Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/3 s. 6
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Qalileyada növbəti təbliğ işi
    İsa Məsihin həyatı və xidməti
  • Cəlilədə təlim və təbliğ işi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
    Gözətçi qülləsi 2011
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Gözətçi qülləsi 2011
w11 15/3 s. 6

Oxucuların sualları

İsa Məsih 12 həvarisini təbliğ etməyə göndərəndə onlara əsa götürməyi və səndəl geyməyi tapşırmışdımı?

Matta, Mark və Luka İsanın həvarilərini təbliğ etməyə göndərməsi haqda yazırlar. Bəziləri iddia edirlər ki, bu parçalarda ziddiyyətlər var. Lakin orada deyilənləri müqayisə edəndə maraqlı nəticəyə gəlmək olar. Gəlin ilk öncə Markın və Lukanın yazdıqlarını müqayisə edək. Mark deyir: «İsa əmr etdi ki, onlar özləri ilə yola əsadan başqa heç nə götürməsinlər. Nə çörək, nə heybə götürsünlər, nə də pul kisələrinə mis pul qoysunlar. Təkcə səndəllərini geysinlər. Özləri ilə dəyişək köynək də götürməsinlər» (Mark 6:7—9). Luka isə yazır: «Özünüzlə yola heç nə götürməyin; nə əsa, nə heybə, nə çörək, nə gümüş pul, nə də dəyişək köynək götürün» (Luka 9:1—3). Bu ayələr ilk baxışdan bir-birinə zidd kimi görünür. «Markın yazdığı Xoş Xəbər»ə əsasən, həvarilər özləri ilə əsa götürməli və səndəllərini geyinməli idilər, ancaq Luka qeyd edir ki, onlar heç nə, hətta əsa belə götürməməli idilər. Markdan fərqli olaraq, Luka səndəllərin adını çəkmir.

İsanın bu hadisədə nə demək istədiyini başa düşmək üçün hər üç kitabda rast gələn bir ifadəyə diqqət yetirməliyik. Yuxarıdakı abzasda sitat gətirilən parçalarda, eləcə də Matta 10:5—10 ayələrində həvarilərə deyilir ki, onlar «dəyişək köynək», yəni ikinci köynək götürməsinlər. Görünür, hər həvarinin əynində bir köynək vardı. Beləliklə, yola düşərkən ikincisini götürməli deyildilər. Onların ayaqlarında bir cüt səndəl də var idi. Mark qeyd edir ki, onlar «təkcə» ayaqlarındakı ‘səndəlləri geyinib’ getməli idilər. Bəs əsa barədə nə demək olar? «Yəhudi ensiklopediyası»nda qeyd olunur: «Qədimdə yəhudilər arasında özləri ilə həmişə əsa götürmək adəti vardı» (Yar. 32:10). Markın sözlərinə əsasən, həvarilər İsanın onlara göstəriş verdiyi zaman əllərində olan əsadan savayı, ‘özləri ilə yola başqa heç nə götürməməli idilər’. Beləliklə, bu üç parçada İsanın həvarilərə verdiyi bir göstəriş vurğulanır — onlar dərhal yola düşməli idilər, yəni gedib əlavə əşyalar götürməməli idilər.

Bu fikri həmin hadisənin şahidi olan və sonradan onu qələmə alan Matta da vurğulayır. İsa demişdi: «Kisənizə qızıl, gümüş və ya mis pul qoymayın. Özünüzlə nə heybə, nə dəyişək köynək, nə səndəl, nə də əsa götürməyin, çünki zəhmətkeş ruziyə layiqdir» (Mat. 10:9, 10). Həvarilərin ayaqlarındakı səndəllər və əllərindəki əsalar barədə nə demək olar? İsa onlara bu əşyaları atmağımı tapşırdı? Yox, o sadəcə dedi ki, bu kimi əşyalar əldə etmək üçün vaxt sərf etməsinlər. Nəyə görə İsa onlara belə göstəriş verdi? «Çünki zəhmətkeş ruziyə layiqdir». İsanın əmrinin məğzi olan bu sözlər onun Dağüstü təbliğindəki: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?” — deyə heç vaxt narahat olmayın», — çağırışına uyğun idi (Mat. 6:25—32).

Bu üç parçada deyilənlər ilk baxışdan ziddiyyətli görünsə də, onların hamısında eyni fikir vurğulanır. Həvarilər əllərində nə var idisə, onlarla yola düşməli idilər və əlavə əşyalar götürmək üçün öz tapşırıqlarından yayınmamalı idilər. Nəyə görə? Çünki onların qayğısına Yehova qalacaqdı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş