Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp22 №  1 s. 8—9
  • 2 | Qisas almayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 2 | Qisas almayın
  • Gözətçi qülləsi (kütləvi) 2022
  • Başlıqlar
  • Oxşar material
  • Təlim:
  • Mənası:
  • Siz nə edə bilərsiniz?
  • Müqəddəs Kitabda qisas barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • İntiqam almaq düzgündürmü?
    Gözətçi qülləsi 2009
  • Acıqlı və qəddar idim
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Nifrətə qalib gəlmək mümkündür!
    Gözətçi qülləsi (kütləvi) 2022
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2022
wp22 №  1 s. 8—9
İki qəzəbli kişi ağacın budaqları üstündə oturub. Hər biri öz oturduğu budağı kəsir.

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

2 | Qisas Almayın

Təlim:

«Heç kimə pislik əvəzinə pislik etməyin... İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. Əzizlərim, siz qisasınızı almayın... Çünki yazılıb: “Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”» (ROMALILARA 12:17—19).

Mənası:

Haqsızlıqla üzləşəndə qəzəblənmək təbiidir. Ancaq Allah bizim qisas almağımızı istəmir. Əksinə, istəyir ki, biz səbirli olub Onu gözləyək, çünki O, tezliklə bütün ədalətsizliklərə son qoyacağına söz verir (Zəbur 37:7, 10).

Siz nə edə bilərsiniz?

İnsan qisas alanda bu, nifrət zəncirini daha da uzadır. Buna görə də kimsə sizə pislik edəndə əvəz çıxmayın. Hisslərinizi cilovlamağa və təmkinlə davranmağa çalışın. Bəzən isə ən yaxşısı məsələnin üstündən keçməkdir (Məsəllər 19:11). Sözsüz, bəzən məsələ ilə bağlı aidiyyəti olan orqanlara məlumat vermək lazım gələ bilər. Məsələn, əgər sizə qarşı cinayət törədilibsə, bununla bağlı polisə, yaxud digər orqanlara şikayət edə bilərsiniz.

Qisas almaq məğlubiyyətdir

Bəzən əlinizdən gələni etsəniz də, məsələni yoluna qoymaq mümkün olmur. Belə vəziyyətdə nə edə bilərsiniz? İntiqam almayın. Bununla vəziyyəti daha da pisləşdirəcəksiniz. Əksinə, nifrət zəncirini qırın. Məsələni Allahın öhdəsinə buraxın. Müqəddəs Kitabda deyilir: «Ona güvən, O, sənin işini hasil edər» (Zəbur 37:3—5).

Real həyatdan nümunə. ADRİAN

İntiqam hissindən qurtuldu

Adrian.

Yeniyetmə yaşlarında Adrian davakar, zorakı insan olub. Kimsə ona bir şey edəndə dərhal əvəz çıxırdı. Adrian bölüşür: «Mən tez-tez silahlı atışmalarda iştirak edirdim. Hətta bir neçə dəfə yolun ortasında qan içində ölü vəziyyətdə qalmışam».

Adrian 16 yaşında Müqəddəs Kitabı öyrənməyə başladı. O deyir: «Müqəddəs Kitabı oxuduqca başa düşürdüm ki, xasiyyətimi dəyişməliyəm». Adrian ürəyindən nifrəti silib atmalı, zorakılıqdan əl çəkməli idi. Romalılara 12:17—19 ayələri ona böyük təsir bağışladı. Bu ayələr insanı qisas almamağa səsləyir. Adrian deyir: «Qəbul etdim ki, haqsızlığı Yehova Özü məsləhət bildiyi vaxt və məsləhət bildiyi tərzdə aradan qaldıracaq. Beləcə, yavaş-yavaş zorakı təbiətimi dəyişdim».

Bir axşam Adriana əvvəllər düşmənçilik etdiyi dəstənin üzvləri hücum etdi. Dəstənin başçısı qışqıraraq dedi: «Özünü müdafiə elə!» Adrian deyir: «Əslində, onların payını vermək istəyirdim». Amma o belə etmədi. Tez ürəyində Yehova Allaha dua etdi və oradan uzaqlaşdı.

Adrian deyir: «Növbəti gün həmin dəstənin başçısı ilə rastlaşdım. Onu görəndə çox əsəbiləşdim. Dünənki hərəkətinə görə qisas almaq istədim. Ancaq özümə hakim olum deyə yenə də Yehovaya ürəyimdə dua elədim. Maraqlısı bunda idi ki, həmin cavan mənə yaxınlaşıb dedi: “Keçən gecə baş verənlərə görə bağışla. Düzünü desəm, istəyirəm sənin kimi olum. Mənə də Müqəddəs Kitabı öyrət”. Həmin anda qəzəbimi büruzə vermədiyim üçün çox sevindim. Bunun sayəsində mən onunla Müqəddəs Kitabı öyrənməyə başladım».

Adrianın hekayəsini «Gözətçi qülləsi» № 5, 2016 jurnalının 14—15 səhifələrindən oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş