Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/12 s. 30—31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • O, Allahın yolu ilə gedirdi
    İman örnəkləri
  • Allah Nuha nəyə görə lütf göstərdi? Bu, bizi nə üçün maraqlandırmalıdır?
    Gözətçi qülləsi 2008
  • Ümumdünya daşqını. Yehovaya kimlər qulaq asdı?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
  • Nuh gəmi tikir
    Müqəddəs Kitab hekayələri
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/12 s. 30—31

Oxucuların sualları

Yaradılış 6:3 ayəsində yazılıb: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq». Bu sözləri deməklə Yehova insan ömrünün maksimum 120 il olacağını, yoxsa Nuhun Daşqın gəlməzdən öncə bu qədər vaxt ərzində təbliğ etməli olduğunu nəzərdə tuturdu?

Bu sualın hər iki hissəsinin cavabı «xeyr»dir.

Daşqından əvvəl bəzi insanlar yüzlərlə il yaşayıb. Daşqın başlayanda Nuhun 600 yaşı var idi, ümumilikdə isə o, 950 il yaşayıb (Yar. 7:6; 9:29). Daşqından sonra da doğulan bəzi insanların ömrü 120 ildən çox olmuşdu. Məsələn, Arpakşad 438, Şelah isə 433 yaşında vəfat etdi (Yar. 11:10—15). Artıq Musanın dövründə isə insanlar, orta hesabla, 70—80 il yaşayırdılar (Məz. 90:10). Beləliklə, Yaradılış 6:3 ayəsində insanın maksimum 120 il yaşayacağı nəzərdə tutulmur.

Bəs onda demək olarmı ki, bu ayədə Allah Nuha 120 ilə Daşqının olacağı barədə başqalarına xəbərdarlıq etməyi tapşırır? Xeyr. Allah Nuhla bir neçə dəfə söhbət edib. Məsələn, 13-cü ayədə bu söhbətlərin biri haqqında oxuyuruq: «Allah Nuha dedi: “Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub”». Növbəti illər ərzində Nuh gəmi tikmək kimi böyük tapşırığı həyata keçirdi və o zaman «Rəbb Nuha dedi: “Sən bütün ailənlə birgə gəmiyə gir”» (Yar. 6:13; 7:1). Digər hallarda da Yehova Nuha müxtəlif məlumatlar və göstərişlər verirdi (Yar. 8:15; 9:1, 8, 17).

Lakin Yaradılış 6:3 ayəsi başqa cür səslənir. Orada nə Nuhun adı çəkilir, nə də ki Yehovanın ona müraciət etdiyi deyilir. Bu ayədə Allah sadəcə olaraq Öz niyyətini və ya qərarını açıqlayır. (Yaradılış 8:21 ayəsi ilə müqayisə edin.) Onu da qeyd etmək lazımdır ki, Adəmin yaradılmasından qabaqkı yaradılış günləri təsvir olunan Müqəddəs Kitab parçasında dəfələrlə «sonra Allah dedi» ifadəsi istifadə olunur (Yar. 1:6, 9, 14, 20, 24). Aydındır ki, Yehova heç bir insana müraciət etmirdi, çünki hələ yer üzündə insan yaradılmamışdı.

Buna görə də belə bir nəticəyə gəlmək məntiqəuyğundur ki, Yaradılış 6:3 ayəsində Allah pis dünyanı məhv etmək qərarı barədə deyir. Yehova qərar verdi ki, bunu 120 ilə etsin. Lakin o zaman Nuhun bundan xəbəri yox idi. Bəs nəyə görə Yehova vaxt təyin etdi? Bu qədər gözləməyin mənası nə idi?

Həvari Peter bunun səbəbini izah edir: ‘Nuhun günlərində gəmi tikilib qurtaranacan Allah səbirlə gözləyirdi. Həmin gəmidə bir neçə adam, yəni səkkiz nəfər sudan sağ-salamat çıxmışdı’ (1 Pet. 3:20). Bəli, Yehova Yaradılış 6:3 ayəsindəki qərarı verəndə görüləsi işlər hələ çox idi. Bundan təxminən 20 il sonra Nuhun övladları anadan olmağa başladı. Müqəddəs Kitabda deyilir: «Nuhun beş yüz yaşı oldu. Sonra onun Sam, Ham və Yafəs adında oğulları dünyaya gəldi» (Yar. 5:32, YD; 7:6). Onlar böyüyüb boya-başa çatdılar, ailə qurdular və beləliklə Nuhun ailə üzvlərinin sayı «səkkiz nəfər»ə çatdı. Sonra onlar birlikdə gəmi tikməli idilər; gəminin ölçülərini və Nuhun ailə üzvlərinin sayını nəzərə alsaq, bu, bir günün işi deyildi. Bəli, Allahın 120 il səbir etməsinin sayəsində bu işlərin həyata keçirilməsi və səkkiz nəfər sadiq insanın ‘sudan sağ-salamat çıxması’ mümkün oldu.

Yehova Nuha Daşqının olacağını neçənci ildə xəbər verdi? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Nuhun oğullarının doğulduğunu və böyüyüb ailə qurduqlarını nəzərə alsaq, çox ehtimal ki, Daşqına hələ 40—50 il qalırdı. Bundan sonra Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb». Həmçinin Allah Nuha böyük gəmi tikib ailəsi ilə birgə içinə girməyi əmr etdi (Yar. 6:13—18). Qalan onilliklər ərzində Nuh nəinki saleh həyat tərzi sürərək nümunə qoymalı idi, həmçinin «salehlik təbliğçisi» kimi, Allahın pozğun insanları məhv etmək qərarını bəyan etməli idi. Nuh Daşqının nə vaxt gələcəyini qabaqcadan bilmirdi, lakin o, bunun baş verəcəyinə zərrə qədər də olsun şübhə etmirdi. Bildiyimiz kimi, Daşqının suları, həqiqətən də, yer üzünü bürüdü (2 Pet. 2:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş