Xidməti görüşlərin cədvəli
Mayın 10-dan başlanan həftə
Mahnı 193.
10 dəq. Yerli e’lanlar. “Bizim Padşahlıq Xidmətimiz”dən seçilmiş e’lanlar. 4-cü səhifədə verilən təqdimə sizin yığıncağın sahəsinə münasibdirsə, onun əsasında səhnəcik hazırla. Bu səhnəcikdə “Gözətçi Qülləsi”nin 1 iyun sayını təqdim etməyin üsulu göstərilir. Başqa təqdimələrdən də istifadə etmək olar. Səhnəcikdə “Mənim öz dinim var” e’tirazının öhdəsindən gəlməyin müxtəlif üsullarını göstər. (“Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu” (rus.) broşürasının 10-cu və 11-ci səhifələrinə bax.)
15 dəq. Sən artıq müdiriyyətlə danışmısanmı? Ağsaqqal nitqlə çıxış edir və “Bizim Padşahlıq Xidmətimiz”in 2000-ci il 1 yanvar sayının (rus.) 1-ci səhifəsində dərc edilmiş “Bəs sən oraya gələcəksənmi?” adlı məqalənin əsasında dinləyicilərlə müzakirə aparır. “Xidmət Məktəbi” kitabının (rus.) 67-ci səhifəsindəki fikirləri daxil et.
20 dəq. “Ürəyinizi genişləndirin”a. “Allaha ibadət edin” kitabının (rus.) 150-ci səhifəsindəki, 14-cü abzasda olan fikirləri daxil et.
Mahnı 18 və yekun dua.
Mayın 17-dən başlanan həftə
Mahnı 188.
10 dəq. Yerli e’lanlar.
15 dəq. “Minnətdarlığını təzahür etdir”b. Əgər vaxt yol verirsə, iştirak edənlərə gətirilmiş ayələrə dair şərh verməyi təklif et. 3-cü abzası müzakirə edərkən, yenicə köməkçi pioner kimi xidmət edən bir-iki təbliğçi aldıqları xeyir-dualar haqqında danışacaqlar.
20 dəq. Bir-birimizin qayğısına qalırıq (1 Kor. 12:25, 26). “Xidmətimiz” kitabının (rus.) 156-158-ci səhifələrindəki “Bir-birimizə qayğı” sərlövhəsinə əsaslanan mə’ruzə və dinləyicilərlə müzakirə. Yehovanın xidmətçilərinin dünyanın hər yerində yaşamalarına baxmayaraq, biz həmrə’yik. Biz hamımız hər gün qardaşlar üçün dua etməliyik. Biz, həmçinin çətin vəziyyətlərdə maddi cəhətdən də tə’cili kömək göstəririk. Müqəddəs Kitabdan açar ayələri oxu və müzakirə et, həm də ədəbiyyatlarımızdan bir-iki hadisəni daxil et.
Mahnı 100 və yekun dua.
Mayın 24-dən başlanan həftə
Mahnı 128.
12 dəq. Yerli e’lanlar. Maliyyə hesabatı. May ayında təklif edəcəyimiz ədəbiyyatı xatırlat. 4-cü səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə “Gözətçi Qülləsi”nin 1 iyun sayını təqdim etməyin üsulu göstərilir. Səhnəcikdə hər hansı bir yerli dinin üzvü olan adama necə təbliğ etməyin üsulunu göstər.
15 dəq. “Əhval-ruhiyyəni qaldıran musiqi”. Mə’ruzə və dinləyicilərlə müzakirə. 2002-ci il üçün olan “İllik məcmuə”dən (rus.) və “Gözətçi Qülləsi”nin (rus.) 1997-ci il, 1 fevral sayının 27-ci səhifəsindəki 1-ci və 2-ci abzaslardan fikirləri daxil et.
18 dəq. Qeyri-rəsmi surətdə şahidlik etməyə hazır ol. “Bizim Padşahlıq Xidmətimiz”in 2003-cü il iyun sayının 3-cü səhifəsinə əsaslanan mə’ruzə və dinləyicilərlə müzakirə. Əvvəlcədən bir-iki təbliğçidən xahiş et ki, qeyri-rəsmi surətdə şahidlik edərkən onlarla baş verən hadisələri danışsınlar. Qeyri-rəsmi surətdə təbliğ edərkən “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” traktatından və “Bütün xalqlar üçün xoş xəbər” broşürasından necə istifadə etməyin üsulunu qısa olaraq göstər.
Mahnı 211 və yekun dua.
Mayın 31-dən başlanan həftə
Mahnı 26.
8 dəq. Yerli e’lanlar. Təbliğçilərə may ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat.
17 dəq. Həyat qiymətləndirilməli hədiyyədir. Dinləyicilərlə “Oyanın!” jurnalının (rus.) 1995-ci il 8 mart sayının 21, 22-ci səhifələrinə əsaslanan müzakirə. “Oyanın!” jurnalının (rus.) 1996-cı il 8 avqust sayının 16, 17-ci səhifələrində olan fikirləri daxil et. Yehovanın aborta olan nöqteyi-nəzərini, qadının öz bədəni ilə necə rəftar edəcəyini seçmək qərarının öz ixtiyarında olduğunu düşünən insana necə izah edərdin? “Gözətçi Qülləsi”nin 2000-ci il 1 yanvar sayının (rus.) 4-cü səhifəsində, 4, 5-ci abzaslarda təsvir edilən hadisəni danış.
20 dəq. “Allah tələb edir” broşürası əsasında öyrənmə başlamağın üsulu. Suallar və cavablar. 6-cı abzası müzakirə edərkən təqdim etməyə dair səhnəcik hazırla.
Mahnı 24 və yekun dua.
İyunun 7-dən başlanan həftə
Mahnı 136.
10 dəq. Yerli e’lanlar. “Gözəl köməkçi vəsait” çərçivəsində olan əsas fikirləri müzakirə et. Yaşadığınız ərazidə qarşılaşdığınız bə’zi dillərin adını çək.
15 dəq. Yerli tələbatlar.
20 dəq. Tə’lim işində məsəllərdən bacarıqla istifadə et. “Gözətçi Qülləsi”nin 2002-ci il 1 noyabr sayının 30, 31-ci səhifələrindəki məqaləyə əsaslanmış nitq və dinləyicilərlə müzakirə. Hansı dörd amil məsəlləri effektli edir? Onların sadə olması nəyə görə faydalıdır? Yaxşı məsəlləri haradan tapmaq olar? 32-ci səhifədəki bə’zi məsəlləri nəzərdən keçir və onları effektli edən səbəbləri müzakirə et.
Mahnı 133 və yekun dua.
[Haşiyələr]
a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.