Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 aprel s. 31
  • Bilirsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsiniz?
  • Gözətçi qülləsi 2019
  • Oxşar material
  • «Heç bir insan tələfatı olmayacaq»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Gözətçi qülləsi 2019
w19 aprel s. 31
Həvari Bulus ticarət gəmisinin yanında bir işçi ilə söhbət edir

Bilirsiniz?

Qədimdə dəniz səfərləri necə təşkil olunurdu?

HƏVARİ BULUSUN yaşadığı dövrdə demək olar ki, sərnişin daşıyan gəmilər yox idi. Gəmi ilə yola çıxmaq istəyən səyyah ilk öncə soraqlayaraq ona lazım olan istiqamətdə gedən və sərnişin götürən ticarət gəmisi tapmalı idi (Həv. 21:2, 3). Hətta gəmi birbaşa ona lazım olan yerə getməsə də, gəminin getdiyi limanların birində düşüb lazımi ərazinin yaxınlıqlarına gedən başqa bir gəmi tapa bilərdi (Həv. 27:1—6).

Dəniz səfərinə adətən ilin müəyyən ayları çıxmaq mümkün idi və gəmilər konkret cədvəl üzrə hərəkət etmirdi. Mövhumatçı dənizçilər havanın pis olmasından başqa, pis əlamətlər, məsələn, yelkənin kəndirində qarıldayan qarğa və ya sahildə gəmi qırıntıları görəndə səfəri təxirə salırdılar. Külək əlverişli səmtə əsəndə, adətən, dənizçilər fürsəti fövtə vermirdilər, yelkənləri endirib səfərə yollanırdılar. Səyyah müvafiq gəmi tapanda əşyalarını da götürüb limanın yaxınlığına gəlir və gəminin yola düşməyə hazır olduğu xəbər verilənə qədər gözləyirdi.

Tarixçi Layonel Kasson qeyd edir ki, «Romada insanları gəmi axtarmaq əziyyətindən qurtaran rahat xidmət təqdim olunurdu. Onun limanı Tibr çayının mənsəbində idi. Yaxınlıqdakı Ostiya şəhərində idarələrlə dolu böyük bir meydan var idi. Bu idarələrin çoxu müxtəlif limanların nümayəndələrinə məxsus idi, məsələn, bir idarə Narbonun (indiki Fransa) nümayəndələrinə məxsus idi, başqa bir idarə Karfagenin (indiki Tunis)... və sairə. Səfərə hazırlaşan şəxs sadəcə gedəcəyi marşrut boyu yerləşən şəhərlərin idarələrinə müraciət etməli idi».

Dəniz səfərləri səyyahların vaxtına qənaət edirdi, lakin təhlükələri də var idi. Həvari Bulus təbliğ səyahətlərində olanda dəfələrlə gəmi qəzasına uğramışdı (2 Kor. 11:25).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş