NƏĞMƏ 33
Qayğı yükünü Yehovaya ver
Çap versiyası
	(Zəbur 55)
- 1. Lütf göstər mənə, Yehova, - Qoy duam Sənə çatsın. - Dərd-sitəm sıxır məni hey, - Sən kömək et, Allahım. - NƏQARƏT - Dar gündə fikir eyləmə, - Bil, Yehovatək Allahın var. - Yol verməz ki, sarsılasan, - Hifz eylər, hayan olar. 
- 2. Kaş uçaydım göyərçintək, - Çox sakit bir diyara. - Hifz olardım pislərdən mən, - Yem olmazdım onlara. - NƏQARƏT - Dar gündə fikir eyləmə, - Bil, Yehovatək Allahın var. - Yol verməz ki, sarsılasan, - Hifz eylər, hayan olar. 
- 3. Ya Rəbb, tək pənah yerimsən, - Sülh verirsən qəlbimə. - Şükr olsun Sənə, Yehova, - Sən çarəsən dərdimə. - NƏQARƏT - Dar gündə fikir eyləmə, - Bil, Yehovatək Allahın var. - Yol verməz ki, sarsılasan, - Hifz eylər, hayan olar. 
(Həmçinin baxın: Zəb. 22:5; 31:1—24.)