Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 iyul s. 10—16
  • 5—11 avqust

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 5—11 avqust
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 iyul s. 10—16

5—11 AVQUST

ZƏBUR 70—72

Nəğmə 59 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. «Gələcək nəslə» Allahın qüvvətli qolundan danışın

(10 dəq.)

Davud gəncliyində Allahın müdafiəsini duyurdu (Zb 71:5; w22.01 s. 6—7, abz. 15)

Davud yaşlı vaxtında Yehovanın ona dayaq olduğunu görürdü (Zb 71:9; w14 15/3 s. 20—21, abz. 3, 4)

Davud öz təcrübəsini bölüşərək gənclərə dayaq olurdu (Zb 71:17, 18; w14 15/1 s. 23, abz. 4, 5)

Bu ailə «Ailəvi ibadət üçün təkliflər» adlı axırıncı bənddə də təsvir olunub. Onlar yaşlı cütlüyü ailəvi ibadətə dəvət ediblər və onların göstərdiyi şəkillərə baxa-baxa danışdıqları hadisələri dinləyirlər.

DÜŞÜNÜN: «Görəsən uzun illərdir həqiqətdə olan hansı dindaşımı ailəvi ibadətə dəvət edib, ondan həqiqətə necə gəldiyini və hansı çətinliklərlə üzləşdiyini soruşa bilərəm?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 72:8. Yehovanın Yaradılış 15:18 ayəsində İbrahimə verdiyi vəd Süleyman padşahın dövründə necə yerinə yetdi? (it-1-E s. 768)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 71:1—24 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. İnsan mübahisə etməyə başlayanda, söhbəti mülayim şəkildə yekunlaşdır (lmd dərs 4, bənd 5).

5. Təkrar söhbət

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Müqəddəs Kitab dərsi keçməyə tərəddüd edən qohumunla əvvəlki söhbətini davam et (lmd dərs 8, bənd 4).

6. Əqidəniz barədə danışın

(5 dəq.) Nitq. ijwfq məqalə 49. Mövzu: Yehovanın Şahidləri nəyə görə bəzi təlimlərinə dəyişiklik edirlər? (th dərs 17)

MƏSİHİ HƏYATI

Nəğmə 76

7. Ailəvi ibadət üçün təkliflər

(15 dəq.). Müzakirə.

Bayaqkı ailə həmd nəğmələrini məşq edir.
Həmin ailə JW televiziyasını izləyir.
Ailədəki qızlardan biri ailəvi ibadətdə məşq zamanı anasına cavab verir.

Ailəvi ibadət uşaqlara Yehovanın tərbiyəsini və öyüd-nəsihətini aşılamaq üçün önəmlidir (Ef 6:4). Öyrənmək zəhmət tələb edir, amma bu valideyn üçün maraqlı təcrübə ola bilər, xüsusi ilə də uşaqların Müqəddəs Kitab həqiqətlərinə marağı varsa (Yh 6:27; 1Bt 2:2). Valideynlərə ailəvi ibadəti həm maarifləndirici, həm də maraqlı keçirməyə kömək edəcək «Ailəvi ibadət üçün təkliflər» çərçivəsindəki məsləhətləri nəzərdən keçir və aşağıdakı sualları müzakirə et:

  • Buradakı hansı məsləhəti tətbiq etmək istəyərdiniz?

  • Başqa hansısa faydalı məsləhətlər tapmısınız?

AİLƏVİ İBADƏT ÜÇÜN TƏKLİFLƏR

MÜQƏDDƏS KİTAB

  • Müqəddəs Kitabın həftəlik qiraətinin audio yazısını dinləyin, ya da sıra ilə oxuyun. Ailənin hər bir üzvü müxtəlif Müqəddəs Kitab personajların sözlərini oxuya bilər

  • Müqəddəs Kitabın həftəlik qiraətinə dair suallar hazırlayın. Ailənin hər bir üzvü suallardan birini seçsin və ona dair araşdırma aparsın. Sonra isə öyrəndiklərini müzakirə edə bilərlər

  • Bir sual və ya bir vəziyyət seçin, sonra isə «Həyat bələdçimiz olan ayələr» nəşrindən ona uyğun prinsiplər tapın

  • Müqəddəs Kitabdan hansısa hadisəni səhnələşdirin

  • Hər həftə üzərində Müqəddəs Kitab ayələri yazılmış qeyd vərəqələri hazırlayın və həmin ayələri yadda saxlamağa çalışın. Kömək üçün «İnsanları sev. Şagird hazırla» broşürünün 1-ci əlavəsindən istifadə etmək olar. Ailənizlə birgə onları yadda saxlamağa və izah etməyə çalışın. Həmin vərəqələri hər həftə yenidən nəzərdən keçirin

  • «Əbədi xoşbəxt həyat!» kitabından bir hissəyə hazırlaşın

  • Ailənin hər bir üzvünə tapşırın ki, jw.org saytının MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ bölməsində yerləşən «Müqəddəs Kitaba aid suallara cavab» və ya «Müqəddəs Kitab ayələrinin izahı» silsilə məqalələrindən bir mövzu seçib təqdim etsin

İBADƏT GÖRÜŞLƏRİ

  • İbadət görüşlərinin bir hissəsinə hazırlaşın

  • Şərh hazırlayın və məşq edin. Vaxta baxın

  • Həmd nəğmələrini məşq edin

  • Növbəti görüşdə yığıncaqdan əvvəl və ya sonra kimisə ruhlandırmaq üçün nə deyəcəyinizi götür-qoy edin və məşq edin

  • Növbəti həftəarası görüşdə ailə üzvlərinizdən kiminsə tapşırığı varsa, ailənizin yanında məşq edin

TƏBLİĞ

  • Ev-ev xidmətə hazırlaşın

  • Təkrar söhbətlərə hazırlaşın

  • Qeyri-formal vəziyyəti təsəvvür edin sonra isə söhbətə dostyana şəkildə necə başlayacağınızı məşq edin

  • Anma mərasimi ərəfəsində, eləcə də məzuniyyətdə olanda, yaxud məktəb tətili zamanı xidmətinizi genişləndirmək üçün qarşınıza qoya biləcəyiniz konkret məqsədləri müzakirə edin

AİLƏNİN TƏLƏBATLARI

  • Üzləşdiyiniz və ya yarana biləcək hansısa vəziyyətlərdə, məsələn, bitərəflik, bullinq, görüşmək və bayramları qeyd etməklə bağlı vəziyyətlərdə necə davrana biləcəyinizi səhnələşdirin

  • Bəzən valideynlərlə uşaqlar rollarını dəyişə bilər. Uşaqlar hansısa bir mövzunu araşdıra və sonra bunu valideynlərinə izah edə bilərlər

ƏLAVƏ TƏKLİFLƏR

  • JW televiziyasından bir videoya baxın və müzakirə edin

  • jw.org saytından bir məqalə oxuyun və ya videoya baxın və müzakirə edin

  • jw.org saytının «MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ» başlığındakı «Yeniyetmələr və gənclər», yaxud «Uşaqlar» bölməsindən hansısa məqaləni və ya videonu nəzərdən keçirin

  • Toplantıda etdiyiniz qeydlərə göz gəzdirin

  • Xilqətlə bağlı hansısa məqamı araşdırın və ondan Yehova haqda nə öyrəndiyinizi müzakirə edin

  • Vaxtaşırı ailəvi ibadətinizə kimlərisə dəvət edin və onlara xidmətləri ilə bağlı suallar verin

  • Ruhani məqsədlər qoyun və onlara necə nail ola biləcəyinizi müzakirə edin

  • Birlikdə nə iləsə məşğul olun, məsələn, maket düzəldin, xəritə və ya sxem çəkin

«Ailəvi ibadətinizə rəng qatın» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Ailədə uşaq yoxdursa, ailəvi ibadət həyat yoldaşı üçün maraqlı keçsin deyə ər nə edə bilər?

8. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 13, abz. 17—24

Yekun sözlər (3 dəq.) | Nəğmə 123 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş