Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 may s. 6—7
  • 27 may — 2 iyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 27 may — 2 iyun
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 may s. 6—7

27 MAY — 2 İYUN

ZƏBUR 42—44

Nəğmə 86 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. İlahi təhsildən tam faydalanın

(10 dəq.)

Mümkündürsə, Yehovaya dindaşlarınız ilə birlikdə ibadət edin (Zb 42:4, 5; w06 1/6 s. 31, abz. 1)

Allahın Kəlamını mütaliə etməzdən əvvəl dua edin (Zb 42:8; w12 15/1 s. 15, abz. 2)

Qoy Müqəddəs Kitab həyatınızın hər sahəsində bələdçiniz olsun (Zb 43:3)

Bacılar diqqətlə toplantıya qulaq asıb qeydlər aparırlar.

İlahi təhsil bizə güc verir ki, sınaqlara sinə gərə bilək və həsr olunmamıza uyğun yaşayaq (1Bt 5:10; w16.09 s. 5—6, abz. 11, 12).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 42:10, 11. Haqsızlıqla üzləşəndə məzmurçudan necə örnək götürə bilərik? (ijwbq məqalə 179, abz. 3)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 44:1—26 (th dərs 11)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(4 dəq.) EV-EV TƏBLİĞ. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 5, bənd 5).

5. Təkrar söhbət

(5 dəq.) EV-EV TƏBLİĞ. Təbliğ etdiyin insanı açıq nitqi dinləməyə dəvət et. «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu təqdim et və müzakirə et (lmd dərs 7, bənd 5).

6. Nitq

(3 dəq.) lmd əlavə 1, bənd 4. Mövzu: Heç bir xəstəlik olmayacaq (th dərs 2).

MƏSİHİ HƏYATI

Nəğmə 21

7. İş və təhsil məsələsində hikmətli qərar verin

(15 dəq.). Müzakirə.

Şəkillər: Bir qardaş Müqəddəs Kitabı mütaliə edir və məktəbi bitirəndən sonra nə edəcəyini düşünür. 1) O, məktəb məsləhətçisi ilə danışır. 2) Qardaş Padşahlıq Müjdəçiləri Məktəbində təlim alır. 3) Əcnəbi ərazidə təbliğ edir.

Əziz gənclər, məktəbi bitirəndən sonra nə edəcəyinizi düşünmüsünüz? Bəlkə də öncül kimi xidmət etməyinizə əl verən iş tapmısınız. Yaxud da bu cür iş tapmağınıza kömək edəcək müəyyən peşəyə, sertifikata və ya diploma sahib olmaq haqda düşünürsünüz. Bu, həyatınızın ən vacib anlarından biridir! Amma ola bilsin, variantınız çox olduğuna və ya başqaları hansısa peşəni seçmək üçün sizə təzyiq göstərdiyinə görə qərarsız qalmısınız. Bu zaman hikmətli qərar verməyə sizə nə kömək edə bilər?

Mətta 6:32, 33 ayələrini oxuyun. Sonra isə auditoriyadan soruş:

  • Nəyə görə əvvəlcə ruhani məqsədlər qoyub, sonra iş və təhsillə bağlı qərar vermək yaxşı olar?

  • Valideynlər uşaqlarına Mətta 6:32, 33 ayələrindəki prinsipə uyğun davranmağa necə kömək edə bilərlər? (Zb 78:4—7)

Ehtiyatlı olun ki, maddi firavanlıq və məşhur olmaq istəyi qərarınıza təsir etməsin (1Yh 2:15, 17). Unutmayın, var-dövlətli olmaq Padşahlıq xəbərini qəbul etməyə mane ola bilər (Lk 18:24—27). Var-dövlətə can atmaq ruhani inkişafınıza və diqqətinizi Yehovanı razı salan şeylərə cəmləməyə mane ola bilər (Mt 6:24; Mr 8:36).

«Tükənən şeylərə bel bağlamayın! Var-dövlət» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Məsəllər 23:4, 5 ayəsi hikmətli qərar verməyinizə necə kömək edə bilər?

MƏSLƏHƏTLƏR

  • Qısa və uzun vədəli ruhani məqsədlər qoyun

  • Təhsil və iş seçiminizin ruhani məqsədlərinizə mane olmayacağına əmin olun

  • Tələbata uyğun və sərbəst qrafikli iş seçin. Əlavə təlim və ya təhsil almaq qərarına gəlirsinizsə, əmin olun ki, həmin sahədə iş tapa biləcəksiniz

8. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 10, abz. 5—12

Yekun sözlər (3 dəq.) | Nəğmə 47 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş