MÜTALİƏ ÜÇÜN TƏKLİF
Yehovanın sizi qurtarmağa qadir olduğuna etibarınızı artırın
Saylar 13:25—14:4 ayələrini oxuyun və görün israillilər Yehovaya necə etibarsızlıq etmişdilər.
Konteksti təhlil edin. Nəyə görə israillilər Misirdən çıxarkən Yehovanın onları xilas etməyə qadir olduğuna inanmalı idilər? (Zəb. 78:12—16, 43—53). Onların Yehovaya etibarının itməsinə nə səbəb oldu? (Qan. 1:26—28). Yuşə və Kalib Yehovaya etibar etdiklərini necə göstərdilər? (Say. 14:6—9).
Dərinliyə varın. İsraillilər Yehovaya etibarlarını artırmaq üçün nələr edə bilərdilər? (Zəb. 9:10; 22:4; 78:11). Yehovaya etibar etməklə Ona hörmət etmək arasında hansı əlaqə var? (Say. 14:11).
Nə öyrəndiniz? Düşünün:
«Hansı vəziyyətlərdə Yehovaya etibar etmək mənə çətin ola bilər?»
«Yehovaya etibarımı indi və gələcəkdə necə möhkəmləndirə bilərəm?»
«Nəyə görə böyük müsibətdən qorxmamalıyam?» (Luka 21:25—28).