NƏĞMƏ 97
Həyatımız Allahın Kəlamından asılıdır
Çap versiyası
	- 1. Bəxş edib Kəlamın Allah, - Ruhçün odur qida. - Hər gün gəl oxuyaq pəsdən, - Var bunda çox fayda. - Biz uyğun yaşasaq ona, - Rəbb edər hidayət. - NƏQARƏT - Tək çörək yaşatmaz bizi, - Yox onda o qüdrət. - Hər bir kəlməsindən Rəbbin - Asılıdır həyat. 
- 2. Cəm olub Sözündə Rəbbin - Çox gözəl örnəklər. - Mərd, cəsur, vəfalı idi, - O mömin insanlar. - Bu Kəlam bizlərə verir - Bol öyüd-nəsihət. - NƏQARƏT - Tək çörək yaşatmaz bizi, - Yox onda o qüdrət. - Hər bir kəlməsindən Rəbbin - Asılıdır həyat. 
- 3. Sülh tapar qəlbimiz bizim, - Hər gün biz oxusaq. - Ən çətin anlarda belə, - Biz ona üz tutaq. - Kök atar bəsirət bizdə - Hey etsək qiraət. - NƏQARƏT - Tək çörək yaşatmaz bizi, - Yox onda o qüdrət. - Hər bir kəlməsindən Rəbbin - Asılıdır həyat.