E’lanlar
◼ Sentyabr ayında paylanacaq ədəbiyyat: “Ailə xoşbəxtliyinin sirri”. Oktyabr: “Gözətçi Qülləsi” jurnalı. Təkrar başçəkmələr zamanı maraq göstərən insanlarla Müqəddəs Kitab öyrənməsi başlamağa çalışaraq “Allah tələb edir” broşürasını təklif edin. Noyabr: “Allah tələb edir” broşürasını təklif edin və Müqəddəs Kitab öyrənməsi başlamağa çalışın. Dekabr: Yığıncaqda olan hər hansı 192 səhifəlik kitab.
◼ 2005-ci ilin aprel ayının 10-da, bazar günü Xatirə Gecəsi ilə əlaqədar xüsusi mə’ruzə söyləniləcək. Mə’ruzənin adı bir qədər sonra e’lan olunacaqdır. Həmin istirahət günləri rayon nəzarətçisi ziyarət edən, yaxud rayon və ya xüsusi birgünlük konqres keçirilən yığıncaqlarda mə’ruzə növbəti həftə söylənilməlidir. Bu mə’ruzə 2005-ci il aprelin 10-dan əvvəl heç bir yığıncaqda söylənilməli deyil.
◼ Yığıncaqların ağsaqqalları km 08/03, 4, 5-ci səhifələrində göstərildiyi kimi, hər il Padşahlıq Zalının vəziyyətini yoxlamalı və münasib tə’mir işlərinin aparılması üçün lazımi tədbirlər görməlidirlər. Bunun yerinə yetirilib-yetirilməməsini rayon nəzarətçisi yığıncağa baş çəkərkən yoxlayacaq. Əgər yığıncaq görüşləri özünə məxsus olan Padşahlıq Zalında keçirirsə, yığıncağın zala cavabdeh olan katibi müvafiq hüquqi sənədlərin qaydada olub-olmadığını yoxlayacaq. Əgər bu əvvəlcədən edilməmişdirsə, o, zalın yığıncaqlara məxsus olduğunu təsdiqləyən bütün sənədlərin surətlərini filiala göndərməlidir.
◼ Ağsaqqallar “Gözətçi Qülləsi”nin 1991-ci il 15 aprel sayının (rus.) 21-23-cü səhifələrində verilən göstərişlərə diqqət yetirərək, ünsiyyətdən məhrum edilənlərə və ya ünsiyyətdən imtina edənlərə baş çəkməlidirlər.
◼ “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının yeni sayları yığıncağa çatdıqdan tez sonra təbliğçilərə paylanılması vacibdir. Bu imkan yaradar ki, təbliğçilər bu jurnalları xidmətdə paylamazdan əvvəl onların məzmunu ilə özləri tanış ola bilsinlər.
◼ Bu ilin oktyabrında beş şənbə və beş bazar günü olduğundan, köməkçi pioner xidməti götürmək üçün yaxşı imkandır.