Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın:
• Allah və Onun niyyətləri haqqında həqiqət olan ‘pak dildə’ necə səlis danışa bilərik? (Sef. 3:9)
Danışıq dilində olduğu kimi, ‘pak dildə’ də səlis danışmaq üçün bizə diqqətlə qulaq asmaq, səlis danışanları təqlid etmək, Müqəddəs Yazılardakı kitabların adlarını və bəzi ayələri əzbərləmək, öyrəndiklərimizi təkrar etmək, səslə oxumaq, «qrammatika»nı və ya həqiqətin səhih sözlərini öyrənmək, tərəqqi etmək, öyrənməyə konkret vaxt təyin etmək və pak dildə «danışmaq» lazımdır (15.8. səhifə 21-25).
• «Üçqat ip» anlayışını nikaha necə aid etmək olar?
«Üçqat ip» ifadəsi məcazi məna daşıyır (Vaiz 4:12). Bu ifadə nikaha aid ediləndə o deməkdir ki, ipin ikisi ərlə arvaddır və onlar Yehova Allahı təmsil edən bir əsas iplə birləşiblər. Allahla bir olmağın sayəsində ərlə arvad çətinliklərin öhdəsindən gəlmək üçün ruhani güc-qüvvə əldə edir və ailə həyatında xoşbəxt olur (15.9. səhifə 16).
• İbranilərə 6:2 (İ-93) ayəsində haqqında danışılan ‘əllər qoyuluşu’ nəyə aiddir?
Bu, məsihçi ağsaqqalların təyin edilməsinə yox, çox ehtimal ki, müqəddəs ruhun möhtəşəm ənamlarını vermək məqsədilə əllərin qoyuluşuna aiddir (Həv. iş. 8:14-17; 19:6) (15.9. səhifə 32).
• Yığıncağın nəzarətçiləri başqalarına hörmət etdiklərini necə göstərirlər?
Məsələn, ağsaqqal özü etmək istəmədiyi işi görməyi başqalarından xahiş etməyəcək. Həmçinin o, xahişlərinin və göstərişlərinin səbəbini izah etməklə başqalarına hörmət göstərir (15.10. səhifə 22).
• Məsihçi ağsaqqal israilli çobanın uzun çomaq və dəyənəkdən istifadə etmə tərzindən nə öyrənə bilər?
Çoban sürüsünü otarmaq üçün uzun çomaq və dəyənəkdən istifadə edirdi. Qoyunlar ağıla girib-çıxanda çoban onları ‘dəyənəyinin altından keçirərək’ sayırdı (Lev. 27:32). Yığıncağın çobanları da onlara həvalə olunmuş Allahın sürüsünü tanımalı və onun nə ilə məşğul olduğundan xəbərdar olmalıdırlar (15.11. səhifə 9).