Xatirə Gecəsinə gələnlərə necə kömək edə bilərik?
1 Bütün dünyada milyonlarla insana 2008-ci il martın 22-də böyük şahidlik veriləcək. Xatirə Gecəsinə gələnlər Yehovanın bəşəriyyətə fidiyə verməklə göstərdiyi böyük məhəbbəti haqqında eşidəcəklər (Yəh. 3:16). Onlar Padşahlıq haqqında və Yehovanın bəşəriyyət üçün olan iradəsini yerinə yetirmək üçün ondan necə istifadə edəcəyini öyrənəcəklər (Mat. 6:9, 10). Onlar Allahın xalqının məhəbbətinin və birliyinin şahidi olacaq və səmimi qonaqpərvərliyimizi öz üzərlərində hiss edəcəklər (Məz. 133:1).
2 Müqəddəs Kitabı öyrənənlər. Gələnlərin bəziləri bizimlə Müqəddəs Kitabı yenicə öyrənməyə başlayanlar olacaq. Onları bacı-qardaşlarla tanış et. Onlara həftə ərzində keçirilən görüşlər haqqında məlumat ver və Padşahlıq Zalında qısa ekskursiya keçir. Natiq öz məruzəsində yeni öyrənənləri ruhani cəhətdən inkişaf etməyə təşviq edəcək. Sən öyrətdiyin adamı təşviq etmək üçün natiqin sözlərindən istifadə edə bilərsən.
3 Qeyri-fəal təbliğçilər. İştirak edənlərdən bəziləri qeyri-fəal təbliğçilər olacaq. Onları səmimi salamlamaq üçün özün təşəbbüs göstər. Şəxsi suallar verməkdən və onları utandıran sözlər deməkdən çəkin. Xatirə Gecəsindən çox keçməmiş ağsaqqallar bu mərasimə gəlmiş qeyri-fəallara baş çəkməli və gəlməyə səy göstərdikləri üçün tərifləməli, eləcə də onları səmimi-qəlbdən növbəti yığıncaq görüşünə dəvət etməlidirlər.
4 Qonaqlqr. Mərasimə gələnlərdən bəziləri şəxsən dəvət etdiyimiz tanışlarımız və ya ailə üzvlərimiz ola bilər. Digərləri isə dəvətnamələr payladığımız xüsusi kampaniyada çağırdığımız insanlar ola bilər. Tanımadığın adam görəndə özün yaxınlaşıb onu salamla və tanış ol. Bəlkə də, o bizim görüşlərə birinci dəfə gəlir. Ehtimal ki, onunla necə əlaqə saxlaya biləcəyini söhbət əsnasında öyrənə bilərsən. Xatirə Gecəsindən bir neçə gün sonra ona baş çəkməklə və ya qısa telefon zəngi ilə onun marağını artırmağa və Müqəddəs Kitabı öyrənməyi təklif etməyə səy göstərə bilərsən.
5 Xatirə Gecəsində söylənilən məruzədəki məlumatdan istifadə edərək təkrar başçəkmədə «Müqəddəs Kitab öyrədir» kitabını təqdim etmək olar. Məsələn, natiq Yeşaya 65:21-23 ayələrini oxuyacaq. Təkrar başçəkmə zamanı məruzəni xatırladıb deyə bilərsən: «İcazə verin, fidiyənin sayəsində mümkün olan başqa xeyir-duaları göstərim». Sonra «Müqəddəs Kitab öyrədir» kitabının 4 və 5-ci səhifələrini nəzərdən keçir. Yaxud deyə bilərsən: «Çoxlarını Yeşayanın peyğəmbərliyinin yerinə yetəcəyini nə zaman görəcəyimiz maraqlandırır». Sonra 9-cu fəslin 1-3 abzaslarını nəzərdən keçir. Başqa bir üsul, sadəcə natiqin sözlərini xatırlatmaq, «Müqəddəs Kitab öyrədir» kitabını təqdim etmək və öyrənmənin necə keçirildiyini göstərməkdir.
6 Gəlin hər birimiz Xatirə Gecəsinə gələcək qonaqlara, qeyri-fəal təbliğçilərə və Müqəddəs Kitabı öyrənənlərə kömək etmək üçün hər fürsətdən istifadə edək (Luka 22:19). Yehova xidmətimizi genişləndirmək üçün göstərdiyimiz hər bir səyimizə mütləq xeyir-dua verəcək.
[Öyrənilmə üçün olan suallar]
1. Martın 22-i 2008-ci ildə hansı böyük şahidlik veriləcək?
2. Müqəddəs Kitabı öyrənənlər Xatirə Gecəsinə gələndə onlara necə kömək edə bilərik?
3. Xatirə Gecəsinə gələn qeyri-fəal təbliğçiləri necə ruhlandıra bilərik?
4. Hər birimiz qonaqlara necə kömək edə bilərik?
5. Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün nə deyə bilərik?
6. İsanın onun ölümünü qeyd etmək tapşırığına riayət edərkən hər birimizin qarşısında hansı imkanlar açılır?