Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/6 s. 23—28
  • Ata və analar, dəyərli mirasınızı qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ata və analar, dəyərli mirasınızı qoruyun
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Allahın rəhbərliyinə bu gün nəyə görə ehtiyac var?
  • Hikmət qazandıran tə’lim
  • Məhəbbətə əsaslanan istək
  • Arzu olunan bəhrələr
  • Vacib tə’lim
  • Bütün sə’ylərə dəyər
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Övladlarımızın nəyə ehtiyacı var?
    Böyük Müəllimdən öyrən
  • Övladlarımız dəyərli mirasdır
    Gözətçi qülləsi 2005
  • Uşaqlarınıza Yehovanı sevməyi öyrədin
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/6 s. 23—28

Ata və analar, dəyərli mirasınızı qoruyun

‘Hikmət sipərdir, ona sahib olana həyat verər’ (VAİZ 7:12).

1. Nəyə görə valideynlər öz uşaqlarına hədiyyə kimi yanaşmalıdırlar?

VALİDEYNLƏR xarici görünüşünə və xasiyyətinə görə özlərinə bənzəyən yeni bir insan dünyaya gətirirlər. Müqəddəs Kitab uşaqları Yehovadan olan miras adlandırır (Məzmur 127:3). Yehova Həyatverən olduğu üçün, demək olar ki, əslində Özünə məxsus olanı valideynlərə e’tibar etmişdir (Məzmur 36:9). Atalar və analar, Allahdan aldığınız bu dəyərli hədiyyəyə necə münasibət göstərirsiniz?

2. Manoah tezliklə ata olacağını eşidəndə necə davrandı?

2 Sözsüz ki, bu cür hədiyyəni həlimliklə və minnətdarlıqla qəbul etmək lazımdır. Üç min il əvvəl israilli Manoah da bu cür davrandı. Bir mələk onun arvadına uşaq doğacağını xəbər verdi. Bu sevindirici xəbəri eşidəndə, Manoah dua etdi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin» (Hakimlər 13:8). Atalar və analar, Manoahın nümunəsindən nə öyrənə bilərsiniz?

Allahın rəhbərliyinə bu gün nəyə görə ehtiyac var?

3. Uşaqların tərbiyəsində Yehovanın rəhbərliyinə nəyə görə xüsusilə bu gün ehtiyac var?

3 Bu gün uşaqlarını tərbiyə etmək üçün valideynlər Yehovanın rəhbərliyinə xüsusilə ehtiyac duyurlar. Nəyə görə? Şeytan İblis və onun mələkləri göydən yerə atılmışlar. Müqəddəs Kitab xəbərdarlıq edir: «Yerə... vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:7-9, 12). Müqəddəs Kitabda izah edilir ki, Şeytan «nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir» (1 Peter 5:8). Adətən aslanın qurbanı köməksizlər — zəiflər və ya gənclər olur. Buna görə də, məsihçi valideynlər uşaqlarını müdafiə etmək üçün Yehovanın rəhbərliyini axtarırlarsa, hikmətli davranırlar. Bunun üçün siz nə qədər sə’y göstərirsiniz?

4. a) Yaxınlıqda aslanın gəzdiyini bilən valideynlər dərhal nə edəcəklər? b) Uşaqları qorumaq üçün nə lazımdır?

4 Əgər bilsəydiniz ki, evinizin yaxınlığında aslan gəzir, dərhal uşaqlarınızı necə müdafiə edəcəyiniz barədə düşünməzdinizmi? Şeytan bu yırtıcıya bənzəyir. O, Allahın xidmətçilərini yoldan çıxarmağa, bununla da Onun iltifatından məhrum etməyə çalışır (Əyyub 2:1-7; 1 Yəhya 5:19). Uşaqlar asan bir hədəfdir. İblisin tələlərinə düşməmək üçün uşaqlar Yehova ilə tanış olmalı və Ona qulaq asmalıdırlar. Müqəddəs Kitab bilikləri olduqca vacibdir. İsa demişdir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bundan əlavə, gənclərin müdrikliyə, yə’ni öyrəndiklərini başa düşmək və tətbiq etmək bacarığına da ehtiyacları var. ‘Hikmət ona sahib olana həyat verdiyi’ üçün, siz valideynlər həqiqəti uşaqlarınızın ürəyində yetişdirməlisiniz (Vaiz 7:12). Bunu necə edə bilərsiniz?

5. a) Müdrik olmağı necə öyrətmək olar? b) «Süleymanın məsəlləri» kitabında hikmətli olmağın dəyəri haqqında nə deyilir?

5 Uşaqlara Allahın Kəlamını oxumaq olar, bunu etmək hətta vacibdir də. Lakin bu kifayət deyil. Onlar oxuduqlarını başa düşməlidirlər, çünki yalnız belə olanda onlar Yehovanı sevə və Ona itaətkar ola bilərlər. Bir nümunəni nəzərdən keçirək. Uşağa deyilir ki, küçəni keçməzdən əvvəl sola, sonra isə sağa baxmaq lazımdır. Buna baxmayaraq, bə’zi uşaqlar belə etmirlər. Nəyə görə? Yəqin ki, maşın altına düşə biləcəyi uşağa yaxşı başa salınmayıb. Buna görə də, yolu qaçaraq keçməyin onun üçün təhlükəli olduğunu dərk etmir. Bu «səfehlik» fəlakətə gətirib çıxara bilər. Müdrik olmağı öyrətmək üçün vaxt və geniş səbir tələb olunur. Lakin hikmət buna dəyər! Müqəddəs Kitabda onun haqqında deyilir: «Onun yolları bəyənilir, bütün yolları əmin-amandır. Ona bağlananlar üçün o, həyat ağacıdır, ondan möhkəm yapışanlar nə bəxtiyardır!» (Süleymanın məsəlləri 3:13-18; 22:15).

Hikmət qazandıran tə’lim

6. a) Nəyə görə uşaqlar çox vaxt müdrik davranmırlar? b) Hazırda hansı mübarizə gedir?

6 Çox vaxt uşaqların səhv hərəkətlərinə səbəb, valideynlərin onlara düzgün davranmağı öyrətməməsi yox, tə’limin ürəklərinə çatmamasıdır. İblis gənclərin ürəklərinə hakim olmaq üçün mübarizə aparır. O, uşaqların bu dünyanın pis tə’sirinə nə dərəcədə meylli olduqlarını görməyə, həm də miras aldıqları pislik etmək meylini öz məqsədlərində istifadə etməyə çalışır (Yaradılış 8:21; Məzmur 51:5). Valideynlər başa düşməlidirlər ki, onların uşaqlarının ürəklərini ələ keçirmək uğrunda əsl müharibə gedir.

7. Uşağa nəyin yaxşı, nəyin pis olduğunu demək nəyə görə kifayət deyil?

7 Valideynlər uşağa nəyin yaxşı, nəyin pis olduğunu deyəndə, çox vaxt ona müəyyən əxlaq prinsipini öyrətdiklərini düşünürlər. Onlar uşağa yalan danışmağın, oğurlamağın və nikahdan kənar cinsi əlaqədə olmağın səhv hərəkət olduğunu deyə bilərlər. Lakin sadəcə bunları söyləmək kifayət deyil. Uşağın sözə baxması üçün daha güclü səbəb tələb olunur. Başa salmaq lazımdır ki, bunlar Yehovanın qanunlarıdır. Uşaq, Allahın əmrlərinə tabe olmağın müdrik davranış olduğunu bilməlidir (Süleymanın məsəlləri 6:16-19; İbranilərə 13:4).

8. Hansı tə’lim uşağa müdrik davranmaqda kömək edə bilər?

8 Kainatın mürəkkəb quruluşu, canlı təbiətin müxtəlifliyi, fəsillərin bir-birini əvəz etməsi — bunların hamısı uşağa müdrik Yaradanın mövcud olduğunu başa düşməyə kömək edə bilər (Romalılara 1:20; İbranilərə 3:4). Bundan əlavə, uşağa Allahın onu sevdiyini, əbədi yaşaya bilməsi üçün Oğlunu onun uğrunda qurban verdiyini və itaətkarlığı ilə Allahı sevindirə biləcəyini demək lazımdır. Beləliklə, İblisin mane olmaq cəhdlərinə baxmayaraq, uşaq, ehtimal ki, Yehovaya xidmət etmək istəyəcək (Süleymanın məsəlləri 22:6; 27:11; Yəhya 3:16).

9. a) Həyati vacib tə’lim üçün nə tələb olunur? b) Atalara nə etmələri tapşırılır və buraya nə daxildir?

9 Uşağı qoruyan və onu düzgün davranmağa təşviq edən tə’lim vaxt, diqqət və yaxşı bir plan qurmağı tələb edir. Bu məsələdə valideynlərin Allahın rəhbərliyinə riayət etmələri vacibdir. Müqəddəs Kitabda deyilir: «Ey atalar... onları [uşaqları] Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efeslilərə 6:4). Bu nə deməkdir? «Nəsihət» kimi tərcümə olunan yunan sözü «ağıl qoymaq» mə’nasını daşıyır. Buna görə də, xüsusilə atalar uşaqlarının zehninə Yehovanın ağlını və düşüncə tərzini qoymağa təşviq edilirlər. Bu, gənclər üçün gözəl müdafiədir! Əgər uşaqlara Allahın düşüncə tərzi aşılanarsa, onlar pis əməllər törətmək istəməyəcəklər.

Məhəbbətə əsaslanan istək

10. Uşağınızı yaxşı tərbiyə etmək üçün nəyi bilməlisiniz?

10 Uşağınıza yaxşı tərbiyə vermək istəyirsinizsə, hərəkətləriniz məhəbbətə əsaslanmalıdır. Burada yaxşı ünsiyyət böyük rol oynayır. Uşağınızın həyatı ilə maraqlanın, onun düşüncə tərzini başa düşməyə çalışın. Onunla sakit şəraitdə söhbət edərək, ürəyini boşaltmasına kömək edin. Ehtimal ki, onun hansısa sözləri sizin üçün gözlənilməz olacaq. Qızğın reaksiya göstərməyin. Bunun əvəzinə, yaxşı-yaxşı dinləməyə çalışın.

11. Allahın düşüncə tərzini uşağınızın zehninə necə qoya bilərsiniz?

11 Yəqin ki, siz, Allahın cinsi əxlaqsızlığı qadağan edən qanunlarını uşağınızla birlikdə Müqəddəs Kitabdan dəfələrlə oxumusunuz (1 Korinflilərə 6:18; Efeslilərə 5:5). Ehtimal ki, uşaq Allaha nəyin məqbul olub-olmadığını mənimsəmişdir. Lakin Allahın düşüncə tərzini uşağın zehninə qoymaq üçün daha çox şey tələb olunur. Yehovanın qanunlarının dəyərini anlamaqda uşağın yardıma ehtiyacı var. O, bu qanunların müdrik və faydalı, onlara itaət etməyin isə məhəbbətin sübutu olduğuna əmin olmalıdır. Uşağınızla Müqəddəs Yazıların əsasında mülahizə yürüdün və ona Allahın nöqteyi-nəzərini qəbul etməyə kömək edin. Allahın düşüncə tərzini uşağın zehninə yalnız belə qoymaq olar.

12. Valideynlər uşağının cinsi əlaqələrə dair düzgün nöqteyi-nəzərə malik olmasına necə kömək edə bilərlər?

12 Cinsi əlaqələr haqqında danışarkən uşaqdan soruşmaq olar: «Yehovanın nikaha qədər cinsi əlaqəni qadağan edən qanunu haqqında nə düşünürsən? Bu, xoşbəxtlikdən məhrum edirmi?» Onu nöqteyi-nəzərini izah etməyə təşviq edin. Sonra qayğıkeş Yaradanın sayəsində uşağın dünyaya mö’cüzəli gəlişini müzakirə edərək soruşmaq olar: «Səncə, sevən Allahımız bizi sevincdən məhrum edən qanunlar verərmi? Yoxsa bu qanunlar bizim xoşbəxt olmağımız və qorunmağımız üçündür?» (Məzmur 119:1, 2; Yeşaya 48:17). Uşağın bu barədə nə düşündüyünü aydınlaşdırmağa çalışın. Bundan sonra onun diqqətini cinsi əxlaqsızlığın nə qədər kədər və iztirab gətirdiyini göstərən həyati nümunələrə yönəltmək olar (2 Şamuel 13:1-33). Allahın düşüncə tərzini uşağınızın zehninə qoymaq üçün Onun nöqteyi-nəzərini başa düşməyə və qəbul etməyə kömək edərək, onunla mülahizə yürütmək olduqca vacibdir. Lakin hər şey bununla bitmir.

13. Yehova haqqında nəyi başa düşməsi uşağı Onu dinləməyə xüsusilə təşviq edəcək?

13 Uşağa sadəcə Yehovaya itaətsizliyin nəticələri haqqında danışmaqla kifayətlənməyib, Onun həyat tərzimizə e’tinasız yanaşmadığını izah etmək də müdriklikdir. Müqəddəs Kitabın köməyi ilə göstərin ki, Yehovanın iradəsinə müvafiq yaşamadıqda, Onu kədərləndiririk (Məzmur 78:41). Ondan Yehovanı nə üçün kədərləndirmək istəmədiyini soruşun və izah edin ki, Allahın düşməni olan Şeytan Allaha məhəbbətdən deyil, xudbin məqsədlərlə xidmət etdiyimizi iddia edir. Sonra Əyyubun nöqsansızlığını qoruyaraq Yehovanı necə sevindirdiyini və bununla Şeytanın yalan ittihamına cavab verdiyini izah edin (Əyyub 1:9-11; 27:5). Uşaq başa düşməlidir ki, öz hərəkətləri ilə Yehovanı ya sevindirə, ya da kədərləndirə bilər (Süleymanın məsəlləri 27:11). Bunu və bir çox başqa ibrət dərslərini uşağa «Böyük Müəllimdən öyrən»a kitabının (rus.) vasitəsilə izah etmək olar.

Arzu olunan bəhrələr

14, 15. a) «Böyük Müəllim» kitabının hansı fəsilləri uşaqları düzgün davranmağa təşviq edir? b) Bu kitabdan istifadə edərək hansı müsbət nəticələri əldə etmisiniz? (26-27-ci səhifələrdəki çərçivəyə baxın.)

14 Xorvatiyada yeddi yaşlı nəvəsi ilə «Böyük Müəllim» kitabını oxuyan bir baba yazır ki, nəvəsi ona belə demişdir: «Anam nəyisə etməyimi xahiş etdi, mən isə etmək istəmirdim. Sonra kitabdakı “İtaətkarlığın səni qoruyur” adlı fəsil yadıma düşdü. Onda mən anama yaxınlaşıb dedim ki, onun sözünə qulaq asacağam». Floridadan olan bir ər-arvad «Nəyə görə yalan danışmamalıyıq?» fəslinə dair bunları demişlər: «Bu fəsildəki suallar uşağı ürəyini açmağa və başqa vaxt boynuna almayacağı şeyi e’tiraf etməyə təşviq edir».

15 «Böyük Müəllim» kitabında 230-dan artıq şəkil var. Onların hər biri üçün şəkilaltı imza və ya izahat verilir. Bu nəşrə görə minnətdar olan bir ana yazmışdır: «Çox vaxt səhifəni çevirmək vaxtı çatanda belə, oğlum gözünü şəkillərdən çəkə bilmir. Şəkillər qəşəng olmaqla yanaşı, həm də uşaqlara nə isə öyrədir, uzaq başı, suallar verməyə təşviq edir. Qaranlıq otaqda televizora baxan uşağın təsvir edildiyi şəklə baxaraq oğlum soruşdu: “Anacan, o nə edir?” — və səsinin tonundan aydın idi ki, burada nəyin isə səhv olduğunu başa düşür». Şəklin üzərində «Etdiyimiz hər şeyi kim görür?» sözləri yazılıb.

Vacib tə’lim

16. Uşaqlara hansı vacib tə’limi vermək lazımdır və nəyə görə?

16 Uşaq cinsiyyət orqanlarının necə istifadə olunub-olunmayacağını bilməlidir. Lakin bu haqda danışmaq həmişə asan olmur. Bir jurnalist qadın cinsiyyət orqanlarının adını çəkməyin ayıb hesab olunduğu bir zəmanədə yaşadığını söyləyir. Öz uşaqlarının tərbiyəsinə dair isə dedi ki, «utancaqlıq hissinin öhdəsindən gəlməli olacağam». Valideynlər utandıqları üçün uşaqları ilə cinsi əlaqələr haqqında danışmaqdan qaçınırlarsa, əslində bu, uşağı müdafiə etmir. Uşaqları yoldan çıxaranlar onların mə’lumatsızlığından istifadə edir. «Böyük Müəllimdən öyrən» kitabında bu mövzu ədəbli və hörmətcil tərzdə müzakirə olunur. Uşaqlara cinsi əlaqələr haqqında danışmaq onların ismətini pozmaq demək deyil. Əksinə, əgər sussaq, bu, onların ismətini itirmələrinə səbəb ola bilər.

17. «Böyük Müəllim» kitabı uşaqlarına cinsi tərbiyə verməkdə valideynlərə necə kömək edir?

17 Pis mələklərin yerə enərək nəhənglərin ataları olduqları haqda bəhs edən 10-cu fəsildə uşaqdan soruşulur: «Sən cinsi əlaqələr haqda nə bilirsən?» Kitabda bu sualın sadə və layiqli izahı verilir. Sonra, 32-ci fəsildə, uşaqların onların əxlaqını poza biləcək insanlardan necə qoruna biləcəkləri izah edilir. Çoxsaylı məktublardan görünür ki, bu cür tə’lim həqiqətən də vacibdir. Məktublardan birində deyilir: «Keçən həftə oğlum Cavan uşaq həkiminin qəbulunda olmuşdur. Həkim onunla cinsiyyət orqanlarının düzgün tə’yinatı barədə danışıb-danışmadığımızı soruşdu. Bu sualı yeni kitabımızın köməyi ilə müzakirə etdiyimizi biləndə təəccübləndi».

18. «Böyük Müəllim» kitabında dövlət rəmzlərinin qarşısında baş əymək barədə nə deyilir?

18 Başqa bir fəsildə Babil dövlətinin rəmzi olan heykələ baş əymək istəməyən Şadrak, Meşak, Aved-Neqo adlı üç gənc ibranidən bəhs edilir (Daniel 3:1-30). «Böyük Müəllim» kitabında deyilir ki, bunu hamı e’tiraf etməsə də, heykələ baş əyməklə bayrağa tə’zim etmək arasında birbaşa əlaqə var. Lakin yazıçı Edvard Qeffninin bir jurnala verdiyi müsahibəsindəki sözlər diqqətə layiqdir. Onun qızı məktəbə getdiyi ilk gündən sonra onlara yeni dua öyrətdiklərini söylədi. Atası ondan bu duanı söyləməyi xahiş edəndə, qız əlini ürəyinin üstünə qoyub qürurla dedi: «Bayrağa sadiq qalmağa and içirəm...». Qeffni deyir: «Onda başa düşdüm ki, Yehovanın Şahidləri haqlı imişlər. Məktəblərimizdə uşaqlara erkən yaşlarından dövlətə tam və hədsiz sədaqət aşılanır — bunun özü də bir növ dindir» («U.S. Catholic»).

Bütün sə’ylərə dəyər

19. Uşaqların tərbiyəsi nə dərəcədə mükafatlandırıcı ola bilər?

19 Şübhəsiz ki, uşaqlarınızın tərbiyəsi göstərdiyiniz bütün sə’ylərə dəyər. ABŞ-nın Kanzas ştatında yaşayan bir ana oğlunun yazdığı məktubu oxuyanda ağladı. Oğlu yazmışdır: «Mə’nəvi sağlamlığıma imkan yaradan mühitdə tərbiyə edildiyim üçün həqiqətən də xoşbəxtəm. Sənə və atama çox minnətdaram» (Süleymanın məsəlləri 31:28). «Böyük Müəllimdən öyrən» kitabı hələ çox valideynlərə öz uşaqlarına tərbiyə verərək, bu dəyərli mirası qorumağa kömək edəcək.

20. Valideynlər həmişə nəyi yadda saxlamalıdırlar və bu onların üzərinə hansı məs’uliyyəti qoyur?

20 Uşaqlarımız layiqdirlər ki, onlara bacardıqca daha çox vaxt, qüvvə və diqqət ayıraq. Uşaqlıq dövrü bir göz qırpımında keçib gedir. Uşaqlarınızla olmaq və onlara yardım etmək üçün hər bir imkandan istifadə edin. Buna görə heç vaxt peşman olmayacaqsınız. Onlar isə sizə öz məhəbbətlərini bəxş edəcəklər. Həmişə yadda saxlayın ki, uşaqlarınız Allahdan olan hədiyyədir. Bu, dəyərli mirasdır! (Məzmur 127:3-5). Və siz onlara görə Allahın qarşısında cavabdehsiniz!

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən çap olunub. «Allahı necə sevindirə bilərik?» adlı 40-cı fəslə baxın.

Necə cavab verərdiniz?

• Nəyə görə valideynlər uşaqlarını xüsusilə indi müdafiə etməlidirlər?

• Uşağa müdrik olmağı necə öyrətmək olar?

• Uşaqlarla hansı vacib mövzuları müzakirə etmək lazımdır?

• «Böyük Müəllim» kitabı uşaqların tərbiyəsində valideynlərə necə kömək edir?

[26 və 27-ci  səhifələrdəki çərçivə/şəkillər]

Hamı üçün olan kitab

«Böyük Müəllimdən öyrən» kitabı İsa Məsihin tə’limlərini uşaqlarla oxuyub müzakirə etmək istəyən valideynlərə və digər böyüklərə kömək etmək üçün çap edilmişdir. Bu kitabı oxuyan böyüklər də, oradan öyrəndikləri üçün dərin minnətdarlıqlarını bildirdilər.

Texasdan (ABŞ) olan bir kişi dedi: «“Böyük Müəllimdən öyrən” kitabı tə’sirli və sadə dillə yazılıb və yaşından asılı olmayaraq, hər bir insana tə’sir edir. Mən Yehovaya gənc yaşlarımdan xidmət edirəm və hazırda 76 yaşım var. Sizə dərin təşəkkürümü bildirirəm!»

Londondan (İngiltərə) olan bir qadın yazır: «Şübhə yoxdur ki, gözəl şəkillər həm uşaqların, həm də valideynlərinin xoşuna gələcək. Kitabın tərtibatı və içindəki suallar çox gözəldir. “Allah İsanı necə qorudu?” adlı 32-ci fəsildə olduğu kimi, hətta intim məsələlər də nəzakətlə müzakirə edilir». Məktub bu sözlərlə bitir: «Bu kitab ilk növbədə Yehovanın Şahidlərinin uşaqları üçün nəzərdə tutulsa da, düşünürəm ki, müəllimlər və bir çox başqaları bu kitabı əldə etməyə şad olacaqlar. Onu məmnuniyyətlə istifadə edəcəyəm!»

Massaçusets ştatından (ABŞ) bir qadın «yaxşı düşünülmüş şəkillər» barədə razılığını bildirmiş və həmçinin qeyd etmişdir: «Bu kitab uşaqlar üçün hazırlansa da, orada müzakirə olunan mövzular Yehova ilə münasibətlərimiz üzərində düşünmək üçün biz böyüklərə də kömək edə bilər».

Men ştatından (ABŞ) olan bir qadın nida edərək dedi: «Necə də ə’la kitabdır! O yalnız balaca uşaqlar üçün nəzərdə tutulmayıb, axı bizim hamımız Allahın övladlarıyıq! Bu kitab məndə heç vaxt keçirmədiyim hissləri oyatdı, əvvəlcə həyəcanlandırdı, sonra isə elə sakitləşdirdi ki, ürəyimdə rahatlıq duydum. Özümü Yehova Atama çox yaxın hiss edirəm. O, illər ərzində çəkdiyim bütün acıları məndən uzaqlaşdırdı və Öz niyyətinin nədən ibarət olduğunu aydın şəkildə göstərdi». Qadın hamını bu kitabı oxumağa çağırır.

Kiotoda (Yaponiya) yaşayan bir qadın yazır ki, bu kitabı nəvələrinə oxuyanda onlar belə suallar verirdilər: «“Bu oğlan nə ilə məşğuldur? Bu qızı nəyə görə danlayırlar? Bu ana nə edir? Bəs bu aslan burada nə edir?” Bu kitab bizə həqiqətən də maraqlı olan şeyləri öyrədir, buna görə də onu kitabxanadakı başqa kitablardan daha çox sevirəm».

Kalqaridən (Kanada) olan bir ata deyir ki, bu kitabı alan kimi onu 6 yaşlı qızına və 9 yaşlı oğluna oxumağa başladı. O deyir: «Bu kitab onların çox xoşuna gəldi. Uşaqlar diqqətlə qulaq asır və suallara səmimi cavab verirdilər. Özlərini sanki öyrəndikləri mövzuların canlı iştirakçıları kimi hiss edirdilər, buna görə də fikirlərini sərbəst söyləyirdilər. Bu onları elə həvəsləndirdi ki, qızım bu kitabı hər axşam öyrənmək istədiyini söylədi».

Oğlu ilə keçirdiyi növbəti öyrənmədən sonra bir ata demişdir: «Oğlumla mən Yehova və Onun niyyətləri haqqında bir neçə saat danışdıq. Oxuduqlarımız onda xeyli sual oyatdı. Mənə şirin yuxu arzuladıqdan sonra “ay ata, bu kitabı yenə oxuyacağıqmı? Axı mənim çoxlu suallarım var, mən Yehova haqqında hər şeyi bilmək istəyirəm” deməsi məni lap kövrəltdi».

[25-ci səhifədəki şəkillər]

«Böyük Müəllim» kitabındakı şəkillər və onları izah edən yazılar uşaqlara tə’lim verməkdə çox kömək edir.

Hananya Peteri necə aldatdı?

Etdiyimiz hər şeyi kim görür?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş