Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 aprel s. 26—30
  • Qiymətli mirvari tapdıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qiymətli mirvari tapdıq
  • Gözətçi qülləsi 2019
  • Oxşar material
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2011
  • «Adalar şadlansın»
    Gözətçi qülləsi 2015
Gözətçi qülləsi 2019
w19 aprel s. 26—30
Vinston Peyn və Pamela Peyn gənc yaşlarında dənizin sahilindəki bir qayanın üstündə əyləşib

BİOQRAFİYA

Qiymətli mirvari tapdıq

Nəql etdi Vinston Peyn və Pamela Peyn

AVSTRALASİYA filialında Vinston Peyn və Pamela (Pam) Peyn adlı bir ər-arvad xidmət edir. Birgə yaşadıqları xoş illər ərzində çətinlikləri də az olmayıb, müxtəlif mədəniyyətlərə uyğunlaşmalı olublar və doğulmamış övladlarını itiriblər. Amma bütün bunlara baxmayaraq, Yehova Allaha və Onun xalqına məhəbbətlərini, xidmətə sevinclərini itirməyiblər. Bu müsahibədə onlar başlarına gələn bəzi hadisələri bölüşür.

Vinston, bizə Allahı axtarmağından danışa bilərsən?

Mən Avstraliyanın Kvinslend şəhərində, ucqar bir fermada böyümüşəm. Ailəm dindar deyildi. Ucqar ərazidə yaşadığımıza görə ailə üzvlərimdən başqa, demək olar ki, heç kimlə əlaqəm yox idi. Təxminən 12 yaşlarımda Allahı axtarmağa başladım. Dua edərək yalvarırdım ki, mənə Özü haqqında həqiqəti açsın. Nəhayətdə, fermanı tərk etdim və Cənubi Avstraliyada, Adelaida şəhərində işə düzəldim. 21 yaşım olanda Sidneyə məzuniyyətə getmişdim. Orada Pam ilə tanış oldum. O mənə Anqlo-İsrail dini hərəkatı barədə danışdı. Hərəkatçılar hesab edir ki, ingilislər İsrailin itmiş qəbilələrindən, eramızdan əvvəl VIII əsrdə əsir aparılmış şimal padşahlığının on qəbiləsindən törəyiblər. Adelaidaya qayıdanda bu barədə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən iş yoldaşıma danışdım. Bir neçə saat çəkən söhbət əsnasında Yehovanın Şahidlərinin nəyə inandıqlarını öyrəndim və başa düşdüm ki, bu mənim uşaqlıqda etdiyim duaların cavabı idi. Eşitdiklərim Yaradanım və Onun Padşahlığı haqda həqiqətlər idi! Mən «çox qiymətli bir mirvari» tapmışdım (Mət. 13:45, 46).

Pam, sən də bu mirvarini uşaq yaşlarından axtarmağa başlamısan. Onu necə tapdın?

Yeni Cənubi Uels ştatının Kofs-Harbor şəhərində dindar ailədə böyümüşəm. Valideynlərimlə nənə-babam Anqlo-İsrail hərəkatının təlimlərini qəbul etmişdi. Bacımla qardaşım, eləcə də xalauşaqları və dayıuşaqları ilə mən Allahın ingilis əsilli insanları daha çox sevdiyi düşüncəsi ilə böyümüşük. Amma mən bu fikirlə razı deyildim və ruhani cəhətdən ac idim. 14 yaşım olanda Anqlikan, Baptist, Yeddinci günün adventistləri kilsəsini, eləcə də ərazimizdəki digər kilsələri ziyarət etdim. Amma bu kilsələrin heç biri Allahı tanımağıma kömək etmədi.

Bir müddət sonra ailəmiz Vinstonla tanış olduğum Sidney şəhərinə köçdü. Vinstonun qeyd etdiyi kimi, onunla dini mövzuda apardığımız söhbət onun Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmasına gətirib çıxardı. Bundan sonra ondan aldığım məktublar ayələrlə dolu olurdu. Düzünü deyim, əvvəl-əvvəl bu mənə xoş gəlmirdi, hətta acığım tuturdu. Lakin yavaş-yavaş gördüm ki, onun yazdıqları Allah haqqında həqiqətə oxşayır.

1962-ci ildə Vinstona daha yaxın olmaq üçün Adelaidaya köçdüm. O məni Yehovanın Şahidləri olan Tomas Sloman və Canis Sloman adlı bir ər-arvadın evində yerləşdirdi. Papua-Yeni Qvineyada xüsusi təyinatlı müjdəçi kimi xidmət edən bu ər-arvad mənə elə böyük xeyirxahlıq göstərdi ki! O vaxt cəmi 18 yaşım var idi, onların ruhani addım atmağımda zəhməti böyükdür. Beləcə, mən də Allahın Kəlamını öyrənməyə başladım və çox keçməmiş həqiqəti tapdığıma əmin oldum. Vinstonla evləndikdən dərhal sonra mükafatlarla dolu həyata, Yehovaya xidmətə başladıq. Bu xidmət sınaqlara baxmayaraq, tapdığımız mirvarini hər gün daha çox qiymətləndirməyimizə kömək etdi.

Vinston, Yehovaya xidmət etməyə başladığın illərdən danışa bilərsən?

Peyn cütlüyünün rayon xidməti xəritəsi; bəzi adaların poçt markaları; Tuvalunun Funafuti adası

A. Rayon xidmətindəki səyahətlərimizin xəritəsi

B. Bəzi adaların poçt markası. Kiribati və Tuvalu əvvəllər Gilbert və Ellis adaları kimi tanınırdı

C. Tuvalunun gözəl mərcan adası Funafuti. Bura xüsusi təyinatlı müjdəçilər təyin olunmazdan öncə ziyarət etdiyimiz adalardan biridir

Pamla evlənəndən bir müddət sonra Yehova qarşımızda böyük fəaliyyət qapılarından birini açdı (1 Kor. 16:9). İlk qapıya Cek Porter qardaş yönəltdi. O, rayon nəzarətçisi olaraq kiçik yığıncağımızı ziyarət etmişdi. (Hal-hazırda o, mənimlə birgə Avstalasiya filialında komitə üzvüdür.) Cek və həyat yoldaşı Rozlin bizi öncül olmağa təşviq etdilər və beş il bu gözəl xidməti daddıq. 29 yaşım olanda Pamla məni sonradan Fici filialının nəzdinə keçən Sakit okeanın cənub hissəsindəki adalara rayon xidmətinə təyin etdilər. Bu adalar Amerikanın Samoa adaları, Samoa, Kiribati, Nauru, Niue, Tokelau, Tonqa, Tuvalu və Vanuatu idi.

Həmin vaxtlar ucqar adaların bəzilərinin sakinləri Yehovanın Şahidlərindən ehtiyat edirdi. Buna görə də biz ehtiyatlı və tədbirli olmalı idik (Mət. 10:16). Yığıncağımız kiçik idi və bəziləri bizi evlərinə dəvət edə bilmirdi. Buna görə də qalmağa yer tapmaq üçün kənd sakinlərinə müraciət etməli olurduq. Onlar həmişə xeyirxahlıq edirdilər.

Vinston, tərcümə işinə olan xüsusi marağın haradan qaynaqlanır?

Vinston Peyn Samoada ağsaqqallar məktəbində təlim verir

Samoa adasında ağsaqqallar məktəbində təlim verirəm

Həmin vaxt Tonqa dövlətinə aid adada yaşayan bacı-qardaşlarda Polineziya dil qrupuna aid Tonqa dilində cəmi bir neçə buklet və broşür var idi. Xidmətdə onlar ingiliscə «Əbədi həyata aparan həqiqət» adlı təlim vəsaitindən istifadə edirdilər. Ağsaqqallar üçün olan dördhəftəlik məktəb zamanı ingilis dilini zəif bilən üç ağsaqqal bu kitabı Tonqa dilinə tərcümə etməyə razılaşdı. Pam tərcümə olunmuş mətni yazı makinasında yığdı və biz tərcüməni Birləşmiş Ştatlardakı filiala çapa göndərdik. Bu layihə ümumilikdə səkkiz həftəyə başa gəldi. Tərcümənin keyfiyyəti elə də yaxşı olmasa da, bu nəşr Tonqa dilində danışan bir çox insanın həqiqəti öyrənməsinə kömək elədi. Pamla mən tərcüməçi deyilik, amma bu hadisə tərcümə işinə marağımızı artırdı.

Pam, adalardakı yaşayış Avstraliyadakı yaşayışdan nə ilə fərqlənir?

Vinston Peyn və Pamela Peynin rayon xidmətində qaldığı yerlərdən biri olan avtobusun önündə

Rayon xidmətində qaldığımız yerlərdən biri maşın idi

Çox şeylə! Ayrı-ayrı ərazilərdə cürbəcür problemlərlə üzləşirdik, ağcaqanad sürüləri, kəskin isti və nəmişlik, siçanlar və xəstəliklərlə mübarizə aparırdıq, bəzən də yeməyimiz çatmırdı. Biz Samoa dilində fale adlanan divarsız və saman damlı tipik Polineziya evində yaşayırdıq. Hər axşam falemizdən okeana baxıb dincəlmək nəyə desəniz dəyərdi. Aylı gecələrdə palma ağaclarının silueti, okeanın üstündə ayın əksi görünürdü. Belə gözəl anlar bizi düşündürür, duaya səsləyirdi, mənfi fikirləri atıb pozitiv düşünməyə kömək edirdi.

Buradakı şən uşaqları çox sevdik, bizim kimi ağdərili əcnəbilər onlara çox maraqlı gəlirdi. Niue adasında olanda bir oğlan uşağı Vinstonun qolunun tüklərinə toxunub demişdi: «Nə qəşəng lələklərin var». Görünür, o heç vaxt bu qədər tüklü qollar görməmişdi və bilməyib buna necə ad versin!

Buradakı həyat şəraitinin nə qədər aşağı olduğunu, insanların nə qədər kasıb olduğunu görəndə ürəyimiz ağrıyırdı. Ətraf aləm olduqca gözəl idi, lakin tibbi xidmət sahəsi aşağı idi və içməli su qıtlığı var idi. Amma bacı-qardaşlar bunlara görə narahat olmurdular. Bu şərait onlara normal gəlirdi. Onlar xoşbəxt idilər ki, ailələri yanındadır, ibadət evləri var və Yehovanın adını ucaltmaq imkanları var. Onların nümunəsi bizə diqqətimizi daha vacib olan şeylərə yönəltməyə və sadə həyat sürməyə kömək etdi.

Pam, bəzən sənə su gətirmək və yeməyi tamamilə fərqli şəraitdə bişirmək lazım gəlib. Bütün bunların öhdəsindən necə gəlirdin?

Pam Tonqoda paltarları vedrə və ləyən istifadə edərək yuyur

Pam Tonqa adasında paltarlarımızı yuyur

Bunlara görə atama minnətdaram. O mənə çox şey öyrədib, məsələn, ocaq qalayıb üstündə yemək bişirməyi, əlində olan bir-iki şeylə dolanmağı. Bir dəfə Kiribatidə olanda saman damı, mərcan döşəməsi və bambukdan divarları olan kiçik bir evdə qaldıq. Yemək bişirmək üçün döşəmədə dəlik açıb ocaq qalamağa yer hazırlayır, yanacaq əvəzinə kakos qabıqlarını istifadə edirdim. Su gətirmək üçün qadınlarla quyunun qarşısında növbəyə dayandım. Onlar su çıxarmaq üçün bir ucuna kəndir bağlanmış təxminən iki metr uzunluğunda olan çubuqdan istifadə edirdilər, tilova oxşayırdı. Amma kəndirin ucuna qarmaq əvəzinə vedrə asılırdı. Hərə növbə ilə öz kəndirini quyuya atırdı. Qadınlar biləklərini məqamında elə döndərirdilər ki, vedrə böyrü üstə düşürdü və su ilə dolurdu. Kənardan asan görünürdü. Amma sıra mənə çatanda gördüm ki, heç də belə deyilmiş. Kəndirimi bir neçə dəfə quyuya atdım, amma hər dəfə vedrə suya dəyib üstündəcə qaldı! Hamı gülüb qurtarandan sonra bir qadın mənə kömək əli uzatdı. Onlar həmişə yardımsevər və mehriban davranırdılar.

Adalardakı xidmətinizdən ağızdolusu danışırsınız. Xüsusilə yadınızda qalan hadisələri bizimlə bölüşərsiniz?

Vinston: Buradakı bəzi adətləri anlamaqda çətinlik çəkirdik. Misal üçün, bacı-qardaşlar bizi qonaq dəvət edəndə olan yeməklərinin hamısını qabağımıza qoyurdular. Əvvəl-əvvəl bilmirdik ki, onlara da nə isə saxlamalıyıq. Ona görə də qarşımıza qoyulan hər şeyi yeyirdik! Əlbəttə, vəziyyətdən agah olandan sonra onlara da yemək saxlamağa başladıq. Səhvlərimizə baxmayaraq, onlar çox anlayışla davranırdılar. Rayon xidmətimiz ərzində təxminən hər altı aydan bir onları ziyarət edəndə çox şad olurdular. O vaxtlar onların öz yığıncaqlarındakı bacı-qardaşlardan savayı, tanıdıqları yeganə Yehovanın Şahidləri biz idik.

Niue adasında Vinston motisikletdə oturanlardan ibarət olan bütün təbliğ qrupunu xidmətə aparır

Niue adasında qrupu təbliğ xidmətinə aparıram

Ziyarətimiz həmin ərazidəki insanlar üçün də gözəl şahidlik idi. Kənd sakinlərinin çoxu elə bilirdi ki, bu din yerli bacı-qardaşların uydurmasıdır. Ona görə də dindaşlarını ziyarət etməyə gələn əcnəbi ər-arvadı görəndə onlar başa düşürdülər ki, bu, real təşkilatdır və məəttəl qalırdılar.

Pam: Ən əziz xatirələrimdən biri Kiribati ilə bağlıdır. Orada bir neçə təbliğçisi olan bir yığıncaq var idi. Yığıncağın tək ağsaqqalı olan İtinaki Matera adlı qardaş bizim üçün əlindən gələni edirdi. Bir gün gördüm ki, o, içində bircə dənə yumurta olan səbətlə gəlir. Mənə dedi: «Bu, sizin üçündür». Həmin vaxt toyuq yumurtası bizim üçün nadir tapıntı idi. Bu kiçik, lakin səxavətli jest ürəyimizi riqqətə gətirdi.

Pam, bətnindəki körpəni itirəndə sənə dözməyə nə kömək etdi?

1973-cü ildə Sakit okeanın cənub hissəsində olanda hamilə qalmışdım. Avstraliyaya qayıtmaq qərarına gəldik. Dörd aydan sonra uşağımızı itirdik. Təbii ki, bu, Vinstona da pis təsir etmişdi, axı onun da övladı idi. Ürəyimdəki ağrı zamanla azalırdı, amma tamamilə keçib getmirdi, ta ki 2009-cu ilin 15 aprel saylı «Gözətçi qülləsi» jurnalını oxuyana qədər. «Oxucuların sualları» məqaləsində sual var idi: «Ana bətnində ölən uşaq üçün dirilməyə ümid varmı?» Bu məqalə bizi əmin etdi ki, buna Yehova qərar verəcək və O, həmişə düzgün olanı edir. Yehova Oğluna «İblisin işlərini» dağıtmağı tapşıraraq, bu pis sistemdə aldığımız bir çox yaralara şəfa verəcək (1 Yəh. 3:8). Bu məqalə həmçinin Yehovanın xalqı olaraq sahib olduğumuz mirvarini daha da dəyərləndirməyə kömək etdi. Doğrudan da, Padşahlıq ümidi olmasaydı, neyləyərdik?!

Uşağımızı itirəndən sonra tammüddətli xidməti bərpa etdik. Bir neçə ay Avstraliya Beytelində xidmət etdikdən sonra yenidən rayon xidmətinə başladıq. Yeni Cənubi Uelsin və Sidneyin kənd ərazisində dörd il xidmət etdikdən sonra, 1981-ci ildə o vaxtlar Avstraliya adlanan filiala dəvət aldıq və o vaxtdan bəri orada xidmət edirik.

Vinston, Avstralasiada filial komitəsi kimi gördüyün işlərdə Sakit okeanın cənub hissəsindəki xidmət illərində qazandığın təcrübənin faydasını görürsən?

Əlbəttə, özü də bir çox sahələrdə. Əvvəlcə, Avstraliya filialına Amerikanın Samoa adalarının və Samoa ərazisinin təbliğ işinə nəzarət etmək tapşırıldı. Sonra Yeni Zelandiya filialı ilə Avstraliya filialı birləşdirildi və Avstralasia filialı adlandı. Hal-hazırda bu filialın ərazisinə Avstraliya, Amerikanın Samoa adaları, Samoa, Kuk adaları, Yeni Zelandiya, Niue, Timor-Leste, Tokelau və Tonqa əraziləri daxildir. Bu ərazilərdən əksəriyyətini filial nümayəndəsi olaraq ziyarət etmişəm. İndi filialdan bu sadiq bacı-qardaşlara xidmət edərkən onları ziyarət edən vaxt qazandığım təcrübə çox köməyimə çatır.

Vinston və Pam Avstralasia filialında

Vinston və Pam Avstralasia filialında

Sonda öz təcrübəmizdən irəli gələrək qeyd edim ki, Allahı axtaran təkcə böyüklər deyil. Kiçiklər də «çox qiymətli bir mirvari»yə sahib olmaq istəyirlər, hətta ailənin digər üzvləri maraq göstərməsə də (2 Pad. 5:2, 3; 2 Saln. 34:1—3). Şübhəsiz, məhəbbətli Allahımız Yehova kiçikdən tutmuş, böyüyə kimi hər bir kəsin əbədi həyatı qazanmasını istəyir!

Təxminən 50 il bundan öncə Pamla mən Allahı axtarmağa başlayanda, heç bilmirdik ki, axtarışımız Padşahlıq haqda həqiqəti — heç bir qiymətə gəlməyən mirvarini tapmağımızla nəticələnəcək! Biz bu dəyərli mirvarini var gücümüzlə qoruyub-saxlamağa qəti qərarlıyıq!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş