Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 8 s. 26—27
  • İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
  • Allahın dostu İbrahim
    Müqəddəs Kitab hekayələri
  • İstəyərdinizmi ki, sizə baş çəksinlər?
    Gözətçi qülləsi 2004
  • Yehova onu «dostum» adlandırdı
    Gözətçi qülləsi 2016
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 8 s. 26—27
İbrahimlə Sara Urdan köçmək üçün əşyalarını yığır

DƏRS 8

İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir

Babil şəhərindən elə də uzaqda olmayan Ur şəhərinin sakinləri Yehovaya yox, çoxlu bütlərə ibadət edir. Ancaq bu şəhərdə yalnız bir nəfər Yehova Allahı sevir. Onun adı İbrahimdir.

Yehova Allah İbrahimə deyir: «Evini və qohumlarını tərk edib, sənə göstərəcəyim yerə get». Sonra Allah söz verir: «Səndən böyük millət törəyəcək. Sənin vasitənlə bütün xalqlara xeyirxahlıq edəcəyəm».

İbrahim Yehovanın onu hara göndərdiyini bilmir, ancaq Ona güvənir. Buna görə də İbrahim, arvadı Sara, atası Tarix və qardaşı oğlu Lut Allahın buyruğuna əməl edir, əşyalarını toplayaraq uzun səfərə çıxırlar.

İbrahim Yehovanın dediyi yerə gəlib çatanda 75 yaşında idi. Həmin yer Kənan torpağı adlanır. Orada Allah İbrahimlə danışıb ona söz verir: «Gördüyün bütün bu torpaqları sənin övladlarına verəcəyəm». Ancaq İbrahim və Sara yaşlı olurlar. Həm də ki, onların uşağı yoxdur. Bəs onda Yehova verdiyi sözü necə yerinə yetirəcək?

İbrahim və ailəsi Kənan torpağına yollanır

«İbrahim, imanı sayəsində... itaət edib miras alacağı torpağa yollandı. O, hara getdiyini bilməsə də, yola düşdü» (İbranilərə 11:8)

Suallar: Yehova İbrahim peyğəmbərə nə tapşırır? Yehova İbrahimə nə söz verir?

Yaradılış 11:29—12:9; Həvarilərin işləri 7:2—4; Qalatiyalılara 3:6; İbranilərə 11:8

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş