Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 avqust s. 14—19
  • Əmin olun, Yehova sizi bağışlayıb

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əmin olun, Yehova sizi bağışlayıb
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVANIN BİZİ BAĞIŞLADIĞINA NƏYƏ GÖRƏ ƏMİN OLMALIYIQ?
  • YEHOVANIN BİZİ BAĞIŞLADIĞINA NECƏ ƏMİN OLA BİLƏRİK?
  • YEHOVANIN UNUTMADIĞINI SİZ DƏ UNUTMAYIN
  • ÜRƏYİNİZİ DAİMA ALLAHIN ƏFVİNƏ İNANDIRIN
  • Yehovanın əfvinin bizə aidiyyəti
    Gözətçi qülləsi 2025
  • Yehova əfvi bol Allahdır
    Gözətçi qülləsi 2022
  • Yehova bağışladığı günahları unudurmu?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2025
w25 avqust s. 14—19

TƏLİM MƏQALƏSİ 34

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

Əmin olun, Yehova sizi bağışlayıb

«Günahlarımdan keçdin» (ZƏB. 32:5).

ƏSAS FİKİR

Gəlin görək Yehovanın bizi bağışladığına nəyə görə inanmalıyıq və Müqəddəs Kitabda buna dair hansı əsaslar var.

1, 2. Nəyi bilmək tövbə edən insana qəlb rahatlığı verir? (Həmçinin şəklə baxın.)

DAVUD padşah həyatında bəzi ciddi günahlar işləmişdi. Ona görə də günahkarlıq hissinin nə demək olduğunu yaxşı bilirdi (Zəb. 40:12; 51:3, müqəddimə). Amma o, ürəkdən tövbə etmişdi və Yehova onu bağışlamışdı (2 İşm. 12:13). Beləcə, Davud Yehovanın əfvinin insana necə böyük qəlb rahatlığı gətirdiyini də bilirdi (Zəb. 32:1).

2 Davud kimi biz də Yehovanın mərhəməti sayəsində qəlb rahatlığı duya bilərik. Necə də təsəllivericidir ki, Yehova günahlarımızı, hətta ciddi günahlarımızı bağışlayır. Bir şərtlə ki, ürəkdən peşman olaq, günahımızı etiraf edək və bir də onu təkrarlamayaq (Məs. 28:13; Həv. 26:20; 1 Yəh. 1:9). Üstəlik, Yehova günahımızı tamamilə bağışlayır, sanki biz bu günahı heç işləməmişik. Bunu bilmək bizə qəlb rahatlığı verir (Hizq. 33:16).

Davud padşah eyvanda oturub, o, çəng çalıb oxuyur.

Davud padşah Yehovanın əfvini təsvir etmək üçün çoxlu məzmurlar qoşmuşdu (1 və 2-ci abzaslara baxın)


3, 4. Bir bacımız vəftiz olunandan sonra da hansı hissləri keçirirdi və bu məqalədə nə haqda danışacağıq?

3 Hərdən Yehovanın bizi bağışladığına inanmaq çətin olur. Gəlin həqiqətdə böyümüş Ceniferin hadisəsinə nəzər salaq. Yeniyetmə yaşlarında o, Yehovanın bəyənmədiyi əməllərlə məşğul olub ikili həyat yaşamağa başladı. İllər sonra Cenifer Yehovaya geri döndü, həyatında dəyişikliklər edib vəftiz olundu. O deyir: «Əvvəllər mən qəzəbli, pulpərəst insan idim, tez-tez sərxoşluq və əxlaqsızlıq edirdim. Başa düşürdüm ki, Yehovaya yalvarıb əfv diləmişəmsə və tövbə etmişəmsə, Məsihin qurbanlığı sayəsində günahlarım bağışlanıb. Amma ürəyimi buna inandıra bilmirdim».

4 Yehovanın keçmiş günahlarınızı bağışladığına inanmaq bəzən sizə də çətin olur? Yehova istəyir ki, Davud kimi siz də Onun mərhəmətinə arxayın olasınız. Bu məqalədə Yehovanın əfvinə inanmağın vacibliyindən və bunu etməyin yollarından danışacağıq.

YEHOVANIN BİZİ BAĞIŞLADIĞINA NƏYƏ GÖRƏ ƏMİN OLMALIYIQ?

5. Şeytan nəyə inanmağımızı istəyir? Nümunə çəkin.

5 Yehovanın bizi bağışladığına əmin olsaq, özümüzü Şeytanın tələsindən qoruyacağıq. Unutmayın, Yehovaya ibadət etməməyimiz üçün Şeytan hər şeyi etməyə hazırdır. Bu məqsədə çatmaq üçün o bizi günahlarımızın bağışlanmaz olduğuna inandırmaq istəyir. Korinfdə cinsi əxlaqsızlıq etmiş bir kişinin hadisəsinə nəzər salaq (1 Kor. 5:1, 5, 13). Həmin kişi yığıncaqdakıların arasından çıxarıldı. Sonra o, tövbə etdi. Amma Şeytan istəyirdi ki, yığıncaqdakılar onu bağışlamasın və yenidən aralarına qəbul etməsin. Eyni zamanda o, bir şeyə də nail olmağa çalışırdı: tövbə edən insan bağışlanmaz olduğunu düşünsün və «hədsiz kədərə» qərq olub Yehovaya xidmətini dayandırsın. Bu gün Şeytan eyni məqsədi güdür və eyni üsullara əl atır. Amma «biz onun fəndlərindən bixəbər deyilik» (2 Kor. 2:5—11).

6. Günah yükündən necə azad ola bilərik?

6 Yehovanın bizi bağışladığına əmin olsaq, günah yükündən azad olacağıq. Günah iş tutan insan təbii olaraq günahkarlıq hiss edir (Zəb. 51:17). Bu, yaxşı bir şeydir. Bunun sayəsində vicdanımız bizi həyatımızda dəyişikliklər etməyə və düzgün davranmağa təşviq edə bilər (2 Kor. 7:10, 11). Amma tövbə etməyimizə rəğmən, uzun müddət günahkarlıq hissi keçiririksə, bu, ruhdan düşməyimizə və xidməti dayandırmağımıza səbəb ola bilər. Yehovanın bizi başladığına inananda isə biz günahkarlıq hissindən azad oluruq. Beləcə, Yehovaya Onun istədiyi kimi — təmiz vicdanla və böyük sevinclə xidmət edirik (Kol. 1:10, 11; 2 Tim. 1:3). Bəs ürəyimizi Yehovanın əfvinə necə inandıra bilərik?

YEHOVANIN BİZİ BAĞIŞLADIĞINA NECƏ ƏMİN OLA BİLƏRİK?

7, 8. Yehova Musa peyğəmbərə Özü haqda nə demişdi və bu bizə hansı əminliyi verir? (Çıxış 34:6, 7).

7 Yehovanın Özü haqda dedikləri üzərində düşünün. Məsələn, Onun Sina dağında Musa peyğəmbərə nə dediyini yadımıza salaqa. (Çıxış 34:6, 7 ayələrini oxuyun.) O, çoxlu xüsusiyyətlərinin arasından əvvəlcə «rəhmli və mərhəmətli» Allah olduğunu qeyd etməyi məsləhət bildi. Məgər ola bilər ki, bu cür Allah ürəkdən tövbə edən bəndəsini bağışlamasın? Əsla! Bu, rəhmsiz və qəddar hərəkət olardı. Yehovaya bu cür xüsusiyyətlər qətiyyən xas deyil.

8 Yehova heç vaxt özünü yanlış qələmə verməz. Axı O, haqq Allahıdır (Zəb. 31:5). Buna görə Onun sözünə inana bilərik. Əgər keçmiş günahlarınıza görə hələ də günahkarlıq hissi keçirirsinizsə, bu sualları özünüzə verin: «Yehovanın həqiqətən də mərhəmətli və rəhmli Allah olduğuna və tövbə edən hər bir bəndəsini bağışladığına inanıram? Bəs onda məni bağışladığına niyə inanmayım?»

9. Zəbur 32:5 ayəsindən Yehovanın bizi bağışlaması ilə bağlı nə öyrənirik?

9 Yehovanın Müqəddəs Kitabda bizi bağışlamaqla bağlı nə dediyi üzərində düşünün. Məsələn, Davud padşahın bu barədə yazdıqlarına nəzər salaq. (Zəbur 32:5 ayəsini oxuyun.) O, «günahlarımdan keçdin» sözlərini işlədir. «Keçmək» kimi tərcümə edilən ibrani sözü «qaldırmaq», «götürüb aparmaq», yaxud «daşımaq» mənasını da verir. Yehova Davudu bağışlayanda bir növ onun üstündən günahı qaldırıb uzağa apardı. Günah yükündən azad olduğu üçün Davudun ürəyində qəlb rahatlığı var idi (Zəb. 32:2—4). Bu cür qəlb rahatlığını biz də duya bilərik. Günahlarımızdan tövbə edəndən sonra bu yükü daşımağa ehtiyac yoxdur. Yehova artıq onu üstümüzdən qaldırıb və uzaqlara aparıb.

10, 11. Yehovanın «bağışlayan» olması bizə Onun haqqında nə deyir? (Zəbur 86:5).

10 Zəbur 86:5 ayəsini oxuyun. Bu ayədə Davud Yehovanın «bağışlayan» olduğunu qeyd edir. Bu o deməkdir ki, biz səhvlər edəndə Yehova dərhal qəzəblənmir, O, tövbə edən insanları bağışlamağa həmişə hazırdır. Yehovanın bu cür davranmasına səbəb nədir? Ayənin davamında deyilir: «Səni çağıranlara qarşı məhəbbətin boldur». Əvvəlki məqalədən öyrəndik ki, Yehovanın sadiq xidmətçilərinə olan məhəbbəti dərin və tükənməzdir. Buna görə də onlar günahlarından tövbə edəndə Yehova onlara məhəbbət göstərməyə davam edir və tamamilə bağışlayır (Əşy. 55:7). Yehovanın sizi bağışladığına inanmaq çətindirsə, bu sual üzərində düşünə bilərsiniz: «Yehovanın bağışlayan olduğuna, yəni tövbə edib Ondan mərhəmət diləyən bütün günahkarları bağışladığına inanıram? Bəs onda mən mərhəmət diləyəndə Onun məni bağışladığına niyə inanmayım?»

11 Müqəddəs Kitabda deyilir ki, Yehova necə yarandığımızı, günahlı olduğumuzu çox yaxşı başa düşür (Zəb. 139:1, 2). Bunu Davudun yazdığı başqa məzmurlardan aydın görmək olar. Gəlin görək onun yazdıqları Yehovanın bizi bağışladığına inanmağa necə kömək edə bilər.

YEHOVANIN UNUTMADIĞINI SİZ DƏ UNUTMAYIN

12, 13. Zəbur 103:14 ayəsinə əsasən Yehova nəyi unutmur və bu Onu nəyə təşviq edir?

12 Zəbur 103:14 ayəsini oxuyun. Davud demişdi ki, Yehova «torpaq olduğumuzu unutmur». Bu sözlər Yehovanın tövbə edən xidmətçilərini bağışladığının bir səbəbini açıqlayır. O bizim günahlı olduğumuzu nəzərə alır. Bunu daha yaxşı başa düşmək üçün Davudun sözlərinə gəlin daha yaxından nəzər salaq.

13 Davud deyir ki, Yehova «necə yarandığımızı yaxşı bilir». O, Adəmi «torpaqdan» yaradıb, buna görə də hətta kamil insanların da müəyyən məhdudiyyətlərinin, fiziki tələbatlarının olduğunu bilir. Onlar yemək yeməli, yatmalı və nəfəs almalıdırlar (Yar. 2:7). Amma Adəmlə Həvva günah işlədəndən sonra torpaqdan yaradılmaq fikri ayrı bir məna da daşıdı. Biz onlardan törəndiyimiz üçün günahı miras almışıq. Buna görə də səhv davranmağa meyilliyik. Yehova bizim günahlı olduğumuzu nəinki bilir, Davud demişkən, O bunu «unutmur». Bu isə o deməkdir ki, Yehova həmişə bizimlə mərhəmətlə davranır. Xülasə, Davudun sözünün canı bu idi: Yehova başa düşür ki, biz bəzən səhvlərə yol verəcəyik. O ürəkdən tövbə etdiyimizi görəndə bizə mərhəmət göstərir və bağışlayır (Zəb. 78:38, 39).

14. a) Davud Yehovanın bağışlaması ilə bağlı başqa hansı fikri vurğulayır? (Zəbur 103:12). b) Yehovanın Davudu bağışlamasından nə öyrənirik? («Yehova bağışlayır və unudur» adlı çərçivəyə baxın.)

14 Yehovanın bizi bağışladığına daha necə əmin ola bilərik? (Zəbur 103:12 ayəsini oxuyun.) Davud deyir ki, «şərq qərbdən nə qədər uzaqdırsa», Yehova günahlarımızı bizdən o qədər uzaqlaşdırır. Hansısa mənada şərq qərbdən həmişə xəyalımızda canlandıra biləcəyimiz ən uzaq məsafədədir. Onlar heç vaxt qovuşa bilməz. Bundan Yehovanın günahlarımızı bağışlaması haqda nə öyrənirik? Bir elmi mənbədə ayə ilə bağlı belə bir fikir yazılıb: «Allah günahlarımızı bizdən uzaqlaşdıranda elə edir ki, onun qoxusu, izi-tozu belə qalmır, günahımızı xatırladan hər şeyi yerli-dibli silir». Qoxu insana nəyisə xatırlada bilər. Yehova bizi bağışlayanda günahlarımızı o qədər uzaqlaşdırır ki, sanki onların qoxusu belə gəlmir və Ona bizimlə münasibətimizi korlayacaq heç nəyi xatırlatmır (Hizq. 18:21, 22; Həv. 3:19).

Kollaj: 1) Davud padşah evinin damından Badsəbanın çimməyinə baxır. 2) O, hərarətlə dua edir. 3) O, yaza-yaza düşünür.

Yehova bağışlayır və unudur

Yehova bizi bağışlayanda O, günahlarımızı unudur və gələcəkdə onları bizim əleyhimizə istifadə etmir (Əşy. 43:25). Davud padşahın nümunəsini yadımıza salaq. Onun həyatından görmək olar ki, hətta ciddi səhvlər etsək də, yenidən Yehova ilə möhkəm dost ola bilərik.

Davud çox ağır günahlar işləmişdi. Məsələn, zina etmişdi, adam öldürmüşdü. Amma ürəkdən tövbə etdiyi üçün Yehova onu bağışladı. Davud məsləhətə qulaq asdı, əməllərini düzəltdi və ömrünün qalan hissəsini Yehovaya sədaqətlə qulluq etdi (2 İşm. 11:1—27; 12:13).

Yehova Davudun sürdüyü həyat barədə Süleymana belə demişdi: «Atan Davud kimi, sidqi-ürəklə, dürüstlüklə önümdə yeri» (1 Pad. 9:4, 5). Yehova heç Davudun işlədiyi günahlardan heç danışmadı. Əksinə, O, Davudu sidqi-ürəklə, dürüstlüklə Onun önündə yeriyən bir insan kimi xatırlayırdı. Sadiqliyinə görə Yehova yaxşılığını Davuddan əsirgəmədi (Zəb. 13:6).

Nə öyrənirik? Yehova bizi bağışlayanda diqqətini etdiyimiz günahlara cəmləmir, əksinə, mükafat vermək üçün bizdə yaxşı şeylər görməyə çalışır (İbr. 11:6). Buna görə də Yehova səhvlərimizi unudubsa, biz də unutmalıyıq.

15. Keçmiş səhvlərimizə görə daim günahkarlıq hissi duyuruqsa, nə edə bilərik?

15 Davudun 103-cü məzmurda dediyi sözlər Yehovanın bizi bağışladığına əmin olmağımıza necə kömək edə bilər? Əgər keçmiş səhvlərimizə görə daima günahkarlıq hissi duyuruqsa, düşünə bilərik: «Yehova mənim günahlı olduğumu unutmur və tövbə edən bütün günahkarları bağışladığı kimi məni də bağışlayır. Bəs mən Yehovanın unutmadığı şeyi unutmağa meyilliyəm? Həmçinin biz tövbə edəndə Yehova günahlarımızı unudur və bir daha onları yada salmır. Bəs mən Yehovanın unutduğu şeyləri yadımda saxlamıram ki?» Yehova diqqətini keçmiş günahlarımıza cəmləmir, biz də eyni şeyi etməliyik (Zəb. 130:3). Yehovanın bizi bağışladığına inansaq, özümüzü keçmiş səhvlərimizə görə bağışlaya biləcəyik və xidmətimizi davam etdirəcəyik.

16. Keçmiş səhvlərimiz barədə daima düşünməyin təhlükəsi ilə bağlı nümunə çəkin. (Həmçinin şəklə baxın.)

16 Gəlin bir nümunəyə baxaq. Keçmiş səhvlərə görə daim günahkarlıq hissi keçirmək arxa güzgüyə baxa-baxa maşını irəli sürməyə bənzəyir. Düzdür, hərdən arxanı göstərən güzgüyə baxmaq lazımdır, çünki arxada hansısa təhlükəni görüb tədbir görə bilərsiniz. Amma təhlükəsiz şəkildə yola davam etmək üçün siz qabağa baxmalısınız. Eynilə ara-sıra keçmiş səhvlərimizə baxmaq yaxşıdır, çünki biz onlardan nəticə çıxara bilərik və həmin səhvləri bir də təkrarlamamağa qətiyyətimizi artıra bilərik. Amma keçmiş səhvlərimizə köklənsək, günahkarlıq hissi Yehovaya xidmətdə əlimizdən gələni etməyə imkan verməyəcək. Yaxşı olar ki, diqqətimizi qarşıdakı yola cəmləyək. Biz Allahın vəd etdiyi yeni dünyaya aparan yoldayıq. Yeni dünyada pis xatirələr daha «yada düşməyəcək» (Əşy. 65:17; Məs. 4:25).

Döngəli yolla maşın sürən kişi gözucu arxa güzgüyə baxır.

Sürücü əsasən arxanı göstərən güzgüyə yox, qarşısındakı yola baxmalıdır. Eynilə biz də diqqətimizi keçmiş səhvlərimizə yox, gələcək nemətlərə cəmləməliyik (16-cı abzasa baxın)


ÜRƏYİNİZİ DAİMA ALLAHIN ƏFVİNƏ İNANDIRIN

17. Nəyə görə ürəyimizi bundan sonra da Yehovanın məhəbbətinə və əfvinə inandırmalıyıq?

17 Biz daima ürəyimizi Yehovanın məhəbbətinə və əfvinə inandırmalıyıq (1 Yəh. 3:19). Nəyə görə? Çünki Şeytan bizi sevilməyə və əfvə layiq olmadığımıza inandırmağa çalışır. O, cəhdlərini dayandırmaq fikrində deyil. Şeytanın bir məqsədi var: bizi Yehovaya xidmət etməkdən dayandırmaq. Şeytan vaxtının az qaldığını bilir, buna görə də məqsədinə nail olmaq üçün daha çox çalışacaq (Vəhy 12:12). Qoymayın o, qələbə qazansın!

18. Ürəyimizi Yehovanın məhəbbətinə və əfvinə inandırmaq üçün nə edə bilərik?

18 Yehovanın məhəbbətinə əminliyinizi artırmaq üçün əvvəlki məqalədə araşdırdığımız məsləhətlərə əməl edin. Ürəyinizi Yehovanın əfvinə inandırmaq üçün Onun Özü haqda dedikləri üzərində fikirləşin. Müqəddəs Kitabda Yehovanın əfvi ilə bağlı yazılanlar barədə dərindən düşünün. Unutmayın, Yehova sizin günahlı təbiətinizdən agahdır. Buna görə mərhəmətini sizdən heç vaxt əsirgəməz. Həmçinin yadda saxlayın ki, O bağışlayanda tamamilə bağışlayır. O zaman Davud kimi sizdə də Yehovanın mərhəmətinə əminlik olacaq və belə deyə biləcəksiniz: «Günahlarımdan keçdiyin üçün Sənə minnətdaram, Yehova!» (Zəb. 32:5).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehovanın bizi bağışladığına nəyə görə əmin olmalıyıq?

  • Yehovanın bizi bağışladığına necə əmin ola bilərik?

  • Nəyə görə ürəyimizi Yehovanın əfvinə daima inandırmalıyıq?

NƏĞMƏ 1 Allahın ülvi sifətləri

a «Gözətçi qülləsi»nin 2009-cu il 1 iyul sayında yerləşən «Allaha yaxınlaşın. Yehovanın Özü haqda Musaya dedikləri» adlı məqaləyə baxın.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş