Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 noyabr s. 2—16
  • 4—10 noyabr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 4—10 noyabr
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 noyabr s. 2—16

4—10 NOYABR

ZƏBUR 105

Nəğmə 3 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

Vəd edilmiş diyar. Şəkillər: 1) İbrahim. 2) İshaq. 3) Yaqub.

1. «O, əhdini əbədiyyət boyu... xatırlar»

(10 dəq.)

Yehova İbrahimə vəd verir və həmin vədi İshaqla Yaquba da bildirir (Yr 15:18; 26:3; 28:13; Zb 105:8—11)

Bu vədin gerçəkləşməsi mümkünsüz görünə bilərdi (Zb 105:12, 13; w23.04 s. 28, abz. 11, 12)

Yehova İbrahimlə bağladığı əhdi heç vaxt unutmadı (Zb 105:42—44; it-2-E s. 1201, abz. 2)


DÜŞÜNÜN: «Yehovanın etibarlı Allah olduğunu bilməyin mənə hansı köməyi dəyə bilər?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 105:19. «Yehovanın sözü» Yusifi necə saflaşdırdı? (w16.08 s. 23, abz. 13)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 105:24—45 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(1 dəq.) EV-EV TƏBLİĞ. Ev sakini məşğuldur (lmd dərs 2, bənd 5).

5. Söhbətə başlamaq

(2 dəq.) EV-EV TƏBLİĞ. İnsan mübahisə etməyə başlayanda söhbəti nəzakətli şəkildə yekunlaşdır (lmd dərs 4, bənd 5).

6. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. İnsana əvvəlki söhbətdə maraqlı gələn mövzuya aid jurnal təklif et (lmd dərs 8, bənd 3).

7. Təkrar söhbət

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. İnsana «JW Library®» tətbiqindən bəhs et və tətbiqi yükləməyə kömək et (lmd dərs 9, bənd 5).

MƏSİHİ HƏYATI

Nəğmə 84

8. Yehovanın Oğlunu sevdiyinizi əməldə göstərin

(15 dəq.). Müzakirə.

Biz vaxtımızı, gücümüzü və maddi vəsaitlərimizi Padşahlığın işini dəstəkləməyə sərf etməklə Yehovanın Padşah təyin etdiyi İsa Məsihə sevgimizi göstərmiş oluruq. Sevgimizi bu cür təzahür etdirmək Yehovaya xoş gedir və bacı-qardaşlarımıza fayda gətirir (Yh 14:23). jw.org saytındakı «İanələriniz hara xərclənir?» adlı silsilə məqalələr ianələrimizin bütün dünyadakı bacı-qardaşlara böyük dəstək olduğunu göstərir.

İanə qutusuna pul atan əl. Şəkillər: 1) Qardaş hakim qarşısında durur. 2) Bacı teokratik tikinti layihəsində çalışır. 3) Bacı jest dilində olan videoya baxır.

«İanələriniz sayəsində nələr həyata keçirilir?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Dindaşlarımızın dini azadlığını müdafiə etmək üçün ianələrdən necə istifadə olunur?

  • 2 Korinflilərə 8:14 ayəsindəki prinsip ibadət evlərinin tikintisində ianələrdən istifadə edərkən qardaşlara necə yol göstərir?

  • İanə edilən vəsaitlər Müqəddəs Kitabın bir çox dillərə tərcümə olunmasına necə töhfə verir?

Daha ətraflı saytımızda

İçərisinə qəpik atıldığı təsvir olunan «İanə» işarəsi.

Yehovanın Şahidlərinin fəaliyyətini dəstəkləmək üçün necə ianə edə bilərsiniz? «JW Library» tətbiqində əsas səhifənin aşağı hissəsində «İanə» linkinə daxil olun. Yaşadığınız ölkədən asılı olaraq, orada «Yehovanın Şahidlərinə ianə. Tez-tez verilən suallar» adlı sənədə link ola bilər. Bu sənəddə ianələrlə bağlı suallara cavab verilir.

9. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 17, abz. 13—19

Yekun sözlər (3 dəq.) | Nəğmə 97 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş