Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr18 avqust s. 1—3
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2018
  • Başlıqlar
  • 6—12 AVQUST
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 17, 18
  • «Təşəkkür edin»
  • nwtsty-E Lk 17:12, 14 ayələri üçün şərh
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Lk 17:10 ayəsi üçün şərh
  • nwtsty-E Lk 18:8 ayəsi üçün şərh
  • 13—19 AVQUST
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Lk 19:43 ayəsi üçün şərh
  • nwtsty-E Lk 20:38 ayəsi üçün şərh
  • 20—26 AVQUST
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Lk 21:33 ayəsi üçün şərh
  • 27 AVQUST — 2 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 23, 24
  • «Bağışlamağa hazır olun»
  • cl-E s. 297, abz. 16
  • Məsihin məhəbbətini dərk edin
  • g-E 2/08 s. 11, abz. 5, 6
  • Allah ciddi günahları bağışlayırmı?
  • cl-E s. 297, 298, abz. 17, 18
  • Məsihin məhəbbətini dərk edin
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Lk 23:31 ayəsi üçün şərh
  • nwtsty media
  • Dabana vurulmuş mıx
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2018
mwbr18 avqust s. 1—3

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

6—12 AVQUST

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 17, 18

«Təşəkkür edin»

nwtsty-E Lk 17:12, 14 ayələri üçün şərh

On nəfər cüzamlı kişi: Qədim dövrdə cüzamlılar, görünür, bir yerə yığışırdılar, ya da toplu şəklində yaşayırdılar ki, bir-birilərinə kömək etsinlər (2Pd 7:3—5). Tövrata əsasən, cüzamlılar başqalarından təcrid olunmuş şəkildə yaşamalı idilər. Cüzamlı həmçinin başqalarını öz gəlişindən xəbərdar etmək üçün «murdaram, murdaram» deyə qışqırmalı idi (Lv 13:45, 46). Tövratın tələbinə uyğun olaraq, cüzamlılar İsadan uzaqda durmuşdular. (Mt 8:2 ayəsi üçün olan şərhə və Lüğətdə «Cüzam» sözünə baxın.)

Gedin özünüzü kahinlərə göstərin: İsa Məsih yer üzündə yaşayanda Tövratın qanunlarına tabe idi. O, Harun nəslindən olan kahinlərin fəaliyyətinin qanuniliyini qəbul edirdi. Buna görə də cüzamdan sağaltdığı kişiləri kahinin yanına göndərdi (Mt 8:4; Mr 1:44). Tövrata əsasən, kahin cüzamlının sağalıb-sağalmadığını yoxlamalı idi. Sağalmış cüzamlı məbədə getməli idi, təqdimə olaraq 2 diri, pak quş, sidr ağacının budağını, al-qırmızı iplik və qaraqınıq gətirməli idi (Lv 14:2—32).

Hikmət xəzinəsindən incilər

nwtsty-E Lk 17:10 ayəsi üçün şərh

Heç nəyə yaramayan: Hərfən: «yararsız, dəyərsiz». İsanın məsəlinin məğzi o deyildi ki, nökərlər, yəni şagirdlər özlərini yararsız hesab etməlidirlər. Kontekstə əsasən, «heç nəyə yaramayan» sözləri o fikri bildirir ki, nökərlər təvazökar olmalı, özlərinin xüsusi diqqətə, yaxud tərifə layiq olduğunu düşünməməlidirlər. Bəzi alimlərin fikrincə, bu söz mübaliğə kimi işlənir və «biz xüsusi diqqət göstərilməyə layiq olmayan adi nökərlərik» mənasını verir.

nwtsty-E Lk 18:8 ayəsi üçün şərh

Belə iman: Hərfən: «iman». Yunan dilində iman sözündən əvvəl müəyyənlik artiklinin işlənməsi göstərir ki, İsa geniş mənada iman haqqında yox, xüsusi imandan, məsəldəki dul qadının imanına bənzər imandan danışırdı (Lk 18:1—8). Bura həm duanın gücünə iman etmək, həm də Allahın Öz seçilmişləri üçün ədaləti bərpa edəcəyinə iman etmək daxildir. İsa iman barədə verdiyi sualı cavabsız qoydu ki, şagirdləri öz imanının keyfiyyəti barədə düşünsünlər. Dua və iman barədə məsəl düz yerinə düşmüşdü, çünki İsa bu məsəldən əvvəl şagirdlərinin üzləşəcəyi sınaqlardan danışmışdı (Lk 17:22—37).

13—19 AVQUST

Hikmət xəzinəsindən incilər

nwtsty-E Lk 19:43 ayəsi üçün şərh

Ucu şiş payalarla istehkam: Yunan sözü xaraks İncildə təkcə burada işlənib, «ərazini çəpərə almaq üçün işlənən ucu iti dirək, paya», həmçinin «payalarla qurulan hərbi istehkam» mənasını daşıyır. İsanın sözləri eramızın 70-ci ilində romalılar Titin başçılığı altında Yerusəlim ətrafında mühasirə bəndi quranda yerinə yetdi. Titin üç məqsədi var idi: yəhudilərin qaçmasının qarşısını almaq, onları təslim olmağa səsləmək və şəhər sakinlərinin iradəsini aclıqla qırmaq. Yerusəlim ətrafında bu istehkamı qurmaq üçün Roma qoşunları ətrafdakı ağacları kəsmişdilər.

nwtsty-E Lk 20:38 ayəsi üçün şərh

Onun üçün onların hamısı sağdır: Müqəddəs Kitab göstərir ki, Allahı düşünmədən yaşayan insanlar sağ olsalar da, Allahın gözündə ölüdürlər (Ef 2:1; 1Tm 5:6). Vəfat etmiş mömin insanlar isə Yehovanın gözündə sağdırlar, çünki Yehova onları diriltmək niyyətini mütləq həyata keçirəcək (Rm 4:16, 17).

20—26 AVQUST

Hikmət xəzinəsindən incilər

nwtsty-E Lk 21:33 ayəsi üçün şərh

Yer-göy yox olub gedəcək: Digər ayələrdə deyilir ki, yer və göy əbədi qalacaq (Yr 9:16; Zb 104:5; Vz 1:4). Beləliklə, İsanın buradakı sözlərini mübaliğə kimi başa düşmək olar, yəni hətta qeyri-mümkün bir şey baş versə və yer-göy yox olub getsə belə, İsanın sözləri yerinə yetəcək. (Mt 5:18 ayəsi ilə müqayisə edin.) Lakin bu ayədə yer və göy sözü məcazi yerlə göyə aid ola bilər. Vh 21:1 ayəsində bunlar «köhnə göy» və «köhnə yer» adlanır.

Mənim sözlərim qalacaq: Yaxud «mənim sözlərim əsla yox olub getməyəcək». Yunan dilində bu cümlənin quruluşu İsanın sözlərinin mütləq yerinə yetəcəyini vurğulayır.

27 AVQUST — 2 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 23, 24

«Bağışlamağa hazır olun»

cl-E s. 297, abz. 16

Məsihin məhəbbətini dərk edin

16 İsa Atasının məhəbbətini başqa bir sahədə də mükəmməl surətdə əks etdirirdi: O, Yehova kimi bağışlayan idi (Zəbur 86:5). İsa hətta işgəncə dirəyində olanda da bu xüsusiyyətini nümayiş etdirdi. Rüsvayçılıq içində ölüm əzabı yaşayarkən, əlləri və ayaqları taxtaya mıxlanmış vəziyyətdə olarkən İsa nə haqda danışırdı? Bəlkə o, Atasından xahiş etdi ki, onu edam edənləri cəzalandırsın? Əksinə, İsanın dediyi son sözlərdən biri bu idi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» (Luka 23:34).

g-E 2/08 s. 11, abz. 5, 6

Allah ciddi günahları bağışlayırmı?

Yehova təkcə günaha yox, həm də günahkarın əhval-ruhiyyəsinə fikir verir (Əşiya 1:16—19). İsanın yanında dirəyə mıxlanmış iki cinayətkar barədə düşünün. Görünür, onların hər ikisi ağır cinayət törətmişdi, çünki onlardan biri etiraf etmişdi: «Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam [İsa] isə heç bir pis iş görməyib». Onun sözlərindən məlum olur ki, İsa haqda məlumatı var idi. Bildikləri onda yaxşılığa doğru dəyişiklik etmişdi. Bu, onun növbəti sözlərindən görünür. O, İsaya yalvararaq demişdi: «İsa, Padşahlığına gələndə məni yada sal». Bəs İsa onun bu səmimi yalvarışının cavabında nə demişdi: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:41—43).

Bir düşünün: İsanın insan həyatının sonunda dediyi sözlər ölüm cəzasına layiq görülmüş bir kəsə ünvanlanan mərhəmət dolu sözlər idi. Bu barədə düşünmək insanın ürəyinə rahatlıq verir. Biz əmin ola bilərik ki, həm İsa Məsih, həm də Yehova Allah sidqi-ürəkdən tövbə edən hər kəsə mərhəmət göstərəcək, onların əvvəlki əməllərini bir də günaha yazmayacaq (Romalılara 4:7).

cl-E s. 297, 298, abz. 17, 18

Məsihin məhəbbətini dərk edin

17 İsanın bağışlamağa hazır olmasını həvari Butrusla rəftarından görmək olar. Butrus İsanı çox sevirdi. Buna şübhə yox idi. Nisan ayının 14-də, İsanın yer üzündəki həyatının son gecəsində Butrus ona demişdi: «Ağa, mən səninlə zindana da, ölümə də getməyə hazıram». Ancaq üstündən cəmi bir neçə saat keçəndən sonra Butrus İsanı tanıdığını üç dəfə dandı! Butrus üçüncü dəfə İsanı danandan sonra «Ağa dönüb düz Butrusun üzünə baxdı». Nə qədər böyük günah etdiyini anlayıb Butrus «çölə çıxıb hönkür-hönkür ağladı». İsa həmin gün, üstündən bir qədər keçəndən sonra edam olunanda, yəqin həvari ürəyinin içini yeyirdi: «Görəsən, Ağa məni bağışladı?» (Luka 22:33, 61, 62).

18 Ancaq Butrusun bu nigaranlığı çox uzun sürmədi. İsa nisan ayının 16-da dirildi və ehtimal ki, elə həmin gün Butrusa göründü (Luka 24:34; 1 Korinflilərə 15:4—8). Nəyə görə İsa onu danan həvariyə bu qədər diqqət göstərdi? Yəqin İsa peşman olan Butrusu əmin etmək istəyirdi ki, hələ də onu sevir və dəyərləndirir. Lakin İsa təkcə bununla kifayətlənmədi.

Hikmət xəzinəsindən incilər

nwtsty-E Lk 23:31 ayəsi üçün şərh

Ağacın canında su var ikən,.. o quruyanda: İsa, görünür, Yəhudi xalqından danışırdı. Bu xalq ölmək üzrə olan, amma canında bir az su olan ağaca bənzəyirdi. Çünki İsa və ona iman edən yəhudilər hələ ki bu xalqın içində idilər. Lakin İsa tezliklə edam ediləcəkdi. İmanlı yəhudilər isə müqəddəs ruhla məsh edilib ruhani İsrailin üzvü olacaqdılar (Rm 2:28, 29; Qt 6:16). O zaman əsl İsrail xalqı ruhani cəhətdən öləcək və qurumuş ağaca bənzəyəcəkdi (Mt 21:43).

nwtsty media

Dabana vurulmuş mıx

Bu, uzunluğu 11,5 santimetr olan dəmir mıx vurulmuş insan dabanının skeletinin modelidir. Bu modelin əsli 1968-ci ildə, Yerusəlimin şimal hissəsində aparılan arxeoloji qazıntılar zamanı tapılmışdır və Roma imperiyası dövrünə aid edilir. Bu tapıntı sübut edir ki, keçmişdə insanı edam edəndə onu mıxla dirəyə mıxlayırdılar. Ola bilsin, İsa Məsihin də edamında Roma əsgərləri məhz bu cür mıxlardan istifadə etmişdilər. Bu skelet urna adlanan daş qutunun içində tapılıb. Ölən insanın bədəni çürüdükdən sonra sümüklərini daş urnanın içinə qoyurdular. Bu göstərir ki, dirəkdə edam olunan insan sonradan dəfn edilə bilərdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş