Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 9
  • Mənə sataşanda...

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mənə sataşanda...
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Sataşmaq nədir?
  • Mənə sataşırlarsa, nə edim?
  • Belə vəziyyətdə nə etməliyəm?
  • Mənə sataşmasınlar deyə nə edim?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Cinsi təcavüzlə bağlı nəyi bilməliyəm?
    Gənclərin 10 sualına cavab
  • Mündəricət
    Oyanın! 2013
  • Cinsi təcavüzdən özümü necə qoruya bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Gənclərin sualları
ijwyp məqalə 9

GƏNCLƏRİN SUALLARI

Mənə sataşanda...

  • Sataşmaq nədir?

  • Mənə sataşırlarsa, nə edim?

  • Belə vəziyyətdə nə etməliyəm?

Sataşmaq nədir?

Sataşmağa istənilən xoşagəlməz cinsi davranışlar, o cümlədən toxunma və hətta seksual xarakterli söz atmaq da daxildir. Lakin bəzən sataşmağı şıltaqlıq və flirtdən ayırd etmək çətin ola bilər.

Bu sadalananlar arasındakı fərqi bilirsən? «Sataşmaq nədir?» bölməsindəki suallara cavab verərək bu fərqi öyrən!

Təəssüflər olsun ki, məktəbi bitirdikdən sonra da bu problemdən yaxa qurtarmaq çox vaxt mümkün olmur. Lakin sənə sataşanda indidən necə davranmağı bilsən, işə düzələndə sənin üçün çətin olmayacaq. Hətta, ola bilsin, həmin şəxsin başqalarına sataşmasının da qarşısını aldın!

Oliviya

«Sən özünü qorumalısan. Sataşan insanlar elədir ki, mövqeyini qəti şəkildə bildirməyincə, adətən, əl çəkmirlər. Qətiyyətlə “yox” de! Xeyri olmasa, get kiminləsə danış».

Tanişa

«Sekslə bağlı zarafatlar ediləndə gülmə və bu barədə edilən ədəbsiz söhbətlərə qoşulma. Əgər belə etsən və ya oğlanların diqqət mərkəzində olmağı sevən qızlarla oturub-dursan, başqaları sənin də bu cür insan olduğunu düşünəcək».

Mənə sataşırlarsa, nə edim?

Əgər sataşmağın nə olduğunu bilsən və ona düzgün reaksiya göstərməyi öyrənsən, çox güman ki, bunun qarşısını alarsan. Gəl üç vəziyyətə nəzər salaq və görək belə hallarda sən necə davranardın.

VƏZİYYƏT:

«İşdə bəzi kişilər dəqiqəbaşı mənə deyirlər: “Sən necə də gözəlsən, kaş ki, 30 yaş cavan olaydım!” Hətta onlardan biri bir dəfə arxamca gələrək saçımı iyləmişdi!» (Tabita, 20 yaş).

Tabita fikirləşə bilərdi: «Əgər buna məhəl qoymasan, yəqin, əl çəkər».

Bu cür düşünmək nəyə görə düzgün deyil? Ekspertlər deyirlər ki, əgər insan ona sataşan adama fikir vermirsə, çox güman ki, həmin adam bu cür davranmağa davam edəcək və hətta daha da betər olacaq.

Belə etsən məsləhətdir: onunla danış. Sakit, ancaq qəti şəkildə o adama bildir ki, onun danışıq və davranışına dözmək fikrin yoxdur. 22 yaşlı Turan deyir: «Kimsə mənə ədəbsiz tərzdə toxunanda üzümü həmin adama çevirib deyirəm: “Bir də barmağın mənə dəyməsin”. Çox vaxt bu, oğlanları təəccübləndirir». Əgər bundan sonra da səndən əl çəkmirlərsə, qətiyyətli ol və təslim olma. Yüksək əxlaq dəyərlərini qorumaqla bağlı Allahın Kəlamında deyilir: «Etimadla dolaraq, möhkəm [durun]» (Koloslulara 4:12, İncil, 1996).

Bəs əgər sataşan şəxs sənə hədə-qorxu gəlirsə, onda necə? Ona baş qoşma. Dərhal həmin yerdən uzaqlaş və etibarlı bir böyükdən kömək istə.

VƏZİYYƏT:

«Altıncı sinifdə oxuyanda bir gün iki qız dəhlizdə qabağımı kəsdi. Onlardan biri lesbian idi və mənim onunla getməyimi istəyirdi. Ona “yox” deməyimə baxmayaraq, onlar hər gün tənəffüs zamanı mənə sataşmağa davam edirdi. Hətta bir dəfə məni divara qısnadılar!» (Viktoriya, 18 yaş).

Viktoriya fikirləşə bilərdi: «Əgər bu haqda kiməsə danışsam, mənim aciz olduğumu fikirləşəcəklər və ola bilsin ki, mənə inanmayacaqlar».

Bu cür düşünmək nəyə görə düzgün deyil? Əgər sussan, onda həmin adam nəinki sənə sataşmağa davam edəcək, hətta başqalarına da ilişəcək (Vaiz 8:11).

Belə etsən məsləhətdir: kömək istə. Valideynlərin və müəllimlərin vəziyyətin öhdəsindən gəlməyin üçün sənə dayaq ola bilərlər. Bəs əgər danışdığın insanlar sənin sözlərini ciddi qəbul etmirlərsə, onda necə? Belə et: hər dəfə sənə sataşanda bunu detallarına qədər yaz. Hər hadisənin tarixini, vaxtını və baş verdiyi yeri, eləcə də sataşan kəsin dediyi sözləri qeyd et. Sonra onun bir nüsxəsini valideyninə və ya müəlliminə ver. Bir çox insanlar yazılı şəkildə olan şikayətlərə daha ciddi yanaşırlar, nəinki şifahi.

VƏZİYYƏT:

«Mən reqbi komandasında oynayan bir oğlandan dəhşət qorxurdum. Onun boyu təxminən iki metr, çəkisi isə 135 kiloqram olardı! Bu oğlan beyninə salmışdı ki, mənimlə yatmalıdır. O, bütün il boyu hər gün məni boğaza yığırdı. Bir gün sinifdə ikimiz qalmışdıq və o, mənə doğru gəlməyə başladı. Mən yerimdən sıçradım və sinifdən qaçdım» (Culyet, 18 yaş).

Culyet fikirləşə bilərdi: «Belə davranmaq oğlanlara xasdır».

Bu cür düşünmək nəyə görə düzgün deyil? Əgər hamı belə fikirləşsə, onda çətin ki, sənə sataşan adam düzəlsin.

Belə etsən məsləhətdir: zarafata salaraq və ya gülümsəyərək üstündən keçmə. Qoy sataşan kəs üz ifadəndən, eləcə də ümumi reaksiyandan sənin üçün nəyin yol verilən olub-olmadığını aydın görsün.

Belə vəziyyətdə nə etməliyəm?

OLMUŞ ƏHVALAT 1.

«Ümumiyyətlə, insanlarla kobud danışmağı xoşlamıram. Buna görə də əvvəllər oğlanlar mənə sataşanda onlara: “Eləmə də, bəsdir”, — deyirdim, ancaq bunu qəti yox, mülayim şəkildə və çox vaxt gülümsəyərək deyirdim. Oğlanlar da düşünürdü ki, onlarla flirt edirəm» (Tabita).

  • Tabitanın yerində sən olsaydın, nə edərdin? Niyə?

  • Sənə sataşan oğlan və ya qız hansı hərəkətlərindən sənin flirt etdiyin qənaətinə gələ bilərlər?

OLMUŞ ƏHVALAT 2.

«Hər şey bədən tərbiyəsi dərsində oğlanların mənə atdığı bir-iki ədəbsiz sözdən başladı. Bir neçə həftə ərzində onların sözlərinə məhəl qoymurdum, lakin bu, vəziyyəti daha da ağırlaşdırdı. Sonra oğlanlar yanımda oturub əllərini çiynimə qoymağa başladılar. Hər dəfə onları itələsəm də, əl çəkmirdilər. Axırda onlardan biri balaca bir kağızda ədəbsiz təklif yazıb mənə verdi. Mən də onu müəllimimə verdim. Həmin oğlan məktəbdən qovuldu. Başa düşdüm ki, gərək bəri başdan müəllimin yanına gedəydim» (Səbinə).

  • Necə fikirləşirsən, nəyə görə Səbinə lap əvvəldən müəllimin yanına getməyi lazım bilmədi? Səncə, bu düzgün qərar idi? Cavabını izah et.

OLMUŞ ƏHVALAT 3.

Qardaşım Qreq tualetdə olanda başqa bir oğlan ona yaxınlaşdı. Oğlan az qalırdı Qreqin ağzının içinə girsin. O, Qreqə dedi: “Öp məni”. Qreq “yox” desə də, oğlan ondan əl çəkmirdi. Axırda Qreq oğlanı itələməli oldu (Suzanna).

  • Necə fikirləşirsən, Qreqin başına gələn hadisəni sataşmaq adlandırmaq olarmı? Cavabını izah et.

  • Necə düşünürsən, nəyə görə oğlanlar digər oğlanların onlara sataşdığını deməyə çəkinirlər?

  • Səncə, Qreq düz davrandı? Onun yerində sən necə davranardın?

«Sataşmaq nədir?»

«Orta məktəbdə oğlanlar arxadan büsthalterimdən dartıb onlarla cinsi əlaqədə olsam, nə qədər həzz duyacağam kimi ədəbsiz sözlər deyirdilər» (Koretta).

Necə fikirləşirsən, həmin oğlanların hərəkətinə nə ad vermək olar?

  1. A) Şıltaqlıq?

  2. B) Flirt?

  3. C) Sataşmaq?

«Avtobusda bir oğlan mənə iyrənc sözlər deməyə və əl atmağa başladı. Mən onun əlindən vurub dedim ki, yanımdan çəkilsin. Oğlan mənə elə baxdı ki, elə bil, mən dəliyəm» (Kandise).

Necə fikirləşirsən, həmin oğlanın hərəkətlərinə nə ad vermək olar?

  1. A) Şıltaqlıq?

  2. B) Flirt?

  3. C) Sataşmaq?

«Keçən il bir oğlan ona “yox” deməyimə baxmayaraq, düz bir il ərzində məndən xoşu gəldiyini və görüşmək istədiyini deyirdi. Bəzən o, mənim qoluma toxunurdu. Mən ona özünü yığışdırmasını desəm də, o, buna məhəl qoymadı. Və bir gün əyilib ayaqqabımın bağlayanda o, mənim yanımdan vurdu» (Betani).

Sənin fikrincə, bu oğlanın hərəkətinə nə ad vermək olar?

  1. A) Şıltaqlıq?

  2. B) Flirt?

  3. C) Sataşmaq?

Bu sualların hamısının düzgün cavabı C variantıdır.

Sataşmaq flirt və şıltaqlıqdan nə ilə fərqlənir? Həvva adlı bir qız deyir: «Sataşmaq birtərəfli olur və bu, sən o adama “yox” desən də, yenə də davam edir». Sataşmaq ciddi məsələdir. Bu nəinki sənin qiymətlərinə və səhhətinə təsir edə bilər, hətta zorlanmaya məruz qala bilərsən.

Daha çox öyrən: «Cinsi təcavüzdən özümü necə qoruya bilərəm?» adlı 32-ci fəslə bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş