Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/4 s. 29—32
  • «Hakimlər» kitabından diqqətəlayiq fikirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Hakimlər» kitabından diqqətəlayiq fikirlər
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Hakimlərə nə üçün ehtiyac var idi?
  • (Hakimlər 1:1–3:6)
  • YEHOVA HAKİMLƏR YETİRİR
  • (Hakimlər 3:7–16:31)
  • İSRAİLDƏKİ DİGƏR CİNAYƏTLƏR
  • (Hakimlər 17:1–21:25)
  • Qurtuluşumuz yaxındır
  • Hakimlərin məzmunu
    Müqəddəs Kitab
  • İki cəsur qadın
    Müqəddəs Kitab hekayələri
Gözətçi qülləsi 2005
w05 1/4 s. 29—32

Yehovanın Kəlamı canlıdır

«Hakimlər» kitabından diqqətəlayiq fikirlər

XİDMƏTÇİLƏRİ Yehovadan üz döndərib, yalançı allahlara ibadət etməyə başladıqları zaman, O necə davranırdı? Bəs əgər onlar Yehovaya itaət etməkdən dəfələrlə imtina edir və yalnız fəlakətə düşəndə Onu xatırlayırdılarsa, necə? Belə olan halda Yehova onlara kömək edirdimi? Bu və digər vacib suallara «Hakimlər» kitabı cavab verir. Şamuel peyğəmbər bu kitabı b. e. ə. təxminən 1100-cü ildə yazıb qurtarmışdır. Bu kitab Yeşuanın ölümündən ilk İsrail padşahının taxta çıxdığı vaxta qədər — təxminən 330 il ərzində — baş vermiş hadisələri təsvir edir.

«Hakimlər» kitabı Allahın canlı kəlamının, yə’ni məktubunun bir hissəsi kimi bizim üçün çox qiymətlidir (İbranilərə 4:12). Bu kitabda qeydə alınmış həyəcanlandırıcı əhvalatlar bizə Allahın şəxsiyyətini açıqlayır. Bu əhvalatlardan aldığımız ibrət dərsləri imanımızı möhkəmləndirir və «həqiqi həyatdan» — Allahın və’d etdiyi yeni dünyada olacaq əbədi həyatdan möhkəm yapışmağa kömək edir (1 Timoteyə 6:12, 19, İ–93; 2 Peter 3:13). Öz xalqını xilas etmək üçün Yehovanın gördüyü bütün tədbirlər, Onun Oğlunun, İsa Məsihin gələcəkdə gətirəcəyi daha böyük qurtuluş barədə təsəvvür verir.

Hakimlərə nə üçün ehtiyac var idi?

(Hakimlər 1:1–3:6)

İsrail qəbilələri Yeşuanın rəhbərliyi altında Kən’an padşahlarını məğlub etdikdən sonra öz torpaq paylarını ələ keçirmək üçün yola düşdülər. Lakin israillilər o torpağın sakinlərinin hamısını qovmadılar. Sonradan bu bütpərəstlər onlar üçün əsl mə’nada tələyə çevrildilər.

Yeşuanın ölümündən sonra «Rəbbi və İsrail üçün etmiş olduğu işi bilməyən başqa bir nəsil törədi» (Hakimlər 2:10, KM). Üstəlik, onlar kən’anlılarla nikaha daxil olur və onların allahlarına xidmət edirlər. Buna görə də Yehova israilliləri düşmənlərin əlinə verir. Onlara verilən zülm şiddətlənəndə, İsrail oğulları kömək üçün həqiqi Allaha yalvarırlar. Öz xalqını düşmənlərdən xilas etmək üçün Yehovanın yetirdiyi hakimlər haqqındakı kitabda təsvir olunan hadisələr bu cür dini, sosial və siyasi şəraitdə baş verir.

Müqəddəs Kitab suallarına cavablar:

1:2, 4 — Nəyə görə Yəhuda qəbiləsi payına düşən torpağı birinci ələ keçirməli idi? Əslində bu şərəf Yaqubun ilk oğlu olan Ruvenin qəbiləsinə məxsus idi. Lakin Yaqub ölüm yatağında olarkən peyğəmbərlik etdi ki, Ruven ilk oğulluq haqqını itirdiyi üçün digərlərindən üstün olmayacaq. Qəddarlıqla davranan Şimeon və Levi İsrailə səpələnməli idilər (Yaradılış 49:3-5, 7). Beləliklə, bu üstünlük Yaqubun dördüncü oğlu Yəhudaya verildi. Yəhuda ilə birlikdə gedən Şimonun payına da Yəhudanın böyük ərazisinə səpələnmiş kiçik torpaq sahələri düşdü (Yeşua 19:9)a.

1:6, 7 — Məğlub edilmiş padşahların əllərinin və ayaqlarının baş barmaqlarını nəyə görə kəsdilər? Əllərinin və ayaqlarının baş barmaqları olmayan insan müharibəyə yaramırdı. Məgər əlinin baş barmağı olmayan əsgər nizə və ya qılınc tuta bilərdi? Ayaqlarının baş barmaqları olmadıqda isə o öz müvazinətini saxlaya bilməzdi.

Bizim üçün ibrət dərsləri:

2:10-12. Yehovanın «etdiyi yaxşılıqları» unutmamaq üçün, müntəzəm olaraq Müqəddəs Kitabı öyrənmək qrafikimiz olmalıdır (Məzmur 103:2). Valideynlər Müqəddəs Kitab həqiqətlərini öz uşaqlarının ürəyinə yeritməlidirlər (Qanunun təkrarı 6:6-9).

2:14, 21, 22. Yehovanın bu cür fəlakətlərə yol verməkdə məqsədi itaətsiz xalqını cəzalandırmaq, təmizləmək və Ona dönməyə təşviq etməkdir.

YEHOVA HAKİMLƏR YETİRİR

(Hakimlər 3:7–16:31)

Hakimlərin hünərləri barəsində olan maraqlı hekayələr Otnielin İsraili Mesopotamiya padşahının səkkizillik əsarətindən azad etməsindən başlanır. Hakim Ehud qəti addım atır və tosqun Moav padşahı Eqlonu öldürür. Cəsur Şamqar təkbaşına 600 filiştlini öküz payası ilə öldürür. Baraq və onun on min nəfərdən ibarət olan yüngül silahlanmış ordusu peyğəmbər Devoranın ürəkləndirməsi və həmçinin Yehovanın köməyi sayəsində, Sisranın güclü ordusunu tamamilə məğlub edir. Yehova Gideonu yetirir, ona və 300 döyüşçüsünə midyanlılar üzərində qələbə verir.

İftahın vasitəsilə Yehova israilliləri ammonlulardan azad edir. İsraildə hakimlik edən 12 nəfər kişinin arasında həmçinin Tola, Yair, İvsan, Elon və Avdon da vardı. Hakimlərin dövrü filiştlilərə qarşı vuruşan Şimşonla başa çatır.

Müqəddəs Kitab suallarına cavablar:

4:8 — Nəyə görə Baraq, peyğəmbər Devoranın onunla döyüş meydanına getməsini tə’kid etmişdir? Görünür, Baraq Sisranın ordusunun qarşısına təkbaşına çıxmaq iqtidarında olmadığını düşünürdü. Peyğəmbərin yanında olması isə onu və ordusunu Allahın onlara rəhbərlik verdiyinə əmin edərək onları cəsarətləndirərdi. Baraqın Devoranın onunla getməsini tə’kid etməsi zəifliyin deyil, güclü imanın əlaməti idi.

5:20 — Ulduzlar göydən Baraq uğrunda necə döyüşürdülər? Müqəddəs Kitabda dəqiq deyilmir. Ola bilsin ki, bu, mələklərin müdaxiləsi, yaxud Sisranın müdriklərinin fəlakət əlaməti kimi yozduqları meteor yağışı, yaxud Sisra üçün baxılan və düzgün çıxmayan astroloji proqnoz idi. Lakin şübhə yoxdur ki, bu, müəyyən dərəcədə Allahın müdaxiləsi idi.

7:1-3; 8:10 — Nəyə görə Yehova Gideona, 135 minlik düşmən ordusuna qarşı çıxmaq üçün 32 min adamın həddindən çox olduğunu söylədi? Ona görə ki, Gideona və onun adamlarına qələbə qazandıran Yehova idi. Allah istəmirdi ki, onlar midyanlıları öz qüvvələri ilə məğlub etdiklərini düşünsünlər.

11:30, 31 — İftah əhd edərkən insan qurbanı gətirəcəyinimi nəzərdə tuturdu? Qanunda, «aranızda oğul və qızını oda qurban verən... olmasın» deyildiyi üçün, belə bir fikir İftahın ağlından belə keçmirdi (Qanunun təkrarı 18:10). Buna baxmayaraq, onun nəzərdə tutduğu heyvan deyil, insan qurbanı idi. Ehtimal ki, israillilər qurban üçün yararlı olan heyvanları evdə saxlamırdılar. Həm də ki, heyvanı qurban gətirməkdə xüsusi bir şey yox idi. İftah dərk edirdi ki, onu qarşılamaq üçün evdən çıxanlardan biri onun qızı ola bilərdi. O qarşısına çıxan adamı mə’bəddə Yehovaya müqəddəs xidmətə verməklə «yandırma qurbanı» kimi təqdim edəcəkdi.

Bizim üçün ibrət dərsləri:

3:10. Ruhani məqsədlərə nail olmaq insanın müdrikliyindən yox, Yehovanın ruhundan asılıdır (Məzmur 127:1).

3:21. Ehud qılıncdan məharətlə və cəsarətlə istifadə edirdi. Biz də «Ruhun qılıncını, yə’ni Allahın sözünü» istifadə etməkdə təcrübə əldə etməliyik. Bu o deməkdir ki, biz Müqəddəs Yazıları xidmətdə cəsarətlə istifadə etməliyik (Efeslilərə 6:17; 2 Timoteyə 2:15).

6:11-15; 8:1-3, 22, 23. Gideonun təvazökarlığından üç vacib dərs öyrənirik: 1) Xidmətimizdə imtiyazlı tapşırıq alanda diqqətimizi şöhrət və nüfuza yönəltmək əvəzinə, bu tapşırıqla bağlı məs’uliyyət barədə düşünməliyik. 2) Mübahisə etməyə meylli olanlara qarşı təvazökarlıq göstərmək müdriklik olardı. 3) Təvazökarlıq bizə cəmiyyətdəki mövqeyimiz barədə həddindən artıq narahat olmamağa kömək edəcək.

6:17-22, 36-40. Biz də ehtiyatlı olmalıyıq və ‘hər ruha inanmamalıyıq’. Bunun əvəzinə «onların Allahdan olub-olmadığını» sınaqdan keçirməliyik (1 Yəhya 4:1). Verəcəyi məsləhətin bütünlüklə Allahın Kəlamına əsaslandığına əmin olmaq üçün, yeni tə’yin olunmuş məsihçi ağsaqqalın daha təcrübəli ağsaqqalla məsləhətləşməsi müdrik davranış olardı.

6:25-27. Öz düşmənlərini lazımsız yerə acıqlandırmamaqla Gideon ehtiyatlı davrandı. Xoş xəbəri təbliğ edərkən diqqətli olmalıyıq ki, danışıq tərzimizlə lazımsız yerə başqalarının hisslərinə toxunmayaq.

7:6. Yehovaya xidmətdə, Gideonun 300 nəfər əsgəri kimi, ayıq və ehtiyatlı olmalıyıq.

9:8-15. Şöhrətpərəstlikdən irəli gələrək yüksək vəzifəyə və hakimiyyətə can atmaq necə də ağılsızlıqdır!

11:35-37. İftahın yaxşı nümunəsi, şübhəsiz, onun qızının güclü iman və fədakarlıq ruhu inkişaf etdirməsinə səbəb oldu. Bizim günlərdə valideynlər də öz uşaqlarına bu cür nümunə verə bilərlər.

11:40, YD. Tə’rif — Yehovaya xidmətdə hazırlıq ruhu təzahür etdirənləri ruhlandırmaq üçün gözəl vasitədir.

13:8. Uşaqların tərbiyəsi məsələsində valideynlər rəhbərlik üçün Yehovaya dua etməli və bu rəhbərliyə əsasən davranmalıdırlar (1 Timoteyə 3:16).

14:16, 17; 16:16. Ağlayıb-sızlamaqla təzyiq göstərmək, ailədəki münasibətlərə zərər gətirə bilər (Süleymanın məsəlləri 19:13; 21:19).

İSRAİLDƏKİ DİGƏR CİNAYƏTLƏR

(Hakimlər 17:1–21:25)

«Hakimlər» kitabının sonuncu hissəsində diqqəti cəlb edən iki hekayə var. Birincisində söhbət evinə büt qoyan və ona kahinlik etmək üçün bir Levilini işlədən Mikeya adlı adamdan gedir. Danlılar Layiş, yə’ni Leşem şəhərini darmadağın etdikdən sonra, öz şəhərlərini tikir və onu Dan adlandırırlar. Mikeyanın bütündən və kahinindən istifadə edərək, onlar Danda başqa ibadət növü yaradırlar. Layişin zəbt edilməsi, ehtimal ki, Yeşuanın ölümündən qabaq baş vermişdir (Yeşua 19:47).

İkinci hadisə Yeşuanın ölümündən tezliklə sonra baş verir. Binyaminin Givea şəhərinin bir qrup sakini tərəfindən törədilən kütləvi zorakılıq az qala Binyamin qəbiləsinin tamamilə məhvinə gətirib çıxarsın. Ancaq 600 nəfər kişi sağ qalır. Lakin onların evlənməsinə imkan yaradan çıxış yolu tapılır, belə ki, Davudun günlərinə kimi onların sayı artır və təxminən 60 min əsgər olur (1 Salnamələr 7:6-11).

Müqəddəs Kitab suallarına cavablar:

17:6; 21:25 — Əgər «hərə öz gözündə doğru görünən işi edirdi»sə, bu, nizamsızlığa səbəb olmurdumu? Xeyr, axı Yehova Öz xalqına rəhbərlik təqdim etmək üçün çox tədbirlər görmüşdür. Yehova onlara Öz yollarını Qanun və kahinlik vasitəsilə öyrədirdi. Vacib məsələlərlə əlaqədar baş kahin Allaha Urim və Tummim vasitəsilə müraciət edirdi (Çıxış 28:30). Bundan əlavə, hər bir şəhərdə sağlam öyüd verə biləcək ağsaqqallar vardı. İsrailli bu tədbirlərdən faydalananda, vicdanına istiqamət verən sağlam rəhbərlik əldə edirdi. Bu zaman «öz gözündə doğru görünən» işi edən israilli yaxşı səmərələr qazanırdı. Digər tərəfdən isə, əgər o, davranış tərzinə və Allaha xidmətə aid olan qanunlara e’tinasızlıq göstərir və öz bildiyi kimi hərəkət edirdisə, nəticə acınacaqlı olurdu.

20:17-48 — Binyamin qəbiləsinin özünü cəzalandırmaq lazım gəldiyi halda, nəyə görə Yehova onların başqa qəbilələri iki dəfə məğlub etmələrinə yol verdi? Yehova başlanğıcdan sadiq qəbilələrin arasında böyük itkilərə yol verməklə, onların İsraildə pisliyin kökünü kəsmək qətiyyətlərini sınayırdı.

Bizim üçün ibrət dərsləri:

19:14, 15. Givea sakinlərinin qonaqpərvərlik göstərməkdən boyun qaçırmaları, onlarda vacib mə’nəvi cəhətlərin çatışmadığını göstərirdi. Məsihçilər «qonaqpərvər olmağa» çağırılırlar (Romalılara 12:13).

Qurtuluşumuz yaxındır

Allahın Padşahlığı İsa Məsihin rəhbərliyi altında tezliklə bu pis dünyanı məhv edərək, saleh və nöqsansız insanlara tam qurtuluş bəxş edəcək (Süleymanın məsəlləri 2:21, 22; Daniel 2:44). O zaman Yehovanın bütün düşmənləri məhv olacaq, onu sevənlər isə «qüdrəti ilə doğan günəş kimi» olacaqlar (Hakimlər 5:31). Gəlin Yehovanı sevən insanlarla birlikdə «Hakimlər» kitabından öyrəndiyimiz şeyləri tətbiq edək.

Hakimlər kitabında əsas bir həqiqət dönə-dönə təsdiq olunur: Yehovaya itaətkarlıq bol xeyir-dualara, itaətsizlik isə dəhşətli nəticələrə gətirib çıxarır (Qanunun təkrarı 11:26-28). Allahın bizə açılan iradəsinə «ürəkdən itaət» etməyimiz necə də vacibdir! (Romalılara 6:17; 1 Yəhya 2:17).

[Haşiyə]

a Levililər Və’d edilmiş diyarda İsrail boyu səpələnmiş 48 şəhərdən savayı, irs olaraq torpaq almadılar.

[31-ci səhifədəki xəritə]

(Xəritəyə nəşrin özündə baxın)

«Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi» (Hakimlər 2:16).

HAKİMLƏR

1. Otniel

2. Ehud

3. Şamqar

4. Baraq

5. Gideon

6. Tola

7. Yair

8. İftah

9. İvsan

10. Elon

11. Avdon

12. Şimşon

DAN

MENAŞŞE

NAFTALİ

AŞER

ZEVULUN

İSSAKAR

MENAŞŞE

QAD

EFRAYİM

DAN

BİNYAMİN

RUVEN

YƏHUDA

[32-ci səhifədəki şəkil]

Devoranın döyüş meydanına onunla getməsini tə’kid edən Baraqın hadisəsindən nə öyrəndiniz?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş