Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 may s. 2—3
  • 6—12 may

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 6—12 may
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 may s. 2—3

6—12 MAY

ZƏBUR 36, 37

Nəğmə 87 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. «Şər iş görənlərdən ötrü qanını qaraltma»

(10 dəq.)

Şər adamlar ucbatından ağrı və əzab çəkirik (Zb 36:1—4; w17.04 s. 10, abz. 4)

Şər iş görənlərə qarşı qəzəblənsək, özümüzə zərər vurmuş olarıq (Zb 37:1, 7, 8; w22.06 s. 10, abz. 10)

Yehovanın vədlərinə etibar etmək bizə qəlb rahatlığı verir (Zb 37:10, 11; w04 1/3 s. 26—27, abz. 20)

Narahatlıq keçirən bacı telefonunda xəbərləri oxuyur. O, şəkillərdə qəzəbli etirazçıları, rüşvət götürən polisi, silahdan atəş açan əsgərləri, avtodayanacaqda dayanan əlisilahlı adamı, oğurladıqları qızılları gizlədən soyğunçuları, vətəndaş iğtişaşlarını və xilasedicilərin avtomobil qəzası baş vermiş yerə gəldiyini görür.

DÜŞÜNÜN: «Zorakı əməllərlə bağlı xəbərlərlə həddən çox maraqlanıram?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 36:6. Məzmurçu Yehovanın ədaləti «vüqarlı dağlar kimidir» deyəndə nəyi nəzərdə tuturdu? (it-2-E s. 445)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 37:1—26 (th dərs 10)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. (lmd dərs 1, bənd 5)

5. Təkrar söhbət

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Əvvəllər imtina etmiş adama Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 9, bənd 4).

6. Nitq

(5 dəq.) ijwbv məqalə 45. Mövzu: Zəbur 37:4 ayəsinin mənası nədir? (th dərs 13)

MƏSİHİ HƏYATI

Nəğmə 33

7. Dar günə hazırsınız?

(15 dəq.). Müzakirə.

Bütün dünyadakı bacı-qardaşlarımız istər təbii, istərsə də insanların törətdiyi fəlakətlər ucbatından əzizlərini itirdiklərinə görə kədərlənir və maddi cəhətdən ziyan görür (Zb 9:9, 10). Təəssüf ki, «dar gün» hər an gələ bilər, buna görə də biz bu kimi çətinliklərə hazır olmalıyıq.

Lazımi əşyaları toplamaqdan savayıa, fəlakət zamanı həyatımızı qorumağa bizə nə kömək edə bilər?

  • Mənəvi cəhətdən hazır olun. Təsəvvür edin ki, fəlakət baş verib, həmin vəziyyətdə nə edəcəyinizi qabaqcadan düşünün. Sahib olduğunuz əşyalara həddən artıq bağlanmayın. Belə etsəniz, ağıllı davranaraq fəlakət baş verəndə mal-mülkünüzü yox, özünüzün və başqalarının həyatını xilas etməyə çalışacaqsınız (Yr 19:16; Zb 36:9). Üstəlik, fəlakətdən sonra vəziyyətə real baxacaqsınız və bəlkə də, itirdiyiniz maddi şeylərə görə heyifsilənməyəcəksiniz (Zb 37:19).

  • Ruhani cəhətdən hazır olun. Yehovanın sizi qorumağa qadir olduğuna və bunu ürəkdən istədiyinə etibarınızı artırın (Zb 37:18). Fəlakət baş verməzdən əvvəl daima özünüzə xatırladın ki, Yehova xidmətçilərinə yol göstərəcək və dayaq olacaq, hətta ola bilsin, həmin vəziyyətdə hər şeyimizi itirək, bircə quru canımız qalsın (Ər 45:5; Zb 37:23, 24).

Yehovanın vədlərinə tam etibar etsək, dar gündə pənah yerimiz O olar (Zb 37:39).

Şəkillər: «Fəlakətlərə hazırsınız?» adlı videodan səhnələr: 1) Qardaş Müqəddəs Kitabı oxuyur. 2) Sunami dalğaları. 3) Qasırğa. 4) İnsanlar əşyalarını daşqından keçərək aparırlar.

«Fəlakətlərə hazırsınız?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Fəlakət vaxtı Yehova bizə necə kömək edə bilər?

  • Fəlakətə hazır olmaq üçün hansı konkret addımları ata bilərik?

  • Fəlakətdən zərər çəkənlərə necə kömək edə bilərik?

    _

MƏQSƏD

  • Müqəddəs Kitabı mütaliə edən zaman sizə və başqalarına təsəlli olacaq ayələri qeyd edin. Bunun üçün «JW Library®» tətbiqində «Mütaliə» düyməsindəki «Teqlər»dən istifadə edə bilərsiniz. Təsəlliverici ayələrin siyahısı ilə bağlı nümunə üçün jw.org saytındakı «Müqəddəs Kitabda təbii fəlakətlər haqda nə deyilir?» adlı məqaləyə baxa bilərsiniz.

8. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 9, abz. 8—16

Yekun sözlər (3 dəq.) | Nəğmə 57 və dua

a Baxın: «Oyanın!» № 5, 2017, səhifə 4—6.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş