıracağam”».+ Bundan sonra Ərəmya peyğəmbər çıxıb getdi.

12 Hənaniyyə peyğəmbər Ərəmya peyğəmbərin boynundan boyunduruğu çıxarıb qırandan sonra Ərəmyaya Yehovanın sözü nazil oldu: 13 «Get, Hənaniyyəyə söylə ki, Yehova belə deyir: “Taxta boyunduruğu qırdın,+ indi onun yerinə dəmir boyunduruq düzəldəcəksən”. 14 Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bütün bu xalqların boynuna dəmir boyunduruq keçirəcəyəm, hamısı Babil padşahı Navuxodonosora qulluq edəcək, bəli, onlar ona qulluq edəcək.+ Vəhşi heyvanları da ona verəcəyəm”».+

15 Sonra Ərəmya peyğəmbər Hənaniyyə+ peyğəmbərə dedi: «Hənaniyyə, mənə qulaq as, səni Yehova göndərməyib. Sənə görə bu xalq yalana inanır.+ 16 Buna görə Yehova deyir: “Budur, səni yer üzündən yox edirəm. Elə bu il öləcəksən. Çünki xalqı Yehovaya qarşı qaldırırsan”».+

17 Hənaniyyə peyğəmbər həmin il, ilin yeddinci ayında öldü.

29 Ərəmya peyğəmbər sürgündə olan xalqın arasındakı o biri ağsaqqallara, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə əsir apardığı xalqa Yerusəlimdən namə göndərdi. 2 Bu naməni Yəkunya+ padşah, məlikə ana,+ saray məmurları, Yəhuda və Yerusəlim başçıları, sənətkarlar və dəmirçilər* Yerusəlimdən gedəndən sonra göndərdi.+ 3 Onu Yəhuda padşahı Sidqiyyənin+ Babilə, Navuxodonosor padşahın yanına göndərdiyi Şafan+ oğlu İlasa və Xilqiyyə oğlu Cəməri apardı. Namədə deyilirdi:

4 «İsrailin Allahı, ordular Allahı Yehova Yerusəlimdən Babilə sürgün etdiyi xalqa belə deyir: 5 “Evlər tikib yaşayın. Bağ salıb meyvəsini yeyin. 6 Arvad alın, oğul-qız sahibi olun, oğullarınıza qız alın, qızlarınızı ərə verin, qoy onlar da oğul-qız sahibi olsunlar. Orada törəyib çoxalın, azalmayın. 7 Sizi sürgün etdiyim şəhərin əmin-amanlığı üçün çalışın, o şəhərdən ötrü Yehovaya dua edin, çünki oranın əmin-amanlığı sizin əmin-amanlığınız deməkdir.+ 8 Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Qoymayın aranızdakı peyğəmbərlər, falçılar sizi aldatsın,+ onların gördüyü yuxulara qulaq asmayın. 9 Çünki onlar Mənim adımdan sizə yalan peyğəmbərlik edirlər. Onları Mən göndərməmişəm”,+ — bəyan edir Yehova».

10 «Yehova belə deyir: “Babildə yetmiş il tamam olanda sizə nəzər salacağam,+ sizi bu yerə gətirib vədimi gerçəkləşdirəcəyəm”.+

11 “Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm,+ amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir.+ 12 Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm”.+

13 “Məni axtaracaqsınız və sidqi-ürəkdən axtardığınız üçün tapacaqsınız.+ 14 Özümü sizə aşkar edəcəyəm,+ — bəyan edir Yehova. — Mən sizdən əsir gedənləri bir yerə toplayacağam, sizi bütün xalqların içindən, səpələdiyim yerlərdən yığacağam.+ Sizi haradan sürgün etmişdimsə, ora geri qaytaracağam”.+ Yehova bəyan edir.

15 Amma siz deyirsiniz: “Yehova Babildə bizə peyğəmbərlər verib”.

16 Davudun taxtında oturan padşaha,+ bu şəhərdə yaşayan camaata, sizinlə sürgünə aparılmayan qardaşlarınıza Yehovanın sözü budur: 17 “Ordular Allahı Yehova deyir: “Mən onların üstünə qılınc, aclıq, azar göndərirəm.+ Onları xarab, yeməyə yaramayan çürük* əncir kimi edəcəyəm”.+

18 “Onları qılıncla, aclıqla, azar təqib edəcəyəm.+ Mən onları dünyanın bütün səltənətlərinə səpələyəcəyəm, xalqlar onlara baxıb mat qalacaq, dəhşətə gələcək,+ onlara fit çalacaq,+ lənət oxuyacaq, rişxənd edəcək.+ 19 Çünki onlar dönə-dönə göndərdiyim peyğəmbər qullarım vasitəsilə dediyim sözlərə qulaq asmırlar”,+ — bəyan edir Yehova.

“Siz də Mənə qulaq asmırsınız”,+ — bəyan edir Yehova.

20 Odur ki, Yehovanın sözünü eşidin, ey Yerusəlimdən Babilə sürgün etdiyim adamlar. 21 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mənim adımla yalan peyğəmbərliklər söyləyən+ Qolay oğlu Əhəbi və Məseyyə oğlu Sidqiyyəni Babil padşahı Navuxodonosora təslim edirəm. O, gözünüzün qabağında onları öldürəcək. 22 Onların başına gələnlər Babilə sürgün olunan yəhudalıların dilində qarğışa çevriləcək. Deyəcəklər: “Görüm Yehova səni Babil padşahının diri-diri yandırdığı Sidqiyyə ilə Əhəbin gününə salsın!” 23 Çünki onlar İsraildə biabırçılıq edir,+ soydaşlarının arvadları ilə zina edir, Mənim adımdan yalan sözlər, onlara buyurmadığım şeyləri söyləyirlər.+

“Mən bundan agaham, buna şahidəm”,+ — bəyan edir Yehova».

24 «Nehlamlı Şəmaya+ söylə ki, 25 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Sən Yerusəlimdəki camaata, kahin Məseyyə oğlu Səfənyaya+ və kahinlərə öz adından məktub göndərib demisən: 26 “Yehova səni kahin Yəhyadayın yerinə qoyub ki, Yehovanın evinə nəzarət edəsən, özünü peyğəmbər kimi aparan hər sərsərinin işinə baxasan, onu kündəyə salasan.+ 27 Bəs niyə aranızda özünü peyğəmbər kimi aparan+ ənatutlu Ərəmyanı+ cəzalandırmırsan? 28 O, hətta Babilə, bizə bu xəbəri göndərib: “Sürgün uzun çəkəcək! Evlər tikib yaşayın, bağ salıb meyvəsini yeyin”».+

29 Kahin Səfənya+ bu məktubu Ərəmya peyğəmbərə oxudu. 30 Onda Ərəmyaya Yehovanın sözü nazil oldu: 31 «Sürgündə olanlara xəbər göndər: Yehova nehlamlı Şəmay haqqında belə deyir: “Mən göndərmədiyim halda, Şəmay sizə peyğəmbərlik etdi, sizi yalana inandırmaq istədi.+ 32 Ona görə də Yehova belə deyir: “Mən nehlamlı Şəmayı və onun övladlarını cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən heç kim sağ qalmayacaq. Xalqıma edəcəyim yaxşılığı o görməyəcək, çünki o, xalqı Yehovaya qarşı qaldırır, — bəyan edir Yehova”».

30 Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «İsrailin Allahı Yehova belə deyir: “Sənə dediyim bütün sözləri bir kitaba yaz. 3 Çünki Yehova belə bəyan edir: “Gün gələcək, xalqımdan, İsraillə Yəhudadan əsir gedənləri ata-babalarına verdiyim diyara geri qaytaracağam.+ Onlar yenidən ora sahib olacaqlar”. Yehova belə deyir”».+

4 Yehovanın İsraillə Yəhudaya dediyi sözlər bunlardır.

 5 Yehova belə deyir:

«Qorxudan titrəyənlərin səsi gəlir.

Hər yanda dəhşət hökm sürür, dinclikdən əsər-əlamət yoxdur.

 6 Soruşun, görün heç kişi doğar?

Bəs nə üçün güclü kişiləri

Doğan qadınlar kimi, qarınlarını tutan görürəm?+

Niyə hamının bənizi solub?

 7 Aman! O gün nə dəhşətli gündür.+

Onun kimi gün yoxdur.

O gün Yaqub üçün sıxıntı günüdür.

Lakin o qurtulacaq».

8 Ordular Allahı Yehova bəyan edir: «Həmin gün Mən onların boynundan boyunduruğu sındıracağam, bağlarını qıracağam, bir də yadellilər onları kölə etməyəcəklər. 9 Onlar Allahları Yehovaya və üzərlərinə qoyacağım padşahları Davuda xidmət edəcəklər».+

10 «Sən, ey qulum Yaqub, qorxma, — Yehova bəyan edir.

Dəhşətə gəlmə, ey İsrail.+

Səni uzaq diyardan,

Övladlarını sürgün edildikləri məmləkətdən qurtaracağam.+

Yaqub qayıdacaq, dinc, arxayın yaşayacaq.

Onu hürküdən olmayacaq».+

11 «Çünki Mən səninləyəm, — bəyan edir Yehova, — səni qurtaracağam.

Amma səni aralarına səpələdiyim xalqları məhv edəcəyəm.+

Səni isə məhv etməyəcəyəm.+

Səni lazımi ölçüdə islah edəcəyəm,

Cəzasız buraxmayacağam».+

12 Yehova belə deyir:

«Sənin zədən sağalmazdır,+

Yarana məlhəm yoxdur.

13 Müdafiənə qalxan yoxdur,

Xorana şəfa yoxdur.

Sənə əlac tapılmır.

14 Aşiqlərin səni unudub.+

Daha səni axtarmırlar.

Sənə düşmən zərbəsi endirdim,+

Rəhmsizlər kimi cəzalandırdım.

Çünki günahın böyük, təqsirin çoxdur.+

15 Zədələrinə görə nə nalə çəkirsən?

Ağrın kəsilən deyil!

Günahının böyüklüyünə, təqsirinin çoxluğuna görə+

Bunu sənin başına gətirdim.

16 Ona görə də səni məhv edənlər məhv olacaq,+

Sənin düşmənlərin də əsir gedəcək.+

Səni qarət edənlər qarət ediləcək,

Səni talan edənlər talan olacaq».+

17 «Amma sənə şəfa verəcəyəm, yaralarını sağaldacağam,+ — bəyan edir Yehova.

Hərçənd ki səni səfil adlandırırdılar,

Sənə “heç kimin itirib-axtarmadığı Sion” deyirdilər”».+

18 Yehova belə deyir:

«Mən Yaqub çadırlarından əsir gedənləri bir yerə toplayacağam,+

Onun çadırlarına yazığım gələcək.

Şəhər yenidən həmin təpənin üstündə qurulacaq,+

Qala əvvəlki yerində ucalacaq.

19 O yerlərdən şükranlar, gülüş səsləri eşidiləcək.+

Onları çoxaldacağam, az olmayacaqlar.+

Saylarını artıracağam*,

Əzəmətli olacaqlar.+

20 Onun oğulları əvvəlki kimi olacaq.

Xalqı önümdə kök salacaq.+

Ona zülm edənləri cəzalandıracağam.+

21 Öndəri özününkülərdən olacaq,

Rəhbər öz içindən çıxacaq.

Onu Özümə yaxınlaşdıracağam, o da Mənə yaxınlaşacaq.

Axı başqa cür kim cürət edib Mənə yaxınlaşa bilər?» — bəyan edir Yehova.

22 «Siz Mənim xalqım olacaqsınız,+ Mən isə sizin Allahınız».+

23 Budur, Yehovanın qəzəbi fırtınatək qopacaq,+

Pislərin başında şiddətli qasırğatək dövr edəcək.

24 Niyyəti yerinə yetməyincə, həyata keçməyincə,

Yehovanın qızğın qəzəbi səngiməyəcək.+

Zamanın sonunda bunu anlayacaqsınız.+

31 Yehova bəyan edir: «Həmin vaxt Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar isə Mənim xalqım».+

 2 Yehova belə deyir:

«İsrail dinclik yerinə gedəndə

Qılıncdan qurtulan xalq səhrada Allahdan lütf gördü».

 3 Yehova uzaqdan mənə görünüb dedi:

«Səni əbədi məhəbbətlə sevdim.

Məhəbbətlə səni Özümə tərəf çəkdim.+

 4 Səni yenidən quracağam, bərpa olacaqsan.+

Ey bakirə İsrail, yenə əlinə qaval alacaqsan,

Şadlıq içində rəqs edəcəksən.+

 5 Səməriyyə dağlarında üzümlüklər salacaqsan,+

Bağbanlar bağ salıb barından yeyəcəklər.+

 6 Gün gələcək Əfraim dağlarındakı gözətçilər çağıracaqlar:

“Qalxın, Siona, Allahımız Yehovanın hüzuruna gedək”».+

 7 Yehova belə deyir:

«Sevinə-sevinə Yaquba səslənin.

Sevincdən hayqırın, çünki xalqların başındasınız.+

Bunu car çəkin. Mədh söyləyib deyin:

“Ey Yehova, xalqını, İsraildən sağ qalanları xilas et”.+

 8 Onları şimal ölkəsindən qaytaracağam.+

Yerin ucqarlarından toplayacağam.+

Onların arasında kor, topal,+

Hamilə, doğuş sancısı çəkən də olacaq.

Hamısı bir böyük icma kimi bura qayıdacaq.+

 9 Ağlaya-ağlaya gələcəklər.+

Onları geri gətirəcəyəm, lütf diləyə-diləyə qayıdacaqlar.

Onları hamar yolla ayaqları büdrəmədən

Axar sular kənarına gətirəcəyəm.+

Çünki Mən İsrailin Atasıyam, Əfraim Mənim ilkimdir».+

10 Ey xalqlar, Yehovanın sözünü dinləyin!

Uzaq adalarda car çəkin:+

«İsraili pərən-pərən edən onları toplayacaq,

Sürüsünü qoruyan çobantək onları qoruyacaq.+

11 Yehova Yaqubu qurtaracaq,+

Onu özündən güclü olan birisinin əlindən alacaq.+

12 Onlar Sionun zirvəsinə qalxıb sevinclə hayqıracaq,+

Yehovanın kəramətinə görə,

Taxıla, təzə şəraba,+ yağa,

Sürüdəki, naxırdakı bala heyvanlara görə+ üzləri şəfəq saçacaq.

Yaxşıca suvarılmış bağ kimi olacaqlar,+

Daha heç vaxt saralıb-solmayacaqlar».+

13 «O zaman qız, oğlan, qoca

Birgə rəqs edib şənlənəcək.+

Onların yasını şadlığa çevirəcəyəm,+

Onlara təskinlik verəcəyəm, qüssədən qurtarıb sevindirəcəyəm.+

14 Kahinləri bol nemətlərlə doyuracağam,

Xalqım kəramətimlə bəslənib doyacaq»,+ — bəyan edir Yehova.

15 «Yehova belə deyir:

“Ramada+ səs eşidilir, ağlaşma, fəryad səsi.

Rəhilə oğullarına görə ağlayır,+

Təsəlli tapmaq istəmir.

Çünki oğulları artıq yoxdur”».+

16 Yehova belə deyir:

«Ağlayıb-sızlama, göz yaşı tökmə,

Zəhmətinin əvəzini alacaqsan,

Onlar düşmən ölkəsindən qayıdacaqlar,+ — bəyan edir Yehova.

17 Gələcəyin üçün ümid var,+ — bəyan edir Yehova,

Oğulların öz vətənlərinə qayıdacaq».+

18 «Mən Əfraimin naləsini eşitdim:

“Sən məni əhliləşdirilməmiş dana kimi tərbiyə etdin,

Mən də düzəldim.

Məni geri qaytarsan, canla-başla qayıdaram.

Çünki Sən mənim Allahımsan, Yehova.

19 Pis yoldan dönüb peşman oldum,+

Ağlım başıma gələndə dizimə-dizimə döydüm.

Xəcalət çəkdim, rəzil oldum,+

Çünki gəncliyimin rüsvayçılığını çiyinlərimdə daşıyırdım”».

20 «Məgər Əfraim əziz oğlum, sevimli övladım deyil?+

Onu nə qədər pisləsəm də, unutmuram.

Onun üçün ürəyim qan ağlayır,+

Ona rəhm edəcəyəm”», — bəyan edir Yehova.+

21 «Özün üçün yol nişanları,

Yol göstərən işarələr qoy.+

Baş yola, gedəcəyin yola fikir ver,+

Ey bakirə İsrail, geri qayıt, şəhərlərinə dön.

22 Ey vəfasız qız, nə vaxta kimi qərarsız olacaqsan?

Yehova dünyada yeni bir şey yaradıb:

Qadın kişinin dalınca düşəcək».

23 İsrailin Allahı, ordular Allahı Yehova deyir: «Mən onlardan sürgünə gedənləri geri gətirəndə Yəhuda məmləkətində və şəhərlərində yenə deyəcəklər: “Ey salehlik diyarı,+ ey müqəddəs dağ,+ qoy Yehova səni mübarək qılsın!” 24 Orada yəhudalılar, şəhər sakinləri, əkinçilər, çobanlar birlikdə yaşayacaq.+ 25 Mən yorğun adama təravət, taqətsizə güc verəcəyəm».+

26 Onda gözlərimi açıb oyandım, yuxum şirin idi.

27 Yehova bəyan edir: «Gün gələcək İsrail evi ilə Yəhuda evinə insan və heyvan toxumu əkəcəyəm».+

28 «Onları kökündən qoparmağa, uçurmağa, yerlə yeksan etməyə, dağıtmağa, onlara zərər vurmağa necə hazır idimsə+ onları tikməyə və əkməyə də elə hazır olacağam,+ — bəyan edir Yehova. — 29 O vaxt heç kim deməyəcək: “Atalar kal üzüm yedi, uşaqların dişi qamaşdı”.+ 30 Hər kəs öz təqsirinə görə öləcək, kal üzüm yeyənin öz dişi qamaşacaq».

31 Yehova bəyan edir: «Gün gələcək İsrail evi və Yəhuda evi ilə yeni əhd bağlayacağam.+ 32 Bu əhd əllərindən tutub Misirdən çıxardığım gün ata-babaları ilə bağladığım əhdə bənzəməyəcək.+ Onların sahibi* olduğum halda, həmin əhdi pozmuşdular,+ — bəyan edir Yehova».

33 «O günlərdən sonra İsrail evi ilə bağlayacağım əhd budur: qanunumu onların daxilinə qoyacağam,+ ürəklərinə yazacağam.+ Mən onların Allahı olacağam, onlar da Mənim xalqım»,+ — bəyan edir Yehova.

34 «Artıq qonşu qonşuya, qardaş qardaşa “Yehovanı tanı” deməyəcək.+ Çünki balacadan tutmuş böyüyədək hamı Məni tanıyacaq,+ — bəyan edir Yehova. — Çünki onların təqsirini bağışlayacağam, günahlarını bir də yada salmayacağam».+

35 Adı ordular Allahı olan Yehova,

Gündüzü işıqlandırmaq üçün günəşi verən,

Gecəni aydınlaşdıran aydan, ulduzlardan ötrü qaydalar qoyan,

Dənizi çalxalayan, dalğaları şahə qaldıran

Yehova belə deyir:+

36 «Əgər nə vaxtsa bu qayda-qanunlar pozulsa,

Yalnız onda İsrail övladları bir xalq kimi önümdən həmişəlik yox olar, — bəyan edir Yehova».+

37 Yehova belə deyir: «Əgər yuxarıda göyləri ölçmək, aşağıda yerin təməlini araşdırıb öyrənmək mümkün olsa, yalnız onda bütün İsrail övladlarını əməllərinə görə rədd edərəm, — bəyan edir Yehova».+

38 «Gün gələcək, — Yehova bəyan edir, — şəhər Hənanil qülləsindən+ Künc darvazaya+ qədər Yehova üçün tikiləcək.+ 39 Ölçü ipi+ düz Qarib təpəsinə uzadılacaq, oradan da Quəhə dönəcək. 40 Cəsədlər və küllər dərəsinin hər yeri, Qidron vadisinə,+ şərqə doğru At darvazasının+ küncünədək uzanan bütün bağlar Yehova üçün müqəddəs olacaq.+ O, bir daha kökündən qoparılmayacaq, dağılmayacaq».

32 Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin onuncu ilində, Navuxodonosorun hakimiyyətinin on səkkizinci ilində Ərəmyaya Yehovanın sözü nazil oldu.+ 2 Həmin vaxt Babil padşahının qoşunları Yerusəlimi mühasirəyə almışdı. Ərəmya peyğəmbər Yəhuda padşahının sarayındakı Keşikçi həyətində dustaq idi.+ 3 Yəhuda padşahı Sidqiyyə onu həbs edib+ demişdi: «Nə üçün sən peyğəmbərlik edib deyirsən: “Yehova belə deyir: “Mən bu şəhəri Babil padşahına təslim edəcəyəm, o, şəhəri zəbt edəcək,+ 4 Yəhuda padşahı Sidqiyyə kəldanilərin əlindən qurtula bilməyəcək. O, Babil padşahına təslim ediləcək, padşah onunla üz-üzə, göz-gözə danışacaq.+ 5 Sidqiyyəni Babilə aparacaq. Sidqiyyə ona nəzər salacağım vaxta kimi orada qalacaq, — bəyan edir Yehova. — Sən kəldanilərlə döyüşsən də, uğur qazanmayacaqsan”».+

6 Ərəmya dedi: «Mənə Yehovanın sözü nazil oldu: 7 “Əmin Səllumun oğlu Hənamil sənin yanına gəlib deyəcək: “Ənatutdakı torpaq sahəmi al,+ çünki onu almağa birinci sənin hüququn çatır”».+

8 Yehovanın dediyi kimi, əmim oğlu Hənamil Keşikçi həyətinə, yanıma gəlib dedi: «İstəyirəm Binyamində, Ənatutdakı torpağımı alasan, çünki ona sahib olmağa, onu almağa sənin hüququn çatır. Onu al». Onda mən bildim ki, bu, Yehovadandır.

9 Beləcə, mən əmim oğlu Hənamildən Ənatutdakı torpağı aldım. Yeddi şekel* və on şekel gümüş çəkib ona verdim.+ 10 Sonra alqı-satqını sənədləşdirib+ möhürlədim, şahidlər çağırdım+ və pulu tərəzidə çəkdim. 11 Qayda-qanuna əsasən möhürlənmiş satış sənədini, həmçinin möhürsüz sənədi götürdüm. 12 Satış sənədini əmim oğlu Hənamilin, sənədi imzalayan şahidlərin və Keşikçi həyətində+ oturan yəhudilərin gözü qarşısında Məhsay oğlu Nuryahın oğlu+ Bəruxa+ verdim.

13 Onların qarşısında Bəruxa dedim: 14 «İsrailin Allahı, ordular Allahı Yehova belə buyurur: “Bu sənədləri — möhürlü satış sənədini və möhürsüz sənədi götür, saxsı qaba qoy ki, uzun müddət qalsın”. 15 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu ölkədə yenidən evlər, torpaqlar, üzümlüklər alınacaq”».+

16 Satış sənədini Nuryah oğlu Bəruxa verəndən sonra Yehovaya dua etdim: 17 «Ya Külli-İxtiyar Yehova, Sən böyük qüdrətinlə, qüvvətli qolunla yeri-göyü yaratmısan.+ Sənin üçün mümkün olmayan heç nə yoxdur. 18 Sən minlərcə insana məhəbbət göstərirsən. Sən ataların təqsirinin əvəzini onlardan sonra gələn oğullarına çəkdirirsən.+ Sən təksən, ulusan, qadir Allahsan, adın ordular Allahı Yehovadır. 19 Amalın uca, işlərin əzəmətlidir.+ Sən bəşər övladlarının bütün yollarını seyr edirsən ki,+ hər kəsə yoluna, əməlinə görə əvəz verəsən.+ 20 Sən Misir diyarında bu gün də hamıya məlum olan əlamətlər, möcüzələr göstərdin və bugünkü kimi, İsraildə və bütün dünyada şöhrət qazandın.+ 21 Xalqın İsraili əlamətlərlə, möcüzələrlə, güclü əlinlə, qüvvətli qolunla, vahiməli işlərinlə Misir torpağından çıxardın.+

22 Sonra ata-babalarına and içib vəd etdiyin bu torpağı,+ süd-bal axan diyarı onlara verdin.+ 23 Onlar gəlib bura sahib oldular, amma Sənə itaət etmədilər, qanununa tabe olmadılar, heç bir əmrini yerinə yetirmədilər. Onda Sən onların başına bu fəlakəti gətirdin.+ 24 Budur, düşmən şəhəri istila etmək üçün mühasirə bəndləri qurub,+ qılınc,+ aclıq, azar+ ucbatından şəhər onunla döyüşən kəldanilərin əlinə keçəcək. Özün də görürsən ki, dediyin hər şey yerinə yetib. 25 Amma Sən, ey Külli-İxtiyar Yehova mənə dedin: “Get pul ver, torpaq al və şahidlər çağır”, halbuki şəhər kəldanilərin əlinə keçəcək».

26 Onda Ərəmyaya Yehovanın sözü nazil oldu: 27 «Mən Yehova bütün bəşərin Allahıyam. Mənim üçün mümkün olmayan bir şey varmı? 28 Buna görə də Yehova deyir: “Mən bu şəhəri kəldanilərə, Babil padşahı Navuxodonosora təslim edirəm, o, şəhəri istila edəcək.+ 29 Bu şəhərə qarşı döyüşən kəldanilər şəhərə girəcək, ona od vuracaq.+ Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında camaat Baala qurban təqdim edirdi, başqa allahlara şərab təqdiməsi gətirib Məni qəzəbləndirirdi”.+

30 “İsrail və Yəhuda xalqı gəncliyindən bəri yalnız bəyənmədiyim pis işlər görür.+ İsrail xalqı əllərinin işi ilə məni qəzəbləndirir, — bəyan edir Yehova. — 31 Bu şəhər tikildiyi vaxtdan bu günədək Məni ancaq qəzəbləndirir, hiddətləndirir.+ Odur ki, o, önümdən yox edilməlidir.+ 32 Çünki İsrail və Yəhuda xalqı — padşahları+, əyanları+, kahinləri, peyğəmbərləri,+ Yəhuda camaatı, Yerusəlim əhli pis əməllərlə Məni qəzəbləndirir. 33 Onlar Mənə üzlərini yox, kürəklərini çevirdilər.+ Hərçənd ki Mən dönə-dönə onlara öyüd-nəsihət verdim, amma heç biri nəsihətə qulaq asmadı.+ 34 İyrənc bütlərini adımı daşıyan evə qoyub oranı murdarladılar.+ 35 Bu azmış kimi Bəni-Hinnom vadisində*+ Baalın şərəfinə səcdəgahlar düzəltdilər ki, oğul-qızlarını odda yandırıb Molekə qurban versinlər.+ Mən Yəhudanı günaha sürükləyən bu iyrənc şeyi nə buyurmuşdum,+ nə də ağlımdan keçirmişdim”.

36 Siz deyirsiniz ki, bu şəhər “qılıncla, aclıqla, azarla Babil padşahına təslim ediləcək”. Amma İsrailin Allahı Yehova belə deyir: 37 “Onları qeyz-qəzəbimlə, böyük hiddətimlə səpələdiyim ölkələrdən yığacağam.+ Onları bura qaytarıb əmin-amanlıqda yaşadacağam.+ 38 Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı.+ 39 Onlara bir ürək,+ bir yol verəcəyəm ki, özlərinin və övladlarının rifahı naminə həmişə Məndən qorxsunlar.+ 40 Onlarla əbədi əhd kəsəcəyəm,+ bu əhdə görə heç vaxt onlardan yaxşılığımı əsirgəməyəcəyəm,+ ürəklərinə xofumu salacağam ki, heç vaxt Məndən üz döndərməsinlər.+ 41 Onlara yaxşılıq etməkdən sevinc duyacağam,+ onları bu torpaqda əkəcəyəm.+ Bunu can-dildən edəcəyəm”».

42 «Yehova belə bəyan edir: “Onların başına bu böyük bəlanı gətirdiyim kimi, vəd etdiyim yaxşılıqları da onlara edəcəyəm.+ 43 Ölkə barədə “xaraba qalıb, adam, heyvan yoxdur, kəldanilərə təslim edilib” desəniz də, bu ölkədə yenə də torpaqlar alınacaq”.+

44 “Binyamin torpağında, Yerusəlim ətrafında, Yəhuda şəhərlərində,+ dağlıq bölgədəki, düzənlikdəki şəhərlərdə,+ cənub şəhərlərində pulla torpaqlar alınacaq, satış sənədləri tərtib ediləcək, möhürlənəcək, şahidlər çağırılacaq,+ çünki Mən onlardan sürgünə gedənləri geri qaytaracağam”,+ — bəyan edir Yehova».

33 Keşikçi həyətində dustaq olanda+ Ərəmyaya ikinci dəfə Yehovanın sözü nazil oldu: 2 «Yeri xəlq edən Yehova, ona quruluş verib möhkəm bərqərar edən Yehova, adı Yehova olan Allah belə deyir: 3 “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə məmnuniyyətlə bildirim”».+

4 «İsrailin Allahı Yehova mühasirə bəndləri və qılınc ucbatından yerlə yeksan olan bu şəhərdəki evlər və Yəhuda padşahlarının evləri barədə,+ 5 qeyz-qəzəbilə öldürdüyü, pis əməlləri ilə Onu bu şəhəri tərk etməyə vadar edənlər barədə — kəldanilərlə döyüşmək üçün gəlib şəhəri öz meyitləri ilə dolduran kəslər barədə belə deyir: 6 “Mən bu şəhərə sağlamlıq, şəfa verəcəyəm.+ Onları sağaldacağam. Onlara dinclik, əmin-amanlıq bəxş edəcəyəm.+ 7 Yəhudadan və İsraildən sürgünə gedənləri geri qaytaracağam.+ Onları əvvəlki kimi dirçəldəcəyəm.+ 8 Onları Mənə qarşı etdikləri günahlardan, təqsirlərdən təmizləyəcəyəm.+ Mənə qarşı etdikləri günahları, təqsirləri, asilikləri əfv edəcəyəm. + 9 Onlara etdiyim bütün yaxşılıqları eşidən dünya xalqlarının önündə bu şəhərin adı Məni ucaldacaq, bu şəhərə görə Məni vəsf edəcəklər, şərəfləndirəcəklər.+ Onlar şəhərə göstərdiyim kəramətə, bəxş etdiyim əmin-amanlığa görə qorxub-titrəyəcəklər”».+

10 «Yehova belə deyir: “Sizin “xaraba qalıb, adam, heyvan yoxdur” deyəcəyiniz bu yerdə, viranə, adamsız, heyvansız qalan Yəhuda şəhərlərində, Yerusəlim küçələrində yenə də 11 sevinc, şadlıq harayı,+ bəy-gəlin səsi, “ordular Allahı Yehovaya həmd edin, çünki Yehova kəramətlidir,+ məhəbbəti əbədidir!” deyənlərin səsi eşidiləcək!”+

“Yehovanın evinə şükran qurbanları gətirəcəklər,+ çünki bu ölkədən sürgün olunanları geri qaytaracağam, onlar əvvəlki kimi olacaqlar”, — bəyan edir Yehova».

12 «Ordular Allahı Yehova belə deyir: “İnsansız, heyvansız qalmış bu xaraba məmləkətdə, onun şəhərlərində yenə də örüşlər olacaq, çobanlar sürülərini otaracaq”.+

13 “Dağlıq bölgədəki, düzənlikdəki şəhərlərdə, cənub şəhərlərində, Binyamin torpağında, Yerusəlimin ətrafında,+ Yəhuda şəhərlərində+ yenə də çobanlar qoyun-quzularını sayacaq”, — deyir Yehova».

14 «“Gün gələcək, — Yehova bəyan edir, — İsrail və Yəhuda evi ilə bağlı verdiyim gözəl vədi yerinə yetirəcəyəm.+ 15 O günlərdə, o zaman Davudun nəslindən saleh pöhrə çıxaracağam.+ O, ölkədə salehliklə, haqq-ədalətlə davranacaq.+ 16 O günlərdə Yəhuda xilas olacaq,+ Yerusəlim əmin-amanlıqda yaşayacaq.+ Onu “Salehliyimiz Yehovadandır” deyib çağıracaqlar”».+

17 «Yehova belə deyir: “İsrail evinin taxtında həmişə Davudun sülaləsi olacaq.+ 18 Yandırma qurbanları və başqa qurbanlar təqdim etmək, taxıl təqdimələri yandırmaq üçün önümdə həmişə lavili kahinlər olacaq”».

19 Yenidən Ərəmyaya Yehovanın sözü nazil oldu: 20 «Yehova belə deyir: “Əgər gündüz, gecə öz vaxtında olmasın deyə, gündüzlə, gecə ilə bağlı əhdimi poza bilsəniz,+ 21 yalnız onda qulum Davudla bağladığım əhd pozula bilər,+ Davudun taxtında onun sülaləsindən heç kim oturmaz.+ Xidmətçilərim lavili kahinlərlə bağladığım əhd də yalnız onda pozula bilər.+ 22 Qulum Davudun, Mənə xidmət edən lavililərin övladlarını saya-hesaba gəlməyən səma ordusu qədər, dəniz qumu qədər çoxaldacağam”».

23 Ərəmyaya yenə Yehovanın sözü nazil oldu: 24 «Fikir verirsən, bu xalq nə deyir: “Yehova vaxtilə seçdiyi iki nəsli rədd edəcək”? Onlar Mənim xalqımı alçaldır, artıq onu xalq hesab etmir.

25 Yehova belə deyir: “Gündüzlə, gecə ilə bağlı əhdimi,+ yerin, göyün qanunlarını təsis edib pozmadığım kimi,+ 26 Yaqub nəslini*, qulum Davudun nəslini də heç vaxt rədd etməyəcəyəm. İbrahimin, İshaqın və Yaqubun övladları üzərində onun nəsli hökmranlıq edəcək. Çünki Mən onlardan sürgünə gedənləri geri gətirəcəyəm,+ onlara rəhm edəcəyəm”».+

34 Babil padşahı Navuxodonosor qoşunları ilə, tabeliyindəki padşahlıqlarla və bütün xalqlarla Yerusəlimə və onun bütün şəhərlərinə qarşı döyüşdüyü vaxt Ərəmyaya Yehovanın sözü nazil oldu:+

2 «İsrailin Allahı Yehova belə deyir: “Get, Yəhuda padşahı Sidqiyyəyə+ söylə ki, Yehovanın sözü budur: “Bu şəhəri Babil padşahına təslim edirəm. O, şəhərə od vuracaq.+ 3 Sən onun əlindən qurtula bilməyəcəksən. Səni tutub ona təslim edəcəklər.+ Babil padşahı səninlə üz-üzə, göz-gözə danışacaq. Sən Babilə gedəcəksən”.+ 4 Amma sən, ey Yəhuda padşahı Sidqiyyə, Yehovanın sözünü eşit. Yehova sənin haqqında deyir: “Sən qılıncla ölməyəcəksən. 5 Öz əcəlinlə öləcəksən.+ Ata-babaların üçün, səndən əvvəl olan padşahlar üçün buxur yandırdıqları kimi, sənin üçün də buxur yandıracaqlar. “Vay padşahımız” deyib səni ağlayacaqlar. Bunu Mən deyirəm” — bəyan edir Yehova”».

6 Ərəmya peyğəmbər bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyyəyə söylədi. 7 Həmin vaxt Babil padşahının qoşunları Yerusəlimə və Yəhudanın işğal olunmamış şəhərlərinə, Lahişə+ və Əzqaya+ qarşı döyüşürdü.+ Yəhudanın işğal olunmamış qala-şəhərlərindən təkcə bunlar qalmışdı.

8 Ərəmyaya Yehovanın sözü nazil oldu. Bundan əvvəl Sidqiyyə padşah Yerusəlim sakinləri ilə onları köləlikdən azad etmək barədə əhd bağlamışdı.+ 9 Əhdə görə hər kəs öz ibrani qulunu və qarabaşını azad etməli idi, yəhudi soydaşını köləlikdə saxlamamalı idi. 10 Bütün başçılar və xalq bu əhdə tabe olmuşdu. Hər kəs qul-qarabaşını azad etmək, onları köləlikdə saxlamamaq barədə bağlanan əhdi qəbul etmişdi, əhdə tabe olub onları buraxmışdı. 11 Lakin sonra azad etdikləri qul-qarabaşları geri qaytarıb yenidən kölə etmişdilər. 12 Odur ki, Ərəmyaya Yehovanın sözü nazil oldu. Yehova dedi:

13 «İsrailin Allahı Yehova belə deyir: “Ata-babalarınızı Misir diyarından, köləlik evindən çıxardığım gün+ onlarla əhd bağlayıb demişdim:+ 14 “Yeddinci ilin sonunda özünü qul kimi sizə satan və altı il sizə xidmət edən ibrani soydaşınızı* buraxmalısınız, onu azad etməlisiniz”.+ Amma ata-babalarınız Məni eşitmədilər, Mənə qulaq asmadılar. 15 Bir müddət əvvəl siz soydaşlarınızı azad etməklə pis yolunuzdan dönüb bəyəndiyim işi gördünüz. Adımı daşıyan evdə önümdə əhd bağladınız. 16 Amma sonra fikrinizi dəyişdiniz, istəklərinə görə azad etdiyiniz qul-qarabaşları geri qaytarıb yenidən kölə etdiniz. Və Mənim adımı ləkələdiniz”.+

17 Ona görə də Yehova belə deyir: “Siz Mənə itaət etmədiniz, qardaşlarınızı, soydaşlarınızı azadlığa buraxmadınız.+ Amma Mən sizi azad buraxacağam, qılınc, azar, aclıq ağzına verəcəyəm.+ Dünyanın bütün səltənətləri sizə baxıb dəhşətə gələcək,+ — bəyan edir Yehova. — 18 Dananı şaqqalayıb şaqqaları arasından keçərək önümdə bağladıqları əhdi+ pozan, əhdimə xilaf çıxan kəslərin, 19 dana şaqqalarının arasından keçən Yəhuda və Yerusəlim başçılarının, saray məmurlarının, kahinlərin, bütün ölkə sakinlərinin aqibəti belə olacaq: 20 onları düşmənlərə, canlarının qəsdinə duranlara təslim edəcəyəm, meyitləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq.+ 21 Yəhuda padşahı Sidqiyyəni və əyanlarını geri çəkilən düşmənlərinə,+ canlarının qəsdinə duranlara, Babil padşahının qoşunlarına təslim edəcəyəm”.+

22 “Fərman verib onları bu şəhərə geri gətirəcəyəm. Onlar döyüşüb bu şəhəri ələ keçirəcək, ona od vuracaqlar.+ Yəhuda şəhərlərini xaraba, kimsəsiz qoyacağam”,+ — bəyan edir Yehova».

35 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründə Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Rəhablıların+ evinə get və onlarla danış. Onları Yehovanın məbədinə, yemək otaqlarından birinə gətir və onlara içməyə şərab ver».

3 Mən Həbəzzinyə oğlu Ərəmyanın oğlu Əzniyanı, onun qardaşlarını, oğullarını, rəhablıların bütün nəslini 4 Yehovanın məbədinə gətirdim. Onları Allah adamı İqdiyal oğlu Hənanın oğullarının yemək otağına apardım. Bu otaq qapıçı Səllum oğlu Məseyyənin yemək otağının üstündə yerləşən başçıların yemək otağı ilə yanbayan idi. 5 Mən şərabla dolu piyalələri və camları rəhablıların qarşısına qoyub dedim: «Şərab için».

6 Amma onlar dedilər: «Biz şərab içmirik. Çünki əcdadımız Rəhab oğlu Yəhunədab+ bizə buyurub: “Nə siz, nə də oğullarınız heç vaxt şərab içməyin, 7 ev tikməyin, toxum səpməyin, üzüm bağı salmayın, ona sahib olmayın. Ömrü boyu çadırlarda yaşayın. Belə edin ki, qərib kimi yaşadığınız diyarda çox yaşayasınız”. 8 Biz əcdadımız Rəhab oğlu Yəhunədabın əmr etdiyi hər şeyə tabe oluruq. Nə özümüz, nə arvadlarımız, nə oğullarımız, nə də qızlarımız şərab içmirik, 9 ev tikib orada yaşamırıq, üzüm bağlarımız, tarlalarımız yoxdur, toxum səpmirik. 10 Çadırlarda yaşayırıq, əcdadımız Yəhunədabın əmrinə tabe oluruq. 11 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edəndə+ biz dedik: “Gəlin kəldanilərin və aramilərin qoşunlarından canımızı qurtarıb Yerusəlimə gedək”. Ona görə indi Yerusəlimdə yaşayırıq».

12 Bu zaman Ərəmyaya Yehovanın sözü nazil oldu: 13 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Get, Yəhuda camaatına və Yerusəlim əhlinə söylə: “Mən dönə-dönə sizə əmr etməmişəm ki, sözlərimə tabe olun?+ — bəyan edir Yehova. — 14 Rəhab oğlu Yəhunədab övladlarına şərab içməməyi buyurub, onlar da onun əmrinə itaət edirlər. Bu günə kimi şərab içmirlər, əcdadlarının əmrinə tabe olurlar.+ Amma Mən dəfələrlə sizinlə danışsam da, siz Mənə tabe olmursunuz.+ 15 Peyğəmbər qullarımı dönə-dönə sizin yanınıza göndərib+ demişəm: “Dönün pis yolunuzdan,+ saleh əməllər görün. Başqa allahlara ibadət etməyin, qulluq etməyin. Onda sizə və ata-babalarınıza verdiyim torpaqda yaşayarsınız”.+ Amma siz qulaq asmadınız, Məni eşitmədiniz. 16 Rəhab oğlu Yəhunədabın övladları əcdadlarının əmrinə tabe olur,+ amma bu xalq Mənə qulaq asmır”».

17 «Odur ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Budur, söylədiyim bəlanı Yəhuda və Yerusəlim sakinlərinin başına gətirəcəyəm.+ Çünki Mən onlarla danışdım, onlarsa qulaq asmadılar. Onları çağırdım, hay vermədilər”».+

18 Ərəmya rəhablılara dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Siz ki əcdadınız Yəhunədabın əmrinə tabe olursunuz, onun heç bir sözündən çıxmırsınız, dediyi hər sözü yerinə yetirirsiniz, 19 ona görə də İsrailin Allahı, ordular Allahı Yehova belə söyləyir: “Rəhab oğlu Yəhunədabın övladları daim hüzurumda xidmət edəcək”».

36 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Bir tumar götür və Yuşiyyənin dövründə səninlə danışdığım ilk gündən bu günə kimi+ İsrail, Yəhuda və bütün xalqlar barədə+ sənə dediyim sözlərin hamısını yaz.+ 3 Bəlkə, yəhudalılar onların başına gətirmək istədiyim bəla barədə eşidib pis yollarından dönərlər. Mən də onların təqsirini, günahını əfv edərəm».+

4 Ərəmya Nuryah oğlu Bəruxu+ çağırıb Yehovanın dediyi hər şeyi ona diktə etdi. Bərux da onları tumara yazdı.+ 5 Sonra Ərəmya Bəruxa buyurdu: «Mən dustağam, Yehovanın məbədinə gedə bilmirəm. 6 Buna görə ora sən get və mənim diktəmlə tumara yazdığın Yehovanın sözlərini ucadan oxu. Onları oruc günü Yehovanın evində, Yəhudanın bütün şəhərlərindən gələn camaatın qarşısında oxu. 7 Bəlkə, Yehovadan lütf diləyərlər, pis yollarından dönərlər. Çünki bu xalqın əleyhinə Yehovanın izhar etdiyi qəzəb və hiddət böyükdür».

8 Nuryah oğlu Bərux Ərəmya peyğəmbərin dediyi hər şeyi etdi. Yehovanın evində Yehovanın sözlərini uca səslə tumardan oxudu.+

9 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ hakimiyyətinin beşinci ilinin doqquzuncu ayında Yerusəlim əhli və Yəhuda şəhərlərindən Yerusəlimə gələn camaat Yehovanın önündə oruc elan etdi.+ 10 Onda Bərux Yehovanın evində mirzə Şafanın+ oğlu Cəmərinin+ otağında* tumardan Ərəmyanın sözlərini ucadan xalqa oxudu. (Otaq yuxarı həyətdə, Yehovanın evinin təzə darvazasının girişində yerləşirdi.)+

11 Şafan oğlu Cəmərinin oğlu Mikay tumardan oxunan Yehovanın sözlərini eşitdi. 12 O, padşah sarayına, katibin otağına getdi. Bütün əyanlar — katib Əlşama+, Şəmay oğlu Dəlay, Ahbur+ oğlu Əlnətan+, Şafan oğlu Cəməri, Hənaniyyə oğlu Sidqiyyə və o biri əyanlar orada əyləşmişdi. 13 Mikay onlara Bəruxun tumardan xalqa oxuduğu sözləri danışdı.

14 Onda əyanlar Kuşinin nəticəsi, Şələmyanın nəvəsi, Nəsəniyyənin oğlu Yəhudu Bəruxun yanına göndərib dedilər: «Xalqın qarşısında oxuduğun tumarı götür, bura gəl». Nuryah oğlu Bərux tumarı götürüb onların yanına getdi. 15 Əyanlar ona dedilər: «Gəl otur, bu sözləri bizə də oxu». Bərux tumarı onlara oxudu.

16 Onlar tumardakı sözləri eşitcək qorxu içində bir-birilərinə baxdılar və Bəruxa dedilər: «Bu sözləri mütləq padşaha bildirməliyik». 17 Sonra ondan soruşdular: «Söylə, bu sözləri necə yazdın? Onun diktəsi ilə yazdın?» 18 Bərux cavab verdi: «O, bu sözləri diktə etdi, mən də mürəkkəblə tumara yazdım». 19 Onda əyanlar Bəruxa dedilər: «Get gizlən. Sən də, Ərəmya da gizlənin. Yerinizi heç kim bilməsin».+

20 Sonra həyətə, padşahın yanına getdilər. Tumarı isə katib Əlşamanın otağında saxladılar. Eşitdikləri hər şeyi padşaha danışdılar.

21 Padşah Yəhudu+ tumarın dalınca yolladı. Yəhud katib Əlşamanın otağından tumarı götürüb gətirdi. Padşahın və yanında duran əyanların qarşısında oxumağa başladı. 22 Doqquzuncu ay* idi. Padşah qış sarayında oturmuşdu. Önündə manqal yanırdı. 23 Yəhud tumarı oxuduqca hər üç-dörd sütundan bir padşah katib bıçağı ilə həmin hissəni kəsib manqalda yanan oda atırdı. Beləcə, bütün tumar manqala atıldı. 24 Nə padşah, nə də onun xidmətçiləri bu sözləri eşidəndə qorxmadı, yaxasını cırmadı. 25 Əlnətan+, Dəlay+ və Cəməri+ nə qədər padşaha yalvardı ki, tumarı yandırmasın, padşah onlara qulaq asmadı. 26 Üstəlik, şahzadə Yarəhmiilə, Əzriil oğlu Sərəyaha, Əbdil oğlu Şələmyaya əmr etdi ki, katib Bəruxu və Ərəmya peyğəmbəri tutub gətirsinlər. Amma Yehova onları gizlətmişdi.+

27 Padşah Ərəmyanın diktəsi ilə Bəruxun yazdığı tumarı yandırandan sonra yenidən Ərəmyaya Yehovanın sözü nazil oldu:+ 28 «Başqa bir tumar götür və Yəhuda padşahı Yəhyakimin yandırdığı birinci tumardakı+ sözləri eynən yaz. 29 Yəhuda padşahı Yəhyakim barədə belə söylə: “Yehova deyir: “Sən bu tumarı yandırıb dedin: “Niyə burada yazmısan ki, Babil padşahı gəlib bu ölkəni dağıdacaq, ölkədə insan, heyvan saxlamayacaq?”+ 30 Odur ki, Yehova Yəhuda padşahı Yəhyakim barədə deyir: “Davudun taxtında onun nəslindən heç kim oturmayacaq.+ Onun cəsədi gündüzün qızmarında, gecənin ayazında qalacaq.+ 31 Təqsirlərinə görə ondan, övladlarından, xidmətçilərindən haqq-hesab tələb edəcəyəm. Onların, Yerusəlim əhlinin, Yəhuda camaatının üstünə bəla gətirəcəyəm. Mən bu bəla barədə onlara demişdim,+ amma onlar qulaq asmamışdılar”».+

32 Beləcə, Ərəmya başqa bir tumar götürüb katib Nuryah oğlu Bəruxa verdi.+ Bərux Yəhuda padşahı Yəhyakimin yandırdığı tumardakı+ sözləri Ərəmyanın diktəsilə yenidən tumara yazdı. Ora bu sözlərə oxşar xeyli başqa sözlər də əlavə edildi.

37 Yəhyakim oğlu Künyahın+ yerinə Yuşiyyə oğlu Sidqiyyə+ hakimiyyətə gəldi. Onu Babil padşahı Navuxodonosor Yəhuda torpağına padşah qoymuşdu.+ 2 Amma nə o, nə xidmətçiləri, nə də ölkə xalqı Yehovanın Ərəmya peyğəmbər vasitəsilə dediyi sözlərə qulaq asmırdı.

3 Sidqiyyə padşah Şələmya oğlu Yəhuqalı+, kahin Məseyyə oğlu Səfənyanı+ Ərəmya peyğəmbərin yanına göndərib ondan xahiş etdi: «Bizdən ötrü Allahımız Yehovaya dua et». 4 O zaman Ərəmya camaatın içində sərbəst gəzib-dolaşırdı, hələ zindana salınmamışdı.+ 5 Bu vaxt fironun ordusu Misirdən yola düşmüşdü.+ Yerusəlimi mühasirəyə alan kəldanilər də bu xəbəri eşidib geri çəkilmişdilər.+ 6 Ərəmya peyğəmbərə Yehovanın sözü nazil oldu: 7 «İsrailin Allahı Yehova belə deyir: “Mənə müraciət etmək üçün sizi Mənim yanıma göndərən Yəhuda padşahına söyləyin: “Sizə köməyə gələn fironun ordusu öz ölkəsinə, Misirə qayıtmalı olacaq.+ 8 Kəldanilər isə geri qayıdıb bu şəhərə qarşı döyüşəcək. Şəhəri istila edib yandıracaq”.+ 9 Yehova belə deyir: “Kəldanilər çıxıb gedəcək” deyib özünüzü aldatmayın. Onlar çıxıb getməyəcəklər. 10 Hətta sizinlə döyüşən kəldanilərin bütün qoşunlarını darmadağın etsəniz, təkcə yaralılar qalsa belə, yenə də onlar çadırlarından çıxıb bu şəhəri yandıracaq”».+

11 Kəldanilərin ordusu fironun qoşunlarına görə Yerusəlimdən geri çəkiləndə+ 12 Ərəmya öz xalqı arasında payını almaq üçün Yerusəlimdən Binyamin torpağına yola düşdü.+ 13 Amma Binyamin darvazasına çatanda keşikçibaşı Hənaniyyə oğlu Şələmyanın oğlu İryah Ərəmya peyğəmbəri tutub dedi: «Sən kəldanilərin tərəfinə keçmək istəyirsən». 14 Ərəmya dedi: «Yalandır. Mən kəldanilərin tərəfinə keçmirəm!» Amma İryah Ərəmyaya qulaq asmadı, onu tutub əyanların yanına gətirdi. 15 Əyanlar qəzəblənib Ərəmyanı döydülər+ və katib Yəhunatanın evində dustaq etdilər.+ Çünki o evi zindan etmişdilər. 16 Ərəmyanı zindandakı hücrələrdən birinə saldılar. O, uzun müddət orada qaldı.

17 Sonra Sidqiyyə padşah onun dalınca adam göndərdi. Padşah sarayda xəlvətdə onu sorğu-suala tutdu.+ Ondan soruşdu: «Yehovadan sənə bir söz nazil olub?» Ərəmya: «Olub! — deyə cavab verdi və ardınca dedi, — sən Babil padşahına təslim ediləcəksən!»+

18 Sonra Ərəmya Sidqiyyə padşaha dedi: «Sənə, xidmətçilərinə, bu xalqa qarşı nə günah iş tutmuşam ki, məni zindana salmısınız? 19 “Babil padşahı sizin, bu ölkənin üstünə gəlməyəcək” deyən peyğəmbərləriniz indi haradadır?+ 20 Ey padşah, rica edirəm, mənə qulaq as. Nə olar, diləyimi yerinə yetir. Məni katib Yəhunatanın evinə geri qaytarma,+ qoyma orada ölüm».+ 21 Onda Sidqiyyə padşah əmr etdi ki, Ərəmyanı Keşikçi həyətində həbsdə saxlasınlar.+ Şəhərdə çörək qurtaranacan+ ona hər gün çörəkçilər həyətindən bir kömbə çörək gətirirdilər.+ Beləliklə, Ərəmya Keşikçi həyətində qaldı.

38 Mattan oğlu Şəfətay, Fəşhur oğlu Qədali, Şələmya oğlu Yuqal+ və Məlkiyyə oğlu Fəşhur+ Ərəmyanın xalqa dediyi bu sözləri eşitdi: 2 «Yehova belə deyir: “Bu şəhərdə qalanlar qılıncdan, aclıqdan və azardan öləcək.+ Amma kim kəldanilərə təslim olsa, sağ qalacaq, canı onun üçün qənimət olacaq”.+ 3 Yehova belə deyir: “Bu şəhər Babil padşahının ordusuna təslim olacaq. O, şəhəri istila edəcək”».+

4 Əyanlar padşaha dedilər: «Qoy bu adam öldürülsün.+ O, bu sözlərlə şəhərdə qalan döyüşçüləri, habelə xalqı ruhdan salır. O, xalqa əmin-amanlıq yox, bəla arzulayır». 5 Sidqiyyə padşah dedi: «O sizin ixtiyarınızdadır. Padşah sizə mane ola bilməz».

6 Onda onlar Ərəmyanı şahzadə Məlkiyyənin Keşikçi həyətindəki quyusuna atdılar.+ Ərəmyanı ora kəndirlə salladılar. Quyuda su yox idi, quyu lil idi. Ərəmya lilə batmağa başladı.

7 Sarayda məmur olan həbəş Əbədməlik+ Ərəmyanın quyuya atılmasından xəbər tutdu. Bu vaxt padşah Binyamin darvazasında oturmuşdu.+ 8 Əbədməlik saraya gedib padşaha dedi: 9 «Ey ağam padşah, bu adamlar Ərəmya peyğəmbərə yamanlıq ediblər. Onu quyuya atıblar, o, orada acından öləcək, çünki şəhərdə çörək qalmayıb».+

10 Onda padşah həbəş Əbədməlikə əmr edib dedi: «Özünlə buradan otuz nəfər götür, nə qədər ki ölməyib, Ərəmya peyğəmbəri quyudan çıxart». 11 Əbədməlik özü ilə adamlar götürüb saraya, xəzinənin+ altındakı otağa girib oradan cır-cındır, əsgi götürdü və kəndirlə quyuya, Ərəmyanın yanına salladı. 12 Həbəş Əbədməlik Ərəmyaya dedi: «Cır-cındırı, əsgiləri kəndirin üstünə qoyub qoltuqlarının altına keçir». Ərəmya belə də etdi. 13 Onu kəndirlə çəkib quyudan çıxardılar. Ərəmya Keşikçi həyətində qaldı.+

14 Sidqiyyə padşah Ərəmya peyğəmbəri yanına, Yehovanın evindəki üçüncü girişə çağırtdırdı. Padşah Ərəmyaya dedi: «Səndən bir söz soruşmaq istəyirəm. Məndən heç nə gizlətmə». 15 Ərəmya Sidqiyyəyə dedi: «Desəm, məni öldürəcəksən. Məsləhət versəm, qulaq asmayacaqsan». 16 Onda Sidqiyyə padşah gizlicə Ərəmyaya and içib dedi: «Bu canı bizə verən Yehovaya and olsun, səni öldürməyəcəyəm, canının qəsdinə duran bu adamların əlinə verməyəcəyəm».

17 Onda Ərəmya Sidqiyyəyə dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Əgər Babil padşahının əyanlarına təslim olsan, canını qurtaracaqsan və bu şəhərə od vurulmayacaq. Sən də, sənin ev əhlin də sağ qalacaq.+ 18 Yox əgər Babil padşahının əyanlarına təslim olmasan, bu şəhər kəldanilərin əlinə keçəcək, onlar şəhərə od vuracaq.+ Sən özün də onların əlindən qurtula bilməyəcəksən”».+

19 Onda Sidqiyyə padşah Ərəmyaya dedi: «Kəldanilərin tərəfinə keçən yəhudilərdən qorxuram. Birdən məni onların ixtiyarına verərlər, onlar da mənə divan tutarlar». 20 Amma Ərəmya dedi: «Səni onların ixtiyarına verməyəcəklər. Nə olar, dediyimə qulaq as, Yehovanın sözlərinə tabe ol. Onda xeyir taparsan, sağ qalarsan. 21 Təslim olmasan, gör başına nə gələcək. Yehova mənə bunu əyan edib: 22 Budur, Yəhuda padşahının sarayında qalan qadınları götürüb Babil padşahının əyanlarının+ yanına aparırlar. Qadınlar belə deyir:

“Dost bildiyin adamlar səni aldatdı, səni məğlub etdi.+

Onlar səni bataqlığa saldılar,

Özləri isə geri çəkilib qaçdılar”.

23 Bütün arvadların, oğulların kəldanilərə təslim ediləcək, sən özün də onların əlindən qurtula bilməyəcəksən. Babil padşahı səni tutacaq.+ Sənə görə bu şəhərə od vurub yandıracaqlar».+

24 Sidqiyyə Ərəmyaya dedi: «Heç kimin bu söhbətdən xəbəri olmasın, yoxsa ölərsən. 25 İşdir, əyanlar səninlə danışdığımdan xəbər tutub yanına gəlsələr, sənə: “Söylə bizə, padşaha nə dedin? Padşah sənə nə dedi? Heç nəyi gizlətmə, yoxsa səni öldürərik”,+ — desə, 26 onlara söyləyərsən: “Padşaha yalvarırdım ki, məni Yəhunatanın evinə qaytarmasın, orada ölməyim”».+

27 Üstündən bir qədər keçəndən sonra əyanlar Ərəmyanın yanına gəlib onu sorğu-suala tutdular. O, onlara padşahın əmr etdiyi kimi cavab verdi. Onlar daha Ərəmyaya heç nə demədilər, çünki o söhbəti heç kim eşitməmişdi. 28 Yerusəlimin zəbt olunduğu günədək Ərəmya Keşikçi həyətində qaldı.+ Yerusəlim zəbt olunan vaxt+ o, hələ də orada idi.

39 Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin doqquzuncu ilində, onuncu ayda Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimə yürüş etdi və şəhəri mühasirəyə aldı.+

2 Onlar Sidqiyyənin hakimiyyətinin on birinci ilində, dördüncü ayın doqquzuncu günündə şəhər divarlarını sındırdılar.+ 3 Babil padşahının əyanları — samqar* Nerqal-Şarasar, rəbsaris* Nəbu-Sərsəkim, rəbmaq* Nerqal-Şarasar və Babil padşahının digər əyanları şəhərə girib Orta darvazada əyləşdilər.+

4 Yəhuda padşahı Sidqiyyə ilə döyüşçülər onları görəndə gecə ikən padşah bağından keçib qoşa divarın arasındakı şəhər darvazasından çıxdılar və Ərəbə yolu ilə qaçdılar.+ 5 Kəldan ordusu onların dalınca düşdü və Əriha çöllüyündə Sidqiyyəni yaxaladı.+ Onu tutub Həməsdəki+ Riblaha,+ Babil padşahı Navuxodonosorun hüzuruna gətirdilər. Padşah orada ona hökm çıxartdı. 6 Babil padşahı Riblahda Sidqiyyənin gözü qabağında oğullarını qətlə yetirdi. Babil padşahı Yəhudanın bütün əsilzadələrini də öldürdü.+ 7 Sidqiyyənin isə gözlərini çıxartdı, onu Babilə aparmaq üçün mis qandallarla qandalladı.+

8 Sonra kəldanilər padşahın sarayını, camaatın evini yandırdılar,+ Yerusəlimin divarlarını uçurtdular.+ 9 Keşikçibaşı Nəbuzardan+ şəhərdə qalanları, ona tərəf keçənləri və yerdə qalan adamları Babilə əsir apardı.

10 Lakin o, heç nəyi olmayan ən kasıb adamlardan bir qədərini Yəhudada saxladı. O gün onlara üzüm bağları və tarlalar verdi ki, əkib-becərsinlər*.+

11 Babil padşahı Navuxodonosor Ərəmya ilə bağlı keşikçibaşı Nəbuzardana əmr verdi: 12 «Ona göz-qulaq ol, xələl yetirmə, nə xahiş etsə, elə».+

13 Keşikçibaşı Nəbuzardan, rəbsaris* Nəbuşazban, rəbmaq Nerqal-Şarasar və Babil padşahının baş məmurları adam göndərib 14 Ərəmyanı Keşikçi həyətindən gətirdilər+ və Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədaliyə+ təhvil verdilər ki, onu öz evinə aparsın. Beləcə, Ərəmya xalqın arasında yaşadı.

15 Ərəmya Keşikçi həyətində dustaq ikən+ ona Yehovanın sözü nazil olmuşdu: 16 «Get, həbəş Əbədməlikə+ söylə ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu şəhərin əleyhinə dediyim sözü yerinə yetirirəm, onun üzərinə xeyir yox, fəlakət gətirirəm. O gün sən bunun şahidi olacaqsan”.

17 “Ancaq o gün səni xilas edəcəyəm, — bəyan edir Yehova, — qorxduğun adamların əlinə keçməyəcəksən”.

18 “Səni mütləq xilas edəcəyəm, qılınca tuş gəlməyəcəksən. Mənə güvəndiyin üçün+ sağ qalacaqsan”,+ — bəyan edir Yehova».

40 Keşikçibaşı Nəbuzardan+ Ərəmyaya Ramadan+ getməyə izin verəndən sonra Ərəmyaya Yehovanın sözü nazil oldu. Nəbuzardan Ərəmyanı qandallayıb ora aparmışdı. Ərəmya Babilə sürgünə gedən Yerusəlim və Yəhuda əsirləri arasında idi. 2 Keşikçibaşı Ərəmyanı qırağa çəkib dedi: «Allahın Yehova ölkədə bu fəlakətin olacağını qabaqcadan demişdi. 3 Yehova dediyi sözü gerçəkləşdirdi, çünki siz Yehovaya qarşı günah etdiniz, Ona itaət etmədiniz. Buna görə başınıza bu iş gəldi.+ 4 İndi qolundakı qandalları açıb səni azad edirəm. Mənimlə Babilə getmək istəyirsənsə, gəl, qeydinə qalaram, getmək istəmirsənsə, getmə. Budur, bütün ölkə qarşındadır, hara istəyirsən ora get».+

5 Ərəmya çevrilib getməmiş Nəbuzardan ona dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərində qoyduğu Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədalinin+ yanına qayıt. Onun yanında, xalqın arasında yaşa. Ya da hara istəyirsən, get».

Keşikçibaşı ona bir qədər azuqə və bəxşiş verib buraxdı. 6 Beləcə, Ərəmya Mispaha+ Əxiqəm oğlu Qədalinin yanına getdi və onunla birlikdə ölkədə qalan xalqın arasında yaşadı.

7 Bir müddət sonra ölkədəki sərkərdələr və onların adamları eşitdi ki, Babil padşahı Əxiqəm oğlu Qədalini ölkənin üzərinə, Babilə sürgün edilməyən fağır-füqəranın — kişilərin, qadınların, uşaqların üzərinə başçı qoyub.+ 8 Beləcə, Nəsəniyyə oğlu İsmayıl,+ Qəryahın oğulları Yuhənna+ və Yonatan, Tənhumət oğlu Sərəyah, nətufahlı İfayın oğulları, məkati oğlu Əzniyyə+ və onların adamları Mispaha Qədalinin yanına gəldilər.+ 9 Şafan oğlu Əxiqəmin oğlu Qədali onlara və adamlarına and içib dedi: «Kəldanilərə qulluq etməkdən qorxmayın. Ölkədə yaşayıb Babil padşahına qulluq edin, onda xeyir taparsınız.+ 10 Mən sizi yanımıza gələn kəldanilərin qarşısında təmsil etmək üçün Mispahda qalacağam. Siz isə şərab, yay meyvəsi, yağ yığıb qablarınıza doldurun və sahib olduğunuz şəhərlərdə yaşayın».+

11 Muabda, Əmunda, Ədumda, həmçinin başqa ölkələrdə olan yəhudilər eşitdilər ki, Babil padşahı yəhudilərin bəzilərini Yəhudada saxlayıb, Şafan oğlu Əxiqəmin oğlu Qədalini onların üzərinə başçı qoyub. 12 Onda bütün yəhudilər səpələndiyi yerlərdən Yəhuda diyarına, Mispahda olan Qədalinin yanına gəldilər. Onlar çoxlu şərab, yay meyvəsi yığdılar.

13 Qəryah oğlu Yuhənna ilə ölkədəki sərkərdələr Mispaha Qədalinin yanına gəldilər. 14 Ona: «Xəbərin var, əmunilərin+ padşahı Baalis Nəsəniyyə oğlu İsmayılı səni öldürməyə göndərib?»+ — dedilər. Lakin Əxiqəm oğlu Qədali onlara inanmadı.

15 Onda Qəryah oğlu Yuhənna Mispahda gizlicə Qədaliyə dedi: «Qoy gedim Nəsəniyyə oğlu İsmayılı öldürüm. Heç kimin bundan xəbəri olmayacaq. Niyə o, səni öldürsün? Niyə başına yığılan Yəhuda xalqı pərən-pərən düşsün, yəhudalılardan sağ qalanlar məhv olsun?» 16 Amma Əxiqəm oğlu Qədali+ Qəryah oğlu Yuhənnaya dedi: «Bunu etmə, İsmayıl barədə dediklərin yalandır».

41 Yeddinci ayda padşah nəslindən və padşahın baş məmurlarından olan Əlşama oğlu Nəsəniyyənin oğlu İsmayıl+ on nəfərlə birgə Mispaha Əxiqəm oğlu Qədalinin yanına gəldi.+ Mispahda bir yerdə yemək yeyəndə 2 Nəsəniyyə oğlu İsmayılla yanındakı on adam ayağa qalxıb Şafan oğlu Əxiqəmin oğlu Qədalini qılıncla vurdu. Beləcə, o, Babil padşahının ölkənin üzərinə qoyduğu adamı öldürdü. 3 İsmayıl həmçinin Mispahda Qədalinin yanında olan bütün yəhudiləri və oradakı kəldani döyüşçüləri öldürdü.

4 Qədalinin ölümünün ikinci günü, hələ bundan heç kəs xəbər tutmamış, 5 Sihamdan+, Şilodan+ və Səməriyyədən+ saqqalı qırxılmış, yaxaları cırıq, bədənlərini yaralamış,+ əllərində Yehovanın evi üçün taxıl təqdiməsi və kündür+ olan səksən nəfər adam gəldi. 6 Nəsəniyyə oğlu İsmayıl onları qarşılamaq üçün Mispahdan çıxdı. O gedə-gedə ağlayırdı. İsmayıl onları qarşılayıb dedi: «Əxiqəm oğlu Qədalinin yanına gəlin». 7 Amma şəhərə girəndə Nəsəniyyə oğlu İsmayıl yanındakı adamlarla onları öldürüb quyuya atdı.

8 Onlardan on nəfər isə İsmayıla dedi: «Bizi öldürmə, çöldə gizli saxlanan buğdamız, arpamız, yağımız, balımız var». Onda İsmayıl fikrindən döndü, onları soydaşları ilə birgə öldürmədi. 9 İsmayıl öldürdüyü adamların meyitini böyük bir quyuya atdı. O quyunu Asa padşah İsrail padşahı Başa+ onu təhdid edəndə qazmışdı. Məhz bu quyunu Nəsəniyyə oğlu İsmayıl meyitlərlə doldurdu.

10 İsmayıl keşikçibaşı Nəbuzardanın Əxiqəm oğlu Qədalinin tabeliyinə verdiyi+ Mispahdakı xalqı+ — padşahın qızlarını və Mispahda qalan camaatı əsir apardı. Nəsəniyyə oğlu İsmayıl onları əsir götürüb əmunilər tərəfə keçmək üçün yola düşdü.+

11 Qəryah oğlu Yuhənna+ və onunla olan sərkərdələr Nəsəniyyə oğlu İsmayılın törətdiyi əməllər barədə eşitdilər. 12 Bütün adamlarını toplayıb Nəsəniyyə oğlu İsmayılla döyüşməyə getdilər. Onu Gibyondakı bol suların* yanında tapdılar.

13 İsmayılın yanındakı camaat Qəryah oğlu Yuhənnanı və onunla olan sərkərdələri görəndə sevindi. 14 İsmayılın Mispahdan+ əsir götürdüyü adamlar dönüb Qəryah oğlu Yuhənna ilə geri qayıtdılar. 15 Nəsəniyyə oğlu İsmayıl isə yanındakı səkkiz adamla birgə Yuhənnadan qaçıb-qurtuldu və əmunilərin yanına getdi.

16 Qəryah oğlu Yuhənna və yanındakı sərkərdələr Nəsəniyyə oğlu İsmayılın Əxiqəm oğlu Qədalini öldürəndən sonra+ Mispahdan əsir götürdüyü camaatı onun əlindən xilas edib Gibyondan geri gətirdilər. Əsirlərin arasında kişilər, qadınlar, uşaqlar, döyüşçülər, saray məmurları var idi. 17 Beləcə, onlar Misirə getmək üçün yola çıxdılar+ və gəlib Beytləhmin+ yanında yerləşən Kimhamda gecələdilər. 18 Onlar kəldanilərin qorxusundan Misirə üz tutmuşdular. Çünki Nəsəniyyə oğlu İsmayıl Babil padşahının ölkənin üzərinə qoyduğu Əxiqəm oğlu Qədalini öldürmüşdü.+

42 Sonra sərkərdələr, Qəryah oğlu Yuhənna+, Huşiyyə oğlu Əzniyyə və böyükdən-kiçiyə kimi bütün xalq 2 Ərəmya peyğəmbərin yanına gəlib yalvardı: «Nə olar, xahişimizi dinlə, bizdən ötrü, yerdə qalan camaatdan ötrü Allahın Yehovaya dua et. Özün də görürsən ki, o boyda camaatdan nə qədər adam qalıb.+ 3 Qoy Allahın Yehova bizə desin, hara gedək, nə edək».

4 Ərəmya peyğəmbər onlara dedi: «Yaxşı, sizin xahişinizi yerinə yetirib Allahınız Yehovaya dua edəcəyəm. Yehova nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nə gizlətməyəcəyəm».

5 Onlar dedilər: «Doğru şahid kimi Yehovanı şahid tuturuq. Əgər sənin vasitənlə verdiyi əmri olduğu kimi yerinə yetirməsək, qoy O, cəzamızı versin. 6 Səni hüzuruna göndərdiyimiz Allahımız Yehovanın sözü ürəyimizcə olsa da, olmasa da, ona itaət edəcəyik. Çünki Allahımız Yehovanın sözünə itaət etsək, xeyir tapacağıq».

7 Bundan on gün sonra Ərəmyaya Yehovanın sözü nazil oldu. 8 Ərəmya Qəryah oğlu Yuhənnanı, yanındakı sərkərdələri və böyükdən-kiçiyə kimi bütün xalqı topladı.+ 9 Onlara dedi: «Diləklərinizi çatdırmaq üçün məni hüzuruna göndərdiyiniz İsrailin Allahı Yehovanın sözü budur: 10 “Əgər siz bu ölkədə qalsanız, sizi dirçəldəcəyəm, yıxmayacağam, əkəcəyəm, qoparmayacağam. Çünki üstünüzə gətirdiyim fəlakətə görə təəssüflənəcəyəm.+ 11 Babil padşahından qorxursunuz, amma qorxmayın”.+

Yehova bəyan edir: “Ondan qorxmayın, Mən sizinləyəm, sizi xilas edəcəyəm, onun əlindən qurtaracağam. 12 Sizə rəhm edəcəyəm,+ onun da sizə rəhmi gələcək və sizi öz yurdunuza qaytaracaq.

13 Amma əgər Allahınız Yehovanın sözünə qulaq asmayıb “bu ölkədə qalmayacağıq!” desəniz, 14 “biz Misirə gedəcəyik, orada müharibə görməyəcəyik,+ şeypur səsi eşitməyəcəyik, çörəyə möhtac olmayacağıq, orada yaşayacağıq” desəniz, 15 onda, ey sağ qalan yəhudalılar, görün Yehova nə deyir. İsrailin Allahı, ordular Allahı Yehovanın sözü budur: “Əgər Misirə getməyə qərarlısınızsa və yaşamaq üçün ora gedirsinizsə, 16 onda qorxduğunuz qılınc sizi Misirdə yaxalayacaq, qorxduğunuz aclıq dalınızca düşüb Misirə gələcək. Orada öləcəksiniz.+ 17 Misirə getməyə, orada yaşamağa qərar verən hər kəs orada qılıncdan, aclıqdan, mərəzdən öləcək. Heç biri üstlərinə gətirəcəyim bəladan yaxa qurtara bilməyəcək, sağ qalmayacaq”.

18 İsrailin Allahı, ordular Allahı Yehovanın sözü budur: “Necə ki qeyz-qəzəbimi Yerusəlim sakinlərinin üstünə tökdüm,+ Misirə getsəniz, sizin də üstünüzə tökəcəyəm, siz dəhşətli hala düşəcəksiniz, lənətlənəcəksiniz, qarğış yiyəsi olacaqsınız, sizi təhqir edəcəklər.+ Bir də bu diyarı görməyəcəksiniz”.

19 Ey sağ qalan yəhudalılar, Yehova sizə bunları dedi. Misirə getməyin. Bunu bilin, mən sizə bu gün xəbərdarlıq etdim, 20 səhviniz sizə həyatınız bahasına başa gələcək. Çünki siz məni Allahınız Yehovanın hüzuruna göndərib dediniz: “Bizdən ötrü Allahımız Yehovaya dua et. Allahımız Yehova nə desə, bizə bildir, Onun hər sözünə əməl edəcəyik”.+ 21 Bu gün sizə Onun sözlərini çatdırdım. Amma siz Allahınız Yehovanın sözünə qulaq asan deyilsiniz, mənim vasitəmlə Onun buyurduğu heç bir sözə əməl etməyəcəksiniz.+ 22 Buna görə də bilin ki, yaşamağa getmək istədiyiniz yerdə qılıncdan, aclıqdan, mərəzdən öləcəksiniz».+

43 Ərəmya xalqa Allahları Yehovanın sözlərini deyib qurtardı. Allahları Yehovanın onlar üçün dediyi hər şeyi onlara bildirdi. 2 Huşiyyə oğlu Əzriya, Qəryah oğlu Yuhənna+ və oradakı təkəbbürlü adamlar Ərəmyaya dedi: «Yalan deyirsən! Səni “Misirə getməyin, orada yaşamayın” deməyə Allahımız Yehova göndərməyib. 3 Bu sözləri deməyə səni təhrik edən Nuryah oğlu Bəruxdur+. O istəyir ki, biz kəldanilərin əlinə düşüb ölək, ya da Babilə sürgünə gedək».+

4 Beləcə, Qəryah oğlu Yuhənna, sərkərdələr və bütün xalq Yehovanın Yəhudada qalmaq əmrinə tabe olmadı. 5 Qəryah oğlu Yuhənna və sərkərdələr sağ qalan yəhudalıları — Yəhudada yaşamaq üçün səpələndikləri xalqlar arasından çıxıb gələnləri özləri ilə götürdülər.+ 6 Onlar kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçibaşı Nəbuzardanın+ Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədalinin yanında qoyduğu hər kəsi,+ o cümlədən Ərəmya peyğəmbəri və Nuryah oğlu Bəruxu götürüb apardılar. 7 Yehovanın əmrinə tabe olmayıb Misirə getdilər və gəlib Təfnisə+ çatdılar.

8 Təfnisdə Ərəmyaya Yehovanın sözü nazil oldu: 9 «Əlinə bir neçə böyük daş götür, onları yəhudilərin gözləri qabağında Təfnisdə, fironun evinin girişində kərpic döşəmədə gizlət və üstünə suvaq çək. 10 Sonra onlara de ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Budur, Mən Babil padşahı Navuxodonosoru, qulumu çağırıram,+ onun taxtını məhz bu gizlətdiyim daşların üstünə qoyacağam. O, hökmdar çadırını onların üzərində quracaq.+ 11 Babil padşahı gəlib Misiri darmadağın edəcək.+ Azar üçün ayrılanlar azara, əsarət üçün ayrılanlar əsarətə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək.+ 12 Mən Misir allahlarının bütxanalarını yandıracağam,+ padşah bütxanaları yandıracaq, bütləri əsirliyə aparacaq. Çoban kürkünü asanlıqla çiyninə atdığı kimi, o da Misir torpağını asanlıqla işğal edəcək, oradan zəfərlə çıxacaq. 13 Misirdəki Beyt-Şəmsin* sütunlarını qırıq-qırıq edəcək, Misir allahlarının bütxanalarına od vuracaq”».

44 Misirin Miqdol+, Təfnis+, Nof+ şəhərlərində və Patros+ bölgəsində yaşayan yəhudilərlə bağlı Ərəmyaya söz nazil oldu:+ 2 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Yerusəlimin və Yəhuda şəhərlərinin başına gətirdiyim bütün bəlaları gördünüz.+ Bu gün o yerlər viranə, kimsəsiz qalıb.+ 3 Çünki siz mənfur işlər gördünüz, nə özünüzün, nə də ata-babalarınızın tanımadığı yad allahlara qurban gətirib səcdə qılaraq+ Məni qəzəbləndirdiniz.+ 4 Mən dönə-dönə peyğəmbər qullarımı göndərib sizə demişdim: “Bu iyrənc işləri etməyin, Mən buna nifrət edirəm”.+ 5 Amma siz dinləmədiniz, qulaq asmadınız, pis əməlinizdən dönmədiniz, yad allahlara qurban gətirməkdən əl çəkmədiniz.+ 6 Buna görə qeyz-qəzəbim aşıb-daşdı, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində tüğyan etdi, bu gün olduğu kimi, o yerlər viranə, xaraba qaldı”.+

7 İndi isə İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Niyə başınıza bəla açırsınız? Axı niyə Yəhudada bir nəfər də kişi, qadın, uşaq, körpə sağ qalmasın, hamı məhv olsun? 8 Niyə yaşamağa getdiyiniz Misirdə əllərinizin işi ilə Məni qəzəbləndirirsiniz, yad allahlara qurban gətirirsiniz? Siz məhv olacaqsınız, dünyanın bütün xalqları arasında lənətli olacaqsınız, təhqir ediləcəksiniz.+ 9 Ata-babalarınızın, Yəhuda padşahlarının, onların arvadlarının,+ sizin, arvadlarınızın+ Yəhuda torpağında, Yerusəlim küçələrində etdiyi mənfur əməllər məgər yadınızdan çıxıb?+ 10 Bu günə kimi tövbə etmirsiniz, Məndən qorxmursunuz,+ sizə və ata-babalarınıza verdiyim qayda-qanunlarıma əməl etmirsiniz”.+

11 Buna görə İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mən sizin başınıza bəla gətirməyə, bütün Yəhudanı məhv etməyə qərarlıyam. 12 Misirə gedib orada yaşamaq istəyən sağ qalan yəhudalılar əlimdən qurtula bilməyəcək. Hamısı Misir torpağında məhv olacaq.+ Böyükdən-kiçiyə kimi hər kəs qılınca yem olacaq, aclıqdan öləcək. Qılınc və aclıq hamının axırına çıxacaq. Dəhşətli hala düşəcəklər, lənətlənəcəklər, qarğış yiyəsi olacaqlar, təhqir ediləcəklər.+ 13 Yerusəlim sakinləri kimi, Misirdə yaşayanları da qılıncla, aclıqla, azarla cəzalandıracağam.+ 14 Misirə yaşamağa gedən sağ qalan yəhudalılar canlarını qurtara bilməyəcək, sağ qalmayacaq, Yəhuda torpağına qayıtmayacaq. Onlar Yəhudanın həsrətini çəkəcəklər, Yəhudaya qayıdıb orada yaşamaq istəyəcəklər, amma canını qurtaran bir neçə nəfərdən başqa heç kim ora qayıtmayacaq”».

15 Arvadlarının yad allahlara qurban gətirdiyini bilən bütün kişilər, orada duran çoxlu sayda arvadlar və Misirdə, Patrosda yaşayan xalq+ Ərəmyaya dedi: 16 «Yehovanın adı ilə bizə dediyin sözlərə qulaq asmayacağıq. 17 Öz dediyimizi edəcəyik, Səma məlikəsinə qurbanlar, şərab təqdimələri gətirəcəyik.+ Bir zamanlar biz, ata-babalarımız, padşahlarımız, başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində belə edirdik. Onda qarnımız tox, güzəranımız xoş idi. Bəla nədir bilmirdik. 18 Səma məlikəsinə qurbanlar, şərab təqdimələri gətirməyi dayandırandan bəri hər şeydən korluq çəkirik, qılıncdan, aclıqdan məhv olub gedirik».

19 Qadınlar da dedi: «Səma məlikəsinə qurbanlar, şərab təqdimələri gətirəndə məgər ərlərimizin xəbəri yox idi? Məgər onların izni olmadan onun təsvirində qurban kökələri bişirirdik, ona şərab təqdimələri verirdik?»

20 Onda Ərəmya bütün xalqa — kişilərə, qadınlara və onunla danışan camaata dedi: 21 «Elə Yehova da sizin, ata-babalarınızın, padşahlarınızın, başçılarınızın, ölkə sakinlərinin Yəhuda şəhərlərində və Yerusəlim küçələrində gətirdiyi o qurbanları+ yada saldı, onları xatırladı. 22 Axırda Yehova sizin bəd əməllərinizə, iyrənc işlərinizə dözə bilmədi. Buna görə də ölkəniz bu gün olduğu kimi xaraba, sakinsiz qaldı, dəhşətli hala düşdü, lənət hədəfi oldu.+ 23 O qurbanları gətirdiyiniz üçün, Yehovanın sözünə qulaq asmayıb, Onun qayda-qanunlarına, öyüdlərinə məhəl qoymadığınız üçün, Yehovaya qarşı günah etdiyiniz üçün başınıza bu bəla gəldi. Bu gün də onun acısını çəkirsiniz».+

24 Sonra Ərəmya xalqa və qadınlara dedi: «Ey Misirdə olan yəhudalılar, Yehovanın sözünü eşidin. 25 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Siz də, arvadlarınız da dediyinizi etdiniz. Dediniz: “Əhdimizi yerinə yetirəcəyik, Səma məlikəsinə qurbanlar, şərab təqdimələri gətirəcəyik”.+ Siz, ey qadınlar, əhdinizə əməl edəcəksiniz, nəzirinizi mütləq yerinə yetirəcəksiniz”.

26 Buna görə, ey Misirdə yaşayan yəhudalılar, Yehovanın sözünü eşidin: “Böyük adıma and içirəm, Misirdə yaşayan, “Külli-İxtiyar Yehovaya and olsun”+ deyən yəhudalılardan heç biri daha adıma and içməyəcək,+ — deyir Yehova. — 27 Nəzərim onların üstündədir, amma onlara xeyir yox, bəla gətirmək üçün.+ Misirdə olan bütün yəhudalılar qılıncdan qırılacaq, aclıqdan tələf olacaq, hamısı məhv olacaq.+ 28 Ancaq az sayda insan qılıncdan qurtulub Misirdən Yəhudaya qayıdacaq.+ Misirə yaşamağa gedən sağ qalan yəhudalıların hamısı onda biləcək, kimin sözü düz çıxdı: Mənim, yoxsa onların?”»

29 «Yehova bəyan edir: “Bu yerdə sizi cəzalandıracağıma əlamət verirəm, bundan biləcəksiniz ki, üstünüzə bəla gətirəcəyim barədə dediyim sözlər mütləq gerçəkləşəcək. 30 Yehova belə deyir: “Yəhuda padşahı Sidqiyyəni canının qəsdinə duran düşməni Babil padşahı Navuxodonosora təslim etdiyim kimi, Misir hökmdarı firon Xofranı da canının qəsdinə duranlara, düşmənlərinə təslim edəcəyəm”».+

45 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Nuryah oğlu Bərux+ Ərəmya peyğəmbərin diktəsilə tumara bu sözləri yazarkən+ Ərəmya ona dedi:

2 «Ey Bərux, İsrailin Allahı Yehova sənin haqqında belə deyir: 3 “Sən deyirsən: “Vay halıma, Yehova dərdimə dərd qatıb! İnləməkdən yorulmuşam, rahatlıq tapmıram”.

4 Ona söylə ki, Yehova belə deyir: “Mən bütün ölkəni — tikdiyimi dağıdıram, əkdiyimi qopardıram.+ 5 Sənsə özün üçün böyük şeylər arzulayırsan. Arzulama”.

“Mən bütün canlıların* üstünə bəla gətirəcəyəm,+ — bəyan edir Yehova, — amma sən hara getsən, həyatını sənə bağışlayacağam”».+

46 Yehovadan Ərəmya peyğəmbərə xalqlar barədə söz nazil oldu.+ 2 Misir+ barədə, Fərat çayının kənarında olan, Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Babil padşahı Navuxodonosorun Karxemişdə məğlub etdiyi firon Nehonun+ ordusu ilə bağlı bu söz nazil oldu:

 3 «Kiçik, böyük qalxanlarınızı hazırlayın,

Döyüşə atılın.

 4 Ey süvarilər, atları yəhərləyin, minin.

Dəbilqənizi taxıb yerinizi tutun.

Nizələrinizi itiləyin, zirehinizi geyinin.

 5 “Bu nədir görürəm?

Onlar dəhşət içində geri çəkilirlər, döyüşçülər darmadağın olublar.

Təlaş içində qaçırlar, döyüşçülər arxaya da baxmırlar.

Hər yanı dəhşət bürüyüb”, — bəyan edir Yehova.

 6 “Ayaqdan iti olanlar qaça bilmir, döyüşçülər canını qurtara bilmir.

Şimalda Fərat çayının kənarında

Büdrəyib yıxıldılar”.+

 7 Nil kimi qalxan,

Gursulu çaylar kimi coşan bu kimdir belə?

 8 Nil kimi qalxan,

Gursulu çaylar kimi coşan Misirdir.+

O deyir: “Qalxıb yer üzünü basacağam.

Şəhəri, sakinlərini məhv edəcəyəm”.

 9 Şahə qalxın, ey atlar!

Dəli kimi sürün, ey arabalar!

Əlində nizə tutan Kuş, Put döyüşçüləri,+

Ox oynadıb kaman gərən Ludim+ döyüşçüləri+

İrəli getsin!

10 O gün Külli-İxtiyarın, ordular Allahı Yehovanın günüdür. O, həmin gün düşmənlərindən qisas alacaq. Qılınc onları yeyib-doyacaq, qanlarını içib susuzluğunu yatıracaq. Çünki Külli-İxtiyar, ordular Allahı Yehova şimalda Fərat çayının kənarında qurban kəsəcək.+

11 Ey bakirə Misir qızı,

Gilada qalxıb oradan balzam al.+

Nahaq yerə məlhəmlərini artırdın,

Onsuz da dərdinə əlac yoxdur.+

12 Xalqlar sənin rüsvayçılığından xəbər tutdu,+

Fəryadın ölkəni bürüyüb.

Çünki döyüşçülər bir-birinə ilişib yıxılırlar».

13 Babil padşahı Navuxodonosorun gəlib Misiri darmadağın edəcəyi barədə Ərəmya peyğəmbərə Yehovadan nazil olan söz budur:+

14 «Bunu Misirdə bəyan edin, Miqdolda+ car çəkin.

Nofda, Təfnisdə+ elan edin.

Deyin: “Yerinizi tutun, hazırlaşın,

Qılınc yan-yörənizdə olan hər şeyi yeyib-bitirəcək.

15 Niyə güclü adamlarınız yox oldu?

Onlar yerlərində dura bilmədilər,

Yehova onları itələyib yıxdı.

16 Çoxlu adam büdrəyir, yıxılır.

Bir-birinə deyir:

“Dur, amansız qılıncın əlindən qaçıb

Yurdumuza, xalqımızın yanına qayıdaq”.

17 Orada car çəkirlər:

“Misir hökmdarı firon yalandan guruldayır,

O, fürsəti fövtə verdi”.+

18 Adı ordular Allahı Yehova olan hökmdar bəyan edir: “Varlığıma and olsun,

Tabur+ dağlar arasında,

Karmel+ dəniz sahilində necə görünürsə, o* da o cür gələcək.

19 Ey Misirdə yaşayan qız,

Əsirliyə getmək üçün boğçanı yığ,

Çünki Nof dəhşətli hala düşəcək,

Ona od vurub yandıracaqlar*, sakinsiz qoyacaqlar.+

20 Misir gözəl düyəyə oxşayır,

Amma şimaldan üstünə mozalan gələcək.

21 Muzdlu əsgərləri kök danaya oxşayır,

Amma onlar da çevrilib qaçdılar.

Yerlərində dura bilmədilər.+

Çünki onları fəlakət günü,

Haqq-hesab günü haqlayıb”.

22 “O, qıvrılan ilan kimi fışıldayır,

Çünki ağac kəsənlər kimi balta ilə,

Böyük qüvvə ilə onun ardınca gəlirlər.

23 Keçilməz görünsə də, meşəsini qıracaqlar, — bəyan edir Yehova.

Çünki onlar çəyirtkələrdən də çoxdurlar, saya-hesaba gəlmirlər.

24 Misir qızı rüsvay olacaq.

Şimal xalqının əlinə veriləcək”.+

25 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “İndi No*+ şəhərinin Amununa+, firona, Misirə, onun allahlarına,+ padşahlarına nəzər salacağam ki, onları cəzalandırım. Bəli, fironu və ona güvənənlərinin hamısını+ cəzalandırıram”.

26 “Onları canlarının qəsdinə duranlara, Babil padşahı Navuxodonosora və onun xidmətçilərinə təslim edəcəyəm.+ Amma bundan sonra əvvəlki kimi orada məskən salıb yaşayacaqlar”,+ — bəyan edir Yehova.

27 “Sən isə, qulum Yaqub, qorxma,

Dəhşətə gəlmə, ey İsrail.+

Mən səni uzaq diyarlardan,

Övladlarını əsarətdə olduqları ölkədən qurtaracağam.+

Yaqub geri qayıdacaq, dinc, arxayın yaşayacaq,

Onu hürküdən olmayacaq.+

28 Qorxma, ey qulum Yaqub, Mən səninləyəm, — bəyan edir Yehova.

Səni aralarına səpələdiyim xalqları məhv edəcəyəm,+

Səni isə məhv etməyəcəyəm.+

Səni lazımi ölçüdə islah edəcəyəm,+

Cəzasız buraxmayacağam”».

47 Firon Qəzzəni məğlub etməzdən qabaq Ərəmya peyğəmbərə Yehovadan filiştlilərlə* bağlı söz nazil oldu.+ 2 Yehova belə deyir:

«Budur, şimaldan sular gəlir,

Onlar sel olub daşacaq,

Ölkənin, oradakı hər şeyin,

Şəhərin, sakinlərinin üstünə gələcək.

Camaat fəryad edəcək,

Ölkədə yaşayan hər kəs nalə çəkəcək.

 3 Ayğırların yeri döyən dırnaq səsindən,

Cəng arabalarının gurultusundan,

Təkərlərin cırıltısından

Ataların ürəyi yerindən qopacaq,

Dönüb arxada qalan oğullarına baxmayacaqlar.

 4 O gün filiştlilər məhv olacaq,+

Sur+ və Sidon+ müttəfiqlərindən məhrum ediləcək.

Çünki Yehova Kəftur*+ adasından köçən filiştlilərdən

Sağ qalanları qıracaq.

 5 Qəzzə keçəl olacaq*.

Aşkelon sükuta qərq olub.+

Ey sizlər, onların dərəsində sağ qalanlar,

Nə vaxtadək özünüzə yara vuracaqsınız?+

 6 Ah, Yehovanın qılıncı,+

Nə vaxtadək sakitləşməyəcəksən?

Qınına qayıt,

Dayan, sakitləş.

 7 Yehova əmr veribsə,

Necə sakit ola bilər?

O, qılıncı Aşkelona,

Dəniz sahilinə tuşlayıb».+

48 Muab+ barədə İsrailin Allahı, ordular Allahı Yehova belə deyir:

«Vay olsun Nəbanın+ halına! O məhv edilib.

Kiryataim+ rüsvay olub, zəbt edilib.

Sığınacaq xəcil olub, darmadağın edilib.+

 2 Artıq Muabı mədh etmirlər.

Həşbunda+ onun süqutu üçün tədbir tökürlər:

“Gəlin bir xalq kimi onun kökünü kəsək”.

Sən də, ey Madmin, sus,

Qılınc səni təqib edir.

 3 Hornaimdən fəryad qopur,+

Səs gəlir, ora uçub-dağılır.

 4 Muab tar-mar olub.

Körpələri ağlayır.

 5 Ağlaya-ağlaya Luhit yoxuşunu qalxırlar.

Hornaim enişində fəlakətə görə vay-şivən səsi eşidirlər.+

 6 Qaçın, canınızı qurtarın.

Səhradakı ardıc ağacı kimi olun.

 7 Qazandığın uğurlara, xəzinələrinə güvəndiyin üçün

Sən də ələ keçəcəksən.

Kəmuş+ əsir gedəcək,

Kahinləri ilə, əsilzadələri ilə.

 8 Bütün şəhərlərə basqınçılar gələcək,

Heç bir şəhər qurtulmayacaq.+

Yehovanın dediyi kimi, dərə məhv olacaq,

Düzənlik yox olacaq.

 9 Muab üçün işarələr qoyun,

Çünki məhv olanda qaçacaq.

Onun şəhərləri dəhşətli hala düşəcək,

Sakinsiz qalacaq.+

10 Yehovanın işini başdansovdu görənə lənət olsun!

Qılıncını çəkib qan tökməyənə lənət olsun!

11 Muabilər gəncliyindən qayğısız yaşayır,

Xıltı çökən şərab kimidirlər.

Onları bir qabdan başqa qaba boşaltmayıblar,

Onlar heç vaxt sürgünə getməyiblər.

Ona görə də onların dadı dəyişməyib,

Ətirləri getməyib.

12 “Ona görə də gün gələcək, onları aşırmaq üçün adamlar göndərəcəyəm. Onları aşırıb qablarını boşaldacaqlar. Onların küplərini çilik-çilik edəcəklər, — bəyan edir Yehova. — 13 İsraillilər güvəndikləri Beytelə görə utandıqları kimi,+ muabilər də Kəmuşa görə utanacaqlar.

14 Nə cürətlə deyirsiniz: “Biz döyüşə hazır igidlərik”?+

15 “Muab məhv oldu,

Şəhərlərinə soxuldular.+

Say-seçmə cavanları qətl edildi”.+

Adı ordular Allahı Yehova olan Hökmdar+ belə bəyan edir.

16 Tezliklə muabilərin üstünə fəlakət gələcək,

Süqutları sürətlə yaxınlaşır.+

17 Onların ətrafında olanlar,

Adını bilənlər onlara acıyacaq.

Onlara deyin: “Qüdrətli dəyənək, gözəllik əsası necə də sındı!”

18 Ey Dibunda+ sakin olan qız, öz calalınla vidalaş,

Susuzluqdan yana-yana otur*.

Muabı dağıdan sənin də üstünə gəlib.

O, sənin qalalarını yerlə yeksan edəcək.+

19 Ey Aruir+ sakini, yol kənarında durub bax.

Qaçan kişidən, canını qurtaran qadından soruş nə baş verib.

20 Muab rüsvay olub, dəhşət içindədir.

Nalə çək, fəğan et.

Muabın məhv olduğunu Ərnunda+ car çəkin!

21 Düzənliyin hökmü çatıb,+ Hüluna, Yahasa+, Mehpata+, 22 Dibuna+, Nəbaya+, Beyt-Diblətayimə, 23 Kiryataimə+, Beyt-Qamula, Beyt-Məuna+, 24 Kiryuta+, Bozraha, Muabın bütün yaxın-uzaq şəhərlərinə qarşı hökm icra olunur.

25 “Muabın buynuzu* qırıldı,

Qolu sındı, — bəyan edir Yehova.

26 Onu sərxoş edin,+ çünki o, Yehovanın qarşısında qürurlanmışdı.+

Muab öz qusuntusunda ağnayır.

Onu məsxərəyə qoyurlar.

27 Sən də İsraili məsxərəyə qoyurdun.+

Məgər o, oğrular arasında tutulmuşdu ki,

Başını bulayıb onun əleyhinə danışırdın?

28 Ey Muab sakinləri, şəhərlərdən çıxıb qayada yaşayın,

Dərə yamaclarında yuva quran göyərçin kimi olun”».

29 «Muabın qürurunun sorağı bizə çatıb. Çox təkəbbürlüdür.

Onun təşəxxüsü, qüruru, təkəbbürü, ürəyinin məğrurluğu haqda eşitmişik».+

30 «Onun qəzəbindən xəbərim var, — bəyan edir Yehova.

Lovğa-lovğa danışmağından bir şey çıxmayacaq.

Onların əlindən heç nə gəlməyəcək.

31 Ona görə də Muab üçün nalə çəkəcəyəm.

Bütün Muab üçün fəryad edəcəyəm.

Gir-Harəs üçün inləyəcəyəm.+

32 Ey Sibmah+ meynəsi, Yazirdən+ çox

Sənin üçün ağlayacağam.

Sənin pöhrələrin dənizi keçib.

Onlar dənizə, Yazirə çatıb.

Yay meyvələrinin, üzüm məhsulunun

Üstünə qarətçi cumub.+

33 Bağlardan, Muab diyarından

Sevinc, şənlik səsi kəsilib.+

Üzümsıxandan axan şərabı kəsmişəm.

Heç kim sevinc harayı ilə üzüm tapdalamayacaq,

Gələn səda sevinc sədası olmayacaq».+

34 «Həşbundan+ qopan fəryad İlala çatır.+

Onların səsi Yahasa+ yetişir,

Sohardan Hornaimə+, Eqlat-Şəlişyaya çatır.

Nimrim suları da qupquru quruyacaq.+

35 Muabda səcdəgahda təqdim gətirən,

Öz allahına qurban təqdim edən

Hər kəsi məhv edəcəyəm, — bəyan edir Yehova.

36 Muab üçün ürəyim ney kimi inləyəcək,+

Gir-Harəs sakinləri üçün qəlbim ney kimi nalə çəkəcək.

Çünki yığdığı var-dövlət yox olacaq.

37 Hamının başı keçəldir,+

Hamının saqqalı qırxılıb.

Əlləri kəsik-kəsikdir,+

Bellərinə çul sarıyıblar».+

38 «Muab damlarında,

Meydanlarında

Vay-şivən qopur.

Çünki Mən Muabı

Lazımsız küp kimi sındırmışam, — bəyan edir Yehova.

39 O, dəhşət içindədir! Nalə çəkin!

Muab rüsvayçılıq içində geri çəkilib!

Hamı Muabı məsxərəyə qoyur,

Yan-yörəsindəkilər ona baxıb dəhşətə gəlir».

40 «Yehova belə deyir:

“Aşağı şığıyan qartal kimi,+

O, qanadlarını Muab üzərində gərəcək.+

41 Şəhərlər işğal ediləcək,

Qalaları ələ keçəcək.

O gün Muab döyüşçülərinin ürəyi

Doğuş üstə olan qadının ürəyi kimi olacaq”».

42 «Muab bir xalq kimi yox olacaq,+

Çünki Yehovanın qarşısında qürurlandı.+

43 Ey Muab sakini,

Qarşında dəhşət, çala, tələ var, — bəyan edir Yehova.

44 Dəhşətdən qaçan çalaya düşəcək,

Çaladan çıxan tələyə düşəcək.

Çünki Mən Muab üçün cəza ilini gətirəcəyəm, — bəyan edir Yehova.

45 Qaçanlar Həşbunun kölgəsində taqətsiz durublar.

Çünki Həşbundan od,

Sihundan+ alov çıxacaq.

Muabın alnını,

Vəhşi döyüşçülərin kəlləsini yandıracaq.+

46 Vay sənin halına, ey Muab!

Kəmuşun+ xalqı qırıldı.

Oğulların əsir getdi,

Qızların sürgün olundu.+

47 Amma Mən zamanın sonunda Muabdan sürgünə gedənləri toplayacağam, — bəyan edir Yehova.

Muab haqda hökm xəbəri burada bitir».+

49 Əmunilər+ barədə Yehova belə deyir:

«Məgər İsrailin oğulları yoxdur?

Onun varisi yoxdur?

Nə üçün Məlkum+ Cada+ sahib olub?

Nə üçün onun xalqı İsrail şəhərlərində yaşayır?»

 2 «Yehova bəyan edir: “Ona görə də gün gələcək,

Əmunilərin Rabbah+ şəhərinə+ qarşı müharibə çağırışı* səsləndirəcəyəm.

O, xaraba təpəyə çevriləcək,

Kəndlərinə od vurulacaq.

İsrail onu qovanların torpağına sahib olacaq”.+ Yehova belə bəyan edir.

 3 “Ey Həşbun, nalə çək, Ay darmadağın edilib!

Ey Rabbah kəndləri, fəryad edin.

Çula bürünün.

Ah-nalə çəkin. Qoyun ağılları içində ora-bura dolaşın.

Çünki Məlkum sürgünə gedir,

Kahinləri ilə, əsilzadələri ilə.+

 4 Nə üçün dərələrlə öyünürsən?

Ortasından çay axan düzənliklərinlə lovğalanırsan?

Sən, ey xəzinələrinə güvənən

“Kim mənim üstümə gələ bilər?” deyən xəyanətkar qız”.

 5 “Bütün qonşuların tərəfdən

Üstünə müdhiş bir şey gətirirəm, — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova.

Hər tərəfə səpələnəcəksən,

Qaçanları heç kim toplamayacaq”.

 6 “Amma sonra əmunilərdən sürgünə gedənləri toplayacağam”, — bəyan edir Yehova».

7 Ədum barədə ordular Allahı Yehova belə deyir:

«Təhmanda hikmət qalmadı?+

Ağıllı adamların məsləhəti tükəndi?

Hikməti məhv oldu*?

 8 Qaçın, geri çəkilin!

Gedin dərin mağaralarda gizlənin, ey Didan+ sakinləri!

Çünki Eysə nəzər salmağın vaxtı yetişəndə

Onun başına bəla gətirəcəyəm.

 9 Üzümyığanlar sənin yanına gəlsəydilər,

Geridə bir neçə salxım saxlamazdılarmı?

Gecə oğrular gəlsəydi,

Yalnız istədiklərini oğurlayardılar.+

10 Amma Mən Eysi lüm-lüt qoyacağam.

Onun xəlvət yerlərini üzə çıxaracağam,

Gizlənə bilməyəcək.

Onun övladları, qardaşları, qonşuları, hamısı məhv olacaq,+

Özü də heç vaxt mövcud olmayacaq.+

11 Yetimlərini burax,

Onları Mən yaşadaram.

Dulların Mənə bel bağlayacaq».

12 Çünki Yehova belə deyir: «Əgər qəzəb camından içməyə məhkum olmayanlar ondan içəcəksə, sənmi cəzasız qalacaqsan? Sən cəzasız qalmayacaqsan, ondan içəcəksən».+

13 «Varlığıma and içirəm, — bəyan edir Yehova, — Bozrah dəhşətli hala düşəcək,+ xaraba qalacaq, onu təhqir edəcəklər, lənətləyəcəklər. Onun şəhərləri əbədilik viranə qalacaq».+

14 Mənə Yehovadan xəbər gəldi,

Xalqlar arasına elçi göndərilib. Elçi deyir:

«Toplaşın, ona qarşı yürüş edin,

Döyüşə hazırlaşın».+

15 «Səni xalqlar arasında kiçiltdim,

Hamı sənə həqarətlə baxır.+

16 Ey qaya oyuqlarında,

Hündür təpədə məskən salan,

Ətrafa saçdığın dəhşət,

Ürəyinin təkəbbürü səni aldatdı.

Yuvanı qartal kimi yüksəkdə qursan da,

Səni oradan endirəcəyəm», — bəyan edir Yehova.

17 «Ədum dəhşətli hala düşəcək.+ Yoldan keçən hər kəs bu mənzərədən sarsılacaq, onun bəlalarına görə fit çalacaq. 18 Xaraba qalan Sədumla Əmurədə və onlarla qonşu şəhərlərdə olduğu kimi,+ orada da heç kim yaşamayacaq, insan övladı məskən salmayacaq»,+ — bəyan edir Yehova.

19 «Budur, bir nəfər İordan sahillərindəki sıx meşəlikdən çıxıb dinc otlaqlara hücum edən aslan kimi basqın edəcək+ və Mən bir anda onu yurdundan didərgin salacağam. Seçdiyim kəsi oranın üzərində qoyacağam. Mənim kimisi varmı? Kim Mənə meydan oxuya bilər? Qarşımda hansı çoban dura bilər?+ 20 Odur ki, ey insanlar, Yehovanın Əduma qarşı çıxardığı qərarı, Təhman+ sakinlərinə qarşı niyyətini eşidin:

Sürüdəki quzuları sürüyüb aparacaqlar.

O, etdikləri pisliyə görə otlaqlarını viran qoyacaq.+

21 Onlar çökəndə gurultudan yer titrədi.

Fəryad qopur! Səsi Qırmızı dənizə+ çatır.

22 Budur, qartal kimi göyə qalxıb yerə şığıyacaq,+

Qanadlarını Bozrah üzərində gərəcək,+

O gün Ədum döyüşçülərinin ürəyi

Doğuş üstə olan qadının ürəyi kimi olacaq».

23 Dəməşq+ barədə:

«Həməs+ və Arpad rüsvay olub,

Onlar bəd xəbər eşidib.

Qorxudan onlarda ürək qalmayıb.

Dəniz təlatüm içindədir, sakitləşmir.

24 Dəməşqdə cəsarət qalmayıb.

O qaçmağa üz tutdu, amma təlaşa düşdü.

Doğan qadın kimi,

Onu sancı tutub, o, əzab çəkir.

25 Necə olub ki, şöhrətli şəhərdən,

Fərəh doğuran şəhərdən çıxıb getməyiblər?

26 Odur ki, cavanlar meydanlarda həlak olacaq,

O gün döyüşçülər məhv olacaq», — bəyan edir ordular Allahı Yehova.

27 «Dəməşqin divarlarına od vuracağam,

Od Bənhədadın qalalarını yandıracaq».+

28 Babil padşahı Navuxodonosorun dağıtdığı Qədar+ barədə, Həzur padşahlıqları barədə Yehovanın sözü budur:

«Qalxın, Qədara gedin,

Şərq oğullarını məhv edin.

29 Onların çadırları, sürüləri,

Çadır parçaları, mal-mülkləri əllərindən alınacaq.

Dəvələrini aparacaqlar.

“Hər yanı dəhşət bürüyüb!” — deyə bağıracaqlar».

30 «Qaçın, uzaqlara gedin!

Ey Həzur sakinləri, dərin mağaralarda gizlənin, — bəyan edir Yehova.

Çünki Babil padşahı Navuxodonosor əleyhinizə niyyət qurub,

Sizə qarşı tədbir töküb».

31 «Qalxın, dinc ömür sürən,

Əmin-amanlıqda yaşayan xalqın üstünə gedin! — bəyan edir Yehova.

Onların nə qapısı var, nə cəftəsi. Hamıdan ayrı yaşayırlar.

32 Onların dəvələri qarət olunacaq,

Mal-heyvanları ələ keçəcək.

Mən onları, gicgahlarını qırxanları+

Küləyin əsdiyi hər tərəfə səpələyəcəyəm. Hər tərəfdən onların üstünə bəla gətirəcəyəm», — bəyan edir Yehova.

33 «Həzur çaqqal yuvasına çevriləcək,

Həmişəlik viran qalacaq,

Orada heç kim yaşamayacaq,

Heç kim məskən salmayacaq».

34 Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin başlanğıcında+ Ərəmya peyğəmbərə Elamla+ bağlı Yehovanın sözü nazil oldu: 35 «Ordular Allahı Yehova deyir: “Elamın kamanını, onun qüdrət mənbəyini qıracağam.+ 36 Elamın üstünə yerin dörd tərəfindən dörd küləyi gətirəcəyəm. Onları bu küləklərin əsdiyi hər tərəfə səpələyəcəyəm. Elə bir xalq olmayacaq ki, elamlılar onların arasına səpələnməsin”».

37 «Elamlıları düşmənlərinin, canlarının qəsdinə duranların qarşısında darmadağın edəcəyəm. Onların üstünə fəlakət gətirəcəyəm, qızğın qəzəbimi tökəcəyəm, — bəyan edir Yehova, — dallarınca qılınc göndərib hamısını qıracağam».

38 «Elamda taxtımı quracağam,+ oradan padşahı da, əyanları da yox edəcəyəm», — bəyan edir Yehova.

39 «Amma zamanın sonunda Elamdan sürgünə gedənləri toplayacağam», — bəyan edir Yehova.

50 Yehova Babil barədə, kəldanilərin ölkəsi barədə Ərəmya peyğəmbər vasitəsilə belə deyir:+

 2 «Bunu xalqlar arasında bəyan edin, elan edin,

Nişan qoyun, car çəkin.

Heç nəyi gizlətməyin!

Deyin: “Babil ələ keçdi,+

Bel* rüsvay oldu,+

Mərduk dəhşətə gəldi.

Onun surətləri xəcil oldu,

İyrənc bütləri vahiməyə düşdü”.

 3 Çünki onun üstünə şimaldan bir xalq gəlib,+

Ölkəsini dəhşətli hala salıb.

Orada heç kim yaşamır,

İnsan da, heyvan da

Oradan qaçıb-gedib».

4 Yehova bəyan edir: «O vaxt, o zaman İsrail xalqı və Yəhuda xalqı bir yerdə gələcək.+ Onlar ağlaya-ağlaya gələcəklər,+ birlikdə Allahları Yehovaya üz tutacaqlar.+ 5 Onlar Sion tərəfə dönüb, ora gedən yolu soruşacaqlar.+ Deyəcəklər: “Gəlin, əbədi, heç vaxt unudulmayacaq əhdlə Yehovaya bağlanaq”.+ 6 Xalqım itmiş qoyun sürüsünə bənzəyir.+ Çobanları onları azdırdı,+ onları dağlara apardı, dağlarda, təpələrdə dolaşdırdı. Onlar dincəldikləri yeri yaddan çıxarıblar. 7 Kim onları tapdısa, yedi.+ Düşmənləri belə dedi: “Bizdə təqsir yoxdur, onlar Yehovaya qarşı, doğruluq məskəni və ata-babalarının ümidgahı olan Yehovaya qarşı günah işləyiblər”».

 8 «Babildən qaçın,

Kəldanilərin ölkəsindən çıxın,+

Sürünün qabağında gedən qoç kimi, təkə kimi olun.

 9 Babilə qarşı şimal torpağından

Böyük xalqlar toplusunu qaldırıb gətirəcəyəm!+

Onlar döyüş nizamı ilə ona hücum çəkəcəklər,

Onu işğal edəcəklər.

Onların oxları döyüşçü oxları kimidir.

Ata-ananı övladsız qoyur,+

Hədəfə dəyməmiş geri qayıtmır.

10 Kəldan talan ediləcək.+

Onu qarət edənlər qənimətdən doyacaq»,+ — bəyan edir Yehova.

11 «Çünki siz Mənim irsimi qarət edəndə+

Sevinirdiniz, şadlanırdınız.+

Otlaqdakı düyə kimi tullanıb-düşürdünüz,

Ayğır kimi kişnəyirdiniz.

12 Sizin ananız biabır olub,+

Sizi dünyaya gətirən peşman olub.

Budur, o, xalqların içində ən kiçiyidir,

Susuz çöldür, səhradır.+

13 Yehovanın qəzəbi üzündən orada kimsə məskunlaşmayacaq.+

Ora bomboş qalacaq.+

Babilin yanından keçənlər bu mənzərədən dəhşətə gələcək,

Onun bəlalarına görə fit çalacaq.+

14 Ey kaman gərənlər,

Döyüş nizamı ilə hər tərəfdən Babilə hücum edin,

Ona ox atın, oxa heyifiniz gəlməsin,+

Çünki o, Yehovaya qarşı günah edib.+

15 Hər tərəfdən üstünə döyüş nərəsi çəkin.

O təslim oldu.

Sütunları aşdı, divarları uçdu.+

Çünki Yehova intiqam alır.+

Siz də intiqamınızı alın,

Elədiklərini onun başına gətirin.+

16 Babildən səpinçini,

Biçin vaxtı əlində oraq tutanı yox edin.+

Amansız qılınc ucbatından hər kəs öz xalqının yanına qayıdır,

Öz yurduna qaçır.+

17 İsrail xalqı pərən-pərən düşmüş sürüdür.+ Aslanlar onları qovdu.+ Əvvəlcə Aşşur padşahı onları parçaladı,+ sonra da Babil padşahı Navuxodonosor sümüklərini gəmirdi.+ 18 Buna görə də İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Aşşur padşahı ilə necə rəftar etdimsə,+ Babil padşahı ilə, onun ölkəsi ilə də elə rəftar edəcəyəm. 19 İsraili öz otlağına geri qaytaracağam,+ o, Karmeldə, Başanda otlayacaq,+ Əfraim+ və Gilad+ dağlarında yeyib doyacaq”».

20 Yehova bəyan edir:

«O vaxt, o zaman İsraildə təqsir axtaracaqlar,

Amma tapmayacaqlar,

Yəhuda günahsız çıxacaq,

Çünki sağ saxladığım adamları əfv edəcəyəm».+

21 «Meratayim ölkəsinə, Puqud+ sakinlərinə hücum edin.

Qoy onlar qırılsın, kökləri kəsilsin, — bəyan edir Yehova.

Bütün əmrlərimi yerinə yetirin.

22 Ölkədə döyüş səsləri,

Böyük fəlakət səsi eşidilir.

23 Baxın, dünyanın gürzü kəsildi, qırıldı!+

Babil xalqlar arasında dəhşət rəmzinə çevrildi!+

24 Sənə tələ qurdum, ey Babil, sən də ora düşdün,

Özünün də xəbərin olmadı.

Səni tapıb ələ keçirdilər,+

Çünki sən Yehovaya qarşı çıxdın.

25 Yehova anbarını açıb,

Oradan qəzəb silahlarını çıxarır.+

Çünki Külli-İxtiyarın, ordular Allahı Yehovanın

Kəldanilərin ölkəsində işi var.

26 Uzaq yerlərdən onun üstünə gəlin.+

Taxıl anbarlarını açın.+

Onu taxıl tayaları kimi yığın.

Kökünü kəsin.+

Qoy ondan kimsə sağ qalmasın.

27 Bütün buğalarını öldürün,+

Qoy hamısı kəsilməyə getsin.

Vay onların halına, onların vaxtı,

Haqq-hesab günü yetişdi!

28 Allahımız Yehovanın qisasını,

Məbədinə görə intiqamını Sionda bəyan etmək üçün

Babil ölkəsindən qaçanların,

Canını qurtaranların səsi eşidilir.+

29 Babilə qarşı oxçular,

Kaman gərənlər toplayın.+

Dörd tərəfində ordugah qurun, heç kimi qaçmağa qoymayın.

Ona əməllərinin əvəzini verin,+

Etdiklərini başına gətirin.+

Çünki o, Yehovaya qarşı,

İsrailin Müqəddəsinə qarşı dikbaşlıq etdi.+

30 Odur ki, cavanları meydanlarda həlak olacaq,+

O gün döyüşçüləri məhv olacaq», — bəyan edir Yehova.

31 «Mən sənə qarşıyam,+ ey dikbaş,+

Sənin vaxtın, səninlə haqq-hesab çəkəcəyim gün mütləq gələcək, — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova.

32 Sən, ey dikbaş, büdrəyib yıxılacaqsan,

Səni qaldıran olmayacaq.+

Şəhərlərinə od vuracağam,

Ətrafındakı hər şey yanıb kül olacaq».

33 Ordular Allahı Yehova belə deyir:

«İsrail xalqı və Yəhuda xalqı zülm çəkir,

Əsir aparanlar onları tutub saxlayır,+

Buraxmaq istəmir.+

34 Fəqət onların Qurtarıcısı güclüdür,+

Adı ordular Allahı Yehovadır.+

Ölkəyə əmin-amanlıq vermək üçün,+

Babil sakinlərini təşvişə salmaq üçün+

Onların işinə mütləq baxacaq».+

35 Yehova bəyan edir: «Kəldanilərə qarşı qılınc,

Babil sakinlərinə, başçılarına, müdriklərinə qarşı qılınc gəlir!+

36 Boş-boş danışanlara* qarşı qılınc gəlir, onlar sərsəmlik edəcəklər,

Döyüşçülərinə qarşı qılınc gəlir, onlar vahiməyə düşəcəklər.+

37 Atlarına, cəng arabalarına qarşı qılınc gəlir,

Orada yaşayan çoxsaylı xalqlara qarşı qılınc gəlir,

Onlar qadın kimi olacaqlar.+

Onun xəzinələrinə qarşı qılınc gəlir, onlar talan ediləcək.+

38 Suları viran qalacaq, quruyacaq,+

Çünki ora oyma bütlər ölkəsidir,+

Onlar qorxunc vəhylər alıb dəlilik edirlər.

39 Odur ki, orada səhra heyvanları, ulayan heyvanlar yaşayacaq,

Dəvəquşular məskən salacaq.+

Orada heç vaxt insan yaşamayacaq,

Nəsillər gəlib-keçəcək, kimsə orada məskunlaşmayacaq».+

40 «Allahın xaraba qoyduğu Sədumla Əmurədə+ və onlarla qonşu şəhərlərdə olduğu kimi,+ orada da heç kim yaşamayacaq, insan övladı məskən salmayacaq,+ — bəyan edir Yehova.

41 Budur, şimaldan bir xalq gəlir,

Dünyanın ucqarlarından+ böyük bir xalq,

Əzəmətli padşahlar+ qalxıb gəlir.

42 Kamanla, nizə ilə silahlanıblar,+

Qəddardırlar, heç kimə rəhm etməyəcəklər,+

Atlarını çapdıqca

Təlatümlü dəniz kimi uğuldayırlar.+

Ey Babil qızı, bir nəfər kimi döyüş nizamıyla sənə qarşı düzülüblər.+

43 Babil padşahı onlar haqda xəbər tutdu,+

Əlləri yanına düşdü.+

İztirab içindədir.

Doğan qadın kimi onu sancı tutub.

44 Budur, bir nəfər İordan sahillərindəki sıx meşəlikdən çıxıb dinc otlaqlara hücum edən aslan kimi basqın edəcək və Mən bir anda onları yurdlarından didərgin salacağam. Seçdiyim kəsi oranın üzərində qoyacağam.+ Mənim kimisi varmı? Kim Mənə meydan oxuya bilər? Qarşımda hansı çoban dura bilər?+ 45 Odur ki, ey insanlar, Yehovanın Babilə qarşı çıxardığı qərarı,+ kəldanilərin ölkəsinə qarşı niyyətini eşidin:

Sürüdəki quzuları sürüyüb aparacaqlar.

O, etdikləri pisliyə görə otlaqlarını viran qoyacaq.+

46 Babil zəbt edilən zaman qopan gurultudan yer titrəyəcək,

Xalqlar arasında fəryad səsi eşidiləcək».+

51 Yehova belə deyir:

«Babilə, Lübb-Qamay* sakinlərinə qarşı

Viranedici külək qaldırıram.+

 2 Babilin üstünə adamlar göndərəcəyəm,

Onu küləyin sovurduğu küləş kimi pərən-pərən edəcəklər, ölkəni boş qoyacaqlar.

Fəlakət günü hər tərəfdən ona hücum edəcəklər.+

 3 Qoy oxatan kamanını gərməsin,

Qoy heç kim zirehini geyinib ayağa qalxmasın.

Onun cavanlarına rəhm etməyin.+

Bütün ordusunu məhvə düçar edin.

 4 Kəldanilərin ölkəsində meyitləri yerə səriləcək,

Onun küçələrində dəlik-deşik ediləcəklər.+

 5 Çünki İsrailin, Yəhudanın Allahı, ordular Allahı Yehova xalqını tərk etməyib, onlar dul qalmayıblar.+

Amma kəldanilərin ölkəsi İsrailin Müqəddəsinin gözündə günahla doludur.

 6 Babildən qaçın,

Canınızı qurtarın.+

Onun günahlarına görə məhv olmayın.

Çünki Yehovanın qisas vaxtı yetişib.

O, Babilə əməllərinin əvəzini verir.+

 7 Babil Yehovanın əlində qızıl cam idi,

Babil bütün dünyanı sərxoş etdi.

Onun şərabından bütün xalqlar içdi.+

Ona görə xalqlar dəli oldular.+

 8 Qəflətən Babil düşüb qırıldı.+

Ondan ötrü şivən qoparın!+

Yarası üçün məlhəm tapın, bəlkə, sağaldı».

 9 «Biz Babili sağaltmağa çalışdıq, amma sağalmadı.

Ondan əl çəkin, gəlin hər birimiz öz ölkəmizə gedək.+

Çünki onun hökmə layiq əməlləri ərşə qalxıb.

Göyün buludlarına çatıb.+

10 Yehova bizim üçün ədaləti bərqərar etdi.+

Gəlin Sionda Allahımız Yehovanın işlərini nəql edək».+

11 «Oxlarınızı itiləyin,+ qalxanlarınızı götürün*.

Yehova Mada şahlarının ürəyində niyyət oyatdı.+

Çünki O, Babili viran qoymağı qət edib.

Bu, Yehovanın qisasıdır, məbədinə görə intiqamıdır.

12 Babil divarlarına tərəf işarə qoyun.+

Gözətçilər yerləşdirin, mühafizəni gücləndirin.

Pusqudakıları hazır edin.

Çünki Yehova niyyət qurub.

O, Babil sakinlərinin əleyhinə dediyi sözü yerinə yetirəcək».+

13 «Ey çoxlu sular üzərində yaşayan,+

Çoxlu xəzinə sahibi olan qadın.+

Sənin axırın çatıb, haram qazancının sonu gəlib.+

14 Ordular Allahı Yehova öz varlığına and içdi:

“Səni çəyirtkə sürüsü qədər çoxlu adamla dolduracağam,

Onlar sənin üzərində qələbə çalıb zəfər harayı ucaldacaqlar”.+

15 Odur yeri qüdrəti ilə xəlq edən,

Torpağı hikmətilə yaradan,+

Göyləri zəkası ilə yayan.+

16 Səsini çıxaranda

Göylərdəki sular çağlayır.

O, yerin ucqarlarından bulud qaldırır,

Yağış üçün şimşək çaxdırır*,

Anbarlarından külək çıxarır.+

17 Hər kəs axmaqlıq, cahillik edir.

Sənətkar düzəltdiyi bütə görə utanacaq.+

Çünki tökdüyü büt yalandır,

Onda nəfəs yoxdur.+

18 Bütlər puçdur,+ gülünc şeydir.

Haqq-hesab günündə hamısı məhv olacaq.

19 Yaqubun Nəsibi isə onlara bənzəməz,

Çünki hər şeyə O surət verib,

O, Öz irsinin+ əsasıdır.

Adı ordular Allahı Yehovadır».+

20 «Sən Mənim toppuzum, döyüş silahımsan.

Səninlə xalqları parça-parça edəcəyəm.

Səninlə səltənətləri məhv edəcəyəm.

21 Səninlə atları, süvariləri tikə-parça edəcəyəm,

Səninlə cəng arabalarını, arabaçıları parça-parça edəcəyəm.

22 Səninlə kişiləri, qadınları qıracağam,

Səninlə qocaları, cavanları qıracağam,

Səninlə oğlanları, qızları qıracağam.

23 Səninlə çobanları, sürüləri tələf edəcəyəm,

Səninlə cütçüləri, cütə qoşulan heyvanları tələf edəcəyəm,

Səninlə valiləri, məmurları tələf edəcəyəm.

24 Gözünüzün önündə Sionda törətdikləri əməllərə görə

Babildən, Kəldan sakinlərindən əvəz çıxacağam»,+ — bəyan edir Yehova.

25 «Sən, ey bütün dünyanı məhv edən,+

Viran edən dağ, budur, Mən sənə qarşıyam,+ — bəyan edir Yehova.

Əlimi sənə qarşı qaldıracağam, səni qayalardan yuvarlayacağam,

Səni alovdan qovrulmuş dağa çevirəcəyəm».

26 «Səndən künc daşı, təməl daşı götürməyəcəklər,

Çünki əbədilik xaraba qalacaqsan,+ — bəyan edir Yehova.

27 Ölkədə nişan qoyun.+

Xalqlar arasında şeypur çalın.

Xalqları ona qarşı qaldırın.

Urartu+, Minni, Əşkinaz+ padşahlıqlarını ona qarşı çağırın.

Ona qarşı döyüşçü yığmaq üçün məmur təyin edin.

Atları bala çəyirtkə sürüsü kimi üstünə göndərin.

28 Xalqları,

Mada şahlarını,+ valilərini, məmurlarını,

Onların tabeliyində olan bütün ölkələri ona qarşı qaldırın.

29 Yer lərzəyə gəlib titrəyəcək,

Çünki Yehovanın Babilə qarşı niyyəti həyata keçəcək,

Babil ölkəsi dəhşətli günə düşəcək, sakinsiz qalacaq.+

30 Babil döyüşçüləri vuruşmaqdan əl çəkib.

Qalalarında gizlənib.

Onların gücü tükənib.+

Qadın kimi olublar.+

Onun evlərinə od vurulub,

Cəftələri sındırılıb.+

31 Çapar çapar dalınca,

Qasid qasid dalınca qaçıb gəlir,

Babil padşahına şəhərinin hər tərəfdən ələ keçdiyini xəbər verir.+

32 Çay keçidləri ələ keçib,+

Qamış qayıqlar yanıb,

Döyüşçülər vahiməyə düşüb».

33 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir:

«Babil qızı xırmana oxşayır.

Onu tapdalamağın vaxtı çatıb.

Çox tezliklə onun biçin vaxtı gələcək».

34 «Babil padşahı Navuxodonosor məni yeyib uddu,+

Məni çaşqınlığa saldı.

Məni boş qab kimi çevirdi,

Məni nəhəng ilan kimi uddu,+

Qarnını naz-nemətimlə doldurdu,

Məni yuyub yaxaladı.

35 “Qoy gördüyüm cəfa, canıma edilən zülm Babilin başına gəlsin”, — Sion sakini deyir.+

“Qoy mənim qanım Kəldan sakinlərinin boynuna olsun”, — deyir Yerusəlim».

36 Odur ki, Yehova deyir:

«Mən sənin işinə baxıram,+

Sənin intiqamını alacağam.+

Onun dənizini, quyularını qurudacağam.+

37 Babil daş qalağına,+

Çaqqal yuvasına çevriləcək.+

Dəhşətli günə düşəcək, ona baxıb fit çalacaqlar.

Sakinsiz qalacaq.+

38 Hamısı birlikdə gənc aslan kimi nərildəyəcək.

Aslan balaları kimi mırıldayacaqlar».

39 «Qızışdıqları vaxt ziyafət qurub onları sərxoş edəcəyəm,

Kefləri kök olacaq.+

Sonra əbədi yuxuya gedəcəklər,

Bir də ayılmayacaqlar»,+ — bəyan edir Yehova.

40 «Onları quzular kimi,

Qoçlar, təkələr kimi kəsməyə aparacağam».

41 «Aman, Sisaq* ələ keçdi!+

Bütün dünyanın iftixarı zəbt edildi!+

Babil xalqlar arasında dəhşət rəmzi oldu!

42 Dəniz daşıb, Babili basıb.

Dalğalar onu örtüb.

43 Onun şəhərləri dəhşətli günə düşdü, quraq yerə, səhralığa çevrildi.

Orada heç kim yaşamayacaq, bir kimsə oradan keçib getməyəcək.+

44 Babildəki Bel* ilə haqq-hesab çəkəcəyəm,+

Udduğu şeyi ağzından çıxaracağam.+

Daha xalqlar onun yanına axışmayacaq.

Babilin divarları uçacaq.+

45 Ey xalqım, çıx onun içindən.+

Yehovanın kükrəyən qəzəbindən+ canınızı qurtarın.+

46 Ölkədə eşidəcəyiniz xəbərdən qorxub-hürkməyin.

Ölkədəki zülm barədə, bir hökmdarın o birinə qarşı çıxması barədə

Bir il xəbər gələcək,

O biri il yenə bu xəbər gələcək.

47 Odur ki, gün gələcək,

Babilin oyma bütlərinə nəzər salacağam.

Onun ölkəsi rüsvay olacaq,

Orada meyitlər sərilib qalacaq.+

48 Göylər, yer, onlarda olan hər şey

Babilə görə sevinclə hayqıracaq,+

Çünki şimaldan onun üstünə basqınçılar gələcək»,+ — bəyan edir Yehova.

49 «Babil təkcə israillilərin ölümünə bais olmadı,+

Babilin özündə də bütün dünyadan olanların cəsədi yerə sərildi.

50 Ey qılıncdan qaçanlar, dayanmayın, qaçın.+

Uzaqlarda Yehovanı xatırlayın.

Yerusəlimi yada salın».+

51 «Təhqirlər eşidib biabır olduq.

Üzümüzü rüsvayçılıq örtdü.

Çünki yadellilər Yehovanın evinin müqəddəs yerlərinə hücum etdilər».+

52 «Odur ki, gün gələcək

Babilin oyma bütlərinə nəzər salacağam, — bəyan edir Yehova.

Onun bütün torpağında yaralılar inildəyəcək».+

53 «Babil göyə çıxsa da,+

Hündür qalalarını möhkəmləndirsə də,

Mən onun üstünə basqınçılar göndərəcəyəm»,+ — bəyan edir Yehova.

54 «Eşidin! Babildən fəryad səsi gəlir,+

Kəldanilərin ölkəsindən böyük fəlakət səsi eşidilir,+

55 Yehova Babili məhv edir.

O, Babilin gur səsini batıracaq,

Onların dalğaları coşqun sular kimi kükrəyəcək.

Onların səsi eşidiləcək.

56 Çünki Babilin üstünə basqınçı gələcək,+

Onun döyüşçüləri əsir düşəcək,+

Kamanları qırılacaq,

Çünki Yehova əvəz çıxan Allahdır,+

Ona əməllərinin əvəzini verəcək.+

57 Mən Onun başçılarını, müdriklərini,+

Valilərini, məmurlarını, döyüşçülərini sərxoş edəcəyəm.

Onlar əbədi yuxuya gedəcəklər,

Bir də ayılmayacaqlar»,+ — adı ordular Allahı Yehova olan Hökmdar belə bəyan edir.

58 Ordular Allahı Yehova belə deyir:

«Babil divarları qalın olsa da, yerlə yeksan olacaq,+

Darvazaları hündür olsa da, yandırılacaq.

Xalqlar boşuna zəhmət çəkəcək.

Ümmətlər od-alov üçün əlləşəcək».+

59 Məhsay oğlu Nuryahın oğlu+ Sərəyah Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin dördüncü ilində padşahla birlikdə Babilə gedəndə Ərəmya peyğəmbər Sərəyaha tapşırıq verdi. Sərəyah ordunun təsərrüfat işlərinə baxırdı. 60 Ərəmya Babilin üstünə gələcək bütün bəlaları, Babilə qarşı yazılmış bu sözləri bir kitaba yazdı. 61 Ərəmya Sərəyaha dedi: «Babilə çatanda, şəhəri görəndə bu sözləri ucadan oxuyarsan. 62 Sonra deyərsən: “Ey Yehova, Sən bu yerin əleyhinə danışıb dedin ki, bura darmadağın olacaq, sakinsiz qalacaq, burada nə bir insan, nə bir heyvan yaşayacaq, bura əbədilik xaraba qalacaq”.+ 63 Bu kitabı oxuyub qurtarandan sonra ona bir daş bağla və Fəratın ortasına at. 64 Sonra de: “Babil də belə batacaq, üstünə gətirəcəyim fəlakətə görə bir də heç vaxt qalxmayacaq.+ Onlar taqətdən düşəcəklər”».+

Ərəmyanın sözləri buraya qədərdir.

52 Sidqiyyə+ taxta çıxanda iyirmi bir yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası libnalı Ərəmyanın qızı Xamutal idi.+ 2 O da Yəhyakim kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 3 Yehova qəzəbləndiyi üçün Yerusəlim və Yəhudanın başına bu işlər gəlirdi. Axırda Allah onları önündən rədd etdi.+ Sidqiyyə Babil padşahına üsyan etdi.+ 4 Sidqiyyənin hakimiyyətinin doqquzuncu ilində, onuncu ayın onuncu günündə Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimə yürüş etdi. Orada ordugah qurub, şəhərin ətrafında mühasirə divarı tikdi.+ 5 Şəhər Sidqiyyə padşahın hakimiyyətinin on birinci ilinə qədər mühasirədə qaldı.

6 Dördüncü ayın doqquzuncu günü+ şəhərdə güclü aclıq var idi, ölkədə çörək qalmamışdı.+ 7 Axırda şəhər divarı sındırıldı. Gecə, kəldanilər şəhərin ətrafında ikən, bütün döyüşçülər padşah bağının yanındakı qoşa divarın arasında yerləşən şəhər darvazasından çıxıb Ərəbə yolu ilə qaçdılar.+ 8 Amma kəldanilərin qoşunu Sidqiyyə padşahı təqib edib Əriha çöllüyündə onu yaxaladı.+ Padşahın bütün qoşunu qaçıb dağıldı. 9 Kəldanilər padşahı tutub Həməsdəki Riblaha, Babil padşahının hüzuruna gətirdilər və padşah ona hökm çıxardı. 10 Babil padşahı Sidqiyyənin oğullarını onun gözü qabağında qətlə yetirdi. O həmçinin Riblahda bütün Yəhuda əmirlərini öldürdü. 11 Sonra Sidqiyyənin gözlərini çıxartdı,+ onu mis qandallarla qandallayıb Babilə apardı və ölənə qədər zindanda saxladı.

12 Beşinci ayın onuncu günündə, Babil padşahı Navuxodonosorun hakimiyyətinin on doqquzuncu ilində Babil padşahının xidmətçisi, keşikçibaşı Nəbuzardan Yerusəlimə gəldi.+ 13 O, Yehovanın məbədini, sarayı və Yerusəlimdəki bütün evləri, imarətləri yandırdı.+ 14 Keşikçibaşı ilə gələn kəldani ordusu Yerusəlimin ətraf divarlarını uçurdu.+

15 Keşikçibaşı Nəbuzardan kasıb əhalini, şəhərdə sağ qalan camaatı, Babil padşahına tərəf keçənləri və yerdə qalan sənətkarları əsir apardı.+ 16 Amma üzümçülük və əkinçiliklə məşğul olmaq üçün ölkənin ən kasıb əhalisindən bir qədər saxladı.+

17 Kəldanilər Yehovanın məbədindəki mis sütunları+ sındırdılar. Həmçinin Yehovanın məbədindəki arabaları+, mis çəni+ də sındırdılar. Bütün misi Babilə apardılar.+ 18 Onlar kül qablarını, kürəkləri, fitil maqqaşlarını, kasaları+, camları+ və məbəddə işlənən bütün mis əşyaları apardılar. 19 Keşikçibaşı teştləri+, xəkəndazları, kasaları, kül qablarını, çıraqdanları+, camları və xalis qızıldan və gümüşdən olan kasaları götürdü.+ 20 Süleyman padşahın Yehovanın məbədi üçün düzəltdiyi iki sütunun, arabaların, çənin və onun altındakı on iki mis buğanın,+ bütün bu şeylərin misini çəkmək mümkün deyildi.

21 Sütunlara gəlincə, hər sütunun hündürlüyü 18 qulac*, çevrəsi ölçü ipi ilə 12 qulac idi,+ dörd barmaq* yoğunluğunda idi və içi boş idi. 22 Sütun başlığı misdən idi. Sütun başlığının hündürlüyü 5 qulac idi.+ Onun ətrafındakı tor və narlar misdən düzəldilmişdi. İkinci sütun da narlarla birlikdə birincinin eynisi idi. 23 Yanlarda 96 nar var idi, torun ətrafında cəmi 100 nar var idi.+

24 Keşikçibaşı böyük kahin Sərəyahı+, köməkçi kahin Səfənyanı+ və üç qapı keşikçisini əsir apardı.+ 25 O, şəhərdən döyüşçülərə başçılıq edən saray məmurunu, padşahın şəhərdə olan yeddi şəxsi məsləhətçisini, ölkə əhlini səfərbər edən və ordu başçısının katibi olan məmuru, habelə rəiyyətdən şəhərdə qalan altmış nəfəri əsir apardı. 26 Keşikçibaşı Nəbuzardan onları Riblaha, Babil padşahının hüzuruna apardı. 27 Babil padşahı onları Həməsdəki Riblahda+ öldürdü. Beləliklə, yəhudalılar öz ölkələrindən sürgün olundular.+

28 Navuxodonosorun sürgün etdiyi xalqın sayı bu qədərdir: Navuxodonosorun hakimiyyətinin yeddinci ilində 3023 yəhudi.+

29 Navuxodonosorun hakimiyyətinin on səkkizinci ilində+ Yerusəlimdən 832 nəfər sürgün olundu.

30 Navuxodonosorun hakimiyyətinin iyirmi üçüncü ilində keşikçibaşı Nəbuzardan yəhudilərdən 745 nəfəri sürgünə apardı.+

Ümumilikdə 4600 nəfər sürgünə aparıldı.

31 Yəhuda padşahı Yəhyakinin+ sürgün olunmasının otuz yeddinci ilində on ikinci ayın iyirmi beşinci günündə Babil padşahı Əvilmərduk taxta çıxdı. Elə həmin il o, Yəhuda padşahı Yəhyakini zindandan çıxartdı.+ 32 Onunla mehriban danışdı, onu Babildə yanında olan padşahlardan uca tutdu. 33 Yəhyakin həbs paltarını çıxardı. O, ömrünün axırına qədər padşahın süfrəsində oturdu. 34 Babil padşahı ona ömrünün sonuna qədər, ölənədək gündəlik yemək payı verdi.

Təxmini mənası: Yehova ucaldır.

İbrani dilində söz oyunu. İbranicə badam ağacı və sayıq sözləri eyni kökdəndir.

Yaxud hazırlaş.

Lüğətə bax.

Memfis şəhərinin ibrani adı.

Lüğətdə «ordular Allahı Yehova» ifadəsinə bax.

Digər variant: ərinizəm.

Yəni Yehovadan

Digər variant: döyüş nərəsi.

Digər variant: O, yoxdur.

Yəni Ərəmyanı.

Lüğətə bax.

Hərfən: yüksəkliklər.

Digər variant: durna.

Orijinal mətndə 11-ci ayə arami dilində yazılıb.

Digər variant: yağış üçün qapılar düzəldir.

Hərfən: dirilər ölkəsindən.

Yaxud ən dərin duyğularını. Hərfən: böyrəklərini.

Hərfən: böyrəklərindən.

Digər variant: yas tutur.

Yaxud həbəşli.

Digər variant: dörd cür hökm. Hərfən: dörd ailə.

Digər variant: dal-dala gedirsən.

Hərfən: darvazalarında.

Digər variant: utanıb rüsvay olub.

Bütpərəstlərin yas ayinləri. Görünür, dönük israillilər bunları icra edirdilər.

Lüğətə bax.

Digər variant: Mənim qəzəbimdə alov kimi alışdınız.

Digər variant: sağalmazdır.

Yaxud ən dərin duyğuları. Hərfən: böyrəkləri.

Hərfən: xalqın oğullarının darvazasının.

Mənası: ətrafda qalan.

Mənası: hər yanda dəhşət.

Yaxud ən dərin duyğularını. Hərfən: böyrəklərini.

Digər adı Yəhəz.

Digər adları Yəhyakin və Yəkunya.

Yaxud varis.

Hərfən: sümüklərim.

Digər adları Yəhyakin və Künyah.

Digər variant: istehkam tikənləri.

Midiya.

Görünür, bu, Babil üçün işlənən şifrli addır.

Digər variant: istehkam tikənlər.

Digər variant: partlaq.

Digər variant: şərəfli edəcəyəm.

Digər variant: əri.

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.

Lüğətə bax.

Hərfən: toxumunu.

Hərfən: qardaşınızı.

Yaxud yemək otağında.

Kislev ayı. Noyabrın ikinci yarısına və dekabrın birinci yarısına təsadüf edir. B15 əlavəsinə bax.

Görünür, tituldur.

İbrani mətnini belə də oxumaq olar: Nerqal-Şarasar, Samqar-Nəbu, Sərsəkim, Rəbsaris.

Baş münəccim.

Digər variant: icbari əməklə məşğul olsunlar.

Sarayın baş məmuru.

Digər variant: böyük hovuzun.

Mənası: günəşin evi (məbədi). Yəni Heliopolis.

Yaxud insanların.

Yəni Misiri fəth edən.

Digər variant: onu viranə qoyacaqlar.

Fiva.

Bəzi mənbələrə əsasən, filistimlilər.

Yəni Krit.

Yəni qəzzəlilər yas və xəcalət içində olduqları üçün başlarını qırxacaqlar.

Digər variant: quru torpaqda otur.

Yaxud qüdrəti.

Digər variant: döyüş nərəsi.

Hərfən: çürüdü.

Babil allahı.

Yaxud yalançı peyğəmbərlərə.

Mənası: Mənə qarşı qalxanların ürəyi. Görünür, bu, Kəldan üçün işlənən şifrli addır.

Digər variant: oxdanlarınızı doldurun.

Digər variant: yağış üçün qapılar düzəldir.

Görünür, bu, Babil üçün işlənən şifrli addır.

Babil allahı.

Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.

Bir barmaq 1,85 sm-ə bərabərdir. B14 əlavəsinə bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş