Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bhs s. 3—7
  • Allah bizə necə həyat arzulayır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah bizə necə həyat arzulayır?
  • Müqəddəs Kitab təlimləri
  • Oxu: Müqəddəs Kitab öyrədir
  • Başlıqlar
  • ALLAH-TAALA TEZLİKLƏ GÖRÜNMƏMİŞ MÖCÜZƏLƏR YARADACAQ
  • MÜQƏDDƏS KİTABIN FAYDASINI ÖZÜNÜZ GÖRÜN
Müqəddəs Kitab təlimləri
bhs s. 3—7

Allah bəndələrinə necə həyat arzulayır?

QƏZET oxuyanda, televizora baxanda, radio dinləyəndə dünyanın necə acınacaqlı vəziyyətdə olduğunu, cinayətkarlığın, müharibələrin və terrorizmin baş alıb getdiyini görürük. Bundan əlavə, ola bilsin, həyatımız ağrı-acıyla doludur: xəstəlik bizi əldən salıb, ya da doğmalarımızdan kimisə itirmişik.

Ailə radioya qulaq asır

İnsanda istər-istəməz sual yaranır:

  • Niyə Allah mənim başıma bunları gətirdi?

  • Kömək üçün kimə sığınım?

  • Bu dünyanın axırı necə olacaq?

Siz Müqəddəs Kitabdan bu suallara tutarlı cavab tapa bilərsiniz.

ALLAH-TAALA TEZLİKLƏ GÖRÜNMƏMİŞ MÖCÜZƏLƏR YARADACAQ

  • İnsanlar ağrı-acı, qocalıq, ölüm nədir bilməyəcək (Vəhy 21:4)

  • «Axsaqlar maral kimi sıçrayacaq» (Əşiya 35:6)

  • «Korların gözləri açılacaq» (Əşiya 35:5)

  • Ölülər diriləcək (Yəhya 5:28, 29)

  • Heç kim xəstələnməyəcək (Əşiya 33:24)

  • Bütün dünyada bolluq olacaq (Zəbur 72:16)

    Qoca cavanlaşır, topal qaçır, ölü dirilir, xəstə sağalır, kor görür

MÜQƏDDƏS KİTABIN FAYDASINI ÖZÜNÜZ GÖRÜN

Yehovanın Şahidlərindən biri bir kişi ilə Müqəddəs Kitabı araşdırır

Birinci səhifədə söz açılan nemətlər barədə nə düşünürsünüz? Yəqin fikirləşirsiniz ki, bunları ancaq yuxuda görmək olar. Am­ma Allah söz verir ki, tezliklə bu möcüzələri həyata keçirib yer üzünü cənnətə çevirəcək. Müqəddəs Kitabda Allahın bunu necə edəcəyi təsvir olunur.

Müqəddəs Kitab yalnız həyatın gələcəkdə ­yaxşı olacağını vəd etmir. O, bi­zə həmçinin bu gün, sözün əsil mənasında, xoşbəxt olmağa və həyatdan zövq almağa kömək edir. Hər bir insanın həyatında onu təlaşa salan, dərd verən hallar baş verir. Məsələn, pulsuzluq, ailəni dolandırmaq, xəstəlik və əziz adamın itkisi. Müqəddəs Kitab bu çətinlikləri aşmağa, ağrı-acıya dözməyə kömək edir. Həmçinin aşağıda gətirilən suallara cavab verməklə bizə qəlb rahatlığı bəxş edir.

  • Nəyə görə Allah əzab-əziyyətlərə son qoymur?

  • Problemlərin öhdəsindən necə gəlim?

  • Ailəmin xoşbəxtliyi üçün nə edə bilərəm?

  • Öləndən sonra insan hara gedir?

  • Görəsən, ölən doğmalarımı bir də görəcəyəm?

  • Nəyə görə əmin ola bilərəm ki, Allah bütün vədlərini həyata keçirəcək?

Bu kitabı oxumağınız Müqəddəs Kitab təlimləri ilə tanış olmaq istədiyinizi göstərir. Siz düz seçim etmisiniz, bu nəşr sizə bu sahədə çox kömək edəcək. Müqəddəs Kitabı daha dərindən başa düşməyiniz üçün nəşrdə hər abzasa sual verilir. Milyonlarla insan Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı sevə-sevə araşdırır. Ümid edirik ki, siz də Müqəddəs Kitabı onlardan biri ilə araşdırmaq istəyəcəksiniz. Qoy Allah sizə Müqəddəs Kitabdan bilik almağa, orada yatan hikmətə sahib olmağa kömək etsin!

MÜQƏDDƏS KİTABLA TANIŞLIQ

MÜQƏDDƏS KİTAB 66 bölmədən, yəni kitab və məktublardan ibarətdir. Hər bölmə fəsillərə və ayələrə bölünüb. Bunun sayəsində lazım olan ayəni rahatlıqla tapmaq olur. Bu nəşrdə Müqəddəs Kitab ayələri sitat gətirilir. Bölmənin adından sonra gələn rəqəm fəslin nömrəsini, növbəti rəqəm isə ayənin nömrəsini bildirir. Məsələn, «2 Timutiyə 3:16». Bu o deməkdir ki, sitat Timutiyə ikinci məktubun 3-cü fəslinin 16-cı ayəsindəndir.

İstinad edilən ayələri açıb oxusanız, Müqəddəs Kitabla tanış olacaqsınız. Həmçinin çalışın Müqəddəs Kitabı hər gün oxuyasınız. Hər gün üç və ya beş fəsil oxusanız, bir ilə Müqəddəs Kitabı başdan ayağa oxuyub qurtara bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş