Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/8 s. 2—3
  • Biz Allahın kim olduğunu bilməliyik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Biz Allahın kim olduğunu bilməliyik
  • Gözətçi qülləsi 2002
  • Oxşar material
  • Allah kimdir?
    Gözətçi qülləsi 2002
  • Allah kimdir?
    Gözətçi qülləsi 2009
  • Həqiqi Allah kimdir?
    Əbədi həyata aparan bilik
  • Hər şeyi yaradan Şəxs
    Böyük Müəllimdən öyrən
Gözətçi qülləsi 2002
w02 1/8 s. 2—3

Biz Allahın kim olduğunu bilməliyik

GECƏ vaxtı milyardlarla ulduzların sayrışdığı aydın səma bizi valeh etmirmi? Al-əlvan çiçəklərin ətri bizə necə də xoşdur! Quşların nəğməsi, yüngül küləyin tərpətdiyi yarpaqların xışıltısı zövqümüzü oxşayır. Nəhəng balinalar və dənizin digər heyvanları bizi məftun edir. Bəs gözəl bəxşişə — vicdana və mürəkkəb beyin quruluşuna malik olan insan nə dərəcədə nadirdir! Bizi əhatə edən bu mö’cüzələrin mövcudluğunu necə izah etmək olar?

Bə’ziləri elə hesab edirlər ki, bütün bunlar təsadüf nəticəsində yaranıb. Əgər bu belədirsə, onda insanlar nəyə görə Allaha doğru meyl edirlər? Müxtəlif kimyəvi maddələrin təsadüfən birləşməsi, ruhaniliyə bu dərəcədə meylli olan varlıqlar yarada bilərmi?

“Dini hisslər insan təbiətinin dərinliyində kök salır və bu hisslər maddi vəziyyətindən və təhsilindən asılı olmayaraq hər bir insana xasdır”. Bu sözlər, “İnsanın ruhani təbiəti” adlı kitabın müəllifi professor Alister Hardinin tədqiqatına yekun vurur (“The Spiritual Nature of Man”). Beyin üzərində aparılan son tədqiqatlar bə’zi nevroloq alimləri belə bir fikrə gətirib çıxardı ki, Allaha iman gətirmək insanın geninə qoyulub. “Allah yeganə həqiqətdirmi?” adlı kitabda qeyd edilir: “Həyatın mə’nasını axtarmaq... insan tarixinin başlanğıcından e’tibarən müxtəlif mədəniyyətdən və müxtəlif yaşda olan insanlara xasdır” (“Is God the Only Reality?”).

Təxminən 2 000 il bundan əvvəl, təhsilli bir adam demişdir: “Hər bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır” (İbranilərə 3:4). Müqəddəs Kitabın ilk sözləri belədir: “Başlanğıcda Allah göyləri və yeri yaratdı” (Təkvin 1:1).

Bəs Allah kimdir? Bu suala insanlar müxtəlif cür cavab verirlər. Yoşi adlı yaponiyalı bir yeniyetmə belə deyir: “Allahın kim olduğunu dəqiq bilmirəm. Mən buddistəm və Onun kim olduğunu bilmək mənim üçün vacib deyil”. Lakin Yoşi e’tiraf edir ki, çoxları Buddanın özünü ilahi kimi qəbul edirlər. Allaha inanan Nik adlı 60 yaşlı biznesmen hesab edir ki, Allah — hər şeyə qadir qüvvədir. Allah haqqında bildiklərini söyləməyi ondan xahiş etdikdə, uzun çəkən fasilədən sonra o cavab verdi: “Bu olduqca mürəkkəb sualdır. Bir onu dəqiq bilirəm ki, Allah mövcuddur”.

Bə’zi insanlar Allaha ibadət etmək “əvəzinə məxluqa pərəstiş və ibadət” edirlər (Romalılara 1:25). Milyonlarla insanlar, Allahın onlardan həddindən artıq uzaq olduğunu düşünərək, ölülərin ruhlarına ibadət edirlər. Hindu dinində çoxsaylı tanrı və ilahələr mövcuddur. İsa Məsihin həvariləri yaşadığı dövrdə insanlar müxtəlif tanrılara, məsələn, Zevs və Hermesə ibadət edirdilər (Həvarilərin işləri 14:11, 12). Xristian dünyasında mövcud olan kilsələrin çoxu Allahın Üç üqnum, yə’ni Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah olduğunu öyrədirlər.

Müqəddəs Kitabda isə deyilir: “Həqiqətən də bir çox “tanrılar” və “rəbblər” vardır, bizim tək bir Ata Allahımız vardır. Hər şey Ondandır” (1 Korinflilərə 8:5, 6). Həqiqi Allah birdir. Bəs O kimdir? Onun görünüşü necədir? Bu sualların cavabını bilmək vacibdir. İsa Allaha duasında deyirdi: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Aydındır ki, əbədi rifahımız Allah haqqında həqiqəti bilməyimizdən asılıdır.

[3-cü səhifədəki şəkil]

Onların mövcudluğu nə ilə izah olunur?

[İcazə ilə]

Balina: Courtesy of Tourism Queensland

[İcazə ilə]

COVER: Index Stock Photography © 2002

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş