Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/4 s. 3—6
  • Taleyiniz sizin ixtiyarınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Taleyiniz sizin ixtiyarınızdadırmı?
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Qabaqcadan müəyyən edilmə tə’limi və iradə azadlığı bir-birinə uyğundurmu?
  • Qabaqcadan tə’yin edilənlər fərdi, yoxsa qrup şəklində insanlardır?
  • Siz gələcəyinizə necə tə’sir göstərə bilərsiniz?
  • Həqiqi azadlığa gedən yol
    Gözətçi qülləsi 2018
  • Bəşəriyyətin problemləri tezliklə həll olunacaqdır!
    Gözətçi qülləsi 2002
  • Yehova «axırı əvvəldən» bildirən Allahdır
    Gözətçi qülləsi 2006
  • Möhkəm təməl üzərində kök salmısanmı?
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/4 s. 3—6

Taleyiniz sizin ixtiyarınızdadırmı?

TALEYİMİZ qabaqcadan müəyyən edilibmi? Doğrudanmı, biz öz gələcəyimizə tə’sir göstərməyə qadir deyilik?

Tutaq ki, insan öz taleyinin ağasıdır. Belə olan halda kiminsə rolu və ya mövqeyi qabaqcadan müəyyən edilə bilərmi? İnsanlar öz talelərini müəyyən etməkdə azaddırlarsa, Allah yer üzünə dair niyyətini necə həyata keçirə bilər? Müqəddəs Kitab bu suallara inandırıcı cavablar verir.

Qabaqcadan müəyyən edilmə tə’limi və iradə azadlığı bir-birinə uyğundurmu?

Yehova Allahın bizi necə yaratdığının üzərində düşünün. Müqəddəs Kitabda deyilir: «[İnsanı] Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı» (Yaradılış 1:27). Allahın surətində yaradılan biz insanlar Onun məhəbbət, ədalət, müdriklik və qüvvə kimi xüsusiyyətlərini əks etdirməyə qadirik. Allah bizə həmçinin iradə azadlığı, yə’ni seçim azadlığı vermişdir. Bizi yer üzündəki digər bütün varlıqlardan fərqləndirən məhz budur. Biz Allahın əxlaq prinsiplərinə riayət edib-etməyəcəyimizi seçmək ixtiyarına malikik. Məhz buna görə də Musa demişdir: «Qarşınızda həyatla ölümü, bərəkətlə lə’nəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın» (Qanunun təkrarı 30:19, 20).

Lakin seçim azadlığı tam azadlığa malik olmaq demək deyil. Biz Allahın Kainatda sülh və nizam-intizamın olması üçün tə’yin etdiyi fiziki və əxlaqi qanunlara tabe olmaqdan azad edilməmişik. Bu qanunlar bizim xeyrimizədir, onlardan bir balaca kənara çıxmaq isə ciddi nəticələrə səbəb olur. Bir anlığa düşünün: əgər kim isə cazibə qanununa məhəl qoymadan çoxmərtəbəli binanın damından tullanarsa, nə baş verər? (Qalatiyalılara 6:7).

Seçim azadlığı həm də üzərimizə öhdəçiliklər qoyur; bu cür azadlığı olmayan məxluqlar belə öhdəçiliklərə malik deyillər. Filosof-humanist Korliss Lamont soruşur: «İnsanları əxlaq normalarını pozduqlarına görə mühakimə etmək və işlətdikləri cinayətə görə cəzalandırmaq, eyni zamanda da onların qərar və hərəkətlərinin qabaqcadan müəyyən edildiyinə inanmaq müdriklikdirmi?» Əlbəttə ki, yox. İnstinktlə hərəkət edən heyvanlar öz hərəkətlərinə görə mə’nəvi məs’uliyyət daşımırlar. Eləcə də daxilinə qoyulan proqramları yerinə yetirdiyi üçün heç kim kompüterə irad tutmayacaq. Biz isə, seçim azadlığına malik olduğumuz üçün, əməllərimizə görə məs’uliyyət daşıyırıq.

Allahın, hələ biz doğulmazdan əvvəl həyat yolumuzu müəyyən etməsi, sonra isə hərəkətlərimizə görə bizi məs’uliyyətə cəlb etməsi necə də amansız və ədalətsiz davranış olardı! Yehova Allah bu cür davranmır, çünki O, «məhəbbətdir» və Onun «bütün yolları haqdır» (1 Yəhya 4:8; Qanunun təkrarı 32:4). Allah bizə iradə azadlığı verdiyi üçün, qabaqcadan müəyyən edilmənin tərəfdarlarının iddia etdikləri kimi, O, «kimi xilas edəcəyinə, kimi isə əbədi işgəncələrə məhkum edəcəyinə əvvəlcədən qərar» verməmişdir. İradə azadlığı və qabaqcadan müəyyən etmə tə’limi bir-birinə ziddir.

Müqəddəs Kitab aydın şəkildə göstərir ki, insanın etdiyi seçim onun gələcəyinə tə’sir göstərə bilər. Məsələn, Allah günahkarlara növbəti sözlərlə müraciət edir: «İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki... sizə pislik etməyim» (Yeremya 25:5, 6). Əgər Allah hər bir insanın taleyini qabaqcadan müəyyən etmiş olsaydı, bu sözlər mə’nasız olardı. Bundan əlavə, Allahın Kəlamında deyilir: «Günahlarınızın silinməsi üçün tövbə edin və dönün ki, Rəbbin hüzurundan dincəliş vaxtları gəlsin» (Həvarilərin işləri 3:19, 20). Əgər Yehova insanların öz talelərini dəyişmək qüvvəsində olmadıqlarını bilirsə, onda onları nəyə görə tövbə etməyə və dönməyə çağırır?

Müqəddəs Yazılarda İsa Məsihlə birlikdə göydə padşahlıq etmək üçün Allahın də’vət etdiyi insanlar haqqında danışılır (Matta 22:14; Luka 12:32). Lakin orada həm də deyilir ki, axıracan tab gətirməsələr, onlar bu nadir imkandan məhrum olacaqlar (Vəhy 2:10). Əgər Allah onların seçilməyəcəklərini qabaqcadan qərara almışdırsa, bəs onda onları nə üçün də’vət edirdi? Həvari Pavelin həmimanlılara müraciət etdiyi sözlərin üzərində düşünün: «Həqiqəti dərk edib mənimsədikdən sonra qəsdən günah işləsək, günahlar üçün artıq qurban qalmaz» (İbranilərə 10:26). Əgər Allah onların taleyini qabaqcadan həll etmiş olsaydı, bu cür xəbərdarlıq mə’nasız olardı. Bəs Allah ən azından bə’zi insanların İsa Məsihlə birlikdə padşahlıq edəcəklərini qabaqcadan müəyyən etməmişdirmi?

Qabaqcadan tə’yin edilənlər fərdi, yoxsa qrup şəklində insanlardır?

Həvari Pavel yazırdı: ‘Bizi Məsihdə hər cür ruhani ne’mətlə səmavi aləmdə mübarək etmiş Allaha həmd olsun! Çünki O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi. Bizi qabaqcadan Özü üçün İsa Məsih vasitəsilə oğulluğa tə’yin etdi’ (Efeslilərə 1:3-6). Allah qabaqcadan nəyi tə’yin etmişdir və «dünya yaranmazdan qabaq» seçilmək nə deməkdir?

Bu parçadan görünür ki, Allah ilk insan olan Adəmin nəslindən bə’zi adamları Məsihlə birlikdə göydə padşahlıq etmək üçün seçmişdir (Romalılara 8:14-17, 28-30; Vəhy 5:9, 10). Lakin müəyyən insanların bu imtiyazı alacaqlarına Yehova Allahın min illər qabaq qərar verməsi iddiası, insanların seçim azadlığına malik olması faktına ziddir. Allah konkret insanların deyil, xüsusi bir qrupun peyda olacağını qabaqcadan müəyyən etmişdir.

Bunu belə bir nümunənin əsasında təsvir etmək olar: müəyyən bir hökumət hansısa hakimiyyət orqanı yaratmaq qərarına gəlmiş və onun xidməti vəzifələrini, səlahiyyətlərini və oraya daxil olacaq insanların sayını müəyyən etmişdir. Nəticədə bir qədər vaxt keçdikdən sonra həmin hakimiyyət orqanı fəaliyyətə başlayır və onun üzvləri bəyan edir: «Çox illər qabaq hökumət bizim görəcəyimiz işləri müəyyən etmişdir. İndi isə bizə tapşırılan işə başlayırıq». Buradan belə bir nəticə çıxarmaq olarmı ki, hökumət bu hakimiyyət orqanına məhz kimlərin daxil olacağını lap başlanğıcdan müəyyən etmişdir? Əlbəttə, yox. Buna bənzər tərzdə, Yehova Adəmin günahının nəticəsini aradan qaldıracaq xüsusi hakimiyyət orqanın yaradılmasını və bu orqana məhz kimlərin daxil olacağını deyil, həmin orqanın bir qrup tərəfindən idarə olunacağını qabaqcadan müəyyən etmişdir. Bunun üçün kimlərin seçiləcəyini sonradan həll etmək nəzərdə tutulmuşdu, həmin insanların edəcəkləri seçimlər isə, onların bu iş üçün layiq olub-olmayacaqlarını göstərəcəkdi.

Həvari Pavel: «[Allah] dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi» deyərkən hansı dünyanı nəzərdə tuturdu? Pavel burada «dünya» sözü altında Allahın Adəm və Həvvanı yaradarkən başlanğıc verdiyi dünyanı nəzərdə tutmurdu. Həmin dünya «çox yaxşı» idi, onda nə çürüklük, nə də günah vardı (Yaradılış 1:31). Günahdan xilas olunmağa ehtiyac yox idi (Efeslilərə 1:8).

Pavel, Adəmlə Həvvanın Edendəki üsyanlarından sonra yaranan dünya haqqında danışırdı. Həmin dünya Allahın başlanğıcda nəzərdə tutduğu dünyadan olduqca fərqlənirdi. Bu, Adəmlə Həvvanın övladlarının dünyaya gəlməsi ilə mövcud olmağa başlayan dünya idi. O, Allahdan uzaqlaşmış və günahla çürüklüyün köləliyinə düşmüş insanlardan ibarətdir. Bilərəkdən günah işlətmiş Adəmlə Həvvadan fərqli olaraq, bu insanları günahdan azad etmək mümkündür (Romalılara 5:12; 8:18-21).

Edendəki üsyan nəticəsində yaranan vəziyyətdən dərhal çıxış yolu tapmaq Yehova Allah üçün çətin deyildi. Fidiyəyə ehtiyac yaranan kimi, O, İsa Məsihin başçılığı altında Xilaskar Padşahlığın yaradılmasını qabaqcadan müəyyən etdi. Bu Padşahlıq bəşəriyyətin günahdan azad edilməsində xüsusi rol oynamalı idi (Matta 6:10). Allah bunu dünyanın, yə’ni fidiyəyə ehtiyac duyan bəşəriyyətin yaranmasından, daha doğrusu, üsyançı Adəmlə Həvvanın övladlarının doğulmasından qabaq müəyyən etmişdir.

İstədikləri şeyi həyata keçirmək üçün, adətən insanlara plan qurmaq lazım gəlir. Qabaqcadan müəyyən etmə tə’limindən nəticə çıxarmaq olar ki, hər şeyin qabaqcadan müəyyən olunduğu Kainata dair də Allahın ətraflı planı olmalıdır. Roy Uederford yazır: «Bir çox filosofların fikrincə, hər bir hadisənin ətraflı surətdə təsvir olunmaması Allahın Böyüklüyünə ziddir». Bəs Allahın hər bir hadisəni qabaqcadan planlaşdırmasına ehtiyac varmı?

Yehova — böyük qüdrətə və misilsiz müdrikliyə malik Allahdır. O, yaratdıqlarının iradə azadlığından istifadə etmələri nəticəsində yarana biləcək hər bir vəziyyətdən çıxış yolu tapmağa qadirdir (Yeşaya 40:25, 26; Romalılara 11:33). O, bunu bir anın içində və qabaqcadan plan qurmadan etmək qüvvəsinə malikdir. Məhdud imkanlı qeyri-kamil insanlardan fərqli olaraq, Qadir olan Allahın yer üzündə yaşayan hər bir insanın taleyini qabaqcadan müəyyən edən ətraflı, hazır plana ehtiyacı yoxdur (Süleymanın məsəlləri 19:21). Müqəddəs Kitabın bir sıra tərcümələrində Efeslilərə 3:11 ayəsində Allahın hazır plana deyil, «əzəli məqsədə» sahib olduğu deyilir.

Siz gələcəyinizə necə tə’sir göstərə bilərsiniz?

Allahın Yer kürəsi üçün niyyəti var və bu niyyət qabaqcadan müəyyən edilmişdir. Vəhy 21:3, 4 ayələrində deyilir: «Budur, Allahın məskəni insanlarla bərabərdir və O, onlarla bərabər yaşayacaqdır. Onlar Onun xalqı olacaq və Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi». Bəli, Yehovanın əzəldən nəzərdə tutduğu kimi Yer kürəsi Cənnət olacaq (Yaradılış 1:27, 28). Bəs siz orada olacaqsınızmı? Bu, hal-hazırda etdiyiniz seçimdən asılıdır. Yehova sizin taleyinizi qabaqcadan müəyyən etməmişdir.

Allahın Oğlunun, İsa Məsihin, fidiyə qurbanlığı ona iman edən hər bir kəsə əbədi həyatı almaq imkanı verir (Yəhya 3:16, 17; Həvarilərin işləri 10:34, 35). Müqəddəs Kitabda deyilir: «Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir» (Yəhya 3:36). Siz, Müqəddəs Kitabdan Allah, Onun iradəsi və Oğlu haqqında öyrənməklə və öyrəndiklərinizi həyatınızda tətbiq etməklə həyatı seçə bilərsiniz. Allah Müqəddəs Kitabdakı həqiqi müdrikliyə əsasən davranan insanı əmin edir ki, «əmin-amanlıqda yaşayacaq, rahatlıq tapacaq, pislikdən qorxmayacaq» (Süleymanın məsəlləri 1:20, 33).

[5-ci səhifədəki şəkillər]

Heyvanlardan fərqli olaraq, insanlar öz hərəkətlərinə görə mə’nəvi məs’uliyyət daşıyırlar.

[İcazə ilə]

Eagle: Foto: Cortesía de GREFA

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş