Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/02 s. 3
  • Onların qurbanı olma!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onların qurbanı olma!
  • Müqəddəs ibadətimiz 2002
Müqəddəs ibadətimiz 2002
km 6/02 s. 3

Onların qurbanı olma!

Müqəddəs Kitab xəbərdar edir: “Pis adamlar və saxtakarlar... aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar” (2 Tim. 3:13). Bu cür saxtakarlar yalnız iman məsələsində aldatmağa çalışmır, həmçinin bacı-qardaşların əliaçıqlığından da maddi xeyir əldə etmək istəyirlər. Vaxtaşırı olaraq “Bizim Padşahlıq Xidmətimiz”də müvafiq xəbərdarlıqların verilməsinə baxmayaraq, filial, səyahət edən fırıldaqçıların çətinlik çəkdiklərini söyləyib, pul və əşya alaraq aldatdıqları qardaşlardan mə’lumatlar almağa davam edir. Çox vaxt saxtakarlar vəsaitsiz qaldıqlarını, qidaya və geri evə qayıtmaq üçün pula ehtiyac duyduqlarını söyləyirlər. Əksər hallarda onlar Yehovanın Şahidləri deyillər, sadəcə özlərini bu cür qələmə verirlər.

Əgər tanımadığın bir şəxs yaxınlaşıb, maddi yardıma ehtiyac duyduğunu söyləyərsə, həmin şəxs haqqında mə’lumat əldə etmək müdriklik olardı və əksər hallarda bu işlə ağsaqqalların məşğul olması yaxşı olardı. Çox vaxt həqiqət yolunda olduğu müddəti, ötən konqresdə olub-olmadığını, həmçinin sonuncu nəşrlərlə nə qədər yaxından tanış olduğunu soruşmaqla insanın həqiqəti söyləmədiyini müəyyən etmək olar. Zəng vurub həmin adam haqqında mə’lumat əldə etmək üçün, hər-halda onun getdiyi yığıncaqdakı ağsaqqallardan birinin familiyasını öyrənmək olar. Gözlənilmədən yardıma ehtiyacı olan əsl bacı-qardaşlar, hamının müdafiəsinə xidmət edən bu cür yoxlanışa e’tiraz etməməlidirlər. Adı çəkilən ağsaqqala zəng vurmaq lazımdır. Beləliklə saxtakarlar ifşa olunacaqlar.

Hansısa şəhərdə yaşayan ağsaqqalı tanıdığını söyləyən insanın sözləri heç bir şey sübut etmir. Səyahət edərək və müxtəlif yığıncaqlara gələrək, saxtakarlar bə’zən qardaşların familiyasını və yığıncaqların adını öyrənirlər. Onların sözləri çox inandırıcı görünsə də, bu sözlərin doğru olub-olmadığını yoxla. Onların qurbanı olma!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş