Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 177
  • Qızıl qanun nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qızıl qanun nədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Qızıl qanunun məğzi
  • Qızıl qanunun faydası
  • Qızıl qanun «sən mənə, mən sənə» prinsipidir?
  • Qızıl qanunu necə tətbiq edə bilərsiniz?
  • “Qızıl qanun” bu gün tətbiq ediləndir
    Gözətçi qülləsi 2002
  • “Qızıl qanun” hamı üçün olan əmr
    Gözətçi qülləsi 2002
  • Xidmətdə qızıl qanunu unutma!
    Gözətçi qülləsi 2014
  • Qızıl dana
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 177
İnsan çox vaxt qızıl qanun adlandırılan Müqəddəs Kitab ayəsini oxuyur

Qızıl qanun nədir?

Müqəddəs Yazıların cavabı

«Qızıl qanun» ifadəsinə Müqəddəs Kitabda rast gəlinmir. Bununla belə, İsanın öyrətdiyi davranış qaydasını çoxları bu cür adlandırır. Dağüstü vəzində İsa demişdi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mətta 7:12; Luka 6:31).

  • Qızıl qanunun məğzi

  • Qızıl qanunun faydası

  • Qızıl qanun «sən mənə, mən sənə» prinsipidir?

  • Qızıl qanunu necə tətbiq edə bilərsiniz?

Qızıl qanunun məğzi

Qızıl qanunun məğzi odur ki, insan başqasının onunla necə rəftar etməsini istəyirsə, o da onunla o cür rəftar etməlidir. Misal üçün, insanlar başqalarından hörmət, xeyirxahlıq və məhəbbət görmək istəyir. Məntiqlidir ki, onda özləri də başqaları ilə o cür davranmalıdır (Luka 6:31).

Qızıl qanunun faydası

Qızıl qanun, demək olar ki, bütün vəziyyətlərdə tətbiqediləndir. Məsələn, qızıl qanun...

  • Ər-arvad arasında münasibətləri möhkəmləndirir (Efeslilərə 5:28, 33).

  • Uşaqların tərbiyəsində kömək edir (Efeslilərə 6:4).

  • Dostlar, qonşular və iş yoldaşları arasında münasibətləri yaxşılaşdırır (Məsəllər 3:27, 28; Koloslulara 3:13).

Qızıl qanun Tövrat kitabındakı (Əhdi-Ətiq) əksər qanunların əsasını təşkil edir. «Tövrat və Peyğəmbərlərin kitabı da məhz» İsanın öyrətdiyi davranış qaydasını öyrədir (Mətta 7:12). Başqa sözlə, qızıl qanun Tövrat və Peyğəmbərlərin kitabının əsas prinsipi üzrə davranmağı — insanları sevməyi öyrədir (Romalılara 13:8—10).

Qızıl qanun «sən mənə, mən sənə» prinsipidir?

Xeyr. Qızıl qanuna görə davranmaq başqalarına xeyirxahlıq etmək deməkdir. İsa qızıl qanunu verəndə sadəcə ətrafdakı insanlarla deyil, düşmənlərlə necə rəftar etmək barədə danışırdı (Luka 6:27—31, 35). Qızıl qanun hamıya yaxşılıq etməyə təşviq edir.

Qızıl qanunu necə tətbiq edə bilərsiniz?

  1. 1. Diqqətli olun. Ətrafınızda olan insanlara qarşı diqqətli olun. Tutalım, görürsünüz ki, kiminsə mağazadan ərzaqları evə gətirmək üçün köməyə ehtiyacı var, yaxud eşitmisiniz ki, qonşunuz xəstəxanaya düşüb və ya görürsünüz ki, iş yoldaşınız ruh düşkünlüyünə qapılıb. Başqalarını fikirləşəndə xeyirxah iş görmək üçün çoxlu imkanlar tapacaqsınız (Filippililərə 2:4).

  2. 2. Şəfqətli olun. Özünüzü başqasının yerinə qoyun. Həmin vəziyyətdə nə hiss edərdiniz? (Romalılara 12:15). Başqasının hisslərini başa düşməyə çalışsanız, onda ona kömək etmək istəyəcəksiniz.

  3. 3. Qarşınızdakı insanı nəzərə alın. Yadda saxlayın ki, hamı fərqlidir. Sizin xoşunuza gələn bir şey başqasının xoşuna gəlməyə bilər. Əlinizdən çox şey gəlsə də, çalışın insanın xoşuna gələni edəsiniz (1 Korinflilərə 10:24).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş