Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/04 s. 3
  • Padşahlıq Zallarının tikintisi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Padşahlıq Zallarının tikintisi
  • Müqəddəs ibadətimiz 2004
Müqəddəs ibadətimiz 2004
km 9/04 s. 3

Padşahlıq Zallarının tikintisi

1 Yehovanın yer üzündəki ümumdünya təşkilatının sür’ətli artımını görmək fərəhləndiricidir! Ötən il ərzində Rusiya filialının himayəsinə həvalə olunmuş ölkələrdə 124, bütün dünyada isə 1 319 yeni yığıncaq təşkil olunub. Bu cür artımı nəzərə alaraq, Padşahlıq Zallarına olan tələbatın mövcud olması təəccüblü deyil.

2 Bir çox bacı və qardaşlar öz vaxtlarını və vəsaitlərini Padşahlıq Zallarının tikilməsinə könüllü olaraq sərf edərək, Yehovanın təşkilatını şövqlə və fədakarlıqla dəstəkləyirlər. Hal-hazırda Rusiya filialının nəzarəti altında olan ərazilərdə artıq 135 Padşahlıq Zalı tikilib və bərpa olunub, 13-ü isə tikilməkdədir. Yeni Padşahlıq Zallarına tələbat hər il artır. Təşkilatımız dünyanın bir çox ölkələrində Padşahlıq Zallarının tikinti Proqramını işə salıb. Padşahlıq Zallarının tikintisində yığıncaqlara kömək etmək məqsədilə, tikinti qrupları təşkil olunub. Rusiya filialının nəzarəti altında olan ərazilərdə artıq 7 belə qrup və tikinti aparılan yerlərdə qanuni icazə əldə etmək üçün Padşahlıq Zallarının tikintisi üzrə filialın 30-a yaxın nümayəndəsi fəaliyyət göstərir. Bütün bu könüllülərin əməyi yüksək qiymətləndirilir. Padşahlıq Zallarının tikintisi, dünyada çox geniş yayılmış ruhdan fərqli olaraq, məsihçilərə xas olan səxavətlilik və fədakarlıq ruhunda həyata keçirilir (2 Tim. 3:2, 4).

3 Dini təşkilat Padşahlıq Zallarının bir sıra standart layihələrinin hazırlanmasının qayğısına qalıb. Bu, könüllü işçilərin vaxtını və vasitələrini qənaət etməyə kömək edəcək. Həmçinin Padşahlıq Zallarının fondunda olan vəsaitlərin müdrikcəsinə istifadə edilməsinə də kömək edəcək. Hal-hazırda ağsaqqallar onlara təklif olunan standart layihələrdən özlərinə daha əlverişli olanını seçirlər. İlk dəfə belə köməyi alan Birləşmiş Ştatların Regional tikinti komitələrindən biri öz fikrini belə bildirmişdir: “Bu silsilədən olan layihələr bizim çox xoşumuza gəldi və onu aldıqda səmimi qəlbdən sevindik. Me’marlıq və mühəndislik sənətində təcrübəli olan qardaşlar hesablamışlar ki, yeni layihələrin sayəsində vaxtın 50-60 faizinə qənaət edilir. Bundan savayı, bu layihələr Padşahlıq Zallarının standartlaşdırılmasında və daha çox sabitliyə müvəffəq olmaqda kömək edəcək”. Gözlənilir ki, yığıncaqların Padşahlıq Zallarının standartlaşdırılmasında göstərdikləri köməyin sayəsində, könüllü olaraq öz köməklərini təklif edən bir çox arxitektor, mühəndis və podratçı qardaşların üzərinə düşən yük xeyli asanlaşacaq. Həmçinin, kənardan olan me’mar və mühəndislərin baha başa gələn köməyinə ehtiyac azalacaq. Yeniliklə əlaqədar, Padşahlıq Zalı tikməyi və ya hazır bina almağı planlaşdıran hər yığıncaq daha çox mə’lumat almaq üçün əvvəlcə dini təşkilatın yerli ofisilə əlaqə saxlamalıdır.

4 Könüllülər çox yaxşı işi dəstəkləyirlər. Yehovanın təşkilatı Padşahlıq Zallarını tikməyə kömək edən çoxsaylı könüllülərə minnətdardır. Tikinti işinin bütün sahələrində öz köməklərini təklif edən minlərlə könüllüləri görəndə adamın ürəyi sevinclə dolur. Tikinti proqramının müvəffəqiyyəti, yığıncaqları və ailələri ilə keçirə biləcəkləri vaxtlarını qurban verən könüllü işçilərin ruh yüksəkliyinin, əliaçıqlığının və əməkdaşlığının sayəsində mümkündür (Məz. 110:3; Kol. 3:23). Könüllülərin bu işə məhəbbətlə hay verməsi bizdə tə’rif, minnətdarlıq və onları tam dəstəkləmək hissi oyadır (Rom. 12:10; İbr. 13:1).

5 Tikinti qruplarına kömək edə bilənlərin hamısından, “Padşahlıq Zallarının tikinti proqramında iştirak edən könüllülərin ərizəsi” (A-25) blankını doldurmağı xahiş edəcəklər. Tezliklə yığıncaqlar bu ərizənin blanklarını alacaqlar. Sonra işçinin ixtisası və onun yararlı olması haqqında mə’lumat vermək üçün, doldurulmuş ərizələri dini təşkilatın yerli ofisinə göndərmək lazımdır. Könüllünün statusu dəyişilibsə, ola bilsin, o başqa yerə köçüb, yaxud xidməti köməkçi və ya ağsaqqal tə’yin edilibsə, tə’xirə salınmadan təzə ərizə doldurmaq və yığıncağın katibi vasitəsilə onu təqdim etmək lazımdır. Əgər könüllü müəyyən səbəblər üzündən artıq yararlı deyilsə, ağsaqqallar dərhal bu haqda ofisə yazmalıdırlar. Ərizənin daha çox blankını hər ay doldurulan “Ədəbiyyat sifarişi blankı”nın vasitəsilə sifariş etmək olar. Rayon nəzarətçisi də müqəddəs xidmətin bu sahəsində könüllü çalışmaq istəyənlərin hər birilə maraqlanacaq. Buna görə də o, hər dəfə yığıncaqlara baş çəkəndə, Padşahlıq Zallarının könüllü inşaatçılarının ərizə qovluğuna baxacaq.

6 Tikinti fondlarına qənaət etməyə çalışın. Tikinti qrupları tikintinin təchizatını təşkil edirlər. Bu qardaşlar müxtəlif yerlərdə olan qiymətləri müqayisə edərək, sərfəli alış-veriş etməyə çalışırlar. Bu, hansı mal göndərənlərlə iş görməyi və hansı materialları almağı həll etməyə imkan verir. Hərdənbir Padşahlıq Zallarının tikintisinin bu şö’bəsində işləmək üçün yerli yığıncaqlardan olan münasib qardaşları də’vət etmək mümkün olacaq.

7 Qənaət üçün tikinti qrupunun nəzarətçisi tikinti xərclərini təsdiq etmək üçün bütün ödəniş sənədlərini imzalamalıdır. Padşahlıq Zalının tikintisi və ya tə’miri üzrə nəzarət tikinti qruplarına həvalə olunur.

8 Padşahlıq Zallarına tələbat hər zaman artdığından vəsaitdən mümkün qədər müdrikliklə istifadə etmək lazımdır. Bu səbəbdən, Padşahlıq Zalı tikən yığıncaqlara məsləhət edilir ki, qənaət etməyə çalışsınlar. Bə’zi ölkələrdə daha çox Padşahlıq Zalına olan tələbat barədə 1997-ci ilin “İllik məcmuə”sində qeyd edilir: “Rusiyada Padşahlıq Zallarına daha çox ehtiyac var. Yehovanın Şahidlərinin sayı orada çox sür’ətlə artır, amma Rusiya filialının nəzdində olan yığıncaqların təxminən 85 faizinin görüşlər üçün daimi yeri yoxdur. Zimbabvedə təxminən 800 yığıncaq var və onlardan bir çoxu görüşlərini açıq səma altında keçirməli olur. Bu səbəbdən yeni maraqlanan bə’zi insanlar görüşlərə gəlmirlər”. Hal-hazırda çox zallar tikilməsinə baxmayaraq, ehtiyac hələ də böyükdür. Buna bənzər vəziyyət Şərqi Avropanın, Afrikanın və Latın Amerikasının başqa ölkələrində də var.

9 Bu axır günlərdə insanların əksəriyyətinin sevgisinin soyumasına baxmayaraq, Allahın xidmətçiləri irqlərindən və yaşadıqları yerdən asılı olmayaraq, bir-birlərini sevməyə davam edirlər (Mat. 24:12). Gəlin səmavi Atamızı təqlid edərək, Rusiya və ya başqa filiala həvalə olunan Zalların tikintisini hazırlıqla dəstəkləməklə müntəzəm olaraq məhəbbət göstərək. Bu cür davranaraq biz Yehovanın bol-bol xeyir-duasını və lütfünü qazanacağıq (Mal. 3:10; İbr. 6:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş