VII hissə
Bu hissədə Talut və Davud padşahın 80 illik bir dövrü əhatə edən həyat hekayələri yazılıb. Əvvəl-əvvəl Talut təvazökar və Allahdan qorxan bir adam idi, amma sonradan o, Yehovanın sözünə qulaq asmadı. Yehova onu rədd etdi və İşmuilə göstəriş verdi ki, İsrailin növbəti padşahı kimi Davudu seçsin. Talut paxıllığından dəfələrlə Davudu öldürmək istədi, ancaq Davud heç vaxt ondan intiqam almadı. Talutun oğlu Yonatan bilirdi ki, Yehova Davudu seçib, buna görə də o, Davuda sadiq qaldı. Davud bir neçə dəfə ciddi günah işlətsə də, heç vaxt Yehovanın tərbiyəsini rədd etmədi. Valideynlər, uşaqlarınıza başa salın ki, Allahın dediklərinə qulaq asmaq vacibdir.