Teokratik Xidmət Məktəbi — təkrar
Növbəti suallar 2007-ci il avqustun 27-dən başlanan həftədə, Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Məktəbin nəzarətçisi, 2007-ci il iyulun 2-dən başlanan həftədən avqustun 27-dən başlanan həftəyədək Teokratik Xidmət Məktəbində keçilən materialın 30 dəqiqəlik müzakirəsini edəcək.
DƏRSLƏR
1. Təbliğ xidmətində və yığıncaq görüşlərində biz başqalarına necə hörmət göstərə bilərik? [be s. 192, abz. 4-6].
2. Əminliklə danışmağa bizə nə kömək edə bilər? [be s. 195, abz. 4 — s. 196, abz. 2].
3. Təbliğdə nəzakətli olmağa bizə nə kömək edə bilər? [be s. 198, abz. 1 — s. 199, abz. 1].
4. Təbliğ zamanı yerində deyilmiş sözlər nəzakətli olduğumuzu necə göstərir? (Sül. məs. 25:11) [be s. 199, abz. 2-4].
5. Müsbət tonda çıxış etmək üçün nə etmək olar? [be s. 203, abz. 2 — s. 204, abz. 1].
TAPŞIRIQ №1
6. «Yezekel» kitabının yazarı, kanonikliyi və həqiqiliyi barəsində nə demək olar? [bsi07 s. 6, abz. 3].
7. Haqsızlığa tab gətirmək üçün hansı keyfiyyət zəruridir? [w05 1.6. s. 29, abz. 4, rus.].
8. İsanın sadukeylərə dirilmə ilə bağlı verdiyi cavabdan biz nə öyrənirik? (Luka 20:37, 38) [be s. 66, abz. 4].
9. Müqəddəs Kitabı öyrənən adam və ya həmimanlılardan kimsə müəyyən vəziyyətdə nə etmək lazım olduğunu soruşanda necə cavab vermək olar? [be s. 69, abz. 4 — s. 70, abz. 1].
10. ‘Ruhən və əqlən yeniləşmək’ nə deməkdir? (Efes. 4:23) [be s. 74, abz. 4].
MÜQƏDDƏS KİTABIN HƏFTƏLİK OXUNMASI
11. Yezekel 9:2-4 ayələrində «kətan paltar geyinmiş» adam və ‘alınlardakı işarə’ nəyi bildirir? [w89 15.2. s. 11, abz. 18, rus.].
12. Xristian dünyasının dini rəhbərləri Yezekel 13:3 ayəsində təsvir edilmiş ‘öz ruhları ilə ilhamlanan axmaq peyğəmbərlərə’ necə bənzəyirlər? [w99 1.10. s. 13, rus.].
13. İsraillilər Yezekel 18:2 ayəsindəki məsəli çəkməklə nəyə nail olmaq istəyirdilər və bundan cavabdehliklə əlaqədar nə öyrənirik? [w89 15.2. s. 15, abz. 10, rus.].
14. Yerusəlimin mühasirəsi və məhvi zamanı Yezekel hansı mə’nada «dinməz» idi? (Yez. 24:27; 33:22) [w03 1.12. s. 29, rus.].
15. «Maqoq ölkəsindən olan... Qoq» kimdir və Yehovanın xalqını məhv etmək üçün o nə vaxt qalxacaq? (Yez. 38:2, 16) [w97 1.3. s. 14, abz. 1 — s. 15 abz. 3, rus.].