Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/2 s. 3—5
  • Yehovaya Ata kimi baxırsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya Ata kimi baxırsanmı?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Yehova qayğıkeş və məhəbbətli Atadır
  • Məhəbbətlə müdafiə edən Atamız
  • Böyük fayda əldə edirik!
  • Atamız ‘sağ əlimizdən tutur’
  • Səmavi Atamız bizə dərin məhəbbət bəsləyir
    Gözətçi qülləsi 2020
  • Oğul atanı tanıtmaq istəyir
    Gözətçi qülləsi 2012
  • Ruhani ailənizə yaxın olun
    Gözətçi qülləsi 2021
  • Bənzəri olmayan Ata
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/2 s. 3—5

Yehovaya Ata kimi baxırsanmı?

«BİZƏ dua etməyi öyrət»,— deyə bir şagird İsadan xahiş etdi. İsa cavabında: «Dua edərkən deyin: Atamız, Adın müqəddəs tutulsun»,— dedi (Luka 11:1, 2). İsa bu sözləri deyərkən ‘Külli-İxtiyar’, ‘Mürəbbi’, ‘Yaradan’, «Əzəldən Var Olan» və ya «Əsrlərin Hökmdarı» kimi əzəmətli titullardan birini istifadə edə bilərdi (Yar. 49:25; Yeşaya 30:20; 40:28; Dan. 7:9; 1 Tim. 1:17). Ancaq İsa «Ata» titulundan istifadə etdi. Nə üçün? Görünür, o istəyirdi ki, biz Kainatda ən Uca Şəxs olan Allaha itaətkar uşağın qayğıkeş atasına müraciət etdiyi kimi müraciət edək.

Lakin bəzilərinə Allaha Ata kimi baxmaq çətindir. Atsukoa adlı bir bacımız etiraf edir: «Vəftiz olunduqdan sonra uzun müddət ərzində Yehovaya yaxınlaşmaq və Ona Ata kimi müraciət etmək mənim üçün çətin idi». O, bunun səbəbini belə izah edir: «Mən heç vaxt doğma atamdan nəvaziş və sevgi görməmişəm».

Yaşadığımız böhranlı axır günlərdə atalar öz doğma övladlarına ‘şəfqət’ göstərmirlər (2 Tim. 3:1, 3). Buna görə heç də təəccüblü deyil ki, bir çox insanlar Atsukonun keçirdiyi hissləri keçirir. Lakin Yehovaya məhəbbətli Ata kimi yanaşmaq üçün tutarlı səbəblərimizin olduğunu bilmək necə də sevindiricidir!

Yehova qayğıkeş və məhəbbətli Atadır

Yehovaya öz Atamız kimi yanaşmaq üçün Onunla yaxşı tanış olmalıyıq. İsa demişdir: «Oğulu Atadan başqa heç kim tanımaz; və Atanı Oğuldan və Oğulun Onu açmaq istədiyi şəxsdən başqa heç kim tanımaz» (Mat. 11:27). Yehovanı Ata kimi tanımağın ən yaxşı üsulu İsanın həqiqi Allah haqqında öyrətdikləri üzərində dərindən düşünməkdir. Bəs İsadan Ata haqqında nə öyrənirik?

Yehovanı öz həyatının Mənbəyi kimi qəbul edən İsa demişdir: ‘Mən Ata vasitəsi ilə yaşayıram’ (Yəh. 6:57). Biz də həyatımıza görə Ataya borcluyuq (Məz. 36:9; Həv. iş. 17:28). Yehovanı başqalarına həyat verməyə təşviq edən nə idi? Məgər bu, məhəbbət deyildi? Bu səbəbdən bizə belə gözəl ənam bəxş edən səmavi Atamızı biz də qarşılıqlı olaraq sevməliyik.

Allahın bəşəriyyətə olan məhəbbətinin ən böyük təzahürü İsanı fidyə kimi qurban verməsi idi. Bu qurbanlığın sayəsində günahlı insanlar Yehovanın sevimli Oğlu vasitəsilə Onunla sıx münasibət qura bilirlər (Rom. 5:12; 1 Yəh. 4:9, 10). Səmavi Atamız bütün vədlərinə sadiq qaldığı üçün əmin ola bilərik ki, Allahı sevən və itaət edənlərin hamısı nəticədə Onun ‘övladlarının izzətli azadlığına qovuşacaq’ (Rom. 8:21).

Bundan başqa, səmavi Atamız Öz günəşinə əmr edir ki, hər gün üzərimizə doğsun (Mat. 5:45). Çətin ki, ağlımıza günəşin çıxması haqda dua etmək fikri gəlsin. Lakin biz onun ilıq şüalarına ehtiyac duyuruq və onlar bizə sevinc gətirir! Üstəlik, tayı-bərabəri olmayan qayğıkeş Atamız bütün maddi ehtiyaclarımızı onları dilimizə gətirməzdən öncə bilir. Bu səbəbdən biz səmavi Atamızın yaratdığı varlıqların qayğısına necə qaldığını müşahidə etməli və üzərində minnətdarlıqla düşünməli deyilikmi? (Mat. 6:8, 26).

Məhəbbətlə müdafiə edən Atamız

Yeşayanın peyğəmbərliyi Allahın qədim xalqını əmin edirdi: «“Dağlar yerini dəyişsə də, təpələr sarsılsa da, sənə olan məhəbbətim dəyişməz, sülh əhdim sarsılmaz”. Bunu sənə rəhm edən [«səni məhəbbətlə müdafiə edən», (The Bible in Living English)] Rəbb deyir» (Yeşaya 54:10). İsanın yer üzündə son gecə söylədiyi dua Yehovanın həqiqətən də «məhəbbətlə müdafiə edən» Ata olduğunu göstərir. İsa şagirdləri üçün dua edərək dedi: «Onlar... dünyadadırlar və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, Mənə verdiyin kimsələri adınla qoru» (Yəh. 17:11, 14). Bu duaya cavab olaraq Yehova İsanın davamçılarını qoruyur və müdafiə edirdi.

Allah bizi bu gün Şeytanın hiylələrindən necə qoruyur? «Sadiq və ağıllı qul» vasitəsilə vaxtlı-vaxtında ruhani qida ilə təmin etməklə (Mat. 24:45). Əgər biz ‘Allahın bütün zirehlərini geyinmək’ istəyiriksə, bu möhkəmləndirici qidanı qəbul etmək olduqca vacibdir. Nümunə üçün ‘şeytanın bütün qızmar oxlarını söndürməyə qadir olan’ «iman qalxanını» götürək (Efes. 6:11, 16). İman bizi ruhani zərərdən qoruyur və Atamızın bizi müdafiə edəcəyinə inandığımıza dəlalət edir.

Allahın Oğlunun yer üzündə olarkən başqaları ilə necə rəftar etdiyini diqqətlə araşdırmaqla da səmavi Atamızın nəvazişli olması barədə daha çox öyrənə bilərik. Mark 10:13—16 ayələrində yazılan hadisəyə nəzər salaq. Burada İsanın öz şagirdlərinə dediyi sözləri oxuyuruq: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər!» Bu körpələr İsanın ətrafına toplaşdıqca o, onları nəvazişlə qucaqlayır və xeyir-dua verirdi. Yəqin, onların gözləri sevincdən parıldayırdı! İsa «Məni görən, Atanı görmüş olur» dediyi üçün biz əmin ola bilərik ki, həqiqi Allah bizim Ona yaxınlaşmağımızı istəyir (Yəh. 14:9).

Yehova Allah tükənməz məhəbbət Mənbəyidir. O, bizim Ona yaxınlaşmağımızı istəyən tayı-bərabəri olmayan və məhəbbətlə müdafiə edən Atadır (Yaq. 4:8). Buna görə də biz zərrə qədər də şübhə etmirik ki, Yehova xəyal edə biləcəyimiz ən yaxşı Atadır!

Böyük fayda əldə edirik!

Məhəbbətli və nəvazişli səmavi Ata kimi Yehovaya bel bağlamaq bizə böyük fayda gətirir (Sül. məs. 3:5, 6). Atasına tam etibar etmək İsaya da fayda gətirirdi. Məsih şagirdlərinə demişdi: «Mən... tək deyiləm, Mən və Məni göndərən Ata birik» (Yəh. 8:16). İsa Yehovanın onu dəstəkləyəcəyinə həmişə əmin idi. Misal üçün, o vəftiz olunarkən Atası: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam»,— deyə bəyan etməklə onu Öz məhəbbətinə əmin etdi (Mat. 3:15—17). Həyatının son anında İsa: «Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm»,— deyib canını tapşırdı (Luka 23:46). İsanın Atasına olan etibarı həmişə olduğu kimi güclü idi.

Biz də Allaha bu cür etibar edə bilərik. Əgər Yehova bizimlədirsə, biz nədənsə qorxmalıyıqmı? (Məz. 118:6). Yuxarıda sözləri gətirilən Atsuko problemlərlə üzləşəndə öz gücünə arxalanmağa vərdiş etmişdi. Lakin o, İsanın həyatını və xidmətini araşdırmağa başladı və onun səmavi Atası ilə olan yaxın münasibətlərinə xüsusi diqqət yetirdi. Bu, hansı bəhrələri gətirdi? «Mən əsil Atanın necə olduğunu və Ona arxalanmağın nə demək olduğunu öyrəndim. — Atsuko deyir. — Mən əsil qəlb rahatlığı və xoşbəxtlik duydum. Həqiqətən də, nəyəsə görə narahat olmağa dəyməz».

Yehovaya Ata kimi yanaşmaq daha hansı faydanı gətirir? Adətən, uşaqlar valideynlərini sevir və onları razı salmaq istəyirlər. Məhəbbətdən irəli gələrək, Allahın Oğlu ‘daim Onun xoşuna gələn işləri görürdü’ (Yəh. 8:29). Eynilə, səmavi Atamıza bəslədiyimiz məhəbbət bizi müdrik davranmağa və Ona ‘şükür etməyə’ təşviq edə bilər (Mat. 11:25; Yəh. 5:19).

Atamız ‘sağ əlimizdən tutur’

Səmavi Atamız bizə «köməkçi» (YD) — Öz müqəddəs ruhunu da verib. İsa demişdir ki, bu ruh bizə «həqiqətə yol göstərəcək» (Yəh. 14:15—17; 16:12, 13). Allahın müqəddəs ruhu bizə Atamızı daha yaxşı tanımağa kömək edə bilər. O həmçinin «istehkamları»n, yəni qərəzli fikirlərin, yanlış ideyaların və təhrif olunmuş baxışların öhdəsindən gəlməkdə və beləliklə də ‘hər düşüncəni Məsihə itaət etsin deyə əsir etməkdə’ yardımçı ola bilər (2 Kor. 10:4, 5). Buna görə də gəlin bu vəd olunmuş «köməkçi» üçün Yehovaya dua edək və ‘Səmavi Atamızın [bizə] Müqəddəs Ruh verəcəyinə’ şübhə etməyək (Luka 11:13). Həmçinin müqəddəs ruhun bizə Yehovaya yaxınlaşmağa kömək etməsi üçün də dua etmək münasibdir.

Balaca uşaq atası ilə əl-ələ gəzəndə özünü təhlükəsiz hiss edir və heç nədən qorxmur. Əgər sən həqiqətən də Yehovaya Ata kimi yanaşırsansa, onda növbəti sözlər sənə təsəlli və əminlik verəcək: «Sənin sağ əlindən tutub “qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm» (Yeşaya 41:13). Onda sən əbədiyyən Allahla ‘yerimək’ şərəfinə layiq görüləcəksən (Mik. 6:8, KM). Allahın iradəsini yerinə yetirməyə davam et və sən Yehovaya Ata kimi yanaşmağın sayəsində məhəbbət, sevinc və təhlükəsizlik duyacaqsan.

[Haşiyə]

a Ad dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş