Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/10 s. 4—6
  • E’tiqadınız nəyə əsaslanır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • E’tiqadınız nəyə əsaslanır?
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Bizi belə tərbiyə ediblər
  • Bizi belə öyrədiblər
  • Kütləvi informasiya vasitələrinin tə’siri
  • E’tiqadınız üçün möhkəm təməl tapın
  • E’tiqad azadlığı
    Gözətçi qülləsi 2001
  • Yehovanın Şahidləri əsl məsihilərdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Uşaqlara Allah haqqında danışmaq lazımdırmı?
    Gözətçi qülləsi 2011
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/10 s. 4—6

E’tiqadınız nəyə əsaslanır?

Lüğətin verdiyi tə’rifə görə, “inanmaq” ifadəsi “bir işin, sözün və sairənin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq” mə’nasını verir. “İnsan hüquqları haqqında ümumi bəyannamə” hər bir kəsin “fikir, vicdan və din azadlığına” olan hüququnu müdafiə edir. Bu hüquqa, hər bir kəsin könüllü surətdə öz “dinini və ya e’tiqadını dəyişmək” azadlığı da daxildir.

BƏS bə’ziləri nə üçün öz dinini və ya e’tiqadını dəyişmək istəyirlər? Axı çox vaxt bu sözləri eşitmək olar: “Mənim dinim məni qane edir”. Çoxlarının fikrinə görə, kiminsə e’tiqadı, hətta səhv olsa belə heç kimə mane olmur. Məsələn, əgər bir kəs Yer kürəsinin yastı olduğuna inanırsa, bundan nə onun özünə, nə də başqalarına zərər gəlməyəcək. Kim isə deyə bilər: “İşində ol!” Bəs belə nöqteyi-nəzər həmişəmi doğrudur? Bir həkim cəsəd üzərində işlədikdən sonra əlini yumayıb, xəstələri müayinə etməyin mümkün olduğuna inadla inanırsa, iş yoldaşı ona “işində ol” deyərmi?

Tarixin şəhadətlik etdiyi kimi, yanlış dini təsəvvürlər bəşəriyyətə çox böyük zərər vurub. Orta əsrlərin müqəddəs adlanan səlib yürüşləri zamanı din rəhbərlərinin “xristian fanatiklərini qəddarlığa və zorakılığa təhrik etmələri” sayəsində nə qədər fəlakətin baş verdiyini xatırlayın. Yaxud, “qılınclarının dəstəyinə müqəddəslərin adını yazan orta əsrin əsgərləri kimi”, bu yaxınlarda baş verən vətəndaş müharibələrində “tüfənglərinin qundağına bakirə Məryəmin surətini yapışdıran” müasir “xristian” döyüşçülərini düşünün. Bu dini fanatiklərin heç biri öz hərəkətlərinin düzgünlüyünə şübhə etmirdi. Lakin dini zəmində yaranan bu və ya digər müharibələrin dəhşətli dərəcədə pislik olduğuna şübhə yoxdur.

Bəs nəyə görə dünyada bu qədər münaqişə və ziddiyyət mövcuddur? Müqəddəs Kitab cavab verir ki, Şeytan İblis “bütün dünyanı aldadır” (Vəhy 12:9; 2 Korinflilərə 4:4; 11:3). Həvari Pavel xəbərdarlıq edirdi ki, iman edənlərin çoxu “əlamətlər və yalançı xariqələr” göstərən Şeytan tərəfindən aldandıqları üçün məhv olacaqlar. Pavelin sözlərinə görə, onlar “həqiqəti sevməyə və onunla xilas olmağa razı” olmadıqları üçün “yalana” inanacaqlar (2 Saloniklilərə 2:9—12). Aldanmamaq üçün nə etmək olar? Ümumiyyətlə, e’tiqadınızın düzgünlüyünə əminsinizmi?

Bizi belə tərbiyə ediblər

Ehtimal ki, tərbiyə edərkən valideynləriniz sizə müəyyən e’tiqadı aşılayıblar. Yəqin, bu yaxşı davranışdır, çünki Allah istəyir ki, valideynlər öz övladlarına tə’lim versinlər (Təsniyə 6:4—9; 11:18—21). Misal üçün, ana və nənəsinin öyüdünə qulaq asması gənc Timoteyə böyük fayda gətirdi (2 Timoteyə 1:5; 3:14, 15). Müqəddəs Yazılar valideynlərin e’tiqadına hörmət bəsləməyə də’vət edir (Süleymanın məsəlləri 1:8; Efeslilərə 6:1). Məgər Yaradan istəyirmi ki, yalnız valideynlərinizin inandıqları üçün siz də həmin şeyə e’tiqad edəsiniz? Əcdadların e’tiqad və davranışlarına kor-koranə riayət etmək təhlükəlidir (Məzmur 78:8; Amos 2:4).

İsa Məsihlə söhbət edən samariyalı qadın uşaqlıqdan öz xalqının e’tiqadına öyrədilmişdi (Yəhya 4:20). İsa, bu qadının e’tiqad azadlığına hörmət etməklə yanaşı, qeyd etdi: “Siz bilmədiyinizə ibadət edirsiniz”. Qadının inandıqlarının çoxu, əslində səhv idi və İsa göstərdi ki, Allaha məqbul tərzdə, yə’ni “ruhən və həqiqətən” xidmət etmək üçün, qadın öz dini nəzərlərini dəyişməlidir. Samariyalı qadın və onun kimi bir çox başqaları öz əcdadlarının dinini müdafiə edib, İsanın söylədiklərinə müqavimət göstərmədilər, əksinə, “imana sarıldılar” (Yəhya 4:21—24, 39—41; Həvarilərin işləri 6:7).

Bizi belə öyrədiblər

Bir çox müəllimlər və elmin müəyyən sahələri üzrə mütəxəssis olanlar dərin hörmətə layiqdirlər. Buna baxmayaraq, tarix, tamamilə yanılan məşhur müəllimlərin nümunəsilə doludur. Məsələn, Yunan filosofu Aristotelin yazdığı iki elmi kitab barədə tarixçi Bertran Rassel deyirdi: “Bu kitablardakı cümlələrin heç biri, müasir elmi nöqteyi-nəzərdən bir şeyə yaramır”. Hətta müasir dövrün çox mütəxəssisləri də çox vaxt tamamilə yanılırlar. Britan alimi lord Kelvin 1895-ci ildə əminliklə e’lan etmişdi: “Havadan ağır uçucu aparatlar yaratmaq mümkün deyil”. Buna görə də hikmətli adam, bə’zi nüfuzlu şəxslərin iddia etdikləri fikirləri kor-koranə həqiqət sanmayacaq (Məzmur 146:3).

Dini tə’limlər sahəsində də bu cür ehtiyat tələb olunur. Tanınmış müəllimlərdən ilahiyyat sahəsində dərin bilik alan həvari Pavel, əcdadlarının “ən’ənələrinə həddindən artıq təəssüblə riayət” edirdi. Lakin əcdadlarının dininə bağlılığı ona yalnız zərər gətirdi, çünki o, “Allahın cəmiyyətini tə’qib edir, onu viran qoyurdu” (Qalatiyalılara 1:13, 14; Yəhya 16:2, 3). Ən pis olan o idi ki, Pavel uzun müddət “dürtmələrə qarşı təpik” atırdı və İsa Məsihə iman etməsi üçün ona qarşı yönəldilən bütün cəhdlərə müqavimət göstərirdi. Beləliklə, Paveli e’tiqadını dəyişməyə təşviq etmək üçün, bu işə qeyri-adi tərzdə İsanın özü qarışası oldu (Həvarilərin işləri 9:1—6; 26:14).

Kütləvi informasiya vasitələrinin tə’siri

Bəlkə də sizin nöqteyi-nəzərinizə kütləvi informasiya vasitələri güclü tə’sir göstərib. İnsanların əksəriyyəti, kütləvi informasiya vasitələrinin söz azadlığından istifadə edib, faydalı mə’lumatlar verdiyinə görə sevinirlər. Lakin kütləvi informasiya vasitələrini çox vaxt nüfuzlu qüvvələr idarə edirlər. Təsvir edilən hadisələr çox vaxt qabaqcadan hasil olan yanlış fikir əsasında təqdim olunur, bu isə sizin düşüncənizə tə’sir edə bilər.

Bundan əlavə, böyük auditoriyanın diqqətini cəlb etmək üçün, kütləvi informasiya vasitələri sensasiyaya səbəb olan və qarışıqlıq yaradan xəbərləri aydınlaşdırmağa çalışır. Əgər bir neçə il bundan qabaq müəyyən bir iş haqqında açıq-aşkar yazmağa və ya danışmağa qorxurdularsa, bu gün bu barədə açıq danışırlar. Davranış tərzinin tə’yin olunmuş normaları yavaş-yavaş pozulur və ortadan qaldırılır. İnsanların düşüncəsi tədricən korlanır. Onlar “pisə yaxşı və yaxşıya pis” deməyə başlayırlar (İşaya 5:20; 1 Korinflilərə 6:9, 10).

E’tiqadınız üçün möhkəm təməl tapın

İnsan ideyalarına və fəlsəfələrinə əsaslanmaq, qum üzərində ev tikməyə bənzər bir şeydir (Matta 7:26; 1 Korinflilərə 1:19, 20). Bəs onda e’tiqadımızı əminliklə nəyə əsaslandıra bilərik? Bizi əhatə edən dünyanı dərk etmək və ruhani məsələlər haqqında suallar vermək üçün Allah bizə şüur verib. Məgər suallarımıza düzgün cavab almaqda Onun bizə kömək edəcəyini zənn etməyimiz məntiqə uyğun olmazdımı? (1 Yəhya 5:20). Sözsüz ki, məntiqə uyğundur! Bəs din məsələsində nəyin doğru, düzgün və həqiqətə müvafiq olduğunu necə öyrənmək olar? Şübhə yoxdur ki, bu işdə bizə yalnız Allahın Kəlamı olan Müqəddəs Kitab kömək edəcəkdir (Yəhya 17:17; 2 Timoteyə 3:16, 17).

Bəs birdən kim isə deyə bilər: “Dayanın, məgər dünyada baş verən münaqişə və qarışıqlığın əksəriyyətində təqsirkar olanlar, əllərində Müqəddəs Kitabı tutanlar deyilmi?” Doğrudur, Müqəddəs Kitaba riayət etdiklərini söyləyən din rəhbərləri, bir çox dolaşıq və ziddiyyətli fikirlər irəli sürüblər. Bütün bunlar isə, bu insanların öz e’tiqadlarını Müqəddəs Kitaba əsaslandırmadıqlarına görə baş verib. Həvari Peter onları “yıxıcı bid’ətlər” yaradan yalançı peyğəmbərlər və yalançı müəllimlər adlandırırdı. Peter yazırdı: “Onların üzündən həqiqət yolu küfr olunacaqdır” (2 Peter 2:1, 2). O, həmçinin qeyd edirdi: “Peyğəmbərlərin sözləri bizim üçün daha sabit oldu. Siz yaxşı edirsiniz ki... qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyən bu sözlərə diqqət edirsiniz” (2 Peter 1:19; Məzmur 119:105).

Müqəddəs Kitabda, e’tiqadımızın Müqəddəs Kitab tə’limlərinə müvafiq olub-olmadığını yoxlamağa təşviq edilirik (1 Yəhya 4:1). Əlinizdəki bu jurnalın milyonlarla oxucusu, bu cür yoxlanışın onların həyatına mə’na və sabitlik gətirdiyini təsdiq edə bilər. Alicənab veriyalılar kimi, bir şeyə inanmağı qərara almazdan əvvəl, “hər gün Müqəddəs Yazıları” araşdırın (Həvarilərin işləri 17:11). Yeqovanın Şahidləri bu işdə sizə kömək etməyə şad olacaqlar. Əlbəttə ki, nəyə e’tiqad edəcəyinizi siz özünüz qərara almalısınız. Lakin e’tiqadınızın insan düşüncələri və istəklərinə deyil, Allah tərəfindən verilən həqiqət Kəlamına əsaslandığına əmin olmaq müdriklikdir (1 Saloniklilərə 2:13; 5:21).

[6-cı səhifədəki şəkillər]

E’tiqadınızı əminliklə Müqəddəs Kitaba əsaslandıra bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş