Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/6 s. 16—17
  • İbrahimin həqiqətənmi dəvələri var idi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbrahimin həqiqətənmi dəvələri var idi?
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • İshaq yaxşı bir qızla evlənir
    Müqəddəs Kitab hekayələri
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
  • «Gedirəm»
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Yehova onu «dostum» adlandırdı
    Gözətçi qülləsi 2016
Gözətçi qülləsi 2011
w11 15/6 s. 16—17

İbrahimin həqiqətənmi dəvələri var idi?

MÜQƏDDƏS KİTABDA deyilir ki, İbrahimin firondan aldığı ev heyvanları arasında dəvələr də var idi (Yar. 12:16). İbrahimin nökəri Mesopotamiyaya uzun səyahətə çıxanda «ağasından on dəvə» götürmüşdü. Beləliklə, Müqəddəs Kitaba əsasən, təxminən 4000 il bundan əvvəl İbrahimin dəvələri var idi (Yar. 24:10).

Lakin bəziləri bu məlumatların səhv olduğunu deyirlər. Onların fikrincə, Müqəddəs Kitabın bu parçalarının əhatə etdiyi dövrdə dəvələr bu məqsəd üçün istifadə olunmurdu. Misal üçün, bir mənbədə qeyd edilir: «Alimlər bu məlumatların tarixi baxımdan dəqiq olmadığını iddia edirlər, çünki çoxları hesab edir ki, bu heyvanları təxminən eramızdan əvvəl 1200-cü illərdə, yəni İbrahimin yaşadığı dövrdən xeyli sonra əhliləşdirməyə başlayıblar» («New International Version Archaeological Study Bible»).

Digər alimlər isə başqa cür düşünürlər. Onlar deyirlər ki, dəvələrin əhliləşdirilməsi təxminən 3000 il bundan əvvəl geniş vüsət alsa da, bu o demək deyil ki, həmin vaxta qədər onlardan istifadə edilmirdi. Bir kitabda yazılıb: «Son tədqiqatlar belə düşünməyə əsas verir ki, dəvələr Ərəbistan yarımadasının cənub-şərqində 4000 ildən çoxdur ki, əhliləşdirilib. Ola bilsin, əvvəl-əvvəl bu heyvanları onlardan süd, yun, dəri və ət almaq üçün saxlayırdılar, ancaq, görünür, tezliklə insanlar başa düşdülər ki, dəvələrdən yüklərin daşınması üçün də istifadə etmək olar» («Civilizations of the Ancient Near East»). İbrahimin yaşadığı vaxtdan əvvəlki dövrə aid olan bu məlumatı arxeoloji qazıntılar nəticəsində tapılan sümük parçaları və digər qalıqlar təsdiq edir.

Buna dair yazılı sübutlar da mövcuddur. Həmin kitabda həmçinin deyilir: «Mesopotamiyada aşkar olunan gil lövhəciklərində bu heyvanın [dəvənin] adı çəkilir və onun bir neçə təsviri gətirilir. Bundan belə nəticəyə gəlmək olar ki, təxminən 4000 il bundan əvvəl [yəni İbrahimin yaşadığı dövrdə] Mesopotamiyada bu heyvan artıq var idi».

Bəzi alimlər düşünürlər ki, Ərəbistan yarımadasının cənubundan olan və buxur üçün ətriyyat alveri ilə məşğul olan tacirlər mallarını səhradan keçirib şimal bölgələrə çatdırmaq üçün dəvələrdən istifadə edirdilər. Onlar Misir və Suriya kimi ölkələrə gəlib çatırdılar; onların sayəsində dəvələr bu ərazilərdə də tanındı. Görünür, artıq b. e. ə. 2000-ci illərdə tacirlər bu alverlə geniş miqyasda məşğul olurdular. Maraqlıdır ki, Müqəddəs Kitabda İbrahimin dövründən təxminən yüz il sonra dəvələrin üzərində Misirə ədviyyatlar aparan ismailli tacirlərdən bəhs olunur (Yar. 37:25—28).

Ola bilsin, təxminən 4000 il bundan əvvəl dəvələr Yaxın Şərqdə geniş istifadə olunmurdu, amma dəlillərə əsasən, demək olmaz ki, bu heyvan insanlara ümumiyyətlə tanış deyildi. Buna görə də bir ensiklopediyada bu mövzuya yekun vurularaq qeyd olunur ki, Müqəddəs Kitabın bu parçalarında dəvələrin istifadə olunması barədə yazılan məlumatların səhv olduğunu demək düzgün deyil, çünki İbrahimin yaşadığı dövrdən əvvəl dəvələrin əhliləşdirilməsinə dair kifayət qədər arxeoloji dəlillər mövcuddur («The International Standard Bible Encyclopedia»).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş