Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 29
  • Ölümlə bağlı həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölümlə bağlı həqiqət
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Ölənlər haradadırlar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Ölülər üçün ümid
    İlahi müjdə
  • Öləndən sonra insan hara gedir?
    Müqəddəs Kitab təlimləri
  • İnsan öləndə nə baş verir?
    Sən Allahın dostu ola bilərsən!
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 29
Dərs 29. Ər-arvad qəbiristanlıqda qəbrin qarşısında dua edir.

DƏRS 29

Ölümlə bağlı həqiqət

Çap versiyası
Çap versiyası
Çap versiyası

Ola bilsin, nə vaxtsa doğma adamınız vəfat edib. Yəqin belə kədərli vaxtda sizi növbəti suallar düşündürüb: «Görəsən, insan öləndə hara gedir? Vəfat etmiş doğmalarımızı daha heç vaxt görməyəcəyik?» Bu və növbəti dərsdə Müqəddəs Kitabın bu suallara verdiyi cavabdan təsəlli tapacağıq.

1. Müqəddəs Kitabda ölümlə bağlı nə deyilir?

İsa Məsih ölümü dərin yuxuya bənzətmişdi. Bəs ölüm hansı mənada yuxuya bənzəyir? Dərin yuxuya getmiş insanın ətrafda baş verənlərdən xəbəri olmur. Eynilə, öləndən sonra insan heç bir ağrı hiss etmir, əzab çəkmir. Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir». (Vaiz 9:5 ayəsini oxuyun.)

2. Ölüm haqda həqiqəti bilmək insana necə kömək edir?

İnsanların çoxu ölümdən və ölülərdən qorxur. Amma Müqəddəs Kitabdan ölüm haqda həqiqəti öyrənmək sizə təsəlli verə bilər. İsa Məsih demişdi: «Həqiqət sizi azad edəcək» (Yəhya 8:32). Bəzi dinlər öyrədir ki, insan öləndən sonra ruhu yaşayır. Amma bu təlim Müqəddəs Kitaba əsaslanmır. İnsan öləndən sonra əzab çəkmir. Ölünün heç nədən xəbəri olmadığına görə bizə zərər də yetirə bilməz. Buna görə də ölülərin ruhunu şad etməyə çalışmaq, onlara ibadət etmək, yaxud dua oxumaq əbəsdir.

Bəzi insanlar deyir ki, ölülərlə danışa bilir. Amma bu, mümkün deyil. Öyrəndiyimiz kimi, «ölülər heç nə bilmir». Vəfat etmiş doğmaları ilə danışdığını düşünən insanlar, əslində, cinlərlə danışırlar. Cinlər özlərini həmin ölülərin ruhu kimi qələmə verir. Yehova xəbərdarlıq edir ki, ölülərlə danışmağa çalışmaq çox təhlükəlidir. Çünki cinlərlə təmasda olmağın insana zərər yetirdiyini bilir. Deməli, ölüm haqda həqiqəti bilmək bizi cinlərdən qoruyur. (Qanunun təkrarı 18:10—12 ayələrini oxuyun.)

D Ə R İ N L İ Y Ə  V A R I N

Müqəddəs Kitabda ölümlə bağlı daha nələrin yazıldığını öyrənin. Həmçinin görün nəyə görə əmin ola bilərsiniz ki, Allah ölülərə işgəncə vermir.

Kişi iki körpə uşağı ilə yoldaşının dəfnində skamyada oturub. Dostlar və qohumlar onun ətrafına yığışıb təsəlli verir.

3. Ölülərin vəziyyəti ilə bağlı həqiqəti öyrənin

Dünyada ölümlə bağlı fərqli-fərqli inanclar mövcuddur. Sözsüz ki, bu inancların hamısı həqiqət ola bilməz.

  • Sizin ərazinizdə ölülərlə bağlı nəyə inanırlar?

Müqəddəs Kitabda bu barədə nə deyildiyini öyrənmək üçün VİDEOYA baxın.

VİDEO: «Allahın Kəlamı ölülər haqda nə deyir?» Fraqment (1:19)

«Allahın Kəlamı ölülər haqda nə deyir?» adlı videodan səhnə. Şəkillər: 1) Cəsəd xəstəxana yatağında uzadılıb. 2) Kişi qatarda gedərkən iki nəfərin arasında yuxuya gedir.

Vaiz 3:20 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Bu ayəyə əsasən, insan öləndən sonra nə baş verir?

  • İnsan öləndən sonra ruhu yaşayır?

Müqəddəs Kitabda İsanın dostu İlazərin ölümü haqda yazılıb. Yəhya 11:11—14 ayələrini oxuyun və görün İsa İlazərin vəziyyəti barədə nə demişdi. Sonra növbəti sualları müzakirə edin:

  • İsa Məsih ölümü nəyə bənzətmişdi?

  • Bundan ölülərin vəziyyəti ilə bağlı nə öyrənirik?

  • Müqəddəs Kitabda ölüm haqda deyilənlər sizə məntiqli gəlir?

4. Ölüm haqda həqiqəti bilməyin faydası

Ölüm haqda həqiqəti biləndə artıq ölülərdən qorxmuruq. Vaiz 9:10 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Ölülər bizə xətər yetirə bilər?

Müqəddəs Kitabdakı həqiqəti biləndə artıq ölülərin ruhunu şad etməyə çalışmayacağıq, yaxud onlara ibadət etməyəcəyik. Əşiya 8:19 və Vəhy 4:11 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Sizcə, Yehova ölülərə sitayiş edən, onlardan kömək istəyən adam barədə nə düşünür?

Şəkillər: Ölülərin şərəfinə keçirilən ayinlər. 1) Bir kişi qəbrin qarşısında yemək gətirib, orada diz çökür və dua edir. 2) Üç kişi xüsusi geyimdə rəqs edir. 3) Ölülər günündə bir qrup insan kəllə maskası taxır və böyük skelet fiqurları aparırlar.

Ölüm haqda həqiqət bizi Yehovanın bəyənmədiyi adət-ənənələrdən azad edir

5. Ölüm haqda həqiqəti bilmək təsəlli verir

Çoxları düşünür ki, insan öləndən sonra əməllərinin cəzasını çəkir. Amma Allah heç kəsi, hətta ən pis əməl sahibini belə öləndən sonra cəzalandırmır. Bunu bilmək, insana təsəlli verir. Romalılara 6:7 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Ölüm insanı günahdan azad edir. Necə düşünürsünüz, öləndən sonra insan keçmiş günahlarına görə cəza çəkir?

Yehovanı yaxından tanıdıqca əmin oluruq ki, O, heç vaxt insana öləndən sonra işgəncə verməz. Qanunun təkrarı 32:4 və 1 Yəhya 4:8 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Necə düşünürsünüz, bu cür gözəl Allah ölən adama işgəncə verər?

  • Ölüm haqda həqiqət sizə təsəlli verir? Nəyə görə?

BƏZİ İNSANLAR DEYİR: «Qorxuram ki, öləndən sonra işgəncə çəkərəm».

  • Belə insana Müqəddəs Kitabdan hansı təsəlliverici ayələri oxuyardınız?

İCMAL

İnsan öləndə həyatı sona çatır. Ölülər nə əzab çəkir, nə də dirilərə xətər yetirir.

Təkrar

  • Müqəddəs Kitabda ölümlə bağlı nə deyilir?

  • Ölüm haqda həqiqəti bilməyin insana hansı faydası var?

  • Ölüm haqda həqiqəti bilmək insana necə təsəlli verir?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Həqiqətənmi, Allah günahkarları cəhənnəmdə cəzalandırır?

«Cəhənnəm var?» (3:07)

Ölülərdən qorxmaq lazımdır?

«Ölənlərin ruhu. Onlar sənə kömək edə və ya zərər verə bilərlərmi? Onlar həqiqətən də mövcuddurlarmı?» (broşür)

Görün ölümlə bağlı həqiqət bir kişiyə necə təsəlli verib.

«Müqəddəs Kitabdan aldığım aydın, məntiqli cavablar məni heyran qoydu» («Gözətçi qülləsi», 1 fevral 2015)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş