Jurnalları necə təklif etmək olar?
Gözətçi Qülləsi yan.-mart
«Sizcə, bəşəriyyətin problemlərini həll edəcək bir hökumət nə vaxtsa olacaqmı?» [Cavab verməsinə izin ver.] İsa öz şagirdlərini belə hökumət haqqında dua etməyə öyrətmişdi. Onun sözlərini Matta 6:9, 10 ayələrində oxumaq olar. [Oxu.] Bu jurnalda Allahın Padşahlığının insan hakimiyyətlərindən nəyə görə üstün olduğu izah edilir və onun hansı xeyir-duaları gətirəcəyi haqda danışılır».
«Çoxlarını Allaha inanmağın elmi cəhətdən düz olub-olmadığı düşündürür. Bəs siz bu haqda nə fikirləşirsiniz? [Cavab verməsinə izin ver. Sonra İbranilərə 3:4 ayəsini oxu.] Bu məqalədə bəzi alimləri Yaradana inandıran dəlillər gətirilir». 14-cü səhifədən başlayan məqaləni göstər.